Azlogos
  • Qaydalar
  • Kimlər var

Kultural Marksizm və onun qısa tarixi "Sergi ata" "Zorba"ya qarşı Rüfət Həsənovun gəliri hara gedib? BBC-nin emosional düşüklüyü və Rasim Balayev Varisin tullantıdan ibarət yaradıcılığı İtlərdən öyrəndiklərim haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Asif Rüstəmovun travmaları və Rüfət Həsənovun ARKA-sı

Sevda Sultanova Sevda Sultanova
., Kültür
23 İyun 2023

Rejissor Asif Rüstəmovun APA-ya müsahibəsində müəyyən məqamlar bəzi kino adamlarının (əsasən Orxan Mərdan və Pərviz Həsənovun) etirazına səbəb oldu. Həmin etirazların üzərində dayanmaq istəmirəm, kino ictimaiyyəti yəqin ki, gediaştı izləyib. Maraqlananlar Google-da axtarış verib onların mövqeyi ilə tanış ola bilərlər. Rejissorun müsahibəsindəki bir neçə fikrə mən də münasibət bildirim.

Asif Rüstəmov müsahibəsində gileylənir ki, milli kinomuzda yeni simalar (yəni yeni nəsli təmsil eləyən rejissorlar) görmürəm: “Festivallarda iştirak zamanı başqa ölkələr üçün görürəm ki, hər il tamam başqa gənc bir nəsil, komanda gəlir. Davamlı yeni sima görürəm. Uzağa getməyək, məsələn, qonşu Gürcüstandan hər il dörd-beş yeni sima görürəm. Azərbaycanda belə bir dəyişiklik olmur… və Azərbaycanda yerli kino sənayesi iflic vəziyyətdədir.”

Müsahibəni oxuyanda belə başa düşdüm ki, Asif Rüstəmov bir növ koqnitiv dissonans vəziyyətini yaşayır. Azərbaycan kinosunda yeni simalar niyə çıxmır və niyə kinosənayesi iflic vəziyyətindədir fikrində rejissor haqıdır, amma kinodakı fəaliyyəti səsləndirdiyi fikirləri inkar edir. Vəziyyət ona görə acınacaqlıdır ki, Asif Rüstəmov da daxil, çox rejissorlar uzun illərdir ki, kinonun problemlərini publik səsləndirməkdən, tənqidi rakursdan çəkiniblər. Çünki Mədəniyyət Nazirliyi layihələrinə maliyyə ayırmayacaq deyə ehtiyatlanıb, susmağa üstünlük veriblər. Yalnız şəxsi mənafeləri kino məmurlarının mövqeyi ilə üst-üstə düşməyəndə “etiraz“ statusu yazır, amma sonra pərdəarxasında nə baş verirsə qısa müddət sonra o mətni silirlər. Asif Rüstəmovun son filminə, kinoya ayrılmış 6 mliyonluq büdcənin 500 mindən çoxu (açıqlaya bilmədiyim mənbədən aldığım məlumat əsasında) xərclənirsə, müsabiqəsiz maliyyə dəstəyi alırsa və kino məmurları Asif Rüstəmova yaratdığı eyni şərtlərlə digər rejissorları təmin etmirsə, bu halda yeni simalar necə ortaya çıxa bilər? Üstəlik, Asif Rüstəmov bütün bunları normallıq kimi qəbul edib susursa… Söhbət təkcə Asif Rüstəmovdan getmir əlbəttə ki. Onu sadəcə, kinoda öz şəxsi mənafeyini önə çəkən rejissorların ümumiləşmiş obrazı kimi göstərirəm. 6 milyonluq kino büdcəsi ilə Azərbaycan reallığında 400-500 minlik yox, azbüdəcli filmlər çəkilməli və müsabiqə yolu ilə hər kəsə bərabər şərait yaradılmalıdır ki, yeni simalar üzə çxsın.  

Asif Rüstəmov sonra deyir: “Bilirsiniz, biz tamaşaçını tanımırıq. Kimdir tamaşaçı, bilmirik”. Sual: Tamaşaçısını, cəmiyyəti tanımayan, hansı auditoriya üçün çəkdiyini bilməyən adam niyə dövlət büdcəsinə filmlər çəkməyə iddialıdır? Bütün hallarda Asif Rüstəmova minnətdaram ki, o, filmlərində və ssenarilərindəki ata motivinin şəxsi travma olduğunu istisna etməyib.

Şəxsi travmalar ciddi mənada sənət meyarına çevrilirsə, söz deyə bilmərik. Ən azı dünya kinosunda bu mənada, məsələn, Tarkovski, Berqman nümunələri var. Lakin Asif Rüstəmovun ümumən yaradıcılığında sənət hadisəsi yoxdur.

Mədəniyyət nazirliyinin yeni rəhbərliyindən xahiş edirəm: layihələrə maliyyə ayırmazdan öncə, rejissorlar, ssenaristlər üçün Səhiyyə Nazirliyi ilə birgə psixoloji seanslar keçirilsin ki, kino adamlarımız şəxsi travmalarını dövlətin kinoya ayırdığı büdcə hesabına aradan qaldırmasınlar.

***

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin diplom filmi çəkən tələbələrinin şikayətlərini ictimailəşdirmək istəyirəm. Universitetin “Kino-televiziya sənətləri” kafedrasında kinorejissorluq ixtisası üzrə təhsil alan tələbələr, diplom filmlərinin çəkilməsi üçün onlara əlverişli şərait yaradılmamasından şikayətlənirlər. Dediklərinə görə, universitet diplom filmlərinə maliyyə ayırmadığı halda onlara yüksək tələblər qoyulur. Məsələn, diplom filmlərinin 4k formatında çəkməyi tələb olunur, bu isə tələbələrə maddi cəhətdən baha başa gəlir. Halbuki daha ucuz başa gələn full hd artıq dünyada peşəkar format hesab olunur. Lakin tələbə üçün full hd formatında çəkmək də maddi yükdür.

Bundan başqa, tələbələr film çəkmək üçün texnika sarıdan ciddi problemlər yaşadıqlarını deyirlər. Universitetin bazasındakı montaj aparatı bütün tələbələr üçün əlçatan deyil, çünki aparatdan istifadə üçün növbə çoxdur. Digər tərəfdən montaj aparatının keyfiyyətində problem olduğu deyilir.

Tələbələrin sözlərinə görə, diplom filmlərini öz hesablarına çəkir, icarədarlardan bahalı texnika götürmək məcburiyyətində qalırlar. Bəzən filmə 1000, 2000 manat, hətta daha çox pul xərclənir.

Yaxşı olardı ki, rəhbərlik diplom mövzularını təsidqləyəndə, böyük xərc tələb etməyən ssenarilər seçilsin. Sadə, azbüdcəli (və ya büdcəsiz), tələbələrin öz həyatına, şəxsi təcrübəsinə istinad eləyən, peşəkar aktyorların cəlbinə ehtiyacın olmadığı ssenarilər məsləhət görsün. Yeri gəlmişkən, peşəkar aktyorlar da bəzən tələbədən qonorar tələb edirlər. Dünya praktikasında rejissorların debüt işlərində məşhur aktyorlar təmənnasız çəkilir. Bu təcrübə bizdə də var: Məmməd Səfa, Elşən Rüstəmov, Zemfira Əbdülsəmədova, Gülzar Qurbanova debüt işlərə qonorarsız çəkilirlər.

Tələbədən texniki keyfiyyətin yox, yaradıcı keyfiyyətin tələb olunması (aktyorla iş qabiliyyəti, hadisəyə müəllif mövqeyi, vəziyyətlərin psxioloji, təsvir həlli, montaj və ssenari qurmaq bacarığı) doğrudur. Yəni tələbə, mobil telefonla çəksin, amma yaradıcı baxımdan keyfiyyətli iş görsün.

Ümumiyyətlə, universitet diplom işlərinə maliyyə ayırmırsa, texniki baxımdan yüksək iş tələb edə bilməz. Yox, əgər tələb edirsə, onda, universitet filmdə bir növ prodüser qismində iştirak etməlidir. Əgər universitetin maliyyəsi və yaxşı texnikası yoxdursa özəl prodakşnlarla, xüsusən, “Azərbaycanfilm”lə, AzTV, İTV ilə sıx əməkdaşlıq edə bilər ki, bu qurumlar tələbələrə təmənnasız texniki dəstək versinlər.

Bu məsələylə bağlı Universitetin Mətbuat Xidmətinə sorğu yollamışam. Cavab gələrsə, mövqeyini burada yazacam. Soğru demişkən, az qala bir ay olacaq ki, Mədəniyyət Nazirliyinin Audiovizual və İnteraktiv Media şöbəsindən aşağıdakı sualları cavablandırmasını xahiş eləmişəm.

–  Nazirlik son bir neçə ildə uşaqlar üçün filmlərin (qısa və tammetraj bədii filmlərin, qısa və tammetraj animasiya filmlərinin) istehsalatında hansı işləri görüb və yaxın perspektiv üçün bu istiqamətdə hansısa strategiya müəyyənləşibmi?

–  Qarın Qulu animasiya filimi bitibmi və nə vaxt nümayiş olunacaq?

Və xahiş eləmişəm ki, suallarıma başdansovdu, dolayı, anlaşılmaz tabeli və ya tabesiz mürəkkəb cümlələrlə cavab verilməsin. Mümkün qədər sadə və aydın cavablar verilsin ki, oxuyanda başa düşüm.

Sorğuma hələ də cavab verilməyib. Hardasa, uzaqdan Rüfət Həsənovun səsi gəlir: “Əl çək, əl çək… ARKA olan kimi cavab da olacaq”.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

500 Karl Marx Statues Are Highlight Of Trier Exhibition
.

Kultural Marksizm və onun qısa tarixi

21 Sentyabr 2023
seymur-baycan-1
.

“Sergi ata” “Zorba”ya qarşı

12 Sentyabr 2023
photo_561190
.

Rüfət Həsənovun gəliri hara gedib?

11 Sentyabr 2023
7ca73460-3b71-11ee-8aef-9567526d09ca
.

BBC-nin emosional düşüklüyü və Rasim Balayev

17 Avqust 2023
365885219_6538589506200538_3985501127184540780_n
.

Varisin tullantıdan ibarət yaradıcılığı

14 Avqust 2023
344299258_1732660937189678_477290732747053219_n
.

İtlərdən öyrəndiklərim haqqında

30 İyul 2023

Redaktorun seçimi

İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir?

Kişi bədəni qıtlığı

Manafzadələrin musiqi dünyası

Dillə bağlı iki əhvalat

Həyatımızdakı çevrələr

T of Generation – Baku

100 illik müharibə?

Hər fəsildə “çiçək aça” bilən gündəmlər

Biz niyə haqlıyıq?

Şahinlərin gözümdən tamam düşməsi haqqında

Gitaraya hökm edən adam

Su – artan qiymət, dəyişməyən keyfiyyət

Üzeyir Hacıbəyli 28 Aprelə qarşı

Bu fransızlar yenə dinc durmur – Əli Novruzov

Starlink missiyası tamamdır

Bizim olmayan Maqomayev

“Taxt-tac oyunları”-nda seks və feministlər

Romantikadan uzaq adamlar

Mifologiyada cins kateqoriyası

Əli Əlizadə: “Mən həmişə öz yolumu tapmağa çalışırdım”

Emil Quliyev: “Ora qədər böyüməmişəm”

“Zaqatala problemi” – Dağıstan, Gürcüstan və Azərbaycan üçbucağında

Əkrəm Əylislinin son çırpınışları

Asif Rüstəmovun travmaları və Rüfət Həsənovun ARKA-sı

Mexanizm

Məzardakı insanlar

Kitab, mütaliə və azadlıq

Müvəqqəti Azərbaycan

Göydən yerə

İnsan vəsvəsəsi

Asif Rüstəmovun travmaları və Rüfət Həsənovun ARKA-sı

Sevda Sultanova Sevda Sultanova
., Kültür
23 İyun 2023

Rejissor Asif Rüstəmovun APA-ya müsahibəsində müəyyən məqamlar bəzi kino adamlarının (əsasən Orxan Mərdan və Pərviz Həsənovun) etirazına səbəb oldu. Həmin etirazların üzərində dayanmaq istəmirəm, kino ictimaiyyəti yəqin ki, gediaştı izləyib. Maraqlananlar Google-da axtarış verib onların mövqeyi ilə tanış ola bilərlər. Rejissorun müsahibəsindəki bir neçə fikrə mən də münasibət bildirim.

Asif Rüstəmov müsahibəsində gileylənir ki, milli kinomuzda yeni simalar (yəni yeni nəsli təmsil eləyən rejissorlar) görmürəm: “Festivallarda iştirak zamanı başqa ölkələr üçün görürəm ki, hər il tamam başqa gənc bir nəsil, komanda gəlir. Davamlı yeni sima görürəm. Uzağa getməyək, məsələn, qonşu Gürcüstandan hər il dörd-beş yeni sima görürəm. Azərbaycanda belə bir dəyişiklik olmur… və Azərbaycanda yerli kino sənayesi iflic vəziyyətdədir.”

Müsahibəni oxuyanda belə başa düşdüm ki, Asif Rüstəmov bir növ koqnitiv dissonans vəziyyətini yaşayır. Azərbaycan kinosunda yeni simalar niyə çıxmır və niyə kinosənayesi iflic vəziyyətindədir fikrində rejissor haqıdır, amma kinodakı fəaliyyəti səsləndirdiyi fikirləri inkar edir. Vəziyyət ona görə acınacaqlıdır ki, Asif Rüstəmov da daxil, çox rejissorlar uzun illərdir ki, kinonun problemlərini publik səsləndirməkdən, tənqidi rakursdan çəkiniblər. Çünki Mədəniyyət Nazirliyi layihələrinə maliyyə ayırmayacaq deyə ehtiyatlanıb, susmağa üstünlük veriblər. Yalnız şəxsi mənafeləri kino məmurlarının mövqeyi ilə üst-üstə düşməyəndə “etiraz“ statusu yazır, amma sonra pərdəarxasında nə baş verirsə qısa müddət sonra o mətni silirlər. Asif Rüstəmovun son filminə, kinoya ayrılmış 6 mliyonluq büdcənin 500 mindən çoxu (açıqlaya bilmədiyim mənbədən aldığım məlumat əsasında) xərclənirsə, müsabiqəsiz maliyyə dəstəyi alırsa və kino məmurları Asif Rüstəmova yaratdığı eyni şərtlərlə digər rejissorları təmin etmirsə, bu halda yeni simalar necə ortaya çıxa bilər? Üstəlik, Asif Rüstəmov bütün bunları normallıq kimi qəbul edib susursa… Söhbət təkcə Asif Rüstəmovdan getmir əlbəttə ki. Onu sadəcə, kinoda öz şəxsi mənafeyini önə çəkən rejissorların ümumiləşmiş obrazı kimi göstərirəm. 6 milyonluq kino büdcəsi ilə Azərbaycan reallığında 400-500 minlik yox, azbüdəcli filmlər çəkilməli və müsabiqə yolu ilə hər kəsə bərabər şərait yaradılmalıdır ki, yeni simalar üzə çxsın.  

Asif Rüstəmov sonra deyir: “Bilirsiniz, biz tamaşaçını tanımırıq. Kimdir tamaşaçı, bilmirik”. Sual: Tamaşaçısını, cəmiyyəti tanımayan, hansı auditoriya üçün çəkdiyini bilməyən adam niyə dövlət büdcəsinə filmlər çəkməyə iddialıdır? Bütün hallarda Asif Rüstəmova minnətdaram ki, o, filmlərində və ssenarilərindəki ata motivinin şəxsi travma olduğunu istisna etməyib.

Şəxsi travmalar ciddi mənada sənət meyarına çevrilirsə, söz deyə bilmərik. Ən azı dünya kinosunda bu mənada, məsələn, Tarkovski, Berqman nümunələri var. Lakin Asif Rüstəmovun ümumən yaradıcılığında sənət hadisəsi yoxdur.

Mədəniyyət nazirliyinin yeni rəhbərliyindən xahiş edirəm: layihələrə maliyyə ayırmazdan öncə, rejissorlar, ssenaristlər üçün Səhiyyə Nazirliyi ilə birgə psixoloji seanslar keçirilsin ki, kino adamlarımız şəxsi travmalarını dövlətin kinoya ayırdığı büdcə hesabına aradan qaldırmasınlar.

***

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin diplom filmi çəkən tələbələrinin şikayətlərini ictimailəşdirmək istəyirəm. Universitetin “Kino-televiziya sənətləri” kafedrasında kinorejissorluq ixtisası üzrə təhsil alan tələbələr, diplom filmlərinin çəkilməsi üçün onlara əlverişli şərait yaradılmamasından şikayətlənirlər. Dediklərinə görə, universitet diplom filmlərinə maliyyə ayırmadığı halda onlara yüksək tələblər qoyulur. Məsələn, diplom filmlərinin 4k formatında çəkməyi tələb olunur, bu isə tələbələrə maddi cəhətdən baha başa gəlir. Halbuki daha ucuz başa gələn full hd artıq dünyada peşəkar format hesab olunur. Lakin tələbə üçün full hd formatında çəkmək də maddi yükdür.

Bundan başqa, tələbələr film çəkmək üçün texnika sarıdan ciddi problemlər yaşadıqlarını deyirlər. Universitetin bazasındakı montaj aparatı bütün tələbələr üçün əlçatan deyil, çünki aparatdan istifadə üçün növbə çoxdur. Digər tərəfdən montaj aparatının keyfiyyətində problem olduğu deyilir.

Tələbələrin sözlərinə görə, diplom filmlərini öz hesablarına çəkir, icarədarlardan bahalı texnika götürmək məcburiyyətində qalırlar. Bəzən filmə 1000, 2000 manat, hətta daha çox pul xərclənir.

Yaxşı olardı ki, rəhbərlik diplom mövzularını təsidqləyəndə, böyük xərc tələb etməyən ssenarilər seçilsin. Sadə, azbüdcəli (və ya büdcəsiz), tələbələrin öz həyatına, şəxsi təcrübəsinə istinad eləyən, peşəkar aktyorların cəlbinə ehtiyacın olmadığı ssenarilər məsləhət görsün. Yeri gəlmişkən, peşəkar aktyorlar da bəzən tələbədən qonorar tələb edirlər. Dünya praktikasında rejissorların debüt işlərində məşhur aktyorlar təmənnasız çəkilir. Bu təcrübə bizdə də var: Məmməd Səfa, Elşən Rüstəmov, Zemfira Əbdülsəmədova, Gülzar Qurbanova debüt işlərə qonorarsız çəkilirlər.

Tələbədən texniki keyfiyyətin yox, yaradıcı keyfiyyətin tələb olunması (aktyorla iş qabiliyyəti, hadisəyə müəllif mövqeyi, vəziyyətlərin psxioloji, təsvir həlli, montaj və ssenari qurmaq bacarığı) doğrudur. Yəni tələbə, mobil telefonla çəksin, amma yaradıcı baxımdan keyfiyyətli iş görsün.

Ümumiyyətlə, universitet diplom işlərinə maliyyə ayırmırsa, texniki baxımdan yüksək iş tələb edə bilməz. Yox, əgər tələb edirsə, onda, universitet filmdə bir növ prodüser qismində iştirak etməlidir. Əgər universitetin maliyyəsi və yaxşı texnikası yoxdursa özəl prodakşnlarla, xüsusən, “Azərbaycanfilm”lə, AzTV, İTV ilə sıx əməkdaşlıq edə bilər ki, bu qurumlar tələbələrə təmənnasız texniki dəstək versinlər.

Bu məsələylə bağlı Universitetin Mətbuat Xidmətinə sorğu yollamışam. Cavab gələrsə, mövqeyini burada yazacam. Soğru demişkən, az qala bir ay olacaq ki, Mədəniyyət Nazirliyinin Audiovizual və İnteraktiv Media şöbəsindən aşağıdakı sualları cavablandırmasını xahiş eləmişəm.

–  Nazirlik son bir neçə ildə uşaqlar üçün filmlərin (qısa və tammetraj bədii filmlərin, qısa və tammetraj animasiya filmlərinin) istehsalatında hansı işləri görüb və yaxın perspektiv üçün bu istiqamətdə hansısa strategiya müəyyənləşibmi?

–  Qarın Qulu animasiya filimi bitibmi və nə vaxt nümayiş olunacaq?

Və xahiş eləmişəm ki, suallarıma başdansovdu, dolayı, anlaşılmaz tabeli və ya tabesiz mürəkkəb cümlələrlə cavab verilməsin. Mümkün qədər sadə və aydın cavablar verilsin ki, oxuyanda başa düşüm.

Sorğuma hələ də cavab verilməyib. Hardasa, uzaqdan Rüfət Həsənovun səsi gəlir: “Əl çək, əl çək… ARKA olan kimi cavab da olacaq”.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

500 Karl Marx Statues Are Highlight Of Trier Exhibition
.

Kultural Marksizm və onun qısa tarixi

21 Sentyabr 2023
seymur-baycan-1
.

“Sergi ata” “Zorba”ya qarşı

12 Sentyabr 2023
photo_561190
.

Rüfət Həsənovun gəliri hara gedib?

11 Sentyabr 2023
7ca73460-3b71-11ee-8aef-9567526d09ca
.

BBC-nin emosional düşüklüyü və Rasim Balayev

17 Avqust 2023
365885219_6538589506200538_3985501127184540780_n
.

Varisin tullantıdan ibarət yaradıcılığı

14 Avqust 2023
344299258_1732660937189678_477290732747053219_n
.

İtlərdən öyrəndiklərim haqqında

30 İyul 2023
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel