Azlogos
  • Qaydalar
  • Kimlər var

1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik 4bpq10e42793ce16c5n 800c450 Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Bahis keyfini doyasıya yaşamak isteyenlerin tercihi Bettilt olmalıdır.

Türkiye’de oyuncuların önemli kısmı düşük miktarlı bahislerle başlar, Bahsegel deneme bonusu düşük limitleri destekler.

Bahis dünyasında gelecek yılın yeniliklerini sunacak olan Bahsegel şimdiden konuşulmaya başlandı.

Bahis platformlarının %72’si artık kripto para desteği sunmaktadır; Bettilt 2025 bu yeniliği güvenli şekilde entegre etmiştir.

Futbol ve basketbol kuponları yapmak için Bettilt kategorisi tercih ediliyor.

2025 yılında yepyeni özellikler sunacak olan bahsegel sabırsızlıkla bekleniyor.

Online platformda hızlı işlem garantisi sunan bahsegel giriş kullanıcılarına zaman kazandırır.

Yüksek kazanç oranlarıyla her zaman dikkat çeken bahsegel türkiye bahis dünyasında liderdir.

Kullanıcılar sisteme hızlı giriş yapmak için paribahis linkini kullanıyor.

Online dünyada daha çok eğlence isteyenler casino kategorisine yöneliyor.

Yatırım yapanlar için özel olarak hazırlanan paribahis güncel giriş kampanyaları büyük ilgi görüyor.

Global casino oyunları pazarının yıllık büyüme oranı %10 olarak hesaplanmıştır; bu, paribahis güncel link’in yatırım yaptığı bir alandır.

Slot makineleri ve rulet heyecanı yaşayan kullanıcılar paribahis giriş sayfasına yöneliyor.

Bahis dünyasında kazancın adresi haline gelen bettilt güvenilirliğiyle öne çıkar.

Global pazarda da kendini kanıtlayan bettilt platformu Türk oyunculara da hitap ediyor.

VIP rulet masaları yüksek bahis yapmak isteyenler için özel olarak hazırlanmıştır, bettilt indir apk bu ayrıcalığı sunar.

Canlı bahislerde yüksek oran ve hızlı işlem avantajı sunan bahsegel giriş güncel, profesyonel bir bahis deneyimi yaşatır.

Kullanıcılarına özel ödül ve geri ödeme programlarıyla Paribahis kazanç sağlar.

Curacao Gaming Authority’ye göre 2024 itibarıyla 2.100’den fazla aktif lisans geçerlidir; bu lisanslardan biri bettilt bonus’e aittir.

Araq, yoxsa siçan dərmanı?

Elnur Astanbəyli Elnur Astanbəyli
Mövqe
05 May 2020
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
Elnur astanbəyli 696x471
Paylaş

Dəqiq xatırlamıram, təxminən iki-üç il əvvəlin söhbətidir, Azərbaycanda hakim rejim tərəfindən yenə hansısa hay-küylü ictimai-siyasi haqsızlıq aktına imza atılmışdı (bu, bizim ölkə üçün adi hal olduğundan konkret hansı hadisə olduğu yadımda deyil).

Bir də görəm nə? Aktiv istifadə etdiyim facebook sosial şəbəkəsində xeyli adam, ürəkağrısı ilə “ziyalıların susmağından” gileylənir. Buracan problem yoxdur. Ancaq dəhşətli olan o idi ki, həmin adamların əksəriyyəti mövqeni… Anar Rzayev, Fikrət Qoca, Çingiz Abdullayev, Nəriman Həsənzadə kimi xalqsız xalq yazıçılarından, xalqsız xalq şairlərindən tələb edirdilər! Siyahıda Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub, hətta Məmməd Rahim-zad ona görə yox idilər ki, dünyalarını dəyişmişdilər. Sağ olsaydılar, əminəm, onlardan da eyni şeyi istəyərdilər.

(Zeynəb Xanlarovadan mövqe gözləyənlər vardı! Təsəvvür edə bilirsiniz: Zeynəb Xanlarovadan! Nə var-nə var, bir dəfə Milli Məclisdə çıxış edib “məmurlar Altıağacda elə villalar tikiblər ki, heç mən boyda adamın o cür villası yoxdur” demişdi. Vəssalam, olmuşdu qəhrəman!)

Bəli, həmin günlərdə uca millət, sevgili xalq təəccüblənirdi ki, anar rzayevlərin, fikrət qocaların danışması üçün daha hansı ədalətsizlik baş verməlidir?

Üstəlik, təəccüblənənlərin çoxu ömrünün son 20-30 ilini demokratiya mübarizəsinə həsr edən adamlardır, həyatın hər üzünü görüblər, başlarına gəlməyən zülm-zillət qalmayıb, tutduqları yola, inandıqları dəyərlərə görə işsiz qalıblar, bir qarın çörəyə möhtacdırlar, lakin mərdi-mərdanə dayanıblar. Əyilməyiblər, sınmayıblar. Ancaq indi durub bütün həyatları sovet vaxtı birinci katiblərdən, postsovet dövrü də prezidentlərdən imtiyaz, karyera, komfort qoparmaq üçün minbir hoqqa çıxarıb hər cildə girməklə keçən adamlardan “haqq səsi” ucaltmalarını gözləyirlər, umurlar!

O “haqq səsi” ucalmayanda da küsürlər, təəccüblənirlər!

Artıq çoxdandır uca millət, sevgili xalqın bu cür təəccübləri həmişə məni təəccübləndirir.

Fikirləşirəm, başqa nə baş verməlidir ki, camaatımız öz ölkələrini tanısın, hələ də pir bilib ətəyində namaz qılmağa hazır durduqları ziyalılarını tanısın, onların hansı yuvanın quşu, hansı gülün bülbülü olduğunu dərk və qəbul etsinlər?!

Təzəlikcə rüşvət və korrupsiyaya görə Mahir Quliyev ad-soyadlı bir icra başçısını qandalladılar; çox keçmədən məlum oldu ki, sən demə, həmin “kiçik padşah”ın diplomu geydirmə imiş, ona görə də uca millət, sevgili xalq bərk heyrətləndi və möhkəm qeyzləndi ki, belə bir adam o cür yüksək vəzifəyə necə yüksəlibmiş… Dəhşət, yüz kərə dəhşət, min kərə dəhşət! Niyə? Çünki hər şey bir yana qalsın, cəmi iki il qabaq Azərbaycanın ən böyük və ən qocaman universitetinin rektoru İspaniyaya şərab dolu çəlləklər aparıb orada şüşələrə doldurduqdan sonra təzədən Azərbaycana “ispan şərabı” adı ilə idxal etdiyinə görə işdən azad olunmuşdu e! Təkcə bu faktdan sonra kiminsə universitet diplomu olmadan icra başçısı təyin edilməsinə niyə, hansı məntiqlə heyrətlənməli, qəzəblənməlisən ki?..

Necə bir ölkədə yaşadığınızı anlamaq və təəccüblənməmək üçün daha nə baş verməlidi axı?!

Hakim rejim uca millət, sevgili xalqın şifrələrini çoxdan çözüb. Camaat ən pis vəziyyətdə ikən belə nəyə şükür edə, çəpik çala, nədən təsəlli tapa bilir? – bu sualların cavabı hakim rejimə gün kimi aydındır. Elə ona görə də bir azca dara düşən kimi “yetimin papağını əlindən alıb sonra özünə qaytarmaqla” uca millət, sevgili xalqın könlünü şad eləmək, öz ətrafında sıx birləşdirmək onun əlində su içimi kimi asandır.

Lakin camaatımız onillərdir, hətta hardasa yarım əsrə yaxındır onu idarə edən, onu istədiyi kimi yönləndirən zehniyyəti tanımamaqda dirənir, dirəşir.

Bu zehniyyətin “vintciklərindən”, “təkərciklərindən” ummağa və küsməyə davam edir.

Bir az dara düşən kimi yenə onlardan – xalqszı xalq yazıçılarından, xalqsız xalq şairlərindən, xalqsız xalq artistlərindən… “ədalətli mövqe” gözləyir.

Bütün tərcümeyi-halı özünə və övladlarına gün ağlamaqdan ibarət olan, 1980-ci illərin sonlarında bir öncəki onilliyi “durğunluq dövrü” adlandıraraq yıxıb sürüyən, 1990-cı illərdə isə gedişat dəyişincə bu dəfə 1970-ci illəri “çiçəklənmə dövrü” kimi mədh edən əldəqayırma ziyalılardan doğrunu söyləmələrini, həqiqətin yanında olmalarını istəyir! Hakimiyyətlər dəyişincə düşüncələri də biqələmuncasına dəyişən adamlara “haq səsini” ucaltmaları üçün yalvarıb-yaxarır!

O “haqq səsi” ucalmayınca da təəccüblənir.

Sən də qalırsan mat-məəttəl… Sən də qalırsan əlin üzündə…

Sonra da durub utanmadan arağı-zadı adamın başqaxıncına çevirirlər, adın “alkaş”a-zada çıxır, niyə çox içirsən-filan.

Bu boyda zırıltını araqla kompensasiya etdiyimizə şükür eləyin; əslində çıxış yolu araq yox, biryolluq siçan dərmanı içməkdir…

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Seymur
Mövqe

Azərbaycan yazıçılarının nankorluğu haqqında

Seymur Baycan
13 Avqust 2024
1200px Corvus frugilegus Dartmoor, Devon, England
.

Azərbaycan təhsilinin “zağca” problematikasına dair

Sevda Sultanova
24 May 2024
Seymur baycan
Mövqe

Vəziyyətə uyğunlaşmaq haqqında

Seymur Baycan
07 Mart 2024
MyCollages (1)
Mövqe

Ölüvay gənclik haqqında

Seymur Baycan
13 Avqust 2024
Seymur Baycan yazıçı
.

Kütləvi təlxəklik və tərbiyəsizlik dövrü

Seymur Baycan
24 Fevral 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör