Azlogos
  • Kimlər var
  • Bizi tanı

Bakirə intiharlar Xocalı qətliamı haqqında hər şey Qaralar üçün İsrail "Kitabi-Dədə Qorqud"un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər? Rəqəmsal konslager Liberalların çirkin siması
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Almanlarla işləmək

Rezo ƏliyevRezo Əliyev
Mövqe
05 Yanvar 2019

Mən universitetdə oxuduğum vaxtlarda almanların qeyri adi bir məxluq olduqlarını düşünüb oraya getməkdən çəkindim. Sonralar almanların arasına düşdükdə onların qeyri-adiliyi ilk baxışdan mənə aydın olmadı. Onlar haqqında yüksək fikirdə olduğumu praktiki olaraq gömək istəyirdim. Çalışdığım universitetin işçiləri adi insanlar idilər. Səhər saat 8-də işə gələr, 8 saat işləyəndən sonra evə gedərdilər. Fasilə vaxtları deyib gülməkləri, müxtəlif mövzularda zarafat etməkləri məndə bunların universitetdə vaxtlarını boş yola verməyə cəhd edən adam fikri formalaşdırmışdır. Mən də o vaxt kafedrada olan ruslara qoşulub, Sovet məktəbinin yetirməsi kimi institut işçilərinin kam savada malik olduqlarını qürurla sübut etməyə çalışırdım.

Zaman keçdikcə hər şeyin rusların düşündüyü kimi olmadığını fərqləndirməyə başladım. Metrə-metrə düsturlar çıxaran rusların elmi işlərinin tam praktiki tətbiqə yönəlmiş alman elminin yanında aciz göründüyünü dərk etdikdən sonra ilk vaxtlarda necə də gülməli olduğum gözümün qabağında canlandı və utandım. Birincisi onların məşğul olduqları elmi mövzular, ikincisi isə apardıqları elmi işə münasibətləri tamam başqa aləmdən xəbər verirdi. Görünür buna görə də, inkişaf etməkdə olan ölkədən gəlmiş bir yarımcan elmi işçi onları dərhal anlaya bilməmişdi. Söhbət təkcə dil baryerindən getmirdi. Eksperimental ölçmələrin nəticələrini havadan götürərək diaqram qurub elmi adlar alan insanlar arasından çıxan azərinin real elmi mühitiə alışmağı elə də asan deyildi. Almaniyanın ali məktəblərində aparılan işlərin ciddiliyi, ona verilən qiymət və tələb olunan nəticə işçilərin işə münasibətini formalaşdırır. Hələ orta məktəbdən səmərəli işə alışdırılan uşaqlar böyüyəndə əldə etdikləri ixtisasa uyğun çalışdıqları müəssisədə “halal” işləməyə can atırlar. Yəni işə vaxtında gəlmək, səmərəli işləmək, qayda-qanunlara riayət etmək artıq məktəbdə və ailədə verilən tərbiyə əsasında əldə olunan yüksək özünütəşkiletmə dəqiqliyi əsasında həyata keçirilir. Müdirin dəqiqə başına işçiyə nəzarət etməsi burada anormal hal sayılır.

On ildən artıq mühəndis kimi çalışdığım firmada aparıcı dəstəyə aid olduğumdan almanların fəhlələrindən tutmuş menecer səviyyəsinə qədər bütün müstəvilərdə gördüklərim və eşitdiklərim məndə onların iş mədəniyyəti haqqında tam təsəvvür yaratmışdır. Müəssisələrdə görülən işlərin mahiyyətinə varmadan bu mədəniyyətin incəlikləri haqqında bir neçə kəlmə yazmaqla oxucuların almanlar haqqında olan təsəvvürlərini bir balaca zənginləşdirmək istərdim.

Alman iş mədəniyyəti müəssisənin idarə üslubundan irəli gələn, işçilərin gündəlik fəaliyyətinə təsir edən amillər, işin təşkili və iş şəraitindən asılı formalaşmışdır. Ümumiyyətlə almanlar hər hansı fəaliyyət əsasında yığılan vərdişlərlə ölçülən dəyərlərə “mədəniyyət” kəlməsi əlavə edirlər. Beləliklə onların leksikonunda oxumaq (kitab) mədəniyyəti, iş mədəniyyəti, siyasət mədəniyyəti, demokratiya mədəniyyəti, məktub mədəniyyəti, yemək yemək mədəniyyəti, öyrənmə mədəniyyəti, avtomobil sürmə mədəniyyəti və s. genş yer alıb.

Almaniyada hökm sürən bürokratiya haqqında uzun danışmağa ehtiyac yoxdur. Bu hamıya məlumdur. Bunun haradan irəl gəlməsinə toxunmaq istərdim. İşlə bağlı olan bütün fəaliyyətlər qanunlarla müəyyən olunan qaydalar və təlimatlarla idarə olunur. İşdə özbaşına hər-hansı bir addımın atılması həm təhlükəsizlik baxımından, həm də əməyin təşkili baxımından yol verilməzdir. Bütün təlimatlar kağız üzərində qeyd olunur, işçilər tərəfindən oxunur və imza ilə təsdiqlənir. Yeni işə götürülən adamın ilk işi bu qalaq-qalaq sənədləri oxyub qol çəkməkdən ibarətdir. Bundan sonra iş zamanı buraxılan səhv nəticəsində yaranacaq problemlərə onların özləri məsuliyyət daşıyırlar. Müəssisə daxilində işçi-müdir münasibəti iş qanunu ilə tənzimlənir. İşçinin təhqiri yol verilməzdir. O, əmək müqaviləsində göstərilən işdən fərqli işə məcburi göndərilə bilməz. İşçilər haqqında şəxsi məlumatlar yalnız kadrlar şöbəsində saxlanır. Başqaları üçün bu məlumat əlçatan deyil. İşçilərin şəxsi həyatı da əmək fəaliyyəti üçün önəmli deyil.

Neçə il Almaniyada olduğum müddətdə hələ heç kim mənim valideynlərimin nə işlə məşğul olmasını soruşmayıb, yəni mənim əslim nəcabətim heç kimi maraqlandırmayıb.

Ona fikir versəydilər, yəqin ki, indi mən də qohumlarım kimi Rustavi bazarında maşın alveri ilə məşğul idim.

Böyük müəssisələrdə işçilərin işləmə müddətinə mərkəzləşdirilmiş proqram sistemi ilə nəzarət olunur. Onlar işə nə vaxt gəlirlər, nə vaxt gedirlər mərkəzi sistemdə qeyd olunur. İndiyə kimi mən kiminsə işə gecikməsi, icazəsiz evdə qalması, kiminsə toyuna getməsi və s. hallar üçün xahiş edib icazə almasına rast gəlməmişəm. Belə şeylər alman iş mədəniyyətinə yaddır. Hər bir işçinin illik məzuniyyət günləri vardır. Bu müəssisədən asılı olaraq 26-32 iş günü arasında dəyişir. Yəni onlar lazım gəldkdə məzuniyyət götürə bilərlər. Ailə üzvü rəhmətə getdikdə və yaxud işçinin bir evdən başqa evə köçməsi zamanı onlara əlavə 1 gün məzuniyyət verilir.

Onu da qeyd edim ki, onlar bizlərdən fərqli olaraq işə əsəblə gəlib, əsəblə getmirlər.

Almanlar işə ömürlərindən sərf etdikləri bir vaxt parçası kimi baxırlar.

Yəni işdə insanların rahat işləməsi və istirahət vaxtı onların dincəlməsi üçün şərait onlarda əmək fəaliyyətinə tamam başqa münasibət yaradır. Ona görə də, işçilər bu vaxta heç də yalnız pul qazanmaq üçün itirilən vaxt kimi baxmırlar.

Bir neçə kəlmə də əcnəbilərin alman müəsssələrində işləmələri barədə. Almanların işçi qüvvəsinə ehtiyacları olduğu sahələrdə əcnəbilər gülərüz qarşılanırlar. Hal-hazırda bu texniki sahələr üzrə mühəndisləri, yaşlı şəxslərə qulluqçuları, həkimləri, proqramçıları əhatə edir. Onlara müəssisə daxilində mövcud olan bütün qaydalar həvalə olunur, yəni əcnəbilər üçün əlavə və ya xüsusi qaydalar yoxdur. Digər sahələrdə xaricdən gəlib burada çalışmaq çətindir. Məsələn xaricdən gəlmiş mütəxəssisin müəllim, hüquqşünas, bankir kimi işləməsinə rast gəlmək mümkün deyil. Bu sahədə almanların özlərinin kifayət qədər işçi qüvvələri olduğundan xarici təhsillilərə skepsis ilə yanaşırlar. Onlar qeyd olunan sahələr üzrə xarici diplomları tanımırlar.

Əcnəbilərin Almaniyada işləmələri qanunla tənzim olunur. Son illərdə mütəxəssis çatışmamazlılığı bu qanunu dəyişməyə məcbur etmişdir. 1978-2004-cü illər arasında Almaniyada əcnəbilərin gəlib işləməsi qanunla qadağan olunurdu. Bu dövrlərdə əcnəbilərin, hətta Almaniyada ali təhsil almışların işləmələrinə yalnız xüsusi hallarda icazə verilirdi. Xüsusi hal mütəxəssislərin çatışmadığı sahələrə aid edilirdi. Böyük şirkətlərin təzyiqi altında hökümət 2005-ci ildə yeni qanun işləməli oldu. Miqrantlar haqqında qəbul edilmiş bu qanun Almaniyada ali təhsil almış əcnəbilərə iş axtarmaq və qalıb işləmək üçün bütün hüquqları verir. Xaricdən əcnəbilərin Almaniyaya gəlib işləmələri isə bir az müşküldür. Bunu üçün “blau card” mövcud olsa da indiyə qədər əsas şərt kimi qoyulan minimal əmək haqqı əcnəbilərin Almaniyaya axını üçün elə də motivasiya yaratmamışdır. Çünki aylıq 4 mindən artıq əmək haqqı verilməli olan mütəxəssis çox yüksək ixtisaslaşma dərəcəsinə malik olmalıdır ki, o müəssisədə işləyənlərlə ayaqlaşa bilsin. Belələri isə dil baryerinə görə ABŞ-a üz tuturlar. İndi isə illik əmək haqqını 35 minə endiməklə ali təhsilli mütəxəssis gəlişini sürtətləndirmək istəyirlər. Effekt yenə də zəifdir. Bu əmək haqqını bəziləri “alçaldılmış” hesab edirlər, amma onu da deyim ki, illik 50 min və daha çox əmək haqqı ala biləcək mühəndisi xaricdən tapıb gətirmək çox çətindir. O çalışacağı müəssisədə elə ilk zamandan tam gücü ilə işləməyə qadir olmalıdır. Buna isə yuxarıda qeyd etdiyim alman iş mədəniyyəti mane olur. Digər tərəfdən qayda qanunlar, standartlar, tətbiq olunan müasir texnika və texnologiyanın səviyyəsinə xaricdə mənimsəmək mümkün deyil. Oradakı ali məktəblər belə imkana malik deyillər. Hindistanda və ya lap elə Rusiyada təhsil almış bir mühəndisin və ya həkimin ilk gündən sərbəst işləməsi ehtimalı çox aşağıdır. Ona görə də, yarımçıq ixtisaslaşmaya malik mütəxəssisləri buraya cəlb edib, sonra onları təkmilləşdirməklə problemin həllinə çalışırlar.

P.S.: Şəxsi təcrübəm əsasında onu deyə bilərəm ki, almanlarla işləmək elə də çətin deyil. Əsas işə almanar kimi münasibət bəsləməkdir. Onlar kimi dəqiq, məsuliyyətli və etibarlı olduğun halda, bizim dillə desək almanlar adamın başına pərvanə olurlar. Mənimlə bir neçə il öncə Əlcəzairdən gəlmiş bir mühəndis çalışırdı. O ali təhsilini Almaniyada almışdır. Onun xətrini almanlar o qədər istəyirdilər ki, qonaqlıqlar zamanı onun müsəlman olmasını nəzərə alıb, xüsusi olaraq ona donuz ətsiz və piysiz yeməklər sifariş edirdilər.

Rezo Əliyev

Almaniya

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

_117157217_sevilatakiiyeva
.

Bakirə intiharlar

27 Fevral 2021
t_23d99902bbd248dcbacb7ba37354a96f_name_mgt_scaled
.

Rəqəmsal konslager

25 Fevral 2021
IMG-20180618-WA0012
.

Liberalların çirkin siması

23 Fevral 2021
sev-2
.

Azərbaycanlı oxucunun şüur defisiti

22 Fevral 2021
“Oğurlanan” Qərbin qaytarılması
.

“Oğurlanan” Qərbin qaytarılması

22 Fevral 2021
im-143485
Mövqe

İmtina mədəniyyəti nədir?

22 Fevral 2021

Redaktorun seçimi

Yeni insan tipləri

Şəhərə toxunmaq

Bir daha ermənilər, bir daha Kim Kardaşyan məsələsi

Mühacirlərin porno-bloqları

“Talesiz” – insanın deqradasiyaya uğraması haqqında

450 milyon ədəd PlayStation

Siyasi gigiyena barədə

Söyülmək və öyülmək arasında

Seçkidən başqa hər şey

Bizdə niyə modern sənət yoxdur?

Üzeyir bəyin karikaturası

Garry Winograndın qadınları

Nasistlərin seks kuklaları və pank rok

Prof. Məsud Aşinanın müraciəti

Ermənilər kimdir?

Həqiqi liberal

Abşeron mayakı – 160

Aygün Aslanlı: “Sevda Sultanova baş ifritədir”

Üzeyir Hacıbəylinin analitik düşüncə tərzinə dair bəzi nümunələr

Mandat Erkin Qədirlinin nəyinə lazım idi?

İslahatdan razı qalan Vergilər

Sehrli dağ

Dağlıq Qarabağ Muxtar Vilayəti əraziləri

Luis Bunüel-dən amansız səmimiyyətlə dolu xatirələr (II hissə)

Xəyanət barədə PSevdosöhbət

Şimal qütbünün kəşfi

Müşfiq haqqında donoslar – 1

Polis olmaq həvəsi

Bir səhvə görə çəkilən xətt

Bertrand Russell – “Roma İmperiyasında mədəniyyət”

Almanlarla işləmək

Rezo ƏliyevRezo Əliyev
Mövqe
05 Yanvar 2019

Mən universitetdə oxuduğum vaxtlarda almanların qeyri adi bir məxluq olduqlarını düşünüb oraya getməkdən çəkindim. Sonralar almanların arasına düşdükdə onların qeyri-adiliyi ilk baxışdan mənə aydın olmadı. Onlar haqqında yüksək fikirdə olduğumu praktiki olaraq gömək istəyirdim. Çalışdığım universitetin işçiləri adi insanlar idilər. Səhər saat 8-də işə gələr, 8 saat işləyəndən sonra evə gedərdilər. Fasilə vaxtları deyib gülməkləri, müxtəlif mövzularda zarafat etməkləri məndə bunların universitetdə vaxtlarını boş yola verməyə cəhd edən adam fikri formalaşdırmışdır. Mən də o vaxt kafedrada olan ruslara qoşulub, Sovet məktəbinin yetirməsi kimi institut işçilərinin kam savada malik olduqlarını qürurla sübut etməyə çalışırdım.

Zaman keçdikcə hər şeyin rusların düşündüyü kimi olmadığını fərqləndirməyə başladım. Metrə-metrə düsturlar çıxaran rusların elmi işlərinin tam praktiki tətbiqə yönəlmiş alman elminin yanında aciz göründüyünü dərk etdikdən sonra ilk vaxtlarda necə də gülməli olduğum gözümün qabağında canlandı və utandım. Birincisi onların məşğul olduqları elmi mövzular, ikincisi isə apardıqları elmi işə münasibətləri tamam başqa aləmdən xəbər verirdi. Görünür buna görə də, inkişaf etməkdə olan ölkədən gəlmiş bir yarımcan elmi işçi onları dərhal anlaya bilməmişdi. Söhbət təkcə dil baryerindən getmirdi. Eksperimental ölçmələrin nəticələrini havadan götürərək diaqram qurub elmi adlar alan insanlar arasından çıxan azərinin real elmi mühitiə alışmağı elə də asan deyildi. Almaniyanın ali məktəblərində aparılan işlərin ciddiliyi, ona verilən qiymət və tələb olunan nəticə işçilərin işə münasibətini formalaşdırır. Hələ orta məktəbdən səmərəli işə alışdırılan uşaqlar böyüyəndə əldə etdikləri ixtisasa uyğun çalışdıqları müəssisədə “halal” işləməyə can atırlar. Yəni işə vaxtında gəlmək, səmərəli işləmək, qayda-qanunlara riayət etmək artıq məktəbdə və ailədə verilən tərbiyə əsasında əldə olunan yüksək özünütəşkiletmə dəqiqliyi əsasında həyata keçirilir. Müdirin dəqiqə başına işçiyə nəzarət etməsi burada anormal hal sayılır.

On ildən artıq mühəndis kimi çalışdığım firmada aparıcı dəstəyə aid olduğumdan almanların fəhlələrindən tutmuş menecer səviyyəsinə qədər bütün müstəvilərdə gördüklərim və eşitdiklərim məndə onların iş mədəniyyəti haqqında tam təsəvvür yaratmışdır. Müəssisələrdə görülən işlərin mahiyyətinə varmadan bu mədəniyyətin incəlikləri haqqında bir neçə kəlmə yazmaqla oxucuların almanlar haqqında olan təsəvvürlərini bir balaca zənginləşdirmək istərdim.

Alman iş mədəniyyəti müəssisənin idarə üslubundan irəli gələn, işçilərin gündəlik fəaliyyətinə təsir edən amillər, işin təşkili və iş şəraitindən asılı formalaşmışdır. Ümumiyyətlə almanlar hər hansı fəaliyyət əsasında yığılan vərdişlərlə ölçülən dəyərlərə “mədəniyyət” kəlməsi əlavə edirlər. Beləliklə onların leksikonunda oxumaq (kitab) mədəniyyəti, iş mədəniyyəti, siyasət mədəniyyəti, demokratiya mədəniyyəti, məktub mədəniyyəti, yemək yemək mədəniyyəti, öyrənmə mədəniyyəti, avtomobil sürmə mədəniyyəti və s. genş yer alıb.

Almaniyada hökm sürən bürokratiya haqqında uzun danışmağa ehtiyac yoxdur. Bu hamıya məlumdur. Bunun haradan irəl gəlməsinə toxunmaq istərdim. İşlə bağlı olan bütün fəaliyyətlər qanunlarla müəyyən olunan qaydalar və təlimatlarla idarə olunur. İşdə özbaşına hər-hansı bir addımın atılması həm təhlükəsizlik baxımından, həm də əməyin təşkili baxımından yol verilməzdir. Bütün təlimatlar kağız üzərində qeyd olunur, işçilər tərəfindən oxunur və imza ilə təsdiqlənir. Yeni işə götürülən adamın ilk işi bu qalaq-qalaq sənədləri oxyub qol çəkməkdən ibarətdir. Bundan sonra iş zamanı buraxılan səhv nəticəsində yaranacaq problemlərə onların özləri məsuliyyət daşıyırlar. Müəssisə daxilində işçi-müdir münasibəti iş qanunu ilə tənzimlənir. İşçinin təhqiri yol verilməzdir. O, əmək müqaviləsində göstərilən işdən fərqli işə məcburi göndərilə bilməz. İşçilər haqqında şəxsi məlumatlar yalnız kadrlar şöbəsində saxlanır. Başqaları üçün bu məlumat əlçatan deyil. İşçilərin şəxsi həyatı da əmək fəaliyyəti üçün önəmli deyil.

Neçə il Almaniyada olduğum müddətdə hələ heç kim mənim valideynlərimin nə işlə məşğul olmasını soruşmayıb, yəni mənim əslim nəcabətim heç kimi maraqlandırmayıb.

Ona fikir versəydilər, yəqin ki, indi mən də qohumlarım kimi Rustavi bazarında maşın alveri ilə məşğul idim.

Böyük müəssisələrdə işçilərin işləmə müddətinə mərkəzləşdirilmiş proqram sistemi ilə nəzarət olunur. Onlar işə nə vaxt gəlirlər, nə vaxt gedirlər mərkəzi sistemdə qeyd olunur. İndiyə kimi mən kiminsə işə gecikməsi, icazəsiz evdə qalması, kiminsə toyuna getməsi və s. hallar üçün xahiş edib icazə almasına rast gəlməmişəm. Belə şeylər alman iş mədəniyyətinə yaddır. Hər bir işçinin illik məzuniyyət günləri vardır. Bu müəssisədən asılı olaraq 26-32 iş günü arasında dəyişir. Yəni onlar lazım gəldkdə məzuniyyət götürə bilərlər. Ailə üzvü rəhmətə getdikdə və yaxud işçinin bir evdən başqa evə köçməsi zamanı onlara əlavə 1 gün məzuniyyət verilir.

Onu da qeyd edim ki, onlar bizlərdən fərqli olaraq işə əsəblə gəlib, əsəblə getmirlər.

Almanlar işə ömürlərindən sərf etdikləri bir vaxt parçası kimi baxırlar.

Yəni işdə insanların rahat işləməsi və istirahət vaxtı onların dincəlməsi üçün şərait onlarda əmək fəaliyyətinə tamam başqa münasibət yaradır. Ona görə də, işçilər bu vaxta heç də yalnız pul qazanmaq üçün itirilən vaxt kimi baxmırlar.

Bir neçə kəlmə də əcnəbilərin alman müəsssələrində işləmələri barədə. Almanların işçi qüvvəsinə ehtiyacları olduğu sahələrdə əcnəbilər gülərüz qarşılanırlar. Hal-hazırda bu texniki sahələr üzrə mühəndisləri, yaşlı şəxslərə qulluqçuları, həkimləri, proqramçıları əhatə edir. Onlara müəssisə daxilində mövcud olan bütün qaydalar həvalə olunur, yəni əcnəbilər üçün əlavə və ya xüsusi qaydalar yoxdur. Digər sahələrdə xaricdən gəlib burada çalışmaq çətindir. Məsələn xaricdən gəlmiş mütəxəssisin müəllim, hüquqşünas, bankir kimi işləməsinə rast gəlmək mümkün deyil. Bu sahədə almanların özlərinin kifayət qədər işçi qüvvələri olduğundan xarici təhsillilərə skepsis ilə yanaşırlar. Onlar qeyd olunan sahələr üzrə xarici diplomları tanımırlar.

Əcnəbilərin Almaniyada işləmələri qanunla tənzim olunur. Son illərdə mütəxəssis çatışmamazlılığı bu qanunu dəyişməyə məcbur etmişdir. 1978-2004-cü illər arasında Almaniyada əcnəbilərin gəlib işləməsi qanunla qadağan olunurdu. Bu dövrlərdə əcnəbilərin, hətta Almaniyada ali təhsil almışların işləmələrinə yalnız xüsusi hallarda icazə verilirdi. Xüsusi hal mütəxəssislərin çatışmadığı sahələrə aid edilirdi. Böyük şirkətlərin təzyiqi altında hökümət 2005-ci ildə yeni qanun işləməli oldu. Miqrantlar haqqında qəbul edilmiş bu qanun Almaniyada ali təhsil almış əcnəbilərə iş axtarmaq və qalıb işləmək üçün bütün hüquqları verir. Xaricdən əcnəbilərin Almaniyaya gəlib işləmələri isə bir az müşküldür. Bunu üçün “blau card” mövcud olsa da indiyə qədər əsas şərt kimi qoyulan minimal əmək haqqı əcnəbilərin Almaniyaya axını üçün elə də motivasiya yaratmamışdır. Çünki aylıq 4 mindən artıq əmək haqqı verilməli olan mütəxəssis çox yüksək ixtisaslaşma dərəcəsinə malik olmalıdır ki, o müəssisədə işləyənlərlə ayaqlaşa bilsin. Belələri isə dil baryerinə görə ABŞ-a üz tuturlar. İndi isə illik əmək haqqını 35 minə endiməklə ali təhsilli mütəxəssis gəlişini sürtətləndirmək istəyirlər. Effekt yenə də zəifdir. Bu əmək haqqını bəziləri “alçaldılmış” hesab edirlər, amma onu da deyim ki, illik 50 min və daha çox əmək haqqı ala biləcək mühəndisi xaricdən tapıb gətirmək çox çətindir. O çalışacağı müəssisədə elə ilk zamandan tam gücü ilə işləməyə qadir olmalıdır. Buna isə yuxarıda qeyd etdiyim alman iş mədəniyyəti mane olur. Digər tərəfdən qayda qanunlar, standartlar, tətbiq olunan müasir texnika və texnologiyanın səviyyəsinə xaricdə mənimsəmək mümkün deyil. Oradakı ali məktəblər belə imkana malik deyillər. Hindistanda və ya lap elə Rusiyada təhsil almış bir mühəndisin və ya həkimin ilk gündən sərbəst işləməsi ehtimalı çox aşağıdır. Ona görə də, yarımçıq ixtisaslaşmaya malik mütəxəssisləri buraya cəlb edib, sonra onları təkmilləşdirməklə problemin həllinə çalışırlar.

P.S.: Şəxsi təcrübəm əsasında onu deyə bilərəm ki, almanlarla işləmək elə də çətin deyil. Əsas işə almanar kimi münasibət bəsləməkdir. Onlar kimi dəqiq, məsuliyyətli və etibarlı olduğun halda, bizim dillə desək almanlar adamın başına pərvanə olurlar. Mənimlə bir neçə il öncə Əlcəzairdən gəlmiş bir mühəndis çalışırdı. O ali təhsilini Almaniyada almışdır. Onun xətrini almanlar o qədər istəyirdilər ki, qonaqlıqlar zamanı onun müsəlman olmasını nəzərə alıb, xüsusi olaraq ona donuz ətsiz və piysiz yeməklər sifariş edirdilər.

Rezo Əliyev

Almaniya

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

_117157217_sevilatakiiyeva
.

Bakirə intiharlar

27 Fevral 2021
t_23d99902bbd248dcbacb7ba37354a96f_name_mgt_scaled
.

Rəqəmsal konslager

25 Fevral 2021
IMG-20180618-WA0012
.

Liberalların çirkin siması

23 Fevral 2021
sev-2
.

Azərbaycanlı oxucunun şüur defisiti

22 Fevral 2021
“Oğurlanan” Qərbin qaytarılması
.

“Oğurlanan” Qərbin qaytarılması

22 Fevral 2021
im-143485
Mövqe

İmtina mədəniyyəti nədir?

22 Fevral 2021
FacebookYoutubeInstagramTwitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

GöndərCancel