bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Adrenalin

AzLogos AzLogos
., Elm
11 Mart 2020
Oxuma vaxtı:13 dəqiqəyə oxunur
An extreme sportsman jumps on a rope from a great height. Ropejumping.

An extreme sportsman jumps on a rope from a great height. Ropejumping.

Paylaş

Harvard Tibb Məktəbinin professoru, həkim Brayan Hoffman adrenalinin kəşfindən, “vur, ya da qaç” reaksiyası və adrenalinin əczaçılıq sənayesində istifadəsindən danışır.

Adrenalin – insan orqanizminin müxtəlif orqanlarına çox güclü təsiri olan ən məşhur hormonlardan biridir. O, ekstremal vəziyyətlərə sürətli reaksiya üçün evolyusiya prosesində meydana çıxıb və orqanizmin öz imkanlarının sərhədində işləməsinə kömək edir.

TƏDQİQAT TARİXİ

Adrenalinin kəşf tarixi mürəkkəb olub. O, əsasən, yanlış aparılmış təcrübələrdən ibarətdir. Lakin hər şeyə rəğmən həmin təcrübələr nəhəng ixtiralarla nəticələnib. Bəziləri II əsrdə Qalen tərəfindən kəşf edilmiş digər endokrin vəzilərdən fərqli olaraq, böyrəküstü vəzilərin mövcudluğundan insanlar yüzilliklər boyu xəbərsiz qalıblar. Onlar yalnız XVI əsrdə kəşf olunub, lakin funksiyaları XIX əsrin ortalarına qədər naməlum qalıb – bununla bağlı bəzi ideyalar həmin dövrdə meydana çıxıb.

1716-cı ildə Bordo akademiyasında “Böyrəküstü vəzilərin funksiyası nədir?” (“Quel est l’usage des glandes surrénales?”) mövzusunda müsabiqə keçirilir. Müsabiqədə hakim qismində Şarl de Monteskyö çıxış edirdi. O, bütün inşaları oxuyandan sonra heç birinin mükafata layiq olmadığını və bu məsələnin nə vaxtsa həllini tapacağına ümid etdiyini deyir.

Böyrəküstü vəzilərin orqanizmin işi üçün vacib olduğu qənaətinə ilk dəfə 1855-ci ildə kliniki müşahidələr əsasında britaniyalı həkim Tomas Addison gəlir. O, güclü yorğunluq, çəki itkisi, qusma və dəri rənginin qəribə şəkildə qaralması müşahidə olunan xəstələrlə işləyirdi. Sonradan cəsədlərin müayinəsi zamanı Monteskyö, hamısının böyrəküstü vəzilərinin zədələndiyini görür. O qərar gəlir ki, həmin insanların ölümünə, məhz, böyrəküstülərin (o vaxtlar onların funksiyaları hələ məlum deyildi) sıradan çıxması səbəb olub.

Təxminən, bir il sonra Fransada Şarl Eduard Broun-Sekar əməliyyat yolu ilə laboratoriya heyvanlarının böyrəküstülərini götürməyi sınayır – heyvanların hamısı həlak olur. Ki, bu da həyatın dəstəklənməsi üçün böyrəküstü vəzilərin zəruri olduğu hipotezini təsdiqləyir.

Nə Addison, nə də Broun-Sekar böyrəküstü vəzilərin əsl funksiyasını bilmirdilər. Daxili sekresiya vəzilərinin, o cümlədən böyrəküstülərin qana aktiv kimyəvi maddələr ifraz etdiyini təsəvvür etmək də, bunu XIX əsrin ikinci yarısında mümkün olan metodlarla isbatlamaq da çətin idi.

1889-cu ildə o vaxt artıq məşhur alim olan Broun-Sekar, özünə heyvanların sperma və yumurtahüceyrələrinin şirələrindən hazırlanmış iynələr vurduğunu və iynələrin onu gəncləşdirdiyini bəyan edir – həmin vaxt onun 72 yaşı vardı.

Bu eksperiment yanlış aparılmışdı, çünki hər hansı effekt almaq üçün sözügedən şirələrdə yetərli miqdarda kişi hormonu- testosteron yox idi. Amma Broun-Sekarın bəyanatı əsl sensasiya yaradır. İnsanlar ciddi-ciddi inanmağa başlamışdılar ki, orqanların şirələri fizioloji təsir göstərə bilər.

Bir neçə ildən sonra İngiltərədə Corc Oliverlə Edvard Şarpey-Şafer, böyrəküstü vəzi şirələrinin köpəklərdə qan təzyiqini qaldırdığını müəyyənləşdirirlər.

Corc Oliver kiçik kurort şəhərciyində həkim işləyirdi və tədqiqatlar üçün kifayət qədər boş vaxtı vardı. Apardığı təcrübələrdən birində Oliver yerli qəssabın gətirdiyi böyrəküstüləri oğluna yedizdirir və özünün ixtira etdiyi cihazla təcrübənin effektini ölçməyə çalışır: cihaz mil arteriyanın qalınlığında mümkün ola biləcək dəyişiklikləri yoxlayırdı.

Amma bu da ciddi elmi təcrübə deyildi: bu gün biz bilirik ki, orqanizm, peroral daxil edilmiş adrenalini həzm etmir, digər tərəfdən isə çox güman ki, Oliverin ölçü cihazı səhih deyildi. Bununla belə, Oliver araşdırmalarını davam etdirir. O, Londonda məşhur fizioloq, professor Edvard Şarpey-Şaferlə görüşür. E.Şarpey-Şafer sadəcə maraq xatirinə köpəklərə böyrəküstülərin şirəsini daxil etmişdi və heyvanların qan təzyiqinin xeyli qalxması onu heyrətləndirmişdi. Bu, daxili vəzilərin sekretlərinin böyük fizioloji təsir göstərdiyini birmənalı şəkildə isbatlayan ilk nümunə idi.

Bundan dərhal sonra əsl yarış başlayır: böyrəküstülərdə qan təzyiqinin artmasına səbəb olan maddəni birinci kim tapacaq? Bütün dünyada, xüsusən də, Almaniyada, İngiltərə və ABŞ-da laboratoriyalar onu müəyyənləşdirmək üçün ötüşürdülər. Müxtəlif insanlar onu tapdıqlarını iddia edirdilər, lakin sözügedən maddə, faktiki olaraq, 1901-ci ildə əldə olunur.

Böyrəküstülərin, qan təzyiqinin artmasına cavabdeh olan aktiv maddəsini Yokiçi Takamine – ABŞ-da yaşayan yapon mühaciri ixtira edir və ona “adrenalin” adını verir.

YA VUR, YA QAÇ

Adrenalin, böyrəküstülərin beyin maddəsində sintez olunan balaca molekuldan ibarətdir. Əsas kimi tirozin amin turşusu götürülür, sonra ona bir neçə xüsusi kimyəvi qruplar əlavə edilir. Alınan adrenalin böyrəküstülərdə saxlanılır və ona ehtiyac yarandığı anda digər orqanlara təsir etməkdən ötrü qana sovrulur.

Adrenalinin nəyə lazım olduğu ilə bağlı ideyanı ilk dəfə 1910-1940-cı illərdə Harvard tibb məktəbində işləmiş məşhur fizioloq Uolter Kennon ifadə edib. O zamana qədər adrenalinin, demək olar ki, bütün orqanlara təsir etdiyi artıq məlum idi, lakin, məhz, Uolter Kennon yekun nəticəni hazırlayır və elmə “ya vur, ya da qaç” reaksiyası anlayışını gətirir.

Bizim qədim əcdadlarımız amansız dünyada yaşayırdılar, orda hər zaman gözdə-qulaqda olmaq, bütün təhlükələrə cəld reaksiya vermək və çox qısa müddətdə bütün resursları səfərbər etmək lazım idi. Canavar dovşana yaxınlaşanda dovşan qaçmalı, canavar isə mümkün olan ən maksimal sürətlə ona çatmalıdır. Dovşan və canavarın böyrəküstülərinin hasil etdiyi adrenalin, orqanizm maksimal çətin vəziyyətdə işləyə bilsin deyə onun bütün sistemlərini səfərbər edir.

“Ya vur, ya da qaç” reaksiyası yırtıcı və ya qurbanın ibtidai instinkti ilə bağlıdır — intensiv iş üçün orqanizmə adrenalinin yardımı lazımdır. Adrenalin ürəkdən işləyən əzələlərə qan axışını artırır. Ki, bu da onlara daha çox oksigen, qidalandırıcı maddələr ötürməyə imkan verir və əzələlərin aktiv fəaliyyətini təmin edir; adrenalinin təsiri ilə ürək daha tez-tez döyünür, qaraciyər qana qlükoza ifraz edir, yağ toxumaları isə əzələləri qidalandıran yağ turşuları və qliserol buraxır. Bundan əlavə, adrenalin ağciyərlərdə nəfəs yollarını genişləndirir ki, bu da daha sürətlə və rahat nəfəs almağa imkan verir.

Böyrəküstü vəzilər böyrəklərin yanında yerləşir. Adətən, onlar yağ toxumaları ilə örtülmüş olur, buna görə də, bir neçə minilliklər boyu onları görməyiblər. Adrenalinin iki sinonim adı var: adrenalin və epinefrin. Ümumdünya sağlamlıq təşkilatı “epinefrin” adından istifadə edir. Epinefrin yunanca “επι” – “yanında” və “νεφρά” – “böyrək” sözlərindən yaranıb. “Adrenalin” sözü isə latınca “ad” – “yan tərəfdə” və “renalis” – “böyrəyin” deməkdir.

EMOSİYALARLA ADRENALİNİN ƏLAQƏSİ

Adrenalinlə həyəcan, qızışma hissi arasında əlaqə varmı? Çoxları elə hesab edir ki, var. Dilimiz də bunu əks etdirir: məsələn, coşqun duyğuların həvəskarlarını “adrenalin həvəskarları” adlandırırıq. Amma adrenalinin bizim hiss etdiklərimizlə birbaşa əlaqəsi yoxdur. Əgər əyləncə parkında amerikan dağlarına minsəniz, qorxu, ya da həyəcan hiss edə bilərsiniz: bu, adrenalinin ifrazını təhrik edir, ancaq hiss özü, əsasən, beyində yaranır. Adrenalin qan axını ilə beyinə daxil olmur, hematoensefallik baryer buna imkan vermir. Laboratoriyalarda insanlara adrenalin iynəsi vurulanda onlar nəbzlərinin necə sürətləndiyini hiss edirlər, özlərini bir az qəribə hiss edə bilərlər, ancaq qorxu, nə də həyəcan duyğusu olmur. Orqanizmimizin fərqli toxumalarında beyinə siqnal ötürən çoxlu reseptorlar var, buna görə də, bədəndən alınan bəzi stimullar bizim emosional təcrübəmizə təsir edir.

Amma bir şeyi də qeyd etmək vacibdir: adrenalin məsələsində, məhz, təcrübə onun ifrazını stimullaşdırır, əksi yox; birinci, emosiyalar yaranır, sonra adrenalin ifraz olunur.

Adrenalinin yaranma səbəbi təkcə qorxu deyil: o, kiçik miqdarlarda daima ifraz olunur. Cari fəaliyyət böyük fiziki aktivlik tələb edəndə sekresiyanın səviyyəsi artır. Medalın digər üzü isə ondan ibarətdir ki, müasir dünyada fiziki aktivlik tələb etməyən qorxu və ya güclü emosiyalar da adrenalin ifrazını stimullaşdıra bilər – məsələn, videooyunlar, trillerlər, futbol, hətta mübahisə də.

Sadalanan bütün hallarda tipik reaksiya alınır: ürək daha sürətlə və tez-tez döyünür, qoltuqaltları tərləyir, güclü həyəcan zamanı isə əllər titrəyir. Əslində, bu, insanın səhhətinə o qədər də təsir etmir, ancaq bəzi insanlarda, xüsusən də, 50 yaşında, ya da ürək xəstəlikləri olanlarda gözlənilməz həyəcanlanmaya qarşı stress reaksiyaları infarkta səbəb ola bilər. Emosiyaların ölümə, ya da ürək tutmaların necə yol açdığı ilə bağlı məsələ hazırda tibb elminin aktiv şəkildə araşdırdığı mövzulardan biridir.

Adrenalinsiz normal həyat sürmək mümkündür. Cərrahiyyə yolu ilə böyrəküstüləri götürülmüş insanlar kortizol və aldosteronu (həyat üçün vacib olan iki böyrəküstü hormonu) əvəz edən dərmanlar qəbul edirlər, ancaq adrenalin qəbul etmələrinə gərək yoxdur, onsuz yaşamaq mümkündür. Lakin belə insanlar, çox güman ki, orqanizmlərini, böyrəküstüləri işləyəndə olduğu kimi, maksimum dərəcədə çalışdıra bilmirlər.

TİBDƏ ADRENALİNDƏN İSTİFADƏ

Adrenalinin kəşfindən az sonra, onun ürəyin fəaliyyətinin bərpasına kömək etdiyi müəyyənləşdirilib. Bir çox xəstəliklərin – məsələn, astma, anafilaktik şok, uşaq krupozu – müalicəsində adrenalindən istifadə olunur. Diş həkimləri yerli anestetik iynəsi ilə birlikdə damağa adrenalin iynəsi də vururlar, çünki adrenalin damarların anesteziyanı xəstə dişin yanında daha çox saxlamasına imkan verir.

Anafilaktik şoku yenə də əvvəlki kimi təmiz adrenalinlə müalicə edirlər, lakin adrenalin əsaslı müasir preparatların əksəriyyəti daha təkmil tərkibə malikdir.

Adrenalini peroral qəbul etmək olmaz, çünki qana düşənə qədər qaraciyərdə parçalanır, ancaq alimlər adrenalinin peroral, ya da inqalyasiya şəklində – əgər astmanız varsa- qəbul oluna biləcək kimyəvi analogiyalarını yaradıblar. Ürəyin fəaliyyətinin bərpası üçün edilən adrenalin inyeksiyaları əvvəllər böyük miqdarda öküzlərin, ya da qoyunların böyrəküstülərindən istehsal olunurdu, lakin indi kimyəvi yolla sintezləşdirilir.

Ürək dayanan zaman onu yenidən çalışdırmaq üçün adrenalindən istifadə geniş yayılıb. Hər il ABŞ-da ürək dayanmasından yüzlərlə insan ölür və bu halların bir çoxu tez-tez ürək tutması nəticəsində ürək mədəciklərinin fibrilyasiyası ilə bağlıdır.

Yüz ildən çoxdur ki, ürək-ağciyər reanimasiyası zamanı insanları həyata qaytarmaqdan ötrü adrenalindən istifadə olunur.

Bəzi araşdırmaların nəticələrinə görə, ürək dayanması zamanı adrenalindən istifadə etmək arzuolunmazdır, hərçənd yekun nəticələr çıxartmaq hələ tezdir. Bir neçə il əvvəl Amerika tibb akademiyasının jurnalında çıxan bir məqalədə deyilirdi ki, ürək dayanması zamanı adrenalindən istifadənin faydalı, yoxsa zərərli olduğunu müəyyənləşdirməkdən ötrü hərtərəfli klinik sınaqlar aparmaq pis olmazdı.

Baxmayaraq ki, müasir təbabət sübutlu olmalıdır, diaqnostik və klinik praktikanın əhəmiyyətli hissəsi kifayət qədər elmi əsaslara söykənmir.

TƏBİİ DOPİNQ

İdmançı dopinq qəbul etmək istəyirsə, adrenalinin özündən istifadə etməyəcək, onunla bağlı preparatlar qəbul edəcək.

Onların arasında ən vaciblərindən biri klenbuterol – adrenalinəbənzər preparatdır. Avropada o, əzələ kütləsini artırmaq və piy miqdarını azaltmaq üçün donuzların yemlərinə əlavə kimi istifadə olunurdu. Olimpiya idmançılarının çoxu klenbuterol qəbul etdiyinə görə, yarışmalardan kənarlaşdırılıb. Əvvəllər bu, astmalı idmançılar üçün problemə çevrilirdi, lakin bu yaxınlarda Olimpiya komitəsi astmalı idmançılara bəzi adrenalinəbənzər preparatlardan istifadə etməyə icazə verib. Belə adrenalin əvəzləyiciləri qaraciyər vasitəsilə içəri çəkilir. Onların tərkibindəki əsas maddənin konsentrasiyası həddindən artıq aşağıdır və əzələlərin işinə əhəmiyyətli təsir göstərmir.

Digər tərəfdən adrenalinin təsirini əngəlləyən preparatlar – beta- adrenoblokator da mövcuddur. Onlar da bəzi olimpiya idman növlərində, xüsusən də, atıcılıqda yasaqlanıb: həyəcan yüksək səviyyədə olanda adrenalin əllərin titrəməsinə səbəb olur; atıcı adrenoblokator qəbul etdiyi halda sərrast atəş aça bilər.

Amma bu preparatları təkcə idmançılar qəbul etmirlər: peşəkar musiqiçilər də əl hərəkətlərinin sərrastlığını qorumaqdan ötrü kifayət qədər tez-tez adrenoblokatorlara müraciət edirlər.

Sinirləri bütün bədən boyu şaxələnən simpatik sinir sistemi əsas orqanları innervasiya edir (orqanların və toxumaların sinirlərlə təchiz edilməsi) və onların aktivliyini modullaşdırır. Məsələn, simpatik sinir sisteminin neyronları ürəyin yaxınlığındakı hüceyrələrə noradrenalin ifraz edir və ürək daha sürətli və güclü döyünməyə başlayır. Adrenalin də, əsasən, bənzər təsir göstərir, lakin qan vasitəsilə daşınır. Bu iki sistem bir-birini tamamlayır.

Noradrenalin – simpatik sinir sisteminin əsas neyromediatorudur. Strukturuna görə, o, adrenalinə çox oxşayır, onda yalnız bir metil qrupu çatışmır. Bununla belə, əgər böyrəküstüləri götürsəniz, bunun, o qədər də güclü təsiri olmayacaq. Amma simpatik sinir sistemini zədələsəniz, bunun son dərəcə ciddi nəticələri olacaq.

ADRENALİN NECƏ İŞLƏYİR?

Adrenalinin fəaliyyət mexanizmi digər preparatlar və hormonlar üçün model sayılır: bir çox preparatlar insan orqanizmindəki konkret maddələrlə qarşılıqlı əlaqə yolu ilə çalışır. Adrenalin də adrenalin reseptorları adlanan konkret zülallarla əlaqəli işləyir. Bu, transmembran zülal – G-zülala bağlı reseptorlar – genləri fəsiləsidir.

Bəzi hesablamalara görə, bizə məlum olan preparatların 10-20%-i G-zülalla bağlı olan reseptorlar vasitəsilə çalışır. İstənilən digər preparat, ya da hormon kimi, adrenalin də açar kilidə necə girirsə, reseptora elə daxil olur. 2012-ci ildə Dyuk Universitetinin alimi Robert Lefkovits və Stenford Universitetinin alimi Brayan Kobilka sözügedən reseptorların strukturlarını araşdırdıqlarına görə, kimya üzrə Nobel mükafatına layiq görülüblər.

Kobilka araşdırmalarını davam etdirərək rentgenstrukturlu kristalloqrafik analizin köməyilə adrenalinin həmin zülallara, məhz, necə daxil olduğunu və zülalın konfiqurasiyasının necə dəyişdiyini anlamağa çalışır.

Bu, təbabətin nəhəng bir parçasıdır. Adrenalinin fəaliyyət mexanizmini daha dərindən başa düşmək həm biologiyanı fundamental şəkildə anlamaq, həm də onun tibbi istifadəsi üçün vacibdir və adrenalin reseptorlarını aktivləşdirməkdən ötrü daha təkmil imkanlara malik olan yeni preparatların hazırlanmasına yardım edə bilər.

Prof. Brayan Hoffman

Harvard Tibb Məktəbinin

postnauka

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör