Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

ABŞ-ın Qafqazda gözü və qulağı

AzLogos AzLogos
., Vətən müharibəsi
19 Mart 2021
Oxuma vaxtı:2 dəqiqəyə oxunur
65440311 dad5 4aca 83ce 4deedd65fee5
Paylaş

Qafqazda yaranmış situasiyaya açıq şəkildə qarışmayan ABŞ, buna baxmayaraq, bölgədə nüfuzu olan digər ölkələrə bu istiqamətdəki gələcək siyasəti ilə bağlı siqnallar ötürür. Bu haqda Türkiyənin Milliyet qəzeti yazır.

Qeyd olunur ki, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun rəhbərlərindən Corc Kentin mart ayında, Vaşinqtonda yerləşən Xəzər Siyasi Mərkəzində etdiyi çıxışda, Amerikanın Qafqaza dair bir sıra əsas vəzifələri dilə gətirilib. Hazırda Rusiya, Çin və İranın mövqelərinin güclü olduğu və öz maraqlarını həyata keçirdikləri Dağlıq Qarabağdakı həll prosesinə Vaşinqtonun da qoşulmasının zəruriliyi xüsusi vurğulanıb. Həmçinin, Kent Qafqazda “sülh və təhlükəsizliyi” təmin etmək üçün ABŞ-ın bölgəyə strateji dəstək göstərməyə davam edəcəyini qeyd edib.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta isə, öz növbəsində, Rusiyanın bölgədə, xüsusən də Ermənistandakı “narahatlıq doğuran ” hərbi mövcudluğuna diqqət çəkib. Onun fikrincə, ABŞ bölgədə sülhün bərqərar olmasında fəal iştirak etməli və bu prosesdə aparıcı rol oynamağa çalışmalıdır. Xəzər Siyasi Mərkəzinin direktoru Əfqan Nifti də oxşar mövqe nümayiş etdirərək, ABŞ-ın Qafqazda Türkiyə ilə əməkdaşlığına ehtiyacın olduğunu qeyd edib.

Milliyet yazır ki, başda Rusiya olmaqla, Vaşinqton digər ölkələrə “bölgədə hələ də gözü və qulağının olduğunu” göstərmək istəyir və “lazım gələrsə, enerji təhlükəsizliyi və iqtisadi sahədə, mövqelərini heç kimə güzəştə getmədən, istənilən addımı atmağa hazır olduğunun siqnalını verir.”

Keçən ilin noyabrında, ABŞ-da nəşr olunan The National Interest dərgisi, Amerika kəşfiyyatının Dağlıq Qarabağdakı son hərbi münaqişə zamanı üç ciddi səhvə yol verdiyini və bunun nəticəsində, ABŞ-ın bölgədəki mövqeyinin əhəmiyyətli dərəcədə zəiflədiyini yazmışdı. Nəşrə görə onlardan biri, ABŞ kəşfiyyatının Rusiya sülhməramlılarının Dağlıq Qarabağa girəcəyini vaxtında proqnoz edə bilməməsi idi.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör