bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

ABŞ-ın “1937-ci ili” – Makkartizm

Elnur Astanbəyli Elnur Astanbəyli
., Sərbəst
18 Avqust 2020
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
Mccarthy
Paylaş

Tarixin arxivinə qovuşmuş SSRİ-də fikir və sənət adamlarının ayrı-ayrı Qərb ölkələrinin xeyrinə casusluqda, “düşmən dəyirmanına su tökməkdə” ittiham edilməsi barədə çox oxumuşuq. Əksəriyyəti quru sözlərdən ibarət olan, necə deyərlər, içi doldurulmayan bu ittihamlar sistemin bineyi-başdan xoşlamadığı, yaxud sonralar gözdən çıxardığı insanları cəzalandırmaq məqsədi daşıyırdı. Cəmiyyətdə, Leninin təbirincə desək, “vintcikləri və təkərcikləri bərkitmək” üçün mütəmadi olaraq kimlərisə fərdi və ya toplu şəkildə hədəfə gətirmək “sosialist ittifaqı”nın sevimli metodu idi: bununla sistemin təhlükəsizliyini təmin etmək hədəflənirdi. Qısası, hesablama olduqca bəsitdi: çox cəza – çox ədalətsizlik. Çox ədalətsizlik – çox qorxu. Çox qorxu – çox itaət.

SSRİ var olduğu müddətcə həmin hesablama heç vaxt öz aktuallığını itirmədi. Yarandığı gündən süqut etdiyi çağadək mövcudluğunu qorudu. Bu da azmış kimi, onun çöküşündən sonra bir zamanlar “sosialist ittifaq”a daxil olan ölkələrin əksəriyyətində (Baltikyanı respublikalar istisna olmaqla) uzun müddət oxşar ab-hava qaldı, yaxud hələ qalmaqdadır. Nümunə üçün uzağa getməyə ehtiyac yoxdur – Azərbaycan hələ də eyni idarəetmə təfəkkürünün girovluğundadır. Elə ona görə də XX yüzilliyin repressiv rejimlərindən danışarkən ilk ağıla gələnlərdən biri (bəzi hallarda birincisi!) SSRİ-dir.

Halbuki bir çoxlarımız ötən əsrin bənzər tarixi ləkələrindən birinin uzun zamandır bəşəriyyətə “demokratiyanın beşiyi” kimi təqdim edilən ABŞ-da yaşandığını, bəlkə də, bilmir. Söhbət elmi ədəbiyyata “makkartizm” olaraq düşən siyasi təzyiq və təhdid dalğasından gedir. Bu proses 1940-cı illərin sonlarında başlamış, on ilə yaxın davam etmiş və ondan dünyanın ən məşhur simaları, məsələn, Albert Eynşteyn, yaxud Çarli Çaplin əziyyət çəkmişdilər.

Makkartizm – bu repressiv prosesin təşəbbüskarı Birləşmiş Ştatların respublikaçı senatoru Cozef Raymond Makkarti (1908-1957) idi. Proses mahiyyət etibarilə SSRİ-dəki “Qərb agenti” axtarışlarından heç nə ilə fərqlənmirdi: hədəf kimi seçilənlər kommunist olmaqda, SSRİ-yə işləməkdə günahlandırılırdılar. Üstəlik, bir qayda olaraq, ortada konkret heç bir dəlil və sübut yox ikən!

Makkartinin rəhbərlik etdiyi Anti-Amerika Fəaliyyətləri Komitəsi sözün həqiqi mənasında Sovet “DTK”sı funksiyasını yerinə yetirirdi: müxtəlif sənət və peşə adamları asanlıqla “sovet casusu”, yaxud “inqilabçı” kimi damğalanır, Birləşmiş Ştatlar əleyhinə işləməkdə, çevriliş cəhdlərində günahlandırılır, istintaqa cəlb edilir, mühakimə olunur, həbsə atılır, yaxud ABŞ-dan çıxıb getməyə məcbur edilirdi. Hollivudda çalışan ssenaristlər, rejissorlar, aktyorlar üçün vəziyyət xüsusilə ağırdı – çəkilən hər bir film ciddi saf-çürük edilir, orada kommunist ideyalar axtarılır, özəlliklə sosial ədalətsizliyin qabardılması SSRİ-yə heyranlıq əlaməti kimi qəbul olunurdu.

İş o yerə çatdı ki, Hollivud-da çalışan ümumilikdə 41 yaradıcı insan əməlli-başlı “dar ağacına” çəkilməyə başlandı: onlardan biri ünlü alman şairi, dramaturq və teatr rejissoru Bertold Brext idi. Makkartinin rəhbəri olduğu komitə Brextin kommunist olmasından şübhələnərək xeyli sorğu-suala çəkdi. O, suçlamanı qəbul etmədi, ardınca isə artıq ABŞ-da qala bilməyəcəyini anlayıb ölkəni tərk etdi: öncə Parisə, oradan da Sürixə gəldi. Burada bir il qaldı və Qərbi Almaniya onu ölkəyə buraxmadığı üçün Avstriya vətəndaşlığını qəbul etməli oldu.

Makkartizmin qəzəbinə tuş gələnlərdən başqa biri isə dünya dramaturgiyasının klassiklərindən sayılan Artur Millerdi. Makkartini qəzəbləndirən isə Millerin əsərlərindən birində öz obrazını görməsi olmuşdu. Həmin tamaşada dramaturq dolayı yolla Anti-Amerika Fəaliyyətləri Komitəsini hədəf almış, komitə sədrinin neqativ obrazını yaratmışdı. Cin atına minən Cozef Raymond dərhal Milleri “gizli kommunist” elan edərək dindirməyə çağırmışdı. Dramaturq ifadə verməkdən imtina etmiş, nəticədə cərimələnmiş və bir illik həbsə məhkum olunmuşdu (sonradan həbs qərarı ertələndi).

“Kommunizmlə mübarizə” adı altında repressiv dalğa o yerə çatır ki, 1954-cü ildə Albert Eynşteyn ABŞ-da baş verənlərə kəskin etiraz etmək məcburiyyətində qalır: “Mürtəce siyasətçilər mövcud olmayan sovet təhlükəsindən mülki hüquqlara qəsd etmək üçün istifadə edirlər… Biz faşist rejiminin qurulması yolunda irəliyə doğru böyük addım atmışıq. Buradakı yaşayış şəraitimlə, 1932-ci Almaniyası arasındakı oxşarlığa heç bir şübhə yoxdur”.

(Haşiyə: Bundan beş il öncə – 1949-cu ilin mayında isə Eynşteyn “Niyə sosializm?!” adlı məqalə çap etdirmişdi. Həmin məqalədə kapitalist modelinin israfçılığı rədd edilir, sovet sisteminin iqtisadi nailiyyətləri vurğulanırdı. Bununla belə, Eynşteynin SSRİ-yə münasibəti birmənalı deyildi: o, Sovetlər Birliyinə gəlmək təkliflərini həmişə rədd edib. Çünki avtoritarizmdən zəhləsi gedirdi).

Beləcə, məşhur alim də Makkartinin “qara siyahı”sına düşür. Anti-Amerika Fəaliyyətləri Komitəsi əndazəni aşır: hər tənqidi fikirdə “sovet izi” axtarmaq Makkarti və ətrafındakıların sevimli vərdişinə çevrilir…

Yaşananlardan SSRİ-dəki repressiya dalğalarının, xüsusilə də, 1930-cu illərin – “qırmızı terror”un qoxusu gəlir.

Halbuki, Makkarti və komitəsi öz addımlarına “Qırmızı təhlükəyə qarşı” adını qoymuşdu… 

Ardı var

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör