Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Aşura sonrası tarixi qeydlər

Toğrul Maşallı Toğrul Maşallı
., Kültür
21 Sentyabr 2019
Oxuma vaxtı:7 dəqiqəyə oxunur
83EC8AA9 4A96 4B2E 8688 4EE57BFBC81F cx0 cy7 cw0 w1200 s
Paylaş

Sentyabrın 10-u, ya da hicri təqvimi ilə Məhərrəm ayının 10-cu günü Aşura başladı. Aşura – şiələrin imam Hüseynin, onun ailə üzvlərinin və tərəfdarlarının öldürülməsi ilə bağlı matəm günüdür. Azərbaycanlılar tarixən bu günü müxtəlif formalarda qeyd ediblər.

Müasir Azərbaycanda bu matəm o qədər də vacib yer tutmur. Misal üçün, Qafqaz Müsəlmanlar İdarəsi hamıya qanvermə aksiyasında iştirak etməyi təklif edir. Düzdür bəzi bölgələrdə səhərdən gündüzə kimi mağazalar işləmir, insanlar işə çıxmır və s., eyni zamanda 60 gün ərzində ölkə üzrə toyların və ya şənliklərin keçirilməsi məhdudlaşır. Amma 100 il əvvəl bu günün qeyd olunması daha qabarıq formalar alırdı. Din ölkənin həyatında vacib rol oynayır, Azərbaycan Xalq Cümhuriyyətinin özünü dünyəvi bəyan etməsinə baxmayaraq, dini ehkamlar həyatın bir çox məqamlarını tənzimləyirdi.

Müvafiq olaraq dini bayramlar və ya matəmlər də geniş qeyd olunurdu. 101 il əvvəl, AXC-nın yarandığı il, Aşuranın başlanğıcı oktyabrın 8-nə təsadüf etmişdi. AXC dövrü ciddi maraq kəsb etdiyindən, vaxtilə Manaf Süleymanov AXC-nın ilk ilində Aşuranın necə yadda qaldığını təsvir edib. Yarıbədii, yarısənədli kitab olmasına və nəşrindən uzun müddət keçməsinə baxmayaraq indiyə kimi, AXC dövründə Aşuranın təsviri məhz ona əsaslanır. Bunun da bir neçə səbəbi vardır.

İlk əvvəl M. Süleymanov bəzi dramatik məqamları təsvir edir. Onun yazdıqlarına görə, şəhər polis rəisi (miralay Nazim paşanın nəzərdə tutulduğunu güman etmək olar) əzadarlığı görərək, təəccüblənir və soruşur:

“Yahu, şu nə vahşət. Şu zavallılar neçin ulaşıyorlar. Kim onlara işgəncə yapmış? Neçin kəndiləri kəndilərinə böylə işgəncə veriyorlar”.

Yerli köməkçilərdən birinin izahını alandan sonra, o əlavə edir:

“Yahu! Şu havadis hicrətin ilk yüz illiyində, altmış-yetmişinci sənələrində vuqu bulmuş. O zamandan tam on üç yüz əlli il keçmiş. Şu habar, şu zavallılara nə gec gəlib çatmış”.

Bundan sonra onun əmri ilə yürüş təşkilatçıları tutulur və nümayişlərin qadağan olunduğu barədə xəbər verilir. Polis rəisi yığıncaqları məscid çərçivəsində etməyi təklif edir. Amma M. Süleymanova görə əzadarlar polis rəisin sözlərini qulaqardına vurub, sabahı gün yenə düşürlər küçələrə. Polis rəisi isə, dörd əsgəri bu dəstənin başına qoyur və əmr edir ki, hamısını vağzala aparsınlar. Bu addımın səbəbini, o, belə izah edir:

“Gavur ingilislər Kərbəlanı istila edib, həzrəti imam Hüseynin müqəddəs türbəsini murdarlayırlar. Şu əzadarları göndərəcəyəm Batuma, orda gəmilərə doldurub, birbaşa aparacaqlar Ərəbistana. Qoy gedib, həzrəti Hüseynin türbəsini kafir ingilislərdən azad etsinlər, şəhid olanlar behiştə gedər. Şurda boş-boşuna bağırmakdan, kadın təki göz yaşı axıdıb, ağlamakdan fayda yok. Nə tühaf həriflərsiniz, yahu, kişi də ağlarmı? Göz yaşı axıdarmı?”

Yalnız çoxlu sayda yalvarışlardan, vağzalda bir gecə saxlandıqdan sonra polis rəisi əzadarları buraxmağa qərar verir. Müvafiq mətni də M. Süleymanov “O adamlar, nəinki küçə-bazarda, türklər Bakıdan gedənə qədər heç məscidlərə də qədəm basmayıb, bir daha heç yerdə görünmədilər” cümləsi ilə bitirir.

Yaxşı, bəs reallıqda bu hadisələr baş veribmi? Dini adətlərin pozulması (hətta Rusiya imperiyası dövründə, belə tipli ayinlər pozulmurdu, sadəcə müəyyən çərçivəyə salınırdı) ciddi hadisədir. Bu və ya digər halda başqa mənbələrdə də öz təsdiqini tapmalı məsələdir. Ümumiyyətlə M. Süleymanovun kitabında əks olunan bütün hadisələrin hər hansı mənbəsi olur. Düzdür, heç də hamısı inandırıcı olmasa da, onlar ən azı müəyyən hadisəni və ya onun ümumi təsvirini təsdiqləyir. 1918-ci ildə Aşura ilə bağlı hər hansı ayrı məlumat tapmaq çətindir və ona görə yalnız müasirlərin dediklərinə müraciət etməli oluruq. Maraqlıdır ki, eyni hadisənin təsviri Aşuradan 3 gün sonra dərc olunmuş “Azərbaycan” qəzetinin rusdilli versiyasında da verilib. Bu hadisələri Mirzə Məhəmmədsadıq Axundov nəql edib.

Onun sözlərinə görə, Aşuranın ilk günü “Şaxsey-Vaxsey” yürüşləri başladı. Ən çoxsaylı yürüşlərin biri polis inspektorları ilə rastlaşdı. M. Süleymanovun təsvirində «şəhər polis rəisi» qeyd olunur. Əgər belə olsaydı, bunun gizlədilməsi mənasız idi. Amma M.S. Axundov bu barədə yazmırsa, deməli heç də çox yüksək rütbəli şəxs deyildi (çətinliklə təsəvvür etmək olar ki, Mürsəl və ya Nazim paşa özləri hər hansı meydana çıxıb problemi həll etsinlər. Onlar adətən əsgərlərin nizam-intizamı və ya daxili məsələlər ilə məşğul idi və belə tipli məsələlər üçün xüsusi yerli köməkçiləri var idi). Ona görə, adi polis inspektoru ilə rastlaşması daha həqiqətəuyğundur. Bu dövrdə polis inspektorlarının da böyük hissəsi türk zabitləri idi.

Yürüşün səbəbini öyrənəndən sonra, müvafiq polis inspektoru yürüşçülərə müraciət etdi. Onun sözlərinə görə, özü də inanclı müsəlmandır və şəriəti, Məhəmməd peyğəmbərin bütün nəsihətlərini bütün burada yığışmış insanlardan daha yaxşı və hətta şəriətin fəlsəfəsini də bilir. Eyni zamanda İmam Hüseynə də hörmətlə yanaşır. O, əlavə etdi ki, türk müsəlmanları artıq 600 ildir ki, İslamın inkişafı və genişlənməsi üçün mübarizə aparırlar və məhz Türkiyə Avropa və Asiya arasında sədd kimi dayanıb. Məhz Türkiyə Avropa xalqlarının Asiyaya qarşı atdığı bütün zərbələri dəf edib. Azərbaycana gəlişləri də yalnız İslamı müdafiə etmək naminədir.

O, beynəlxalq siyasətdən qan tökmək adətinə keçdi və əlavə etdi:

“Əgər siz din, millət və Vətən uğrunda qan tökmək istəyirsinizsə, o zaman sizin azadlığınıza təhlükə yaradan düşmənlər ilə mübarizə aparın. Onlar sizdən çox uzaqda da deyirlər. Gedin Petrovska və orada düşmən ilə savaşın. Millət və Vətən uğrunda qan tökün… ona görə gedin məscidlərə və öz dostlarınızı və oğullarınızı inandırın ki, belə günlər özünü müsəlman adlandıran hamıdan ümumi düşmən ilə qorxusuz və daimi mübarizəmizi tələb edir”.

Belə çıxışdan sonra yürüş rəhbərləri insanları məscidə yönləndirməyə qərar verdilər.

Göründüyü kimi, reallıqda hadisə çox prozaik olub: insanlar yığışıb, qabaqlarına polis çıxıb, onları məscidlərə toplaşmağa çağırıb və insanlar da “qanuni əmrə” tabe olublar. Düzdür, qeyd etmək lazımdır ki, oktyabr ayında Bakıda türklər hökmranlıq edirdilər və bu dövrdə hərbi senzura fəaliyyət göstərirdi. Amma hadisə yuxarıda təsvir olunan istiqamət alsa idi, biz bunun təsvirini müxtəlif xatirə və ya sənədlərdə görə bilərdik. Hətta “Azərbaycan” qəzetinin ingilis dövründə dərc olunan nömrələrində bunun təsviri olardı. Yəni orada türklər tərəfindən atılmış bir çox addımlar tənqidi olaraq təsvir olunurdu. Amma “Azərbaycan” qəzeti ilə bərabər nə İsveç mühəndisi, nə rus kadeti Baykov, nə də hər hansı başqa şahid bu barədə heç nə yazmırlar. Hətta hər bir məqamda hökuməti tənqid etməyə hazır olan müxalif KİV-lər də bu hadisəni bu cür təsvir etmir.

Düzdür, polis inspektorunun dediyi sözlər M. Süleymanovun yazdığı sözlərə yaxındır. Hətta təxmin etmək olar ki, insandan insana keçərək bu hala düşüb. Sadəcə reallıq, bir çox hallarda çox prozaik olur. Amma bu reallıq ətrafında yaranan miflər əksinə maraqlı və təmtəraqlı olur. Özü-özlüyündə miflərin heç bir ziyanı yoxdur, amma tarixi belə miflər əsasında tədqiq etmək və araşdırmaq, hətta buna təşviq etmək düzgün deyil. Tutaq ki, bu mif heç də indiki insanların hamısının şüuruna təsir edə bilmir, bəs insanları çaşdıran və səhv istiqamətləndirən bir çox başqa miflərimiz necə olsun? Məhz buna görə tarixçilər patetikadan, patriotik leksikondan imtina edib, real faktlar əsasında tədqiqatlar və kitablar hazırlamalıdır. Təəssüflər olsun ki, belə tədqiqatların sayı cüzidir…

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör