Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Elina – qisas yox, oyanma məsələsi

Günel Mövlud Günel Mövlud
., Mövqe
19 Sentyabr 2019
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
1554574146
Paylaş

Yaşadığım şəhərdə polis 13 nəfər yeniyetməni tutub, oxuduqları məktəbi və valideynləri də cəlb edərək, böyük bir proses başladıb. Səbəbi, bu yeniyetmələrin yaşıdları olan birinin əl-ayağını bağlayıb, ona işkəncə verib, hadisəni telefonla çəkib, internetə yerləşdirmələri olub. 

Polis işini peşəkarcasına görür, yeniyetmələrlə son dərəcə ehtiyatla davranılır. 

Mətbuat işini peşəkarlıqla görür – məktəbin adı, uşaqların adları, milliyyətləri, gəlmə və ya norveçli olduqları açıqlanmır.

Məktəb işini peşəkarlıqla görür, bu yaşda yeniyetmələrlə işləyən psixoloqların sayı artırılıb, onların uşaqlarla onsuz da müntəzəm baş tutan görüşlərinın sayı çoxaldılıb, valideynlərlə görüşlər artırılıb.

QHT sektoru mobbinq barədə maarifləndirmə, problemin kökünü araşdırma kimi işlərlə məşğuldu. 

Əgər hər şey yolunda getsə, o 13 nəfər yeniyetmə ilə psixoloqlar, müəllimlər, valideynlər işləyəcək, uzun-uzadı çalışacaq, bəlkə hər şey bir az çətin olacaq, amma gec ya tez, bu uşaqları cəmiyyətə psixi sağlam, ətrafına təhlükə yaratmayan insanlar kimi qazandıracaqlar. Belə olması üçün hüquq, təhsil, qht sektoru o yenyetmələrə də, valideynlərə də əlindən gələn köməyi edəcək. 

Bu hadisə demək olar ki, bura gəldiyim 3 ildə bəlkə də ikinci hadisədir. Ümumiyyətlə, mobbinq problemi daima məktəblərin diqqətindədir, müəllimlərdən həssas, gözüaçıq olmaq tələb olunur. Müəllimlər özünə qapanan, aqressiv, şiddətə meylli uşaqlara nəzarət yetirməli, onları narahat edən davranışları barədə psixoloqlara, uşaq qoruma xidmətinə, valideynlərə xəbər verməlidir və verirlər də. 

Uşaqların, xüsusilə yeniyetmələrin tərbiyəsinə, asudə vaxtının mənalı keçirilməsinə dövlət də öz dəstəyini verir. Yeniyetmlərin idman paltarları, ləvazimatları kimi xərclər qarşılanır, hətta azad vaxtlarını futbol, gimnastika və s. kimi idman növləri ilə məşğul olan uşaqlar pul mükafatı da alır. Bütün bunlar ona görə edilir ki, uşaqlarda sosiallaşma asanlaşsın, meyli olduğu aktivitet ona əlçatan olsun, kriminala və ya zərərli vərdişlərə meyl eləməsin. 

Bununla belə, yuxarıda bəhs etdiyim hadisə baş verib. Uşaqların zorakılıqdan bu qədər uzaq tutulduğu bir cəmiyyətdə. Yeniyetməlik, xüsusən müasir insanların ən dözülməz olduğu dövrüdür. Evdə yeniyetməsi olanlar, nə demək istədiyimi anladılar. Çox uzatmayım – o yaş dövründə əksər oğlanlarda, habelə qızlarda, aqressiya kəllə-çarxa vurur, qəddarlaşırlar, eqo zirvəyə qalxır. Dəhşətli olan isə budur ki, bu aqressiv, nifrət dolu yeniyetmələr 13 nəfərlik tərkiblə toplaşıb, razılaşıb, qərarlaşıb, qrup şəklində bu addımı atıblar.  

Biz zorakılığın necə, hardan gələcəyini təxmin edə bilmirik. Bu, internetdən də ola bilər, uşaqların yanında danışılan ehtiyatsız bir sözdən də, küçədən də, psixoloji problemlərindən də. Hər şeydən. Buna görə, valideynin, məktəbin, dövlətin ən böyük dərdlərindən biri yeniyetmələr olmalıdır. 

Elina hadisəsi bu ölkədəki tək yeniyetmə faicəsi deyildi. Amma müəyyən səbəblərdən daha çox səs-küyə səbəb oldu. Bu gün də insanlar onu intihar həddinə çatdıranları, özünə qəsd edəndən sonra xilas etmək imkanı olub, amma etməyənləri məsuliyyətə cəlb eləməyə çalışır. İnsanlar sanki onun qisasını almaq üçün alışıb-yanır.

Halbuki, məsələ qisas yox, tədbir görmək, bundan sonrakı yeniyetmə intiharlarını önləmək üçün bir mübarizə olmalıdır. Əsas məsələ bundan sonrakı Elinaları qorumaqdı. Onsuz da məktəbə sözümüz keçmir. Onsuz da uşaqlarımızı 6 ya 7 yaşından azərbaycan məktəbi adlı o idbar, tərbiyəsiz sistemin ağzına atırıq. Amma heç olmasa daha həssas olaq. Uşaqlarımızı qoruyaq, onlarla maraqlanaq, onlarla dost olaq, yaxın olaq ki, dərdlərini içlərində tək çəkməsinlər, bizə gəlib desinlər. Uşaqlarımızın yanında olaq ki, harın məmur balaları onları tək görüb əzməsin, alçaltmasın, ölümə sürükləməsin.

Elinanın anasının dedikləri əslində daha çox şey danışırdı. Özünə qapanan qız imiş, otağına çəkilib intihar barədə filmlərə baxırmış, məktəbdən şikayət edirmiş. Bunlar da diqqətsiz qalacaq, reaksiya verilməyəcək məsələlər deyil axı. Gördünüz, uşağınız məktəbdən şikayət edir, ora getmək istəmir, məsələnin üstünə düşün. Məktəbi, müəllimləri, sinif yoldaşlarını, məktəbdə baş verənləri öyrənin. Problemin qaynağını tapmağa çalışın. Tapdınızsa, əlinizdən gələni edin, uşağınıza onun yanında olduğunu hiss elətdirin. 

Gördünüz, uşağınız özünə qapanır, qəribə hərəkətlər edir, onunla səfərə çıxın, sevdiyi şeyləri yaşadın, onu tək qoymayın. Həkimlərlə məsləhətləşin deyəcəm, amma hansı həkim? Hansı tibb, hansı psixoloq? Ölkədə tibb sahəsinin nə gündə olduğunu hamı bilir. 

Zorakılıqdan uzaq tutun övladlarınızı. Onların yanında şiddətə çağıran ifadələr işlətməyin. Səni öldürərəm, asaram, kəsərəm kimi, dilinizin əzbəri elədyiniz kəlmələrin nə qədər təhlükəli olduğunu düşünün. Uşaqlarınıza qarğış eləməyin. Sınan boşqaba, çirklənən paltara görə qarğış, lənət yağdırmayın, sifət eləməyin uşağınıza. Onların sizin sevginizə ehtiyacı olduğu o həssas illərdə boşqabı, paltarı övladınızdan üstün tutduğunuzu nümayiş etdirməyin onlara.

Onlara balaca bacı və qardaşlarının dərdini, qayğısını yükləməyin. İkinci, üçüncü, dördüncü uşağı dünyaya gətirməyi siz seçmisiz, uşağınız yox. Böyük övladınızın uşaqlığını balaca bacı-qardaşlarına baxmağa xərcləməsini tələb etməyə haqqınız yoxdur. Nə qədər çətin olsa da, bu işin öhdəsindən özünüz gəlin. 

Qızlarınıza qardaşlarına tabe olmağı, qulluq eləməyi öyrətməyin. Bunu onun boynuna qoymayın. Oğlanlarınıza bacılarına cavabdeh olmağı öyrətməyin, əl boyda uşağa namus, qeyrət, nəslin adı zadı kimi axmaq-axmaq şeylər öyrədib, potensial bacı qatili böyütməyin evdə.

Valideyn kimi maariflənin. Dünyada uşaq, yeniyetmə psixologiyası barədə minlərlə kitab var, onlayn dərs verən nə qədər həkimlər var. Baxın, öyrənin, uşaqlarınızı təkcə sevgiylə deyil, həm də məsuliyyətlə, bilgi ilə böyüdün. 

«Azərbaycanlı», «namuslu», «ciddi» valideyn yox, sadəcə normal valideyn olun. Məsuliyyətli, sevgi dolu, səbrli valideyn.

Qoymayın uşaqlarınız Elinanın özünü atdığı pəncərəyə tərəf «getsin».   

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör