bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Nifrət dili

Günel Mövlud Günel Mövlud
., Mövqe
10 Sentyabr 2019
Oxuma vaxtı:8 dəqiqəyə oxunur
Yazik nenavisti
Paylaş

Nifrət dili milli identifikasiyanın dəstək vasitəsi kimi

Nifrətlə necə mübarizə aparmalı?

Müstəqil Azərbaycanda mətbuatda və ədəbiyyatda nifrət nitqinin elə müstəqilliyin ilk illərindən başladığını hesab etmək mümkündür. Nifrət dili müstəqilliyin memarları hesab edilən milli hərəkatın şüarlarında, mətbuatında və o illər dəbdə olan meydan şeirlərində artıq nəzərə çarpırdı. Bu nifrət çağırışları əsasən ruslara, Qarabağ konflikti başlayan kimi isə ermənilərə yönəlmişdi. Rusları bir qayda olaraq, Sovet İttifaqı ilə eyniləşdirən, Azərbaycanın müstəqilliyini istəməyən, buna mane olan bir toplum kimi göstərən; erməniləri isə Qarabağ savaşı, müharibə, müharibədəki çoxsaylı insan itkilərinin səbəbkarı bilib, erməni etnosunu düşmən Ermənistan höküməti ilə eyniləşdirən nitqlər, yazılar, şeirlər siyasətçilərin, publisist və şairlərin sayəsində geniş vüsət alır və xalq kütlələri arasında yayılırdı.

Bu “düşmənləşdirmə” prosesində ruslar və ermənilərlə azərbaycanlıların arasındakı din fərqi qabardılır və bu fərq kömək edirdi ki, nifrət nitqlərində rusları və erməniləri “leqal” şəkildə “kafir” adlandırıb, onların dinləri ilə bağlı simvolikanı, məsələn, “xaçpərəst” ifadəsini təhqir, aşağılama mənasında istifadə etsinlər.

Erkən müstəqillik dövrü ədəbiyyatı özünün “nifrətə çağırış” dövrünün ən “çiçəklənən” hissəsini yaşayırdı. Azərbaycanlıların milli identifikasiya kimi gördüyü “türk kimliyi” poeziyada və nəsrdə öyülür, ruslar və ermənilər isə türklüyü bizə unutdurmağa çalışan, türkə düşmən kəsilən millətlər kimi təqdim edilirdi. Türk kimliyi düşmənə qarşı birlik içərməklə yanaşı, o, “düşmən” möhürünün altındakı rus və ermənilərə qarşı da nifrət və savaş çağırışlarını ruhlandıran nəsnələrdən biri idi və bu motivlərlə dolu olan yerli poeziya nümünələri televiziyada qiraətçilərin dilindən düşmürdü. Hətta o illərdə səhnələşdirilən pyeslərdə belə xain, satqın, bir sözlə mənfi obrazlar bir qayda olaraq, erməni ya rus milliyyətindən idi.  

90-cı illərdə Sumqayıt, Bakı, Gəncə hadisələri (ermənilərin kütləvi şiddətə məruz qalması) və Bakıda yaşayan etnik rusların çox hissəsinin Bakını tərk etməsi, bu nifrət nitqləri hesabına baş verdi.

Nifrətin hədəfində kimlərdir?

Müstəqilliyin əldən çıxması qorxusu uzaqlaşıb, Qarabağ savaşında atəşkəs əldə ediləndən, ölkədə qismən iqtisadi və siyasi sabitlik bərpa ediləndən sonra ruslara və ermənilərə qarşı nifrət çağırışları səngidi. Amma nifrət nitqi bir ənənə olaraq qaldı. Məsələn, “erməni” ifadəsi söyüş və aşağılama kimi həm yazılı, həm şifahi nitqlərdə özünə möhkəm yer tutdu. İşin ən pis tərəfi, nifrət nitqi mətbuatda az qala bir norma kimi qaldı.

Heydər Əliyev hakimiyyətinin sonu, İlham Əliyev hakimiyyətinin əvvəllərində nifrət nitqləri daha çox hökumətə qarşı siyasi müxalifətdə olanlara yönəldi. Müxalifətçilər hökümətpərəst televiziyada, mətbuatda təhqir edilir, aşağılanır, bir qayda olaraq, onların ünvanına “qanında erməni qanı olan”, “xalq düşmənləri” kimi ifadələr işlənərək, xalqa qarşı müxalifət qüvvələrində nifrət oyandırma prosesi vüsət alırdı.

Bu günün Azərbaycanında nifrət nitqinin ünvanlandığı qrupların sayı daha çoxdur. Eyni zamanda nifrət nitqi də daha şifahi çıxışlar və KİV-lə kifayətlənmir. İndi nifrət nitqinə biz həm də Azəbaycanda çox istifadə edilən sosial mediada sıx rast gəlirik. Bir qayda olaraq, nifrət nitqinə məruz qalan qruplar bunlardır:

Müxalifətçilər.

LGBTİQ fərdləri və LGBTİQ profilli hüquq müdafiəçiləri

Rusdillilər

Feministlər

Sülhməramlılar

Lakin nifrət nitqinə tuş gələn qruplar bu sadalananlarla yekunlaşmır. Bunlardan əlavə yenilikçi sənət adamları və ya sadə vətəndaşlar, etnik azlıqlar, qadınlar bir cins olaraq, milli mentaliteti, milli ənənələri tənqid edən insanlar da nifrət nitqinin hədəfinə düşürlər.

Nifrət zorakılığa çağırır

Son bir neçə ildə yerli mətbuatda metroda, küçədə, yaşadığı binanın həyətində döyülən insanlar barədə müxətlif xəbərlər oxuyuruq. Məsələn, 6 il əvvəl jurnalist Vəfa Nağı bir il ərzində iki dəfə küçədə bir dəstə kişi tərəfindən döyülmüşdü. Şiddət göstərənlər jurnalistin qısa şortikdə olduğunu səbəb göstərib, onun geyiminin milli mentalitetə, yerli dəyərlərə uyğn olmadığını əsas gətirmiş və ona şiddət göstərmişdilər. Hər iki hadisədə jurnalist polisə müraciət etsə də, şikayəti cavabsız qalmış, polis şiddət göstərənləri tapmaq və cəzalandırmaq üçün heç bir iş görməmiş, əvəzində jurnalistə “bəlkə daha “abırlı” geyinəsiniz, düzdür də, geyiminiz milli mentalitetimizə uyğun deyil” deyə daha çox “əxlaq polisliyi” etmişdilər.

Belə hadisələr qismən sosial mediada patriarxal dəyərlərlə idarə olunanların yaydıqları nifrət nitqindən ilhamlanır. “Elə geyinənin başı kəsilməlidir”, “şortik geyinən əxlaqsızdı, fahişədir”, “bura müsəlman ölkədir, hamı geyiminə nəzarət etməlidir, ya da ölkədən rədd olub getməlidir” kimi nifrət və şiddət dolu ifadələr cəmiyyətin əxlaq normalarına uyğun geyinməyən, davranmayan insanlara qarşı aqressiyanı, şiddəti leqallaşdırır, belə işlərdə fəaliyyətsizlik göstərməyi polis üçün mümkün edir.

Eyni nifrət nitqləri və şiddət çağırışları LGBTİQ fərdləri üçün də aktualdır. Azərbaycanda ən çox dışlamaya, nifrətə hədəf olan qrup olaraq, LGBTQİ fərdləri və onların hüquqlarını qoruyan insanlar, təşkilatlardır. Cəmiyyətdə LGBTİQ-yə qarşı qəzəb və ögeylik hissi o qədər güclüdür ki, onlara qarşı nifrət çağırışları toplumun böyük kəsimi tərəfindən dəstəklənir, belə nifrətlə dolu yazılar və müəlliflər alqışlanır. Bu legal nifrət polisə imkan verir ki, ölkənin tam hüquqlu vətəndaşları olan LGBTİQ fərdlərinə edilən şiddətə müdaxilə etmək bir yana, özləri də o aqressorların tərəfini tutsunlar. İki il əvvəl, 2017-ci ilin sentyabrında 100-dən çox LGBTİQ fərdinin həbs edildiyi, işgəncə və təhqir gördüyü, ölkədən qaçmağa məvbur edildiyi “LGBTİQ ovu” zamanı KİV-lər və sosial mediada bu nifrət çağırışlarını rahat görmək olardı.

Bəs, nifrət çağırışları qadağan edilməlidirmi?

Nifrət dili və şiddətə çağırış arasındakı sərhəd olduqca incə və yayğın olsa da, bu sərhəd mövcuddur. Amma qanunvericiliklə qadağan edilən “şiddətə səsləmə, zorakılığa çağırış”a görə cəza müəyyən edildiyi halda, nifrət nitqi ilə danışmaq, yazmaq barədə heç bir maddə yoxdur.

Ümumiyyətlə, nifrət dili qanunvericiliklə qadağan edilməlidirmi? Cəzalandırılmalıdırmı? Belə bir cəzanın nəzərdə tutulması ifadə azadlığına zidd deyilmi?

Birincisi, ondan başlayaq ki, nifrət dili bəzən insanların bir növ özünümüdafiəsi və ya əlacsızlığın nəticəsi, məntiqi sonluğudur. Xüsusilə, avtoritar rejimlər, diktaturanın hökm sürdüyü ölkələrdə nifrət nitqi illərlə aparılan yanlış idarəçiliyin, total ədalətsizliyin, əhalinin çəkdiyi maddi və mənəvi əziyyətin nəticəsi olur. Buna görə də, nifrət dili təkcə müxalif qüvvələrə, marginal qruplara, etnik azlıqlara və s. deyil, elə hakimiyyətin özünə də ünvanlanır. Qanunvericilikdə nifrət nitqinə görə cəzanın nəzərdə tutulması, belə hallarda istər şifahi nitqlər, istər sosial mediadakı paylaşımlar, istərsə də mətbuatda narazı kəsimə qarşı repressiyanı “nifrət dilinə görə cəza” sousu altında legallaşdıra bilər.

Nifrət dili ilə ümumbəşəri dəyərlərin təbliğatı, müzakirəsindən başqa heç nə ilə humanist mübarizə aparmaq mümkün deyil. Nifrət dilinin nə olması, bu dildə danışmağın niyə qeyri-etik olması, nifrət dilinin geniş yayılmasının hansı faciələrə gətirib çıxarması istər mətbuat, istər sosial mediada müzakirə edilməli, fikir liderləri, cəmiyyətin hörmət və inam bəslədiyi ictimai şəxsiyyətlər nifrət dilinə qarşı olmalıdırlar.

Müasir dünyada imic az qala hər şey deməkdir. Nifrət dili ilə danışan, yazan insanlar azadlıqlarını deyil, təmiz imicləri, təmiz bioqrafiyalarından məhrum edilə bilər. Toplu qınaq, toplu uzaqlaşma nifrət dili ilə kifayət qədər effektiv mübarizədir və xüsusilə sosial şəbəkələr bu qınağı həyata keçirməyə, reallaşdırmağa gözəl imkan yaradır.

İki il əvvəl Bakıda qəzetlərdən birində çalışan bir jurnalist sosial şəbəkələrdən birində ölkənin rusdilli kəsimi barədə nifrət dolu bir status paylaşmışdı. Bu status günlərlə müzakirə edildi, müəllif günlərlə qınandı və nəticədə jurnalist işini itirdi. Daha sonra o şəxs açıq məktub yazaraq, insanlardan üzr istədi. Bu praktika nifrət dilinə qarşı cəmiyyətin hansı reaksiyanı verməli olduğu sualına gözəl cavabdır.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör