Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Əkrəm Əylislidən Cavid Ramazanlıya cavab

Əkrəm Əylisli Əkrəm Əylisli
., Kültür
10 Sentyabr 2019
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
MyCollages
Paylaş

Əzizim Cavid bəy!

ABŞ-ın “World Literature Today” ədəbi dərgisində amerikalı filoloq Olqa Zilberburqun mənim “Əlvida, Əylis” adlı kitabım barədə yazdığı məqaləyə münasibət bildirdiyinə görə sənə səmimi qəlbdən təşəkkür edirəm.

AzLogos oxucularının nəzərinə çatdırmağı özümə borc bilirəm ki, adı çəkilən kitab təkcə sənin öz məqaləndə səxavətlə bəhs etdiyin “Daş yuxular”dan ibarət deyil. Bu kitaba son illərdə yazdığım “Yəmən” və “Möhtəşəm tıxac” adlı böyük həcmli əsərlərim, bir də “Əlvida, Əylis” adlı sənədli-bədii oçerkim daxil edilib. Və, deməli, xanım Zilberburqun kitaba pozitiv maraq göstərməyinin səbəbi təkcə “Daş yuxular” deyil, bütövlükdə kitabın estetik məzmununun və sənətkarlıq xüsusiyyətlərinin məcmuudur.

Yazdığın məqalədən belə bir qənaət hasil etdim ki, kitaba salınan əsərlər içərisində sənin oxuduğun yeganə mətn hələlik yalnız “Daş yuxular”dır. Özü də ruscadan tələm-tələsik tərcümə edilib saytlarda yayınlanan qanadı qırılmış – rəngsiz, ahəngsiz, işıqsız–ölü bir mətn!.. “Daş yuxular”ın original hələ ki heç yerdə çap olunmayıb və mən bu tərcüməni təbii ki, öz mətnim saymıram. Elə buna görə də sənin bu əsər barədə dediklərinə cavab verməyi məntiqsiz və mənasız hesab edirəm. Əlavə məlumat üçün yalnız onu deyə bilərəm ki, “Daş yuxular” – “Əlvida, Əylis” kitabına daxil edilməzdən əvvəl – alman, italyan, ispan, fin, çex, slovak, rumın, latış və erməni dillərində də ayrıca kitab şəklində nəşr edilib.

İstərdim saytın oxucuları bunu da bilsin ki, mənim ABŞ-da ingilis dilində nəşr edilən bu yeni kitabım barədə ABŞ və İngiltərənin bir sıra ədəbi orqanlarında bundan əvvəl də çox sayda rəy və məqalə dərc edilib. Məsələn, amerikalı professor Rayan Strederin geniş və əhatəli məqaləsi. Cavid bəydən ərk ilə xahiş edərdim ki, ruscası və originalı contact.az saytınında da yerləşdirilmiş bu məqaləni imkan tapıb oxusun və lazım bilsə AzLogos-un oxucularını da həmin mətn ilə tanış etsin. Azərbaycan oxucusunun belə bir mətnlə tanış olmağı, məncə, AzLogos saytının nüfuzuna xələl gətirməzdi.

Nəhayət, qələminə hörmət bəslədiyim Cavid bəyin nəzərinə bunu da çatdırmaq istərdim ki, onunla canlı polemikaya qoşulmağa həmişə can-başla hazıram.

9 sentyabr, 2019

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
Unnamed
Kültür

Ramina Saadatxan beynəlxalq VIMA 2026 sərgisində

AzLogos
01 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör