Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

İtil, ey büt!

Mirzə Mirzə
., Mövqe
07 İyun 2020
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
69391878 489976344912871 4860157637506891776 n
Paylaş

Avtoritarlıq idarə edənlərin iradəsindən yox, idarə edilənlərin iradəsizliyindən yaranır.

İdarə edilənlərin mövqesizliyi, vizyonsuzluğu, qruplara bölünməyə və tiran seçməyə meyli, tiranın hər axmaqlığına rasionallıq donu geyindirməyi – avtokratiyanın güclənməsinə, möhkəmlənməsinə xidmət edir.

Mən sizə çox real bir sikldən danışıram – azərbaycanlılar hər il inanmağa, bağlanmağa, ağlamağa, vurulmağa adam axtarırlar və əhsən onlara ki, tapırlar. Hər il bir dənə ulduzları, xilaskarları olur. Bu gün hamı sosial şəbəkələrdəki reallıqda yaşayır deyə, “celebrity”lərin hamısı ordandır və ordadır.

Bu yaxınlarda Orxan Adıgözəl də, siyasi aktivistlərin sosial şəbəkəyə aludə, hətta məhkum olması ilə bağlı narahatlığını dilə gətirmişdi. Artıq əvvəlki kimi xilaskarlar meydanlarda, qərargahlarda, çayxanalarda tapılıb seçilmir, işləri xeyli yüngülləşib – “status” yazırlar. Burada kinayə yoxdur, çünki virtual reallıq, tavtologiyamı bağışlayın – reallıqdır. Real Azərbaycanda isə ölkə əhalisinin, təxminimə görə, 80%-i yaşayır. Onlar, gündəlik qayğıları ilə baş-başa yaşayan zəhmətkeşlər, real azərbaycanlılardır.

Virtual reallıqda yaşayan mini-despot, fanatiklərin qucağında taxta oturdulur ki, onları məyus etsin. Belə bir ironiyası da var işin. Onlar peşman olmağa, küsməyə çox həvəslidir. “Biz hardan biləydik belə olacaq?..”. Amma Azərbaycanda mənim ən sevdiyim “otmazka” – “yiyəmiz yoxdur” sayıqlamasıdır. Onsuz da bizim adamlar yeni bir tiranın axtarışına başlayacaq, əvvəlkinin qırxı çıxmamış inanmağa, bağlanmağa, ağlamağa, vurulmağa kimisə tapacaq.

Dediyim kimi, qədim zamanlarda bu proseslər meydanlarda, küçələrdə, senatlarda gedirdisə indi sosial şəbəkə tiraniya üçün əlverişli meydandır. Hər şey eqo təminatından başlayır. Aktiv bəyyoldaşlar tez özlərinə bir despot seçir və onun hər boşboğazlığına “like”larını ərmağan edirlər. Fanatik ordusunu tez-tez yemləməsən, «peç»lərinə odun atmasan, tez moddan düşəcəksən. İsteriya – onları tonusda saxlamağın yeganə ağlabatan üsuludur.

Özünə kiçik bir auditoriya yığan mini-despot eyforiyaya qapılır, burada o səmimidir, sağını-solunu damğalayır, sağa-sola hücum edir, beləcə alan da, verən də razı olur. Lap şərq bazarlarındakı kimi. Fanatiklər də çox fədakardırlar, ay canlarım, “elemana” uğursuz mənini unutdurmaq üçün öz “mən”lərini də qurban verirlər.

Olunmazmı belə fanatiklər uğrunda can fəda?

Edilməzmi dürlü-dürlü meymunluqlar!?

Şərqdə fanatizmin spesifikası bambaşqadır, amma indi mövzumuz bu deyil. Bizim fanatiklər kateqoriya kimi çox maraqlıdır, onlar psixiatriya, nevrologiya ilə məşğul olan mütəxəssislər, tibb alimləri üçün faydalı nüsxə ola bilərdirlər. Mən, bizim fanatikləri iki qrupa ayırıram – trollar və simpatizanlar.

Trolların əsas nişanı azərbaycan dilinin qənimi olmalarıdır. Tiranın tənqid olunduğu, onunla razılaşılmayan hər yerdə tez peyda olub “manifestlərini” rəylərdə dərc edir, təhqirlərə məmnuniyyətlə müraciət edirlər. Həyatı sorğulama, olan-bitəni başa düşməyə çalışma bunlarlıq deyil. Yekə bir sıfır.

Simpatizanlar tirana mədhiyyələr yazmır, qutlu yolunda iştirak etmir, amma dərinlərdə bir yerdə, ona sevgi duyurlar. Ağıllı cümlələr quraraq, hər bir axmaqlığa zərurət donu geyindirmək üçün dəridən-qabıqdan çıxırlar. Qrammatikadan şikəst olmayan nüsxələri isə, səfsətələrini qaydalara riayət edərək yazmaqla, az-bir az savadlarını da hədər edirlər.

Nümayəndəsi olduqları xalqın bütün dəyərlərini rahat şəkildə təhqir edə bilirlər, amma onların bircə dəyərini sorğulasan “mizogenist”, “lümpen” damğası yeyəcəksən, sənə qarşı kütləvi bloka atma, dostluqdan çıxrama fəndləri işə düşəcək. Sənə topa ilə hücum edən adamları ertəsi gün seminarların birində, ifadə azadlığından danışan yerdə görə də bilərsən.

***

Bu gün, öz işində peşəkar olmağa can atan, dəyərlərini sorğulayan, rəngarəng bir ölkə arzulayan gənclik var. Ümidsizliyə qapılmaq vaxtı deyil. Gəncin gözü tərəzidir – ölkənin rifahına, inkişafına istiqamətlənmiş fəaliyyətlə, tiranların pozucu fəaliyyətini ayırd edəcək, etməlidir.

Xilaskar axtarmadan xilas olmalı, yoxsa xilaskar tapıb məhkum olmalı – seçim sizindir yoldaşlar.

Sosial şəbəkədən xəbər verdi, Mirzə

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör