Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Avtoritar Kapitalizm?

Sübhan Həsənli Sübhan Həsənli
., Bazar
19 Aprel 2020
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
17WR RUDD articleLarge
Paylaş

Dövlətlərin iqtisadi inkşafından danışarkən həmişə bir dövlətin iqtisadi inkşafı üçün mütləq şəkildə fundamental azadlıqların təmin olunmasının vacibliyi vurğulanır. Yəni ki, bir ölkənin iqtisadi inkşaf üçün mütləq şəkildə azad məhkəmələri olmalı, hüququn üstünlüyünə hörmət etməli, azad və şəffaf seçkilər keçirməlidir.

Ancaq G20 ölkələrinin siyahısına baxdıqda, nə Ərdoğan Türkiyəsində, nə Putin Rusiyasında, nə də Xi Jinpingin başçılıq etdiyi Çində demokratik bir ölkə profili görmürük. Hələ bu ölkələrin yanına sağ populist Jair Bolsanaronun başçılıq etdiyi Braziliyanı, şəirət qanunları ilə idarə olunan Səudiyyə Ərəbistanını əlavə edəndə qarşımıza tamam başqa bir mənzərə çıxır. Dünyanın ən güclü 20 ölkəsindən 3-ü Rusiya, Çin, Türkiyə hazırda demokratiya üçün ən böyük təhlükə hesab olunan ölkələrdir. Xüsusən Çin və Rusiya bu ideoloji “müharibənin” ön cəbhəsində vuruşurlar. Bəs fundamental hüquqları təmin etməyən bu ölkələr iqtisadi gücə necə nail ola bilir? Demokratik dəyərləri mənimsəmədən inkşaf edən bu ölkələri necə təhlil etməliyik?

Alman sosioloq Wilhelm Heitmeyer artan “dövlətin təzyiq siyasətinə”, “Sağ populizmə” qarşı dünyanı xəbərdar edərkən, bu siyahıya “Avtoritar kapitalizmi” də əlavə edir.

Məhşur hindli-amerikan antropoloq və Qloballaşma nəzəriyyəsinin memarlarından olan Arjun Appadurai “Demokratiya Yorğunluğu” adlı məqaləsində Yeni avtoritar populist liderlərin ortaq xüsusiyyətlərini açıqlayır və qloballaşan dünyada bu liderlərin iqtisadiyyatı tam mənası ilə nəzarətləri altına ala bilməyəcəklərini və iqtisadi suverenliyin çöküşünün yerinə mədəni suverenliyin qoyulduğunu iddia edir. Putinin 2014-ci ildə “Rusiya Avropa deyil” fikrini, Ərdoğanın Neo-Osmanlı siyasətinin və Modinin Hindu milliyətçiliyinin müdafiəsini də bu yöndən təhlil etmək lazımdır. Əlbəttə bu siyahıda başda gəlməli olan Çini unutmadım.

Çinli müxalif jurnalist Gao Yu 2013-cü ildə Çin Komunist Pariyasının məxfi bir sənədini əldə etdi. Bu sənədin başlığı belə idi: İdeoloji Çevrənin vəziyyəti haqqında məruzə” mətndə mübarizə aparılması lazım olan 7 təhlükədən danışılır. Sənəddə ideoloji təhlükələr kimi Qərb tipi Konstitusiyali Demokratiyanın təbliği, Universal dəyərlərin təbliği, Vətəndaş cəmiyyətinin təbliği kimi təhlükələrə yer verilir. Gao Yu dövlət sirrinin yayılması maddəsi ilə 2014-cü ildə həbs olundu və 7 il azadlıqdan məhrum edildi. Əslində ifşa olunan bu sənədin özü belə bizə bəzi mətləblərdən xəbər verir. İlk öncə sənəddə hansısa formada Kapitalizm yaxud İqtisadi azadlıqların təhlükə kimi görülmədiyinin şahidi oluruq. Digər tərəfdən 1979 İran inqilabından sonra İranın bir müddət xarici siyasət olaraq mənimsədiyi “Rejimin ixracı” siyasətinə çox bənzəyən bir şəkildə Çinin Avrotiar Kapiltalizmin ixracı siyasətini mənimsədiyi açıq şəkildə görünür.

Çin özlüyündə siyasi azadlıqlarının olmadığı, iqtisadi azadlıqlarının isə möhkəm və oturuşmuş şəkildə inkşaf etdiyi bir ölkədir. Yəni, dövlətlər iqtisadi azadlıqlarının mühafizəsi yerinə sosial həyatı nəzarət altına alaraq ölkəni idarə etməyə yönəlirlər. Bu yönəlmə liberalların vurğuladığı kimi boş və sonu nəticəsiz bir yönəlməmi olacaq? Yoxsa uğur qazancaqmı? Bunu zaman göstərəcək. Amma görünən odur ki, Çin və müttəfiqləri Qərbin əlindən illərdir Qərbin reklamını apardığı və müdafiə etdiyi bir tezisi aldılar: Siyasi azadlıqlar olmadan da, iqtisadi azadlıq əldə etmək, böyümək və inkşaf etmək mümkündür.

Digər tərəfdən Avtoritar Kapitalizm deyəndə sadəcə təzyiqdən söhbət getmir, sürətli iqtisadi böyümənin insanlarda yaratdığı məmnunluq və rejimin xalq tərəfindən qəbul edilməsi avtoritar kapitalizmin böyüməsinin əsas səbəblərindəndir. Əlbəttə bu böyümənin və inkşafın özünü müzakirə etmək olar, antitezislər irəli sürmək olar, lakin qəbul etmək lazımdır ki, kütlələr üçün Çinin Vətəndaş cəmiyyətini güclü saxlamağından daha çox iqtisadi inkşafı maraqlandırır.

Bu baxımdan gələcəkdə dünyanın qızğın müzakirə edəcəyi bir mövzunun ortaya çıxmasına çox da uzun zaman qalmayıb: Dünya Avtoritar Kapitalizm modeli ilə irəliləyə bilərmi?

Bu suala növbəti yazılarda cavab axtaracağıq.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör