Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

O, bir fenomen idi

T. A. T. A.
., Sərbəst
20 Avqust 2019
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
Ilhame quliyeva
Paylaş

Onun kimisi, bir daha heç vaxt olmayacaq. Biz, onu hələ çox axtaracağıq.

İlhamə, Şərq qadınının bütün meşşan xüsusiyyətlərini, xrestomatik qüsurlarını, sovet Bakısının 70-90 illər ab-havasını; bugünəcən də var olan rektoriçaların, direktrisaların, şöbə müdirələrinin, qlavvraçların, “effektnı” qaynanaların, “moya krasavitsa” kafedra müdirələrinin zəngin mənəvi dünyasını özündə təcəssüm etdirmişdi. Bir meqa-poli-şəxsiyyət idi İlhamə. 

Kim bildi qədrini? 

Onun kimi nəhəng bir yırtıcı meşşan qadın ordusu var ölkədə. İçləri qaranlıq, zahirləri parlaq. 

***

Bəziləri nahaq düşünür ki, İlhamə yalnız şoubiznes fenomeni idi.

O, özünü bu cür dar, şərti çərçivələrə salmırdı. İlhamə özünü “statuslu” sənətçi adlandırırdı. Deyirdi (indi deməsin) “anam məni kraliça doğub”, “mən bu həyatımdan öncə kraliça olmuşam”. 

Özünün davranışı ilə İlhamə bu cəmiyyətdə hakimiyyətə paralel bir “matriarx” obrazı yaratmaq istəyirdi. O, rüşvətxor, büdcə talayan, alverçi, kölgə iqtisadiyyatının simaları olan qadınların; pula, var-dövlətə və onların gətirdiyi saxta nüfuza həvəsli gənc qızların, “saxlanılan” aşnaların, məmur-biznesmenlərin evdə darıxan “mərifətti kadınlarının” mənəvi dünyasının Matronası olmaq iddiasında idi.

Primadonna – birinci xanım deməkdir!

O, siyasi statusla olmasa da, bu cəmiyyətdə birinci xanım rolunda çıxış etmək istəyirdi.

Hakim ailəyə yaxınlığını tez-tez və mübaliğəli qabardırdı. Onları və özünü – “biz” kimi görürdü.

Belə idi xanım İlhamə. Belə idi canım İlhamə.

Siz də deyirsiniz manıs başçısı olub, vəssalam.

Bu, onun xatirəsinə təhqirdir!

Hörmət və ehtiram kahinəsi İlhamə! Kahinələrin kahinəsi! 

İlhamə, o qadınların canlı bütü oldu. 

Zeus tanrısının yunan məbədindəki heykəli oldu.

Bir Rodoslu Kollos kimi Azərbaycan cəmiyyətinin üzərinə çökdü İlhamə. Hamımız altında qaldıq.

Baxın! 

Doyunca baxın! 

Və tanıyın İlhaməni! 

Hər sadaladığım qadın tipajında tanıyın İlhaməni! 

Ad günün mübarək, effektni xanım, krasavitsa, primadonna! 

Azərbaycanda təhsil, tibb və b. sahələrdə çalışsalar da, özlərini müğənni, aktrisa kimi aparan, sənin kultunun sadiq kahinələrinə xeyirduanı göndər, qovuşduğun əbədiyyətdən!

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör