Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Müsabiqə, yoxsa intriqa?

Vəfa Abbasova Vəfa Abbasova
., Kültür
18 Avqust 2019
Oxuma vaxtı:8 dəqiqəyə oxunur
Caspi
Paylaş

Bu yaxınlarda Moskvada gənc musiqi ifaçılarının P.İ.Çaykovski adına məşhur müsabiqəsi növbəti, 16-cı dəfə baş tutdu. Paralel olaraq ölkəmizdə, mütəmadi keçirilmədiyindən say sırasını itirdiyim, musiqi məktəbləri arasında aparılan Respublika müsabiqəsinin də keçirilməsinin şahidi oldum.

Bu müsabiqələri təbii ki, müqayisə etmək çətindir, amma burada fokusu ifaçılara yox, təşkilati məsələlərə, münsiflər heyətinin işinin üzərinə gətirməliyik.

Təsəvvür etmək çətindir, amma belədir – Çaykovski adına Beynəlxalq Müsabiqə kimi dünyanın ən mühüm və mürəkkəb yarışmalarından birinin nəticələri bir saata elan edildi, bizim müsabiqəninsə cavablarının bilinməsi üçün bir aya yaxın gözləmək lazım gəldi.

İstər-istəməz düşünürsən ki, həmin o bir aydakı saatların, dəqiqələrin, saniyələrin sayı qədər uzaqdayıq, geridəyik proseslərdən və bu zaman uçurumu get-gedə böyüməkdə, dərinləşməkdədir.

Çaykovski müsabiqəsi

İlk dəfə 1958-ci ildə keçirilən P.İ.Çaykovski adına ifaçıların Beynəlxalq Müsabiqəsi böyük mədəniyyət hadisəsi olmaqla yanaşı, SSRİ rəhbərliyi tərəfindən həm də siyasi məqsədlərlə təbliğat vasitəsi kimi yaradılmışdı.

O zaman dünyanın 22 ölkəsindən iştirakçıların gəldiyi bu ilk müsabiqəyə mədəniyyət aləminə böyük marağı və himayədarlığı ilə tanınan Belçika kraliçası Yelizavetanın şəxsən təşrif buyurması, dinləmələrdə SSRİ-nin o zamankı rəhbəri N.Xruşşov başda olmaqla, bütün Politbüronun iştirak etməsi “sülhsevər sovet dövləti”nin nüfuz və hörmətini bütün dünyaya sübut etməli idi.

Həmin müsabiqədə soyuq müharibə fonunda amerikalı fenomenal pianoçu Van Cliburn-nin qalib gəlməsi, bu haqda qərarın ən yüksək dövlət səviyyəsində verilməsi çox müstəsna bir hadisəyə çevrildi. İfaçının çox emosional, sərbəst, virtuoz ifası hamını valeh etmişdi. Moskva Konservatoriyasının, Filarmoniya, Mədəniyyət Nazirliyinin ünvanına gələn saysız-hesabsız məktublar, gənc xanımların onun  SSRİ-də qalması barədə az qala yalvarış dolu yazıları müsabiqənin fondunda saxlanılır.

Müsabiqənin münsiflər heyətinə o dövrün ən mötəbər musiqiçiləri – D.Şostakoviç (təşkilat komissiyasnın sədri) başda olmaqla, S.Rixter, E.Gilels, M.Lonq, Q. Neyqauz, L.Oborin və bir çox tanınmış musiqiçi daxil idi.

Hər dörd ildən bir keçirilən bu müsabiqə özünün böyük ənənələrini yarada bildi. SSRİ-nin dağılması ilə əlaqədar keçid dövründə əvvəlki (siyasi) əhmiyyətini itirsə də, sonradan nüfuzunu yenidən bərpa edə bildi və hazırda hər bir klassik musiqi ifaçısının müstəsna  arzusuna çevrildiyini desək, yanıılmarıq.

Azərbaycan Çaykovski müsabiqəsində

Azərbaycan bu mötəbər tədbirdə ilk  dəfə 1982-ci ildə keçirilən VII müsabiqədə vokalçı Xuraman Qasımovanın simasında təmsil olunub. O zaman ifaçımız ikinci yerə layiq görüldü. Düz 20 il sonra, 2002-ci ildə pianoçu Murad Adıgözəlzadə və violin ifaçısı Anar İbrahimov müsabiqədə iştirak etmiş, təəssüf ki, I turdan sonra müsabiqəni tərk etməli olmuşdular.  Onlardan başqa əslən azərbaycanlı olub, lakin başqa ölkələri təmsil edən – pianoçu Aleksandr Hacıyev (İtaliya) və vokalçı Həmid Abdulovu (Rusiya) qeyd edə bilərik. Onlar da finala vəsiqə qazana bilmədilər.

https://www.youtube.com/watch?v=_4EsWtvIt_k

Burada kiçik təsəlli hissi odur ki, bu ilki müsabiqənin qalibi, Fransanı təmsil edən 22 yaşlı pianoçu Aleksandr Kantorovun müəlliməsi soydaşımız, azərbaycanlı xanım Rəna (Mustafabəyli) Şereşevskayadır. O, 1954–cü ildə Bakı şəhərində anadan olub, Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib. Daha sonra Moskva Konservatoriyasında təhsilini davam etdirərək müəllimlik fəaliyyətinə başlayıb.

1990-cı ildən Rəna xanım Fransada yaşayır və hal-hazırda “Ecole Normale de Musique de Paris” özəl konservatoriyasında dərs deyir. XV Çaykovski müsabiqəsinin sensasiyası olan piaonoçu Lucas Debargue da Rəna xanımın yetirməsidir. Yəni bizim müsabiqədə təmsil  olunmağımız hələ ki, belə bir dolayı yollarla baş tutur. Fransada musiqi təhsilini davam etdirən gənc və çox istedadl pianoçumuz Vurğun Vəkilov da Rəna xanımın tələbəsidir. Onunla bağlı ümidlərimiz böyükdür.

Müsabiqələr zərurətdirmi?

Professional musiqiçilərin müsabiqələrə münasibəti heç də birmənalı deyil. Məsələn, tanınmış pianoçu Yevgeni Kisin heç zaman müsabiqələrdə iştirak etməyib. Qriqori Sokolov isə Çaykovski adına müsabiqədə 16 yaşında iştirak edərək qalib gəlib və daha sonra, bunu ifaçı üçün qətiyyən qəbuledilməz bir iş kimi qiymətləndirib.

Lakin  karyerası boyu özünü daima müxtəlif müsabiqələrdə sınayan, yüksək sənət nümayiş etdirən ifaçılar da az deyil. Səhnə təcrübəsi toplamaq, psixoloji hazırlığını yoxlamaq, maraqlı yaradıcılıq münasibətləri qurmaq, öz milli musiqi mədəniyyətini təbliğ etmək baxımından məsələyə yanaşanda müsabiqə işinin çox daha faydalı tərəfləri üzə çıxır. Bu əslində lotoreya kimi bir şeydir – kimlərdəsə alınır, kimlər üçünsə hər anlamda çox uğursuz olur.

Təhsil problemləri

Hər bir müsabiqə ölkədə gedən mədəni proseslərin, musiqi təhsilinin müəyyən mənada güzgüsü sayıla bilər. Bizdə o güzgü əksər hallarda əyri, əks olunan mənzərə isə qorxulu, gülməli və əcaibdir.  

Doğrudur, bəzi nadir istisnalar da var. Onlardan biri kimi ilk dəfə Bakıda keçirilən “Caspian-Etude” gənc pianoçuların I beynəlxalq  müsabiqəsini qeyd edə bilərik. Münsiflərin əsasən xarici musiqiçilərdən ibarət olması və təşkilatçıların bu layihəyə nüfuz qazandırma istəyi öz sözünü dedi. Lakin razılaşaq ki, bu çox azdır. Müqayisə üçün demək olar ki, Akademiyada təhsil aldığımız ağır 1990–cı illərdə mütəmadi ifaçılıq müsabiqələri keçirilirdi: məs.: F.Əmirov adına nəfəs alətləri ifaçılarının müsabiqəsi, F.Əmirov adına xalq çalğı alətləri ifaçılarının müsabiqəsi, vokalçıların Respublika müsabiqəsi, vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi və s.

Ən əsası, bu müsabiqələr daha çox obyektiv və düzgün qiymətləndirmə aparılması ilə xatirimdə qalıb. İndi ola bilər ki, məktəb şagirdləri arasında layihə tipli müxtəlif müsabiqələr keçirilsin, lakin Respublika səviyyəsində mötəbər, ədalətli keçəcəyinə hamının inandığı, qiymətləndirmədə meyarın ancaq ifa ola biləcəyi müsabiqələrə böyük ehtiyac var.

Müsabiqə, yoxsa intriqa?

Təəssüf ki, bizdə keçirilən müsabiqələrdə fokus şagirdlərdən daha çox böyüklərə yönəlib və müəllimlər, təhsil müəssisələri arasındakı intriqalar, bir-birinin uğuruna sevinə bilməmələri, yaradıcı ünsiyyətin olmaması adi hala çevrilib.  Bu özünü xüsusilə yuxarı yaş qrupunda göstərir. Üstəlik, “mənim uşağım mütləq yer almalıdır, nə danışırsız?!” – tipli valideynlərə, “filankəsin adamıdır”- tipli münsiflərə sinə gərə biləcək düzgün təşkilatçıları hardan tapaq?  Bir çox tanınmış musiqiçilərin Azərbaycanı tərk etməsi, ənənələri davam etdirə biləcək ifaçıların burda olmaması son zamanlar çox kəskin hiss olunur.  Zamanında onları qoruyub saxlaya bilsəydik, dəyərləndirə bilsəydik vəziyyət bəlkə də belə olmazdı.

Bakıda müsabiqələrə inamını itirən müəllim, valideyn və gənc ifaçılar əsasən xaricə üz tutur. Və təəssüf ki, bu zaman məsələnin digər xoş olmayan tərəfi üzə çxır. Bəziləri ifrata vararaq müsiqi fəaliyyətinin mahiyyətini ancaq idmançı sayağı müxtəlif yarışmalardakı qalibiyyətlərdə görür.  Müsabiqə bumu bir qədər səngisə də, heç bir dəyəri olmayan yarışmaların verdiyi sertifikatların kolleksiyasını yığan müəllim-valideyn duetləri az deyil.

Gələcəkdə Çaykovski adına müsabiqə kimi mötəbər musiqi yarışmalarında ölkəmizin uğurla təmsil olunmasını, yəni beynəlxalq sənət səhnələrində adımızı mədəni xalqlar siyahısında görməyi arzulayırıqsa, o zaman Respublika müsabiqələrini qaydaya salmalı, onlara inamı geri qaytarmalıyıq.

Vəfa Abbasova
musiqişünas

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
Unnamed
Kültür

Ramina Saadatxan beynəlxalq VIMA 2026 sərgisində

AzLogos
01 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör