Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

“Ay bədbəxt, bunu satıb, bundan dəyərli nə alacaqsan?”

Zaur Xudiyev Zaur Xudiyev
., Yaşıl meydan
15 Avqust 2019
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
WhatsApp Image 2019 06 17 at 10.21.19
Paylaş

20 ildən çoxdur futbola baxıram və son 6 ildir idman mətbuatının içindəyəm, bu vaxta qədər ilk dəfədir ki, bunca insanın bir mövzu ətrafında həmfikir olmasını görürəm. 

Son günlərin ən populyar mövzusu ATV telekanalının əməkdaşı İlkin Xəlilovun iş yerində təzyiqlərlə üzləşməsidir. Məsələdən xəbərdar olmayanlar üçün qısaca olaraq qeyd edim ki, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın səfərdə Lixtenşteynə məğlub olmasından sonra İlkin qısa bir süjet hazırlamış, Azərbaycan futbol təsərrüfatında çalışanları, azərbaycanlı futbolçuları kəskin şəkildə tənqid etmişdi. Azarkeşlər və futbol ictimaiyyəti tərəfindən olduqca rəğbətlə qarşılanan sözügedən süjet qısa zamanda, əsasən də sosial şəbəkədə geniş əks-səda doğurmuşdu. Görünür belə reaksiya kanalı narahat elədi və əməkdaşlarına qarşı təzyiqə vadar etdi. 

Bu narahatlığın nədən yaranması, kanala təzyiqlərin olub-olmaması ilə yanaşı məlum media orqanının davranışı da müzakirə mövzusudur.

Əvvəlcə onu qeyd edim ki, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla qurum adından rəsmi açıqlama verərək bildirib ki, AFFA haqlı tənqidlə bağlı heç bir KİV-ə hansısa narazılıq, etiraz bildirməyib. Qurum rəsmisinin sözünə inansaq, deməli ATV kanalı özünü xoş göstərmək və ya mümkün ola biləcək narazılığı neytrallaşdırmaq üçün qabaqdangəlmişlik edir. 

Ümumiyyətlə, kanalın bu cür yanaşmasını anlamaqda çətinlik çəkirəm. İlkin Xəlilov ATV-nin nəinki idman sahəsində, həm də efirdə əsas simalarından biridir. Zaman-zaman hazırladığı idman verilişləri, süjetləri, xəbərləri ilə reytinqə xeyli qatqısı olmuş əməkdaşıdır. 

Bu gün kəskin və haqlı tənqidə görə onu incitmək, təzyiqə və işini itirmək təhlükəsi ilə üz-üzə qoymaq kanalın marketinq baxımından da yol verdiyi böyük yanlışdır. 

Bir lətifə var, deyir, bir nəfər bazarda zoğal arağı satırmış, sərxoşun biri yaxınlaşıb deyir ki, “Ay bədbəxt, bunu satıb, bundan dəyərli nə alacaqsan axı?”

İlkin də ATV üçün, ümumiyyətlə idman mətbuatı üçün dəyərli, vazkeçilməz bir simadı. Görəsən, kanal onu işdən çıxardaraq, boşluğu necə doldurmağı düşünür?

Hər şey bir kənara, elə sözügedən, reaksiyalara səbəb olan süjet müxtəlif şəxslər, səhifələr və qruplar tərəfindən dəfələrlə paylaşıldı, izlənildi, bəyənildi və təbii ki, bütün bu prosesdən kanalın da pulsuz reklamı getdi. İnsanların yüzminlərlə xərc çəkib tanıtmağa çalışdığı loqo, ad dəfələrlə göz önünə gəldi. Təkcə buna görə də İlkinə təşəkkür etmək, əməyini dəyərləndirmək olar. Amma görünür, kanalın marketinq şöbəsi bu cür qiymətli nüansı düşünmək əvəzinə kiminsə diqtəsi, tapşırığı səbəbindən əməkdaşına təzyiq etməyi üstün tutur.

Gəlin, açıq danışaq. Bütün gün dövlətçilikdən, milli maraqlardan və s. populist dəyərlərdən bəhs edən bir KİV haqlı tənqidinə görə öz əməkdaşını zərbə altında qoyursa, sabah bəhs etdiyi dəyərləri necə, kiminlə müdafiə edəcək? Bu, həm də öz ideallarına xəyanət etmək deyilmi?

Axı İlkin Xəlilov heç nəyi səhv deməmişdi. Heç kimi təhqir etməmişdi. Sadəcə həqiqətləri olduğu kimi göz önünə sərmişdi. 

Əgər televiziyalar haqqında cəmiyyətin güzgüsüdür deyirlərsə və güzgünün də vəzifəsi olanı göstərməkdisə, niyə sərf etməyən görüntünü düzəltmək əvəzinə güzgünü qırmaq haqqında düşünürlər?

Azərbaycan televiziyalarında həqiqəti bu qədər sadə şəkildə deyən neçə nəfər var ki?

Zaur Xudiyev

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör