Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Qaniçən rejim biznesi

Ələkbər Əliyev Ələkbər Əliyev
., Sərbəst
12 İyun 2019
Oxuma vaxtı:8 dəqiqəyə oxunur
31958.width
Paylaş

T.A. ilə 2000-lərin əvvəlindən tanışlığımız var. Bakıda yaşayır, iki pişik saxlayır, «konstitusion monarxiya» tərəfdarıdır və işdən başı açılanda, ictimai-siyasi məsələlərə dair fikirlərini mənimlə bölüşür. O gün də gileylənirdi ki, «Azərbaycanı çox yaxşı adamlar tərk etdi. Ölkəni, paytaxtı rəngləndirən simalar yoxa çıxdılar. Məsələn, İsmayıl Cəlilov kimi – gəncliyimizin ən parlaq, ən professional DJ-yini də itirdik…»

Sonra T. dedi, «Cəlilov və onun kimi təhsilli, mədəni, çoxdilli, tamamilə urbanistik adamlar Azərbaycanı ilk növbədə çuşkaların əlindən tərk etdilər. Çuşkalığı isə bizim ölkəyə Əliyev iqtidarı qazandırmayıb. Guya bu hökumət getsə, çuşkalar yox olacaq? Bizdə belə düşünənlər, inananlar var. Guya nəsə sirli, sakral sistemimiz var imiş, onu dəyişsələr çuşkalıq da yoxa çıxacaqmış. «Sistem dəyişməlidir, sistem!» deyənlərin çoxunun sifətinə qonan o çoxmənalı, müdrik ifadə, mənə nədənsə saxta görünür. Mənim müxalifət-iqtidar qarşıdurmasına, heç tamaşaçı kimi də marağım yoxdur, yəni mən heç kimin elektoratı deyiləm və mən, başa düşmürəm İsmayıl Cəlilov nə istəyir. İstəyir Azərbaycan üçün yaxşı olsun? Axı xalq uğrunda vuruşan İsmayıl Cəlilova yazılan yüzlərlə şərhdən biri belə idi: «Nə danışırsan danış, sən ilk növbədə «petux»san».

İndi gəl əlimizi ürəyimizin başına qoyaq və bir suala səmimi cavab verək – azərbaycanlıların neçə faizi belə düşünür? Bizdə neçə faiz insan bir gey-in fikirlərini eşidə, onu dinləyə bilər? ABŞ-a köçmüş, orada yaşayan İsmayıl, ona nifrət edən xalqa niyə ürək yandırır? İsmayıl İlham Əliyevə nifrət də eləsə, onu çox sevsə də – azərbaycanlılar üçün üzdəniraq olaraq qalacaq. Yoxsa elə deyil? Fərqi yoxdur – seksuallığını qabardır-qabartmır, bu haqda danışır-danışmır, hətta heç naturaca feminin olmaması da bizimkilərin ürəyini soyutmaz – sən qabartmırsan, onlar qabardarlar və sən, nə danışırsan danış, sənə «petux» olduğunu xatırladacaqlar. O xatırladanların da yarısı məmnuniyyətlə öz cinsi ilə yatardı, sadəcə şərait yoxdur.

İsmayılın özünə də yazdım bunları. Cavabı belə oldu ki, «Mənim xalqıma sevgim, xalqın mənə nifrətindən böyükdür». Pafosun da uğurlusu-uğursuzu olur. Bu pafos, nəsə çox uğursuz oldu.

Həqiqət isə budur ki, prodüser Tolikin bizim xalqın nəzərində hörməti daha artıqdır, çünki Tolik özlərininkidir – çuşkadır, toyxana manısıdır, necə deyərlər «xayalı xala»dır. İsmayıl isə 90-larda da yad idi, bu gün də yaddır. Ümumiyyətlə, azərbaycanlılar istənilən alicənab, düzgün diksiyası və sifətində intellekt izləri olan adama «petux» deyirlər. Homoseksualı əfv edərlərmi?..»

Dostum sual edir: «Bəlkə mən əclaf-konformistəm, opportunistəm, amma mən doğrudan İsmayılı başa düşmürəm. Adam anlamır ki, bizim ölkədə onun kimi insanlara nəinki söz, alternativ mövqe haqqı tanınmır, hətta şəxsi həyat tərzinə də rişxənd edilir. Həyatını bildiyi, istədiyi kimi yaşayan insan, lap qoy mütəxəssis olsun, bizimkilərə lazım deyil.

Ona görə də, İsmail Cəlilovun prezidentlə, hökumətlə nə işi ola bilər, mənə çatmır…»

***

Əstəuzu-billah eləyib, T.nin sual şəlaləsinə, cavab verməyə çalışacam.

Bir gün, Real TV efirindən Mir-Şahin, Sevinc Osmanqızının bir həmkarına göndərdiyi səsli mesajı hamıya dinlətdi. Sevinc xanım orada, təxminən belə bir nəsihət verirdi müsahibinə: «Həm işini gör, həm də pul qazan».

Sonradan, Sevinc xanımın özü çox haqlı olaraq, buna belə reaksiya bildirmişdi: «Çox normal, sıradan işgüzar bir söhbətdir. Burada nə var ki?» Doğrudan da, insanlar indi iş danışmasınlar ki, Mir Şahinin efirinə «çıxa» bilərlər? Mənim bütün simpatiyam Sevinc xanımın tərəfindədir əlbəttə. Mir Şahinə isə ayıb olsun.

Azərbaycanın iqtidarı ilə, İlham Əliyevlə dava eləmək, ofşor axtarmaq, qızıl yataqları aşkar etmək kimi fəaliyyətlər apriori pulsuz ola bilməz. «Rejim, rejim» deyib özünə əl qatan adam, bu işdən pul qazanmırsa zatən axmaqdır və bir qram mərhəmətə layiq deyil.

Bütün idealistlər axmaqdır.  

It`s not just business, it`s personal, too

Bəzən belə də olur. Belə olanda da aləm dəyir bir-birinə. Gərək çaşmayasan, əsas hədəfdən yayınmayasan. Homonun hədəfi isə minillərdir dəyişməz qalır – mədə-bağırsaq traktı.

İsmayıl idealist olmayacaq qədər ağıllı adamdır. Sevinc Osmanqızı da idealist olmayacaq qədər ağıllı adamdır. Başqa bütün «müxalif» layihələrdəki adamlar da çox ağıllı, gəlirini-gedərini yaxşı bilən fərasətli adamlardır və bunu, yalnız alqışlamaq olar. Pul qazanmaq mümkündürsə və sən bunu etmirsənsə ya fanatik, ya da xəstəsən. Məsələn Emin Milli – fitri hiyləgərliyinə, hərisliyinə, iddialılığına və yaradıcılıq nöqteyi-nəzərindən müstəsna və fövqəladə istedadsızlığına baxmayaraq (burada, yaradıcılıq heç lazım da deyil) hər zaman, səmimi olaraq bütün bu işlərin içinə bir-iki qram idealistlik səpdiyinə görə, tez-tez problemlər yaşayıb (özünün səhnələşdirdiyi və idarə etdiyi proseslər xaric).

Avropada bir vaqon azərbaycanlı, gecə-gündüz «layihə» arzusu ilə mələşir. Alındıra bilənlərə əhsən, çünki elə də asan məsələ deyil. Bir sürü formallıqları – mühasibatı, bank hesabı, hesabatları, möhürü, vergisi və s. var. Nənəm demişkən gərək «zirəng» olasan. Çox yox, azca təşkilatçılıq qabiliyyətin varsa, dili də az-maz bilirsənsə «İlham Əliyevin qaniçənliyi» adlı layihəni keçirtə bilməməyin üçün heç bir səbəb yoxdur. Fondlar yalvarırlar ki, azərbaycanlılar layihə gətirsinlər, pul aparsınlar.

Təkrar biliyin anasıdır – bir azərbaycanlı, yalnız və yalnız, müstəsna olaraq «Qaniçən rejim» proqramı ilə Avropa və ABŞ institutlarına maraqlıdır. Başqa elə bir sahə mövcud deyil ki, azərbaycanlının üzünə baxsınlar. Şansı yoxdur. İlham Əliyevi söyməyən azərbaycanlı – yekə bir sıfırdır qərblilərin gözündə.   

«Bu, alçaldıcıdır» deyirsinizsə, deməli sizdə də idealistlik əlamətləri var. Avropanın humanitar-mədəni həyatında pis-yaxşı yeri olan qonşularımıza ağlınız getməsin. Onların hekayəsi var. Biz isə öz hekayəmizi bu gün və burada yazırıq. ABŞ və Avropa institutlarından maliyyələşən media orqanlarında işləyən azərbaycanlılar bunu çoxdan başa düşüblər. Yaradıcılıq üçün heç bir imkanlarının olmaması; quru, rəsmi leksikanın əsarətində yaşamaqları onları incidir.

İndi təsəvvür edin ki, bütün bu məhrumiyyətlər pulsuzdur. Üzr istəyirəm, amma bu gün İlham Əliyevi pulsuz söymək «loxluq»dur. Ümumiyyətlə, pulsuz müxalifətçilik etmək «loxluq»dur. Ona görə də, bütün iqtisadi-maliyyə təşəbbüslərinə hörmət edirəm bizim tək-tük, bacarıqlı vətəndaşlarımızın.

Bir adam tutulma, təqib olunma, döyülmə, işini itirmə risklərinə pulsuz niyə qatlanmalıdır? Ürəyim yanır deyə, bildiyimi sizinlə bölüşürəm – hər bir pulsuz aktivist və statist bilməlidir ki, kimsə ona çatası pulu da yeyir. Mitinqdə pulsuz döyülmüsən, pulsuz sutka yatmısansa əlbəttə axmaqsan. Bu işlər bu gün, üstəlik Azərbaycanda maddi qarşılıqsız olmur. Məsələn, vətəndaş aktivliyi Avropaya mühacirət üçün imkan yaradır, qapı açır. Emiqrantın sonrakı taleyi necə olur – uyğunlaşa bilirmi, iş-güc sahibi olurmu, özünü xoşbəxt hiss edirmi – bunlar başqa məsələdir, amma hər halda burada merkantil maraqlar güdülür, məqsəd mühacirət etməkdir, mitinqdə şəkil çəkdirməkdən tutmuş sutka yatmağa qədər – bunların hamısı homo-ya xas, sağlam instinktlər, arzulardır. Qarşısına konkret məqsəd qoyan və ona çatan adamla dil tapmaq daha asandır, nəinki fanatik, pulsuz aktivistlə.

Məhsul stadionunda “demokratiya” qışqıran azərbaycanlıların dərdi isə ərəb ola bilməməkdir. Onlara imkan versən, məmnuniyyətlə ərəb olardılar. Hərəsinin kartına ayda iki min kağız otursun, gör səsləri çıxır? Get dünyanın ən adamyeyən diktaturasını qur, sənə gözünün üstündə qaşın var deyən olmayacaq. Hökumət isə azərbaycanlıları eşitmir, onlara ərəb olmağa icazə vermir. Özü ərəb kimi yaşayır, ərəb kimi idarə edir, amma xalqa «bizim öz yolumuz var» deyir.  

Yenə də qayıdaq bəşər tarixi qədər qədim həqiqətə, maksimaya – It’s not personal, it’s just business

Bütün biznes təşəbbüslərini ikiəlli dəstəklədiyimi dedim. Hər şeyin olduğu kimi, bunun da bir amması var. Biznes adamı çaşıb mənəvi üstünlük-dən danışmağa başlayanda, nəzərə almalıdır ki, hardansa qəfil sərt bir qapaz yeyə bilər. Necə deyərlər pulunu qazan, həyatını yaşa, zövq almağa çalış. Allah kəssin o pulu da, guya bilmirəm ki, söhbət milyonlardan getmir? Qərb ölkələrində də həyat bahadır, ailəsi olanlara isə lap çətindir. Bu andıra qalmış pulu qazanmağın yolu «rejim, rejim» deyə sayıqlamaqdırsa, səndə də buna istedad varsa, niyə də yox?

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör