Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Yer kürəsi «insan erası»na girib

AzLogos AzLogos
., Elm
31 May 2019
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
Eartb
Paylaş

«İnsanlar antroposen adlı yeni geoloji dövrə qədəm qoyublar», – alimlərdən ibarət komissiya bildirir. Mütəxəssislər bu terminin və sözügedən geoloji dövrün başlandığını qəbul etməkdən ötrü səsvermə keçiriblər. Lakin terminin tam ümumişlək olması üçün hələ bir neçə il gözləmək lazım gələcək», – Daily Mail yazır.

«Antroposen» termini «insan erası»nı ehtiva edir və onun başlanğıcı retrospektiv olaraq XX əsrin ortalarına – insanların planetə bərpaolunmaz zərərlər vurmağa başladıqları zamana aid ediləcək.

«Hazırda alimlər bu dövrün nə vaxt başladığını və hansı geoloji əlamətlərin onu daha yaxşı xarakterizə etdiyini müəyyənləşdirməyə çalışırlar», – Daily Mail yazır. Həmçinin məqalədə deyilir ki, 1950-ci ildə hidrogen bombasının sınaqdan keçirilməsi də antroposenin başlanğıcını göstərən əsas hadisələr siyahısına daxil edilə bilər: «Həmin sınaqlar nəticəsində ümumdünya geoloji məlumatlarda qeydə alınmış böyük miqdarda radioaktiv maddələr peyda olmuşdu. Həmçinin quşçuluğun sürətli inkişafı və yeraltı yanacaqdan istifadə həcminin artması da antroposenin potensial əlamətləri hesab oluna bilər. Bunların hər ikisi yer üzündə silinməz izlər qoyub».

«Məsələ ilə bağlı araşdırmalar aparan mütəxəssislərə Lester Universitetinin əməkdaşı professor Yan Zalaseviç rəhbərlik edir: bu həftə alimlər ilk dəfə rəsmi səsvermə keçiriblər. Terminin qəbul olunması təəccüb doğurmur, çünki 2016-cı ildə o, Keyptaunda keçirilən Beynəlxalq Geologiya Konqresindəki qeyri-rəsmi səsvermə zamanı da təsdiqlənmişdi», -məqalədə vurğulanır.

«(…)Antroposen üzrə işçi qrupu 34 nəfərdən ibarətdi və o, hazırda 2021-ci ildə Stratiqrafiya üzrə Beynəlxalq komissiyanın müzakirəsinə veriləcək təklif üzərində işləyir. Sözügedən komissiya qlobal geoloji zamanın rəsmi şkalasının formalaşdırılmasına nəzarət edir. Təklif müzakirəyə buraxılarsa, antroposen dövrünün tarix dərsliklərinə salınması və rəsmi tanınmasından ötrü daha bir səsverməyə ehtiyac olacaq».

Alimlər bir neçə amili əsas tutaraq 1950-ci ildə başlamış dövrü «böyük sürətlənmə» adlandırırlar. Bura – havada karbon qazı, metan və stratosfer ozonunun konsenterasiyası, yer səthinin temperaturu, okeanın turşuluğunun artması (acidification), dəniz balıqlarının ovu və tropik meşələrin azalması, əhali artımı, nəhəng bəndlərin inşası və təxminən, ХХ əsrin ortalarından həndəsi silsilə üzrə genişlənən beynəlxalq turizm daxil edilir.

«Əksər mütəxəssislər antroposen erasının başladığı barədə eyni fikirdədilər, amma bu geoloji dövrün təsnifləndirilməsi məsələsi qızğın müzakirə olunur. Aparıcı izaha əsasən, onun başlanğıcı hidrogen bombasının sınaqdan keçirildiyi 1950-ci illərə təsadüf edir. (…) Bəzilərinin fərziyyələrinə görə isə, yeraltı yanacaq, plastmass və ya gübrə qalıqları insan fəaliyyətinin dünyaya necə təsir elədiyinə ən yaxşı örnəkdir.

(…) Bitki və hyevanların invaziv növlərinin sürətlə və genişmiqyaslı yayılmasında müşahidə olunan böyük sıçrayış da bizim növün mirasıdı. Lakin işçi qrupuna, planetin geoloji profilində rast gəlinmədiyi halda yuxarıda sadalanan sferaları nəzərə almağa icazə verilmir, – məqalədə vurğulanır. – Geoloji eraların, dövrlərin, mərhələlərin və yaşların təyini zamanı istifadə olunan meyarlara uyğun gəlməsi üçün qaya süxurları, göl çöküntüləri, buz kerneləri və ya digər bu tip formasiyalarda onların izlərini tapmaq mümkün olmalıdı».

Antroposen haqqında danışsaq, professor Zalaseviçin sözlərinə görə, bu, problem deyil. Məsələn, insan tərəfindən yaradılmış mikroplastik, sintetik maddə indi «bütün dünyada- həm quruda, həm də suda – çöküntü komponenti sayılır». Və Atmosferdə CO2 tərkibinin artması yaşı on minlərlə illərə çatan buz kernelərində özünü büruzə verir.

Başqa bir nəzəriyyəyə əsasən, «dünyada toyuqların miqdarının həddindən artıq çoxalması» antroposenin parlaq nümunəsi sayılır. Hesab olunur ki, insanlar ildə 65 milyard toyuq yeyirlər və bu inanılmaz yüksək istehlakın qalıqları sözügedən geoloji dövrün ən yaxşı isbatı ola bilər, – qəzet yazır.

İlk dəfə 2002-ci ildə kimya üzrə Nobel mükafatı laureatı  Pol Krutsen tərəfindən təklif olunmuş «antroposen» sözünü ekoloqlar «böyük neft» əleyhinə birləşdirici şüar kimi qəbul ediblər. Bəzi mühafizəkarlar isə onu, iqlim dəyişikliklərinə qarşı mübarizə siyasəti üçün istifadə olunan aqressiv, iqtisadiyyatı boğan pərdə hesab eləyirlər”, – nəşr bildirir.

inopressa.ru

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör