bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Nə müharibə, nə sülh – Atəşkəsin 25 ili

Elmir Mirzəyev Elmir Mirzəyev
., Mövqe
21 May 2019
Oxuma vaxtı:10 dəqiqəyə oxunur
1526083120 1514706781 1441342605 11949746 820163484766930 1125139321 n
Paylaş

Əsrin dörddə biri

25 il azmı, çoxmu? Tarix üçün bəlkə də çox az, bizim nəsil üçün əsrin dörddə biri. Nazim Hikmətin o məşhur şeirindən deyildiyi kimi, eynən.

Beləliklə 12 mayda “Bişkek protokolu”nun imzalanmasının 25 ili tamam oldu. Bu protokol hüquqi xarakter daşımayan, sadəcə cəbhədə atəşkəsi nəzərdə tutan və sülhə çağırış məqsədli sənəd idi. Sənədə bizim tərəfdən Azərbaycanın o zamankı Milli Məclis sədri Rəsul Quliyev və Dağlıq Qarabağın o zamankı azərbaycanlı icmasının rəhbəri qismində, Şuşa rayonu İH başçısı Nizami Bəhmənov, erməni tərəfdən isə Ermənistan parlamentinin o dövrkü sədri Babken Aqaqksyan və Dağlıq Qarabağın erməni icmasının rəhbəri şəxsində “DQR parlamentinin sədri” Karen Babuqyan imza atmışdılar.

Həmin sənəd heç bir hüquqi əhəmiyət daşımamasına rəğmən, imzalanmasından sonra faktiki, real olaraq döyüşlər dayandırıldı və o zamandan bəri artq 25 ildir ki, bəzi istisnalarla cəbhədə atəşkəsə nail olundu.

Doğrumu, yanlışmı?

Əlbəttə ki, bu illər ərzindən bu haqda çox deyilib, çox danışılıb. Lakin cəmiyyət üçün çox ağrılı bu mövzuya keçərkən təbii olaraq ağıla ilk gələn sual – bu doğru qərar idimi, yoxsa böyük bir yanlışlıq idı? – aktuallığını bu illər ərzində heç itirməyib.

O zaman, bizim cəbhədəki perspektivlərimiz necə idi və nəyi vəd edirdi? Nədən məhz bu dövrdə sülhə imza atıldı, bizi o dövrdə buna vadar edən səbəblər nədən ibarət idi?

Və nəhayət, əsrin dörddə biri qədər keçmiş bir tarix Heydər Əliyevin bu qərarına hansı hökmünü verib?

Məhz o zamandan bu məsələnin deyildiyi kimi “sülh yolu” ilə həllinə böyük ümidlər yarandı. Qəribədir, bu hipnoz idi, yoxsa nə? Biz necə ümidləndik ki, qalib gəlmiş qarşı tərəf müharibə ilə qazandığı məsələləri bizə savaş olmadan, yəni haqqında danışılan “sülh yolu” ilə güzəştə gedəcək? Bu bir növ kütləvi hipnoz idi, yoxsa bütün cəmiyyətin arzuladığı, lakin dilə gətirə bilmədiyi şirin yalan?

İstənilən halda heç bir kimsənin ağlına belə gəlməzdi ki, bu imza atılandan 25 il keçəndən sonra da konflikt həll edilmədən qalacaq.

Sual çox vacib olduğu üçün bir daha təkrar edək – bu qərar doğru idi, yoxsa yanlış?

“Azərbaycan üçün son zərurət deyildi”

Keçmiş hərbçi, Qarabağ döyüşlərinin iştirakçısı Elman Fəttah hesab edir ki, “Atəşkəs tələbi neft kontraktlarının bağlanması üçün stabillik ehtiyacından doğurdu. Hərbi baxımdan isə Azərbaycan üçün yox, Ermənistan üçün avantaj idi. Bu protokolun məhz o zaman imzalanması bizim nə hərbi, nə də ki, siyasi maraqlarımıza cavab vermirdi.”

Keçmiş döyüşçü o zamanın hərbi perspektivlərini belə qiymətləndirir:

“Azərbaycan Ordusu 1993-cü ildəki məlum hadisələr və onların nəticəsində çox ağır məğlubiyyətlərə uğrasa da, dekabr ayında cəbhədə yenidən uğurlu hücum əməliyyatları keçirməyə nail olduq. Bu əməliyyatların nəticəsində Horadiz də daxil olmaqla, Füzulinin 20-yə qədər yaşayış məntəqəsini azad etdik.

Sonra, bu əməliyyatlar dayandırılıb Ağdam-Tərtər və Murovdağ istiqamətində nəticəsiz qalan yeni hücumlarla əvəzlənsə də, əslində hərbi sahədə uğurlar yeni başlanmışdı. 5-6 rayonun faciəli işğalından sonra, müharibənin gedişini dəyişməyə nail olduq, yeni revanş dalğası vardı o zaman. Xüsusən uğurlu Horadiz əməliyyatı orduda ciddi ruh yüksəkliyi yaratmışdı. Arazqırağı ümumiyyətlə hucum əməliyyatları üçün relyef baxımından əlverişli idi.

Qarşı tərəfsə hərbi perspektiv baxımından məğlubiyyətə məhkum idi, çünki hərbi əməliyyatların sərhədləri xeyli genişlənmişdi, şəxsi heyət baxımından da bizim üstünlüyümüz şübhəsizdi. Aydın olan odur ki, həmin dövrdə rəqibin artıq bütün hücum potensialı tükənmiş, bizimki isə tam əksinə, artmışdı.”

Elman Fəttah fikrini belə yekunlaşdırır: “Qısası, həmin o protokol Azərbaycan üçün son zərurət deyildi.”

Bu həqiqətənmi belədir və döyüş yolu keçmiş bir insanın subyektiv fikri deyil?

“Köçəryanın kitabından belə görünür”

Vətəndaş cəmiyyətinin nümayəndəsi, hüquqşünas Anar Məmmədli:

“Köçəryanın kitabından belə görünür ki, texniki təchizatları olsa da, əsgəri heyətdə çatışmazlıqları olub. Və bir də 1993-cü ilin sonunda bizim tərəfdən qarşılarında daha mobil və dinamik ordu olduğunu etiraf edir. Peşəkarların sayı artıbmış.”

Burada söhbət Ermənistanın eks-prezidenti Robert Köçəryanın bu il nəşr edilmiş “Həyat və azadlıq” kitabından gedir.

Anar Məmmədlinin fikrincə “bu razılaşma 1994-cü ildə imzalananda post-sovet məkanında aktiv olan yeganə münaqişə idi. 1992-93-də həm Moldovada, həm də Gürcüstanda atəşkəs imzalanmışdı. Amma Gürücstandan fərqli olaraq, bizim imzaladığımız sənəddə yalnız ATƏT-in Minsk qrupu mandat əldə etmişdi və atəşkəsin monitorinqi ilə bağlı səlahiyyəti qeyri-dəqiq idi. Məsələn, Minsk qrupu təmsilçisi Xankəndində və Tbilisidə oturur. Tərəfsizlikləri tez-tez dartışılır. Ayrıca hesabatvermə mexanizmləri yoxdur.

Ümumiyyətlə, atəşkəs sazişi ötən müddətdə daha çox Ermənistanın xeyrinə status-kvonun dəyişməsi ilə müaşyiət olunub. Məslən, əhalinin demoqrfaik vəziyyəti, işğal olunmuş torpaqlarda yeni yaşayış məntəqlərinin salınması, hər il Şuşada 9 may bayramının qeyd olunması sülh danışıqlarının perspektivini şübhə altına alır. Bütün rəsmi statsitikada Şuşa DQMV-də azərbaycanlıların etnik baxımından üstün olduğu rayon olub. Amma oranın azad olunması məsələsinin bayram edilməsinə təpki yoxdur. Hərçənd ki, münaqişə sülh yolu ilə həll olunsa, oraya qayıdan əhali arsında üstünlük azərbaycanlılarda olmalıdır.”

Gənc nəsil nə düşünür?

Bu 25 il ərzində Azərbaycanda yeni bir nəsil yetişib. İmzalandığı zaman köprə olduqları bu tarixi hadisə haqda bəs onlar nə düşünür?

NİDA vətəndaş hərəkatının idarə heyətinin üzvü Turqut Qəmbər:

“Siyasətdə hər bir addım, xüsusən Bişkek protokolunun imzalanması kimi taleyüklü addım hansısa strategiyanın tərkib hissəsi kimi görünməlidir. Atəşkəsin məqsədi nə idi, bu addımı atanda strategiya nə idi?Əsgərlərimizə nəfəs dərməyə imkan verib, toparlanmaq və sonradan hərbi əməliyyatlara yenidən başlamaq? Münaqişəni dondurub beynəlxalq ictimaiyyətin ədalətli mövqeyinə ümid etmək? Vaxt qazanıb Ermənistan üzərində tam iqtisadi, hərbi, diplomatik üstünlük əldə edərək onları bizim şərtlər daxilində sülhə məcbur etmək?

Hələlik bunlardan heç biri baş verməyib.”

“Rayonların işğalı hakimiyyət boşluğu dövrünə düşdü”

Konfliktoloq, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov hesab edir ki, “1993-cü ildə Azərbaycan tərəfinin müharibədə uğursuzluqları hökuməti vadar edirdi ki, üçüncü tərəfin köməyinə müraciət etsin. Misal üçün Ağdam, Füzuli və Cəbrayıl gedəndən sonra Tansu Çillər bildirmişdi ki, ermənilər Azərbaycan ərazilərindən çıxmalıdır. Artıq türk əsgərlərini Türkiyə-Naxçıvan sərhəddinə gətirmişdilər. Rusiya da bərk narahat idi ki, Türkiyə münaqişəyə qoşula bilər.

Oktyabr ayında Heydər Əliyev prezident seçildi və bu artıq rayonların əldən getməsi fonunda oldu.

Əliyev ordu quruculuğuna və əks hucum taktikasına başladı. 1993-cü ilin dekabrında Horadiz əməliyyatı hökumətin inamını artırdı. Eləcə də Murovdağ əməliyyatı hazırlanmışdı və cəbhədə irəliləyiş üçün ordunun və ölkənin hüquq-mühafizə orqanlarının qarşısında tələb qoyulmuşdu.

Bizim rayonların əsas işğalı hakimiyyət boşluğu dövrünə düşdü. Ərazilərin çoxu sırf panika nəticəsində getdi. Ağdam Surətin öz ordusunu geri çəkməsi nəticəsində. Füzuli, Cəbrayıl və Qubadlı isə könüllülərlə ordu arasındakı qarşıdurma nəticəsində işğal edildi. Zəngilan da Əliyev artıq seçiləndən sonra getdi.”

Yeltsin administrasiyası Əliyevin gəlişinə şad deyildi?

“Ermənilər 1993-cü ilin əvvəlində Azərbaycanın xeyli sayda hərbi texnikasını ələ keçirmişdi. Ağdamın Uzundərə bazasında sovetlərin silah anbarı ermənilərin əlinə keçmişdi. Yerevanda hərbiçilər zarafatla Elçibəyin canına sağlıq arzulayırmış.

Bu dövr ərzində Rusiya Azərbaycana təzyiqlərini azaltmırdı. Yeltsin administrasiyası Əliyevin hakimiyyətə gəlməsinə şad deyildi. Çünki, ən azı neft kontraktı əldən gedəcəkdi. Artıq cəbhədə Azərbaycan diz üstə qoyulmuşdu.

1993-ün dekabrında revanş üçün son cəhdlərimizi etdik. Təbii ki, Horadiz əməliyyatı uğurlu misal idi, lakin Murovdağda əsgərlərimizin qar uçqunu altında düşməsinə rəğmən, ermənilərdə çox ciddi panika var idi. O əməliyyat tam hazırlıqsız başlansa da Kəlbəcərin 30% kimi ərazisi azad edilmişdi. Bu əməliyyatı H. Əliyevə xoş gəlmək üçün Rəsul Quliyev təşkil etmişdi. Kəlbəcər əməliyyatının uğursuzluğu Azərbaycanın uğurlu revanş ümidini sındırdı” – konfliktoloq fikrini belə yekunlaşdırır.

“Ruslar sülhməramlı qüvvələrini Qarabağa gətirmək istəyirdi”

Əvəz Həsənovun fikrincə bu məsələdə həlledici rolu regional geosiyasət oynayıb.

“Lakin 1994-cü ilin əvvəlində vəziyyət dəyişir. Qarabağ erməniləri qorxu içində idilər ki, Azərbaycan Hadrutu ələ keçirə bilər. Heydər Əliyevin Qərblə neft kontraktları hazırlamağı ruslara bəlli olur. Onlar artıq Azərbaycanı itirdiklərinə əmin olandan sonra bizi Atəşkəs imzalamağa sürükləyirlər. Ruslar sülhməramlı qüvvələrini Qarabağa gətirmək istəyirdi.

1994-cü il aprelin 15-də hətta sənəd hazırlanmışdı. Lakin, Əliyev buna razı olmadı. Belə olan halda artıq mayın 5-də müdafiə nazirləri atəşi dayandırmaq haqd sənədi imzaladılar.”

Zərurət, yoxsa təslimçilik aktı?

Bütün bu müzakirələrin sonunda, bu məsələnin tarixi zərurəti haqda hansısısa dəqiq əminlik hissi yaranmır. Məhz o zaman sülhə imza atılması tarixi zərurət idi, yoxsa iradəsi sındırılan Azərbaycanın təslimçiliyi?

Əlbəttə ki, atəşkəsin imzalanmasından keçən bu illər ərzində qarşımızda duran ən ümdə vəzifə – ölkənin müstəqilliyinin qorunub saxlanılması idi. Ağır itkilər, faciələr, ərazilərin işğalı bahasına başa gəlsə də biz buna nail ola bilmişik.

Lakin bu bir faktdır ki, ölkənin üzləşdiyi başlıca problem 25 illik bir dövrdə həllini tapmadı və beləcə artıq gələcək nəsillərə ötürüldü.

Odur ki, əsrin dörddə biri qədər zaman keçəməsinə rəğmən, yuxarıdakı sual yenə də aktuallığını saxlamaqdadır — bu zərurət idi, yoxsa təslimçilik aktı?

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör