bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Akıllı telefon kullanıcıları Bettilt ile daha hızlı işlem yapabiliyor.

Casino tutkunları için özel oyun odaları sunan Bahsegel eğlenceyi garanti ediyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Luis Bunüel-dən amansız səmimiyyətlə dolu xatirələr

AzLogos AzLogos
., Kültür
19 May 2019
Oxuma vaxtı:7 dəqiqəyə oxunur
Dans l'oeil de Buñuel

Le réalisateur Luis Buñuel

Paylaş

Luis Bunüel (1900-1983) — dünya kinosunun ən böyük ustadlarından biridir. “Mənim son nəfəsim” adlı bu kitabda rejissorun xatirələri toplanıb. Kitabda Bunüelin öz dövrünün nəhəng sənətkarları Federiko Qarsia Lorka, Salvador Dali, Lui Araqon, Pol Elüar, Pablo Pikasso, Çarli Çaplin, Sergey Eyzenşteyn və başqaları ilə görüşləri barədə xatirələr də geniş yer tutur. Eyni zamanda, oxucu, İspaniyada rejissorun şəxsən şahidi və iştirakçısı olduğu vətəndaş müharibəsi barədə hekayə ilə tanış olur. Xatirələrdə oxucunu heyran edən cəhətlərdən biri də, müəllifin özü, öz natamamlıq və zəiflikləri ilə bağlı göstərdiyi amansız səmimiyyətidir.

Yaddaş

Ömrünün son illərini yaşayanda, anam yavaş-yavaş yaddaşını itirirdi. Onun qardaşlarımla birlikdə yaşadığı Saraqosaya səfər eləyəndə, arabir anama illüstrasiyalı jurnallar verirdim. O, jurnalı alıb, birinci səhifəsindən axırıncıya qədər diqqətlə vərəqləyirdi. Sonra anamdan jurnalı alıb, təzə jurnal kimi, ona bir də verirdim. Anam eyni maraqla oxumağa başlayırdı.

Tədricən anamın huşu o qədər korlandı ki, daha uşaqlarını tanımır, adlarımızı yadına sala bilmir, özünün belə kim olduğunu xatırlamırdı. Məsələn, mən onun otağına girib, üzündən öpürdüm, onunla bir az vaxt keçirirdim, baxırdım ki, fiziki olaraq, anam öz yaşına görə pis qalmayıb, o yaşa görə yetərincə çevik, təravətliydi. Otaqdan çıxır, bir də qayıdırdım, anam məni ilk dəfə görürmüş kimi qarşılayır, təklif edirdi ki, oturum və adımı soruşurdu.

Saraqosa kollecində oxuyanda, mən bütün ispan krallarının, bütün Avropa dövlətlərinin ərazisini və əhali sayını əzbərdən deyə bilərdim, ümumiyyətlə, beynimdə xeyli mənasız məlumat saxlayırdım. Belə mexaniki yaddaş nümayişi, adətən, kolleclərdə gülüş hədəfi olur. İspaniyada belə şagirdlərə “memorion”, “əzbərçi” deyib, ələ salırlar. Özümün də məhz o əzbərçilərdən olduğuma baxmayaraq, belə yaddaş çalışmalarına həmişə ironiya ilə yanaşmışam.

Amma zaman keçdikcə, cavanlıqda ələ salınan bu vərdiş əməlli-başlı faydalı olmağa başlayır. Xatirələr adama hesabat vermədən, səliqəsiz şəkildə üst-üstə yığılır və gün gəlir, biz dostlarımızdan ya qohumlarımızdan kiminsə adını yada salmaq üçün əməlli-başlı əziyyət çəkməli oluruq. Baxırıq ki, unutmuşuq onu. Hərdən tanış bir sözü yada salmaq istəyirsən, o söz düz dilinin ucundadı, amma heç cür dilindən qopmaq bilmir, bax onda, adam əməlli-başlı hirslənir.

Bu cür yadırğama və onun ardınca ləngimədən gələn yaddaş boşluqları adamı yaddaşın vacibliyi barədə düşünməyə vadar edir. Yetmiş yaşlarımdan başlayaraq, fərqinə vardığım amneziya məhz şəxsi və lap yaxınlarda baş verən hadisələrdən başladı, məsələn, 5 dəqiqə əvvəl əlimdəki yandıranı hara qoydum? Bu və ya digər ifadəni başlarkən, mən nə demək istəyirdim? Daha sonra anteroretroqrad pozulma gəlir, məsələn son aylarda, son illərdə baş verənləri xatırlaya bilmirsən.

1980-ci ilin mayında, Madridə son səfərim zamanı hansı oteldə qalmışdım? Yarım il əvvəl bir kitab oxumuşdum, onun adı nə idi? Bilmirəm, yadıma gəlmir.

Bax, retroqrad amneziya bu vaxt başlayır, o yaddaş itirməsi ki, anamdakı kimi, yaddaşdan adamın bütün həyatını silməyə qadirdir. Şəxsən mən, amneziyanın bu üçüncü mərhələsinin yaxınlaşdığını hələ hiss etmirəm. Uzaq keçmişimə, gəncliyimə, uşaqlığa aid hələ çox şeyi yaxşı xatırlayıram. O şeyləri yadıma salanda, yaddaşımda xeyli adlar və üzlər peyda olur. Əgər hansınısa unutmuşamsa, bunu faciəyə çevirmirəm. Bilirəm, bu üçüncü mərhələ, izahedilməz bir şəkildə, daha sonra, daha gec, qəfildən peyda olacaq.

Amma bu yaxınlarda baş vermiş hadisəni, son aylarda danışdığım adamlardan kiminsə adını, ya da nəsə sadə bir şeyi unudanda, çox narahat olur, hətta demək olar ki, qorxuram. Şəxsiyyətimin necə parçalandığını, darmadağın olduğunu hiss edirəm. Başqa heç bir şey barədə düşünə bilmirəm, amma fərqi yoxdur, nə qəzəbim, nə də cəhdlərim nəticə vermir. Bəlkə bu, sonun başlanğıcıdır? “Kətil” kimi sadə bir sözün sinonimini axtarmağa məcbur qalmaq, qorxuncdur. Amma ən qorxuncu, sağ ola-ola, özünün kim olduğunu unutmaq, öz adını belə xatırlamamaqdı.

Yaddaşı itirmək qaçılmazdırsa, qoy bu, heç olmasa tədricən, yavaş-yavaş baş versin ki, yaddaşın həyatımızda necə böyük əhəmiyyəti olduğunu daha yaxşı dərk edək. Yaddaşdan xali həyat, həyat deyil, necə ki, özünü ifadədən məhrum olan şüur, şüur deyil. Yaddaş bizə hadisələri birləşdirmək imkanı verir, yaddaş bizim şüurumuz, hərəkətlərimiz, bizim hisslərimizdir. Onsuz biz – heç nəyik.

Dəfələrlə istəmişəm ki, filmdə dostuna lətifə danışmağa cəhd edən, amma hər dörd sözdən, özü də “maşın”, “küçə”, “polis” kimi sadə sözləri yadından çıxaran adamı göstərim. O çaşır, utanır, əl-qolunu oynadır, sinonimləri tapmağa cəhd edir. Nəhayət, bezmiş dostu hirslənir, ona şillə ilişdirərək, çıxıb gedir. Tez-tez olur ki, öz fikir dağınıqlığımı təbəssümlə pərdələmək üçün, psixiatra gedib, yaddaşından şikayətlənən adam barədə lətifə danışıram. Psixiatr o adama bir-iki bəsit sual verəndən sonra, deyir:

— Gəlin, indi də yaddaş pozulmasına qayıdaq.

— Kimin yaddaş pozulmasına? — xəstə soruşur.

Bizim üçün o qədər vacib, hərşeyəqadir yaddaşın özü də təhlükə qarşısındadır. Yaddaşın qarşısında dayanan təhlükə təkcə onun köhnə düşməni Unutqanlıq deyil, həm də, amansızlıqla artan, çoxalan, səliqəsiz şəkildə bir-birinin üstünə qalaqlanan Xatirələrdir. Məsələn, birini deyim. Mən tez tez dostlarıma (bu kitabda da nağıl edəcəm) otuzuncu illərin ən parlaq, marksist intellektuallarından olan Pol Nizanın toyundan danışıram. Hər dəfə bunu danışanda, gözlərimin qarşında Sen-Jermen-de-Pre kilsəsi, ora gələn adamlar, mehrab, rahib, bəyə toy şahidliyi edən Jan-Pol-Sartr peyda olur.

Ötən il bir gün qəfildən düşündüm ki, axı bu, mümkün deyil! Axı prinsipial marksist Pol Nizan və onun ateist ailədən çıxmış arvadı kilsədə nikah bağlaya bilməzdilər! Bunu təsəvvür etmək belə, mümkün deyil. Deməli, yaddaşımda nələrsə şəkil dəyişir? Ya da, bəlkə mən bunu uydurmuşam? Bəlkə nəyisə səhv salmışam? Bəlkə, kiminsə mənə danışdığı hadisəni, yaxşı tanıdığım kilsə dekorasiyasına uyğunlaşdırmışam? Günü bu gün də, başa düşə bilmirəm bunu.

Yuxugörmələr və xəyal gücümüz daima yaddaşımıza soxulur, inanmaq isə bizi şirnikləndirir, buna görə də, xəyal edilənin gerçəkliyinə inanırıq, sonda isə hər şey bizim uydurmanı həqiqət kimi qəbul etməyimizlə nəticələnir. Yeri gəlmişkən, bunun elə böyük fərqi yoxdur, axı hər ikisinin bizə verdiyi həyacanı və fərdilik hissi eyni dərəcədədir.

Bu yarıbioqrafik kitabda, pürdiqqət kəsildiyim halda, sevişmə romanlarında olduğu kimi, hekayətin ecazkarlığına uyub, səhifələrində azdığım bu kitabda, sözsüz ki uydurmalar da var. Amma təkrar edirəm, bunun elə bir mənası yoxdur. Axı mənim şəxsiyyətimi toxuyan ilmələrin yarısı inam və əqidəmdən ibarət olduğu kimi, yarısı da səhvlərim və şübhələrimdən ibarətdir. Tarixçi olmadığıma görə, mən nə qeydlərdən, nə də kitablardan istifadə etməmişəm və oxuculara təqdim elədiyim bu portret, hər bir halda, öz iddialarım, şübhələrim, təkrarlarım, həqiqət və yalanlarımla, uzun sözün qısası, yaddaşımı təşkil edən hər şeyi ilə – mənim öz portretimdir.

Luis Bunüel

ardı var…

Ruscadan tərcümə : G. Mövlud

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör