Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Siyasi xalq yoxsa bio-kütlə?

Mirzə Mirzə
., Mövqe
07 İyun 2020
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
1446497331 azerbaycan qadinlari
Paylaş

Bizim sanki, mənsub olduğumuz ideologiyanın, təlimin prinsiplərinə kompleks şəkildə bağlanmaq, qavramaq problemimiz var. Başımızın içində hər şey salata çevrilir, lego-ideologiyalar düzəldirik özümüzə. Hərəsindən bir az – bir az qataraq, özümüzə uyğunlaşdıraraq. Buna ideoloji boşluqdan doğan şəxsiyyət ikiləşməsi, üçləşməsi demək olarmı? «Sistemlə mübarizə» adı ilə nə əcaib hərəkətlərə, işlərə şahid olduq qəribə adamların ifasında. Bu gün milliyətçi, sabah liberal, birigün solçu olanları da gördük, eşitdik. Bir də, azərbaycanlıların siyasi mənsubiyyətinə görə seçdikləri müraciət formaları da damğa, ya da lənət kimi səslənir – “bəy”, “yoldaş”, “müəllim”. Məsələn mən, anarxo/nasist azərbaycanlılara “bəyyoldaş müəllim” deyə müraciət edirəm. 

Bunları indi niyə yazdım bilmirəm. Klassiklər haqqında düşünürdüm. Görün biz nə qədər şanslıyıq. 21-əsrin yazarı üçün material yalnız real həyatdan toplanmır, virtual dünya da sonsuz sayda maraqlı insan və hadisə təqdim edir bizə. Məsələn, liberal düşərgəni təmsil edən, sola tam dəstək verən, profil şəklində “Bir kərə yüksələn bayraq…” olan qəribə adamlar “bəyyoldaş müəllim” müraciətini şərtləndirmirlər bəyəm?

Deyək ki, bəyyoldaş müəllimləri ideoloji boşluq doğurur, bəs bu boşluğu kim doldurmalı, bəyyoldaş müəllimlərin nəslini kim kəsməlidir? Yoxsa və yenə də dövlətmi? Bəyyoldaş müəllimlərin nəslini qurutmaq üçün ideoloji dövlət yaradılacaqsa, qoy elə bəyyoldaş müəllimlər qalsın, hər halda ideoloji dövlətdən yaxşıdırlar. Çünki ideoloji dövlət daha radikal bir gənclik, əttökən mədhiyyələr, yaradıcılığın boğulması deməkdir. Bəs nə etməli?

Mənim fikrimcə 10 milyonu qucaqlayan, ümumbəşəri dəyərlərə söykənən və Azərbaycanı azərbaycanlılar üçün maraqlı edəcək ümummilli bir vizyona ehtiyacımız var. Psevdo-millətçilikdən, Sarı gəlin kimi arxetipik suvenirlərdən, miatsuma bənzər axmaq ideyalardan, azərbaycanlılar üçün şəriətdən də təhlükəli olan meydançılıqdan uzaq, insanı ən qiymətli kapitalı hesab edən bir dövlət fəlsəfəsi. 

Fantastikaya oxşaya bilər, azərbaycanlılar doğrudan da bütləşdirməyi və kef eləməyi sevirlər, qəliz danışılanda isə xoşları gəlmir, terminlərə qarşı xüsusi nifrətləri var. Ona görə də sadə cümlələrlə hər bir vətəndaşa başa salınmalıdır ki, «biz hara gedirik». Məşhur ifadədə deyildiyi kimi «Din yaradılarkən ilk növbədə coğrafiya nəzərə alınır və coğrafiyaya uyğun vədlər verilir, sistem qurulur».

Azərbaycanda vizyonumuzun işlənib hazırlanmasına qərar veriləcəksə, buna iradələri çatacaqsa, bu prosesdə iştirak edəcək hər kəs – ziyalılar, ekspertlər, siyasətçilər – öz coğrafiyaları ilə barışmış insanlar olmalıdırlar. Jan-Jak Russo demişkən, Pyotr ən böyük səhvini ruslardan holland düzəltmək istəyərkən etdi. Bu insanlar (vizyonun işlənib-hazırlanmasında iştirak edəcəklər) Azərbaycanı azərbaycanlılara maraqlı etmək üçün ehtiyac və maraqları çox dəqiq öyrənməlidirlər. Klassiklərdən başlamalı, bu günün ən son tendensiyalarına qədər böyük bir zaman kəsiyini dərindən öyrənməli, bilməlidirlər. Azərbaycanlılarla əlaqə qurmağın ən effektiv yolu onları xalq olaraq yaradan, formalaşdıran insanların üzləşdiyi çətinliklərlə, onların xalqla əlaqə qurma metodları ilə tanışlıqdan keçir.

Bir neçə gün əvvəl, Azərbaycanın Dövlət ideologiyasının oldub-olmadığını, əgər varsa onun prinsiplərini araşdırırdım. Dövlətçi bir alimin yazısı diqqətimi çəkdi:

“…Və nəhayət neokonservatizm bilinməyənə yox, bilinənə, təcrübədə təsdiq edilməyənə deyil, sınaqdan keçmişə, ehtimal olunana deyil, mövcud olana, uzağa deyil, yaxına, bol olana deyil, kifayət edənə, utopikə deyil reallığa üstünlük verir. Bu mənada Azərbaycanda mövcud olan azərbaycançılıq ideologiyası və neokonservativizm Azərbaycanın milli və dövlət maraqlarına cavab verən, Azərbaycan cəmiyyətində bərqərar olmuş, kök salmış bir dəyər kimi mənimsənilmiş ideologiyadır. Hesab edirik ki, belə olan halda, yenidən ideologiya axtarışına çıxmaq yersizdir.”

İlk növbədə bu yazı (terminlərdən ibarət söz yığını) ona görə diqqətimi çəkdi ki, əgər bu neokonservatizm cəmiyyətdə bərqərar olubsa, mənimsənilibsə niyə bundan 20 il mənim xəbərim olmayıb? Nəyə görə bu barədə 11 illik orta, 4 illik ali təhsil həyatım boyunca bir kəlimə deyilməyib mənə? Əgər belə möhkəm – həm liberal, həm milli-mənəvi dəyərlərə söykənən sistemimiz varsa, gənclərin keçirdiyi bu ideoloji böhran; şimaldan, cənubdan və qərbdən gələn propaqandaya qarşı olan bu təlaş nədir? Bir müddət əvvəl təhsil ocaqlarında din təhsili veriləcəyi ilə bağlı başlayan söz-söhbətlər, azərbaycanlı intellektualları necə qorxuya saldığını gördük. Deyirlər ki, cənubda hazır gözləyən şəriət təhdidi, dindən mümkün qədər uzaq olmağımızı zəruri edir. Bəs bizim kök salmış azərbaycançılıq və neokonservativizm kimi bir ideologiyamız varıydı, bizi bütün təhdidlərdən qoruyacaqdı, nə oldu onun axırı?

Deməli, hörmətli yoldaşlar, burdan belə bir nəticə çıxır ki, bir-iki başı qaçmış adamın məqalə və kitabından ibarət; alban kilsələri, miflər, səməni, dolma ilə bəzədilmiş bu neokonservatizm (əslində isə nekrofiliya) ideologiyası bir işə yaramır, bəri başdan impotentdir. Azərbaycanlıların da ondan yerli-dibli xəbəri yoxdur. Azərbaycanlılar öz qısa dövlətçilik tarixləri boyu, bir dəfə olsun aydın, konkret bir söz eşitməyiblər onları idarə edənlərdən – biz kimik, hara gedirik, hədəfimiz nədir? Ona görə bu gündədirlər – biri aya baxır, bir çaya, biri dağa qalxır, biri dağdan düşür. Məqsədsiz, dəyərsiz bio-kütlə.

Məsələn bu bio-kütlə heç vaxt başa düşməyəcək Gürcüstan prezidenti Solome Zurabişvili «Azərbaycanın nefti-qazı, bizim isə mədəniyyətimiz var» deyəndə, ümumiyyətlə nə demək istəmişdi. Görəsən Azərbaycanda bunu başa düşmüş heç olmasa 20 adam varmı?

Əgər varsa, gələcəyə ümid də var.  

Mirzə, vizyonlu fərd

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör