bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

«Taxt-tac oyunları»na niyə baxırsan?

Seymur Baycan Seymur Baycan
., Mövqe
08 May 2020
Oxuma vaxtı:11 dəqiqəyə oxunur
GamesRadar
Paylaş

İllərdir, müxtəlif saytlarda, qəzetlərdə “Taxt-tac oyunları” haqqında yazılar qarşıma çıxır. Dəfələrlə müxtəlif məclislərdə bu serial haqqında gedən söhbətlərin, müzakirələrin şahidi olmuşam. Amma nədənsə qarşıma çıxan yazılar, eşitdiyim söhbətlər məni bu seriala baxmağa vadar edə bilməyib. Belə hallar olur. Bəzən bütün ölkənin müzakirə etdiyi mövzudan, dünyanı bürüyən cərəyandan, axından tamamilə  kənarda qalıram. Bunu qəsdən etmirəm. Bu sadəcə, belə alınır.  

Bir müddət əvvəl xeyli yorulan, şişən və ağırlaşan başımı bir az dincə qoymaq ehtiyacı hiss etdim. Bir neçə iri həcmli əsəri ard-arda oxumuşdum. Kitab oxumağa ara vermək lazım idi. Son vaxtlar kitab oxuyarkən bilmirəm hansısa səbəbə görəsə az qala hər təsirli təsvir, az qala hər təsirli dialoq yaddaşımı qıcıqlandırır, məni xatırlamağa, öz keçmişimə səyahətə çıxmağa məcbur edir. Barmağımı kitabın arasına qoyuram, keçmişdə gördüyüm sifətləri, mənzərələri, eşitdiyim səsləri, hansısa hadisəni xatırlayıram, sonra yenə də oxumağa davam edirəm. Bu ağır, ürək üzən prosesdir. Kaş adamın başında üstünə “delete” yazılmış bir düymə ola. Sağ əlinin baş barmağını var gücünlə basasan bu düymənin üstünə, hər şey bir anda silinib gedə, canın yaddaşdan birdəfəlik qurtara. 

Kitab oxumaq, düşünmək, keçmişi xatırlamaq istəmirdim. Qərara gəldim ki, fürsətdir, oturum “Taxt-tac oyunları”na baxım. Görüm bu serial nəmənə olan şeydi? Görüm bu serial niyə bu qədər səs-küyə, bu qədər müzakirələrə səbəb olubdur? Birinci sezonun birinci seriyasına baxarkən ikinci seriyada tempin artacağını düşündüm. Nədənsə ilk seriya məni açmadı, seriala qanım qaynamadı. İkinci seriyada darıxmağa başladım. Hərçənd, hörmətli bəstəkarımız Firudin Allahverdi “Taxt-tac oyunları” haqqında gedən söhbətlərin birində qətiyyətlə bəyan etmişdi ki, birinci seriyaya baxan kimi serial səni tutacaq, serialdan heç cür ayrıla bilməyəcəksən. Üçüncü seriyaya  özümü məcbur edərək baxdım. Dördüncü seriyada isə qəti şəkildə anladım ki, mən bu seriala baxa bilməyəcəm.  

İndi hər hansı formada həzz almadığım kitabı oxumağı, hər hansı formada həzz almadığım filmə baxmağı vaxt, enerji itkisi hesab edirəm. Əsərin məşhurluğu, qeyri-məşhurluğu, tirajının az, tirajının çox olması bu məsələdə heç bir rol oynamır. Əsər məşhurdur, ya da məşhur deyil, bunun söhbətə heç dəxli yoxdur, həzz almadığım, hər hansı formada bəhrələnmədiyim əsər haqqında durub yalandan xoş sözlər deyə bilmərəm. Eləcə də sırf əsər məşhurdur, hamı onu oxuyur, hamı ona baxır, hamı onu müzakirə edir  deyə nə yolla olursa olsun ona qarşı düşmən mövqedə dayanmağı da uşaqlıq hesab edirəm.

Adamlar tanıyıram onlar məşhur olan bütün əsərlərə qarşı düşmən mövqedə dayanmağı özlərinin “sənət fəlsəfəsinə” çeviriblər. Onlar özlərini xüsusi bir təriqətin üzvü kimi hiss etmək istəyirlər. İstəyirlər, onların oxuduqları kitabı çox az adam oxusun, istəyirlər, onların baxdıqları kinoya çox az adam baxsın. Guya hər hansı əsərin az məşhur olması onun keyfiyyətinə dəlalət edir. Guya hər hansı əsərin oxucusunun az olması onun keyfiyyətinin göstəricisidir. Əsərin tirajının az ya çox olması onun keyfiyyət göstəricisi sayıla bilməz. Bu çox mənasız yanaşmadır. Yaxşı əsər, sadəcə, yaxşı əsərdir. Yaxşı əsərin tirajı az da ola bilər (Tomas Mann “Doktor Faustos”), çox da (Conatan Svift “Qulliverin səyahəti”). Ümid edirəm, nə demək istədiyim aydın oldu.

“Taxt-tac oyunları”na baxa bilməyəcəyimi qəti şəkildə anladıqdan sonra ağlıma bir fikir gəldi. Düşündüm, bəlkə problem mənim ovqatımdadır. Bəlkə, seriala baxa bilməməyimdə serialın heç bir günahı yoxdur. Ona görə də ərkim çatan bir neçə adama belə bir sualla müraciət etdim: 

“Taxt-tac oyunları” serialına baxmısanmı, əgər baxmısansa serial haqqında hansı fikirdəsən? 

Firudin Allahverdi: “Taxt-tac oyunları” serialını tarixə imzasını atmış sənət əsəri kimi qiymətləndirirəm.

Kitabların müəllifi G.R.R Martin alternativ bir dünya və onun minilliklər davam edən tarixini yaradıb. Müxtəlif inkişaf səviyyəsində olan xalqlar, qitələrin içində və qitələrdən-qitələrə miqrasiyalar, müharibələr, sivilizasiyalar və s.

O ki qaldı seriala, 1-2 mübahisəli personajı çıxmaq şərtilə düşünürəm ki, uşaqlı-böyüklü bütün aktyorlar zərgər dəqiqliyi ilə seçilib və onlarla çox böyük iş görülüb. 

Linqvistlər serial üçün bir neçə yeni dil və onların qrammatik özəlliklərini, qanunlarını hazırlayıb. Rejissorlardan kütləvi səhnə iştirakçılarına qədər hamı öz işini vicdanla görüb. Serialın məziyyətləri saymaqla bitmir.

Keçən sezondakı bir döyüş – Battle of Bastards (Biclərin döyüşü) məncə dünya kinematoqrafında meydan müharibəsinin yeni “planka”sını müəyyən etdi, bundan sonra döyüş səhnəsi çəkən gərək bunu nəzərə alsın.

Ümumiyyətlə, elə bir işdir ki, baxsan, nəyisə bəyənməsən belə hörmət etməli olursan. Amma kimsə baxmadan ağız büzürsə də, o adama nəyisə başa salmağa ehtiyac qalmır: çünki nə serial bundan bir şey itirir, nə sən, nə başqası, nə də bəşəriyyət. Baxanların və sevənlərin sayı serialın dəyərinin tam olaraq verildiyini demək üçün kifayət edir. 

Qismət Rüstəmov: “Ötən il birinci sezonun bir-iki seriyasına baxdım, sonra nəsə getmədi, yarımçıq qoydum. Ona görə bir fikrim yoxdur.”

Qan Turalı: “Əslində bitməmiş seriallara, adətən, baxmıram, bu mənada “Taxt-tac oyunları” istisna oldu. Bir aya bütün seriyalarına baxdım və bir ay da yeni və son sezonun çıxmasını gözlədim. 

Məncə, əvvəlcə bu suala cavab vermək gərəkdir: Məni orda cəlb edən nədir? Ümumiyyətlə, prosesin içində olan şəxslər bu və bu kimi seriallara mütləq baxmalıdır. Çünki “Taxt-tac oyunları” bütün dünyanın baxdığı və TV tarixinin tamaşaçı rekordlarını qazanmış bir serialdır. İnsanları o necə özünə cəlb edir? Paradoksal görünsə də, məni ən çox cəlb edən də insanların bu serialda nə tapması idi.

Mənim üçün “Taxt-tac oyunları” müasir bir dastandır. Dastanın bütün elementləri burda var, sehrli reallıqdan tutmuş cəsur qəhrəmanlara qədər… Dastanlar bir arxetip, bir mifin daşıyıcısıdır. İnsanlar əsrlərdir ki, bu miflərlə yaşayırlar. Hər bir xalqın bir milli qəhrəmanı var, Vilhelm Tel kimi, Robin Qud kimi, Koroğlu kimi… “Taxt-tac oyunları” da beynimizdəki bu qəhrəmanlıq arxetiplərinə oynayır, onları oyadır. Ağıllı ssenari və möhtəşəm texniki təsvirlərlə… Lakin bu artıq bəşəri bir dastandır, ona bütün bəşəriyyət tamaşa edir. 

Əvvəllər bir mif vardı, sonra xalqlar, millətlər ayrıldı, hərə öz mifini, öz qəhrəmanını, öz hekayəsini yaratdı. Amma “Taxt-tac oyunları” bu mənada bəşəriyyəti yenidən vahid mif ətrafında toplaya bildiyi üçün uğur qazandı. 

Bəzi adamlar deyir ki, mən fantaziyanı sevmirəm… Bəs elə Koroğlu dastanı fantaziya deyilmi? Qanadlı atlar gerçəkdirmi? Bu mənada “Taxt-tac oyunları” modern dövrün əfsanəsidir, qanlı-qadalı, amansız, bəzən romantik, amma hər zaman maraqlı olan bir əfsanə…”

Əli Novruzov: ““Taxt-tac oyunları”na baxıram, amma nə kitablarını oxumuşam, nə də ən birinci tamaşaçılarından deyiləm. Bu serial geniş populyarlıq qazanandan sonra izləməyə başlamışam, səhv etmirəmsə, onda beşinci sezon artıq efirə çıxmışdı. Seriala baxmağa başlayanda başqalarının dedikləri əsasında artıq müəyyən bir təsəvvürüm formalaşmışdı, amma serial nəinki bütün bu təsəvvürləri doğrultdu, həm də gözləntilərimi xeyli aşdı.

Bu serialda mənim xoşuma gələn əsas cəhət mütləq doğru və mütləq yanlışın, mütləq xeyir və mütləq şərin olmamasıdır. Hər kəsin bir günahı, qaranlıq tərəfi var. Burada bəzən ən kiçik günahlar cəzalandırıldığı halda ən böyük günahlar illərlə cəzasız qala bilir. Gerçək həyatda olduğu kimi. Üstəlik hadisələrin gedişatı heç kəsə aman vermək fikrində deyil. Tamaşaçı işlərin yoluna qoyulduğunu düşünən kimi hər hansı bir xoşagəlməz hadisə baş verə bilər və hətta baş rolda olan, böyük ümidlər verən obrazı da oyundan kənar vəziyyətə sala bilər.

Bununla belə, son iki sezon – yeddinci və səkkizinci məni məyus edib. Bu iki sezonda hadisələr sanki serialın əvvəlki ruhuna və Martinin uydurduğu xəyali dünyanın qanunauyğun(suz)luqlarına görə baş vermir. Serialın ilk sezonunun efirə çıxmasından bu yana yeni tamaşaçı nəsli yetişib, onların öz qəribə estetik zövqü, süjet və fabulaya öz tələbləri və kaprizləri var. Çox güman ki, serialın istehsalçıları məhz buna görə də serialı bəsitləşdirib və “hollivudlaşdırıb”. Martin öz kitabları üçün demişdi ki, sonluq heç də hər kəsi razı salmayan “acı-şirin” olacaq. Amma bu serial Hollivud sayağı happy end ilə bitsə, artıq təəccüblənmərəm.”

Xalid Ağalıyev: “Baxmıram.”

Rasim Qaraca: “Serialla fraqmentar tanışlığım var, fikir söyləmək haqqını özümə vermirəm.”

Aygün Aslanlı: “O seriala baxmıram e, Seymur. O janrı sevmirəm. Fantezi janrını. Baxa bilmirəm elə şeylərə. Heç “Avatara” da baxmamışam.”

Anar Məmmədli: “Həbsdən əvvəl baxırdım. Amma son sezonlara baxmıram. Ümumiyyətlə, keçmiş haqqında, xüsusən də orta əsrlərdən o tərəfə aid uzun seriallar mənə çatmır. Mənə görə fantasy gələcəyə bağlı olmalıdır. Bu film “Diriliş Ertuğrul” kimi filmlərə yaşıl işıq yandırır. Halbuki, missiyaları fərqlidir. Yəni biri ideoloji, o biri əyləncədir. Amma “Diriliş Ertuğrul”u tənqid edəndə deyirlər ki, “Game of Thrones” da var. Yəni keçmişə dair şişirtmə var və qaranlıq bir tarixi sevdirmək cəhdi var. Xoşlamıram o üzdən.”

Əli İsa Cabbarov: “Baxmıram. İzləyənlərin fanatizmi də baxmaqdan çəkindirir. Populyar serial bir qayda olaraq manipulyasiyadır. “Kurtlar vadisi” kimi.”

Gündüz Ağayev: “Baxmamışam. Uzun serial olduğu üçün.” 

Zamin Hacı: “O seriala baxmamışam. amma hər yerdə reklamı gedir, nəsə bir maraq var ki, bəlkə baxım. Düzü bir dəfə, hardasa iki il qabaq lap əvvəldən baxmaq istədim, ancaq birinci seriya mənə o qədər qarmaqarışıq və mənasız gəldi ki, baxa bilmədim. Özü də “seriala baxmıram” deyərək qəti hökm verən adamlardan deyiləm. Misal üçün, o narkotik bişirib satan kimya müəllimindən bəhs edən seriala ləzzətlə baxmışam. Serialın adı bizim dildə nə cür gedir, bilmirəm. Sənə də məsləhət görürəm baxasan. O cümlədən, “Farqo”, “Rik və Morti” (bu animasiya serialıdır) seriallarına baxıb zövq almışam. Hətta “Rik və Morti”yə ikinci dəfə, təkrar baxaram, vaxtım olsa.

Elmir Mirzəyev: “İnanırsanmı, heç bir zaman baxmamışam ona, xəbərim də yoxdur nə olduğundan.” 

Şahvələd Çobanoğlu: “O seriala baxmamışam, düzü haqqında da nəsə bilmirəm.” 

Erkin Qədirli: Cavab vermədi və buna çox da təəccüblənmədim. Erkin müəllimin bir qədər məsuliyyətsiz adam olduğu onu tanıyanlara çoxdan məlumdur. Məsuliyyətsizlik, xüsusən, siyasətlə məşğul olan adam üçün heç də yaxşı cəhət sayılmaz. Bütün hallarda Erkin müəllim iki-üç kəlməlik candərdi cavab yazıb ölkənin tanınmış publisistlərindən birini yumşaq desəm, “yola verə” bilərdi. Bilirəm, Erkin müəllim cavab verməməyinə çox asanlıqla bəraət qazandıracaq. Bəlkə də, heç buna bir qram da ehtiyac görməyəcək. Etiraf edək ki, Erkin müəllim özünə bəraət qazandırmaqda, hər məsələdə haqlı olduğunu sübut etməkdə maşallah, göz dəyməsin, çox peşəkarlaşıbdır. Məğribdən Məşriqə qədər heç kim Erkin müəllimə hər hansı məsələdə haqsız, hər hansı məsələdə səhv düşündüyünü izah edə bilməz. Bu təəssüflər olsun artıq mümkünsüzdür. Nə qədər çətin, nə qədər məşəqqətli olsa da, Erkin müəllim özündə güc tapıb bir balaca məsuliyyətli olmağa cəhd eləməlidir. Bunu bir dost kimi yazdım.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör