bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Akıllı telefon kullanıcıları Bettilt ile daha hızlı işlem yapabiliyor.

Casino tutkunları için özel oyun odaları sunan Bahsegel eğlenceyi garanti ediyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Vaxt və pul – ikisi eyni anda bitməməlidir

Rafiq Hunaltay Rafiq Hunaltay
Kültür
03 May 2019
Oxuma vaxtı:7 dəqiqəyə oxunur
Rafiq
Paylaş

Bir insanda bunların ikisi də eyni vaxtda bitirsə, faciədir. Nə səhvlərini düzəltməyə zamanın var, nədə ki, o səhvləri ört-basdır etmək üçün pulun. Ətrafa fikir verin. Mövcud ədiblər, siyasətçilər, müxtəlif peşə sahiblərinin bir çoxunu müşahidə edirəm. Ümumiyyətlə deyim ki, ən gözəl hiss müşahidə qabiliyyətinin olmasıdır. Müşahidə qabiliyyəti güclü insanlar faktlar arasında parallellər aparıb öz fikirlərini ortaya çıxara bilir. Bəli, müşahidələr göstərir ki, bir çox ətrafımızda olan adamların pulu yetərli deyil, amma zamanı var. Zamanı olduğu üçün öz üzərində işləyəcək, enerjisi və zəhməti ona bütün əskiklərini qapamağa kömək edəcək. Və ya tərsinə. Zamanı çox da yoxdu, amma pulu var. Bu halda da “yaşına-başına yaraşmayan” hərəkətlər edir, özünü və ya karyerasını ən pik həddində ikən bir anda aşağı yuvarlaya bilir. Zaman daralır, içindəki “mən” narazıdır, nəsə çatmır, amma bilmir nə çatmır. Hər iki hal arzu olunan deyil. Hər şey öz zamanında gözəldir. Çalışın öz həyatınızda vaxt və pul tarazlığını qoruya biləsiniz.

Baxırsan, çox gəncdir. Karyerasının başlanğıcındadır, gələcəyi də çox parlaq görünür. Amma ilk kriteriyası puldur, çevrənin mərkəzinə pulu qoyub. Deyir mərkəzə yaxın olan nə varsa, gəlsin gözüm üstə yeri var. İş intervyularında və ya sosial şəbəkələrdə davranışlarını təhlil etdiyim bu tip adamlara içimdə heyfslənirəm. Bugün elə iş yerləri var ki, onlar məlum səbəblərdən yüksək maaşla insanları işə cəlb edib və o işə cəlb olunanlar üçün də həyat minimumu son iş yerlərində aldıqları əmək haqqıdır. Onlar işlərini dəyişəndə mütləq son əmək haqqını meyar alır və bu meyarı da bir-neçə ay işsiz qalmasa, dəyişmir. Bunu yenə çox təcrübəli adamlar edəndə hardasa, anlamaq olur. Qayğıları var və s. Amma iş həyatına yeni başlayanlar yumşaq desək yolu düz tutmur. Nəticədə sonra n qədər pulla da qazana bilməyəcəyi təcrübə və biliyi itirmiş olur. Savadlı olmaqdan daha çox doğru vaxtda doğru yerdə ola bilən işçi olmaq önəmlidir. Təbii ki, haqlı olaraq layiq olduğu əmək haqqını tələb edənləri alqışlayır, onları bu siyahıya aid etmirəm.

Külqabı metodu

Bir də daim tənqid edən, neqativ saçan, şirkətləri öz aləmində guya “yıxıb-sürüyən” adamlar həmişə işsiz qalacaq. Mən onları heç cür başa düşə bilmirəm. Görəsən həqiqətənmi onlara elə gəlir ki, düz edirlər. Heç bir şirkətə belə depresantlar lazım deyil. Heç kim demir tənqid olmamalıdır. Amma neqativ yayan adamlar bizim cəmiyyətdə tənqid çətiri altında ustaca gizlənib öz uğursuzluqlarını ekosistemin üstünə atmağı ən rahat yol bilirlər. Höte deyir ki, insan tənqidə nə qarşı çıxmalıdır, nədəki tənqid qarşısında müdafiə olunmalıdır. Bütün tənqidlərə rəğmən öz işini görməlidir, təbii ki, tənqidlərdən obyektiv hesab etdiklərini diqqətə almalı, amma heç bir halda yolundan dönməməlidir.  Zaman gələcək, edilən tənqidlər o adamın önündə diz çökəcək. Tənqid eşitmək istəmirsinizsə, heç nə etməyin. Bu qədər sadə. Hötenin dedikləri “külqabı”lara aid deyil. Külqabı ona görə ki, onlar ətraflarına da özləri kimi adamları yığır. Yığışıb külqabını doldurur, yəni zəhərlərini bir yerə töküb dağılışırlar. Əziz dostlar, “babam mənə kor deyib nə gəldisə vur deyib” çıxış yolu ola bilməz. Edilən məkrli tənqid sizi ağıllı göstərmir, kimsə susursa, ədəbindən susur, inanın. 4 səhv bir düzü aparır, aparsın. Amma bir səhv bütün düzləri apara bilməz. Bu qədər kor olmaq lazım deyil. İnsan nə edirsə, özünə edir. Elə külqabılar da.

İşıqlı gələcək bizsiz də gələcək. Heç kim bunu dana bilməz. Yeni hər şey də əvvəlkindən yaxşı olmalıdır. Olmasa, vay o şirkətin də, millətin də halına. Mən ən çox buna üzülürəm. Gənclik dünya hara gedir-getsin həmişə yenidən, bəlkə də 0-dan başlamalıdır. Gənclik müxalif ruhlu olmalıdır, bəli. Amma o qarşı tərəf kimi gördüyünü heçə sayaraq ola bilməz. Əgər bir az tarix, bir az ədəbiyyat oxusaydıq görərdik ki, proseslərə bu cür yanaşanlara tibb “erkən ölüm” diaqnozu qoyur. Öz sonunuzu bu qədər yaxınlaşdırmağa nə lüzum var. Müzakirə çox ciddi bir mədəniyyətdir, hər kəsin bacarmadığı mədəniyyət. Məsələn, mən görəndə ki, bu adamla müzakirə etmək olmaz, uzağı 2-3-cü cümlədən sonra qarşı tərəfdən nə cür əxlaqsızlıq desən gözləmək olar, o mübahisəyə girmirəm, ümumiyyətlə. Əvvəl belə deyildim, sonra “ağıllandım”, baş qoşmadım. O vaxt da mənə deyirdilər ki, baş qoşma, aqressiv olma, çox da fikir vermirdim. Zamanla anladım ki, düz deyirmişlər. İndi gərək Siz də o zamanı itirəsiz? Olmaz ki, olanlardan nəticə çıxarasız, əziz dostlar?! Prust deyirdi ki, zaman insanları dəyişdirir, amma insanların gözümüzdəki yerini yox. Zamanla Siz daha kamilləşə bilərsiz, amma bir-çox adamlar olacaq ki, onların gözündə elə o vaxtkı “külqabı” qala bilərsiz. Sizə lazımdır bu?

“Bilməli olduğunuz şeylərin sonuna gələndə, hiss etməli olduğunuz şeylər başlayar” – Xəlil Cibran

Hiss etdikləriniz isə çəkiyə, tərəziyə gəlmir. Onu sübut etmək olmur, ən yaxşı halda çətindir. Bilməli olduğunuz şeylərin sonu necə gələ bilər axı?! Yaradılmış insan necə təkəbbürlü ola bilər?! Elə həmin Xəlil Cibran deyirdi ki, “həyatımda bircə dəfə səssiz qaldım, o da biri mənə “kimsən” deyəndə”. Nə qədər gözəl və anlamlı bir ifadədir. İndiyədək iş həyatında uğurlu adamların tərcümeyi-hallarını oxuyandan sonra belə qənaətə gəldim ki, onların əksəriyyəti bir yola inanıb və o yolda sadəcə zəhmət çəkib, risk alıb, cəsarətli addımlar atıb və nəticədə olacaqları yeri öncədən xəyal belə etməyiblər. Dinimizdə buna “təvəkkül” də deyirlər. Bəlkə də uğursuz müqayisə oldu, amma bu an ağlıma bu gəldi. Yəni, sən uğruna inandığın yolda zəhmət çək, əlindən gələni et yetər. Vaxtı çatmayan həqiqətə utopiya deyirlər. Sizin yolunuz Sizə utopiya gəlirsə, bəlkə də zamanı çatmayıb. Məsələn, ADR-in yaranmasına da o dövrün zəruri nəticəsi deyənlər var. Amma bu təslim olmaq deməkdir.

Sizdən nəsə qalmasını istəyirsinizsə, yazın!

Liderlər zamanı və gücü əlaqəli şəkildə istifadə etməyi bacaran adamlardır. Bütün bunları ona görə deyirəm ki, hətta indi belə heç nə üçün gec deyil. Hər keçən gün gecikdiyiniz əlavə bir gündür. Vəziyyət “yaxşı” olanda hamıya yaxşı olacaq, onda rəqabət də əvvəlkinə baxanda kəskin olacaq. Problemlər var və olacaq, təbiidirmi deyil, amma nə edə bilərsiniz? Oturub gözləmək təslim olmaqdır. Əlinizdən gələni edəcəksiniz. Nə qədər banal səslənsə də, balıq bilməsə də xaliq mütləq biləcək. Gülməyəsən nə edəsən.

Yenə elə Hötedən misal çəkim. Höte deyirdi ki, dürüst olacağıma söz verirəm, amma tərəfsiz olacağıma söz verə bilmərəm. İndi heç kim demir tərəfsiz olun, amma dürüst olmaq mümkündür.

Və nəhayətində yazmaq haqqında

Mən yaza bilib yazmayanlara çox acıqlanıram. Yazmalı olub yazmayanlara da qıcığam, amma birincilər qədər yox. Baxın, 21-ci əsrdə ən irəli gedən və ya getmək istəyən şirkətlərimiz işə prosesləri yazmaqdan başlayıblar. Prosesi yazanlar isə bu işdə bizdən yüz il öncə “tərpənənlərdir”. Biz isə hələ indi-indi yazmağa başlamışıq. Bütün sahələrdə belədir. İnkişaf üçün əvvəl yazılanı oxuyub dərs götürməli, mövcudu da yazıb gələcəyə ötürməlisən. ADR parlament xatirələrini oxuyuram, məsələn. Standart hesabatlardan çox, Üzeyir Hacıbəyovun parlament iclaslarını şərhi ləzzət edir. Bəs yazmasa, nə olacaqdı? Necə biləcəkdik ki, məsələn, oxumuş deputatların bir çoxu ana dilində danışa bilmirmiş və s. Odur ki, yazın. Vaxt gələcək, bunu etmədiyiniz üçün çox peşman olacaqsınız. Texnologiya nə qədər inkişaf edir-etsin, kitab 2000 ildir qalıb, bundan sonra da qalacaq.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Tenha insan
.

Tənha insanın monoloqu

Sevda Sultanova
21 Avqust 2024
Music art
.

Musiqi strategiyamıza dair

Firudin Allahverdi
13 Avqust 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör