bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Akıllı telefon kullanıcıları Bettilt ile daha hızlı işlem yapabiliyor.

Casino tutkunları için özel oyun odaları sunan Bahsegel eğlenceyi garanti ediyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

“Carmen” və parislilər

Firudin Allahverdi Firudin Allahverdi
Kültür
02 May 2019
Oxuma vaxtı:8 dəqiqəyə oxunur
Firudin allahverdi
Paylaş

2017-18 teatr mövsümünün nəticələrinə görə dünyada ən çox izlənilən operalardan birincisi Verdi`nin “La Traviata”, ikincisi Georges Bizet`nin (Jorj Bize) “Carmen” operası olub. Bu statistika dünyadakı 700-dən çox opera teatrının repertuarının araşdırılması zamanı əldə olunmuşdur.

Yazılışının üstündən əsr yarıma yaxın vaxt keçməsinə baxmayaraq indi də “Carmen”i dinləyəndə onun təravətinə valeh olmaya bilmirsən – sanki opera başdan-ayağa gözəl və həyəcanverici melodiyalar paradıdı. Operadakı parçalar: “Üvertüra”, “Habanera”, “Sequidilla”, Qaraçı mahnısı, Toreadorun kupletləri, Jose`nin çiçəklə ariası, 4-cü pərdədən Antrakt… Dünya opera tarixində bu qədər sevilən melodiyaya malik ikinci operanı xatırlamaq çox çətindir.

“Carmen”dən səhnə


Nietzsche 1883-cü il tarixli, bir məktubunda yazırdı: “Dünən – təsəvvür et – iyirminci dəfə Bizet`nin ustalıqla yazdığı əsəri dinlədim. Yenə də eyni şirin ehtiramla axıracan oturdum, qaçmadım. Əsərin mənim səbrsizliyim üzərindəki bu qələbəsi özümü də təəccübləndirir. Bu musiqi necə də kamilləşdirir! Özün nümunəvi bir əsərə çevrilirsən. Doğrudan da, hər dəfə “Carmen”i dinləyəndə, sanki daha çox filosof oluram, daha yaxşı filosof oluram.. O zəngindir. O təyinatlıdır. O qurur, təşkil edir, bitirir. Nə vaxtsa səhnədən bundan daha əzablı, faciəli səslər gəlibmi? Və necə çatır! Mimikasız! Saxtakarlıqsız! Yüksək üslub yalanı olmadan! Nəhayət, bu musiqi dinləyiciyə dərrakəli bir canlı kimi müraciət edir. Mənə elə gəlir ki, özüm onun yaradılışının narahatlığını çəkirəm… Bizet məni də yaradıcı edir. Bütün bu gözəllik məndə yaradıcılığı oyadır…”

Operanı ən az iyirmi dəfə dinlədiyini deyən yalnız məşhur filosof deyildi, bu siyahıda biz bəstəkar Brahms`ı, siyasətçi Bismark`ı görə bilərik. Brahms bir məktubunda yazır: “Kaş Bizet sağ olaydı, dünyanın qurtaracağında da olsa, gedib onu bağrıma basardım”.

Georges Bizet


Amma operanın premyerası və əslində ilk mövsüm tamaşaları uğursuz keçmişdi.

Qayıdaq 1875-ci ilin Parisinə. Televiziyanın, radionun, kinoteatrların olmadığı dövrə. Orta və yuxarı təbəqənin əyləncə və bədii ehtiyacını ödəyən əsas müəssisələrdən biri opera teatrlarıdır. Səhnəyə qoyulan opera və digər teatr tamaşaları nəinki premyeradan sonra, bəzən premyeradan xeyli əvvəl də müzakirə olunurdu. “Opera-Comique” teatrında (Grand Opera`dan fərqli olaraq buradakı tamaşalarda musiqili və musiqisiz nömrələr bir-birini əvəzlləyirdi. Beləliklə səhnədə musiqi müşaiyəti olmayan danışıqlar da gedirdi – təxminən bizim Opera və Balet teatrı ilə Musiqili Teatrın fərqi kimi) gözlənilən “Carmen” tamaşası haqqında da premyeradan əvvəl söz-söhbətlər başlamışdı. Bu söhbətlərdə əsas vurğu premyerası göstərilən tamaşanın “amorallığı”na, “açıq-saçıqlığı”na idi.

Nəhayət, librettosunun əsasında Prosper Merime`nin eyni adlı novellası duran 4 pərdəli “Carmen”in premyerası 3 mart 1875-ci ildə, Parisin “Opera-Comique” teatrında baş tutdu.

Zalda kimlər yox idi. Fransanın o dövrkü yüksək cəmiyyətinin böyük hissəsi: bəstəkarlar Charles Gounoud, Leo Delibes, Jacques Offenbach, Jules Massenet, yazıçı Düma-oğul, səfirliklərin nümayəndələri, Rotşildlər ailəsi.. Tamaşa başladı. Şahidlərin dediyinə görə əslində 1-ci və 2-ci pərdələr alqışlarla qarşılandı, amma sonra tədricən zalda susqunluq və buzlaşma prosesi getdi. Premyeranı uğursuz adlandırmaq olardı.

Opera-Comique`də adətən yüksək cəmiyyətin həyat tərzindən alıntılı mövzular göstərilirdi: varlı ailə, ağıllı və komik qulluqçu, yüngül flirt, xoşbəxt final və s.. İndi isə “Carmen”in qəhrəmanlarına göz gəzdirək: tütün kombinatının işçiləri, qaçaqmalçılar, yüngül əxlaqlı qadınlar, dezertir əsgər, öküzlə döyüşən matador.. Opera-Comique`də qoyulan bu operada demək olar nə komik əhvalat, nə də komik personaj vardı. Finalda da ölüm!

“La Traviata”dan səhnə


Yazının əvvəlində xatırladığımız “La Traviata” operasının finalda ölən qəhrəmanını da yüngül əxlaqlı qadın hesab etmək olar. Amma Carmendən fərqli olaraq o, yüksək təbəqəyə aiddir – onlar kimi geyinir, danışır. Əsasında həmyerliləri Düma`nın “Kameliyalı qadın” romanı duran “La Traviata” operası fransızlara heç də “amoral” görünmürdü.

Parislilər əslində reallıqla qarşılaşmışdlar. Bir qəzet həmin gecə səhnədə göstərilən personajları “sosial zibillik” adlandırmışdı.

Xatirələrə görə səhərə qədər şəhərdə dolaşan Bizet`ni sadəcə dostu, sonradan operanı redaktə edən Ernest Guiraud tərk etməyib. Xanımı Genevieve Halevy də onu tərk etmişdi, tamaşa bitər-bitməz o, pərəstişkarı pianoçu Elie-Miriam Delaborde ilə teatrı tərk edib.

Tədqiqatçıların rəyinə görə uğursuzluğun əsas, həm də ikibaşlı səbəblərindən biri tamaşa haqqında vaxtından əvvəl yayılmış söz-söhbət idi. Məsələ burasındadır ki ictimai rəyə əsasən “açıq-saçıqlıq” gözləyənlərin gümanları doğrulmadı – deyilən qədər deyilmiş. Amma mövzu özü də XIX əsrin ikinci yarısının fransızları üçün o qədər məsum sayılmazdı: əsas ideya sevginin azad olması barədə idi. Baş qəhrəman qaraçı qızı Carmen birinci pərdədə əsgər Jose`yə, 3-cü pərdədə matador Eskamilyo`ya vurulur. Carmenin fəlsəfəsi təxminən belədi: “mən azadam, kimi istəyirəm onu da sevərəm və bu azadlığım üçün ölümə də gedərəm.” Buna görə də əsərin sonunda keçmiş sevgilisi tərəfindən öldürülür.

Paris, 19 əsrin ortaları


Premyeradan əvvəl yaranmış şaiələr premyeradan sonra yazıya çevrilərək qəzet səhifələrini doldururdu. Başı çıxan-çıxmayan, yazarların mütləq əksəriyyəti əsəri tənqid edirdi. Bütün bunlar həssas bəstəkarı həddən artıq həyəcanlandırmışdı. Hətta bir dəfə tənqidçilərdən birini Bizet`in əlindən zorla alıblarmış. Yüksək keyfiyyətli musiqi yazdığına əmin olan Bizet`ni üzən səbəblərdən biri də dostlarının – söz sahibi bəstəkarların, yazarların onu müdafiə etməməsi idi. Qəzetlərdə opera barədə danışan tanınmış şəxslər də Bizet`ni ya şəxsən şifahi, ya da məktub şəklində yazılı təbrik etmələrinə, xoş sözlər söyləmələrinə baxmayaraq ictimai çıxışlarında ehtiyatlı olmağa, fikirlərini ictimai rəylə balanslaşdırmağa çalışırdı.

Tamaşanın sabahı günü qəzetlərin biri vətəndaşları ehtiyatlı olmağa çağırırdı: “Hörmətli atalar və analar! Ənənəyə sadiq olaraq siz xanımlarınızı və qızlarınızı onlara layiq axşam əyləncələrinə aparırsınız. Qatır oğrusundan hərbçinin, hərbçidən matadorun qucağına atılan fahişə haqqında nə düşünərdiniz? Axırda da aldatdığı aşiq xəncərlə onun biabırçı həyatına son qoyur.”

Məsələ burasındadır ki o dövrün Parisində yüksək cəmiyyət mənsubları operaya həm də öz övladlarına gələcək həyat yoldaşı tapmaq üçün gedirdilər. (Lap müasir dövr azərbaycanlılarının toy mərasiminə münasibəti kimi.) Lojalarda oturan valideynlər qızlarını qabaq sıralarda əyləşdirərək, özləri arxada otururdu.

Deyilənlərə görə bu söz-söhbətlərdən sonra kişilər “Carmen”ə ailələrini aparmırmış. Amma özləri gedirmiş, yəqin elə buna görədir ki növbəti üç ay ərzində, yəni düz 3 iyun 1875-ə qədər 33 tamaşa oynanıldı. 34-cüsü isə təxirə salındı. Səbəb – 36 yaşlı müəllifin ürək tutmasından qəfil vəfatı.

Amma buna qədər tamaşa artıq Vyana opera teatrının marağını çəkmiş və onlar müəlliflə Vyana premyerası barədə razılaşmışdılar. Bizet`nin vəfatından dörd ay sonra, oktyabr ayında “Carmen”in Vyana premyerası oldu. Operanın dünya şöhrəti də oradan başladı. Bəlkə də premyeranın uğursuzluğunun bir sirri də burdaydı. Əslində Carmen öz musiqisinin genişliyinə, dramatik ağırlığına görə böyük səhnədə oynanılmalı idi. Ardarda Brüssel, Berlin, London, Barselona, St-Peterburq və digər Avropa premyeraları, ardından okeanın o tayında Nyu-York, San-Fransisko premyeraları.

Parisdə isə yanlış yönləndirilmiş ictimai rəy özünü göstərdi. Növbəti teatr mövsümünündə “Carmen”ə gəlmək istəyən tamaşaçıların sayı get-gedə azalmağa başladı və 1876-cı ilin fevral ayında əsər repertuardan yığışdırıldı. “Opera-Comique” bu əsəri bir də 1883-də bərpa etdi. Artıq o zaman bütün dünyanın musiqi ictimaiyyətinə aydın olmuşdu ki, “Carmen” şedevrdir.

P.S. Qəribədir ki parislilərin “qədirbilənliyi” bununla bitmədi: Yalnız 1954-də məlum oldu ki “Carmen”lə XIX əsrin ikinci yarısı fransız musiqisinin simvoluna çevrilən bəstəkarın qəbri tanınmaz hala düşüb. Parisin baş opera teatrı – Grand Opera`da “Carmen”in premyerası isə 1959-cu ildə baş tutdu.

O zamana qədər isə “Carmen” hətta Bakıda belə səhnəyə qoyulmuşdu. 1945-ci ildə Azərbaycan Opera və Balet Teatrında bu opera – özü də azərbaycan dilində – oynanılıb.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Tenha insan
.

Tənha insanın monoloqu

Sevda Sultanova
21 Avqust 2024
Music art
.

Musiqi strategiyamıza dair

Firudin Allahverdi
13 Avqust 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör