bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

30 ilin əfsanələşmiş şayiələri

Elmir Mirzəyev Elmir Mirzəyev
Mövqe
01 May 2019
Oxuma vaxtı:7 dəqiqəyə oxunur
Elmir 680x325
Paylaş

Bu yazını yazmaq heç zaman ağlıma gəlməzdi. Söhbəti hamı eşidib, mən də hər dəfə eşidəndə və hətta Zərdüştün kitabında oxuyanda, gülüb keçmişdim. Amma son zamanlar dəfələrlə sitat gətirildiyi üçün yazmağa məcburam.

İlk öncə bir daha vurğulayaq ki, bu il yubileylər ilidir, keçən yazıda sadaladıqlarımızdan başqa həm də 1988-ci ildə başlanmış etiraz hərəkatının 30-cu illdönümüdür. Sonra bu etiraz AXC (Azərbaycan Xalq Cəbhəsi) formatına çevrildi və hadisələrin ardı məlumdur. Bu dövr artıq folklora çevrilib, əfsanələşib. O zamanın bir çox şaiyələri də daşlaşıb. Onlardan birini Zərdüşt Əlizadə özünün “İkinci Respublikanın süqutu” əsərində qələmə alıb ki, bu şayiəni təkrarlamaq üçün çox zaman məhz o qaynağa müraciət edirlər.

İlk öncə kitabdakı həmin hissəni bütünlüklə nəzərinizə çatdıraq:

“Bir gün Fərhad Bədəlbəyli – məşhur pianoçu, Konservatoriyanın rektoru, əsil-nəcabətli ziyalı, AXC-nın yarandığı illərdə bu quruma qarşı rəğbət hissi duyan və bir neçə tədbirində iştirak edən insan mənə zəng elədi.

– Bu biyabırçılıqdır, Zərdüşt! Bir dəstə kirli-pasaqlı cavan adam konservatoriyaya hücum çəkib, qışqırmağa başladılar, tələb elədilər ki, divarlardan Bethovenin, Listin, Çaykovskinin portretlərini çıxaraq. Tələb elədilər ki, bütün əcnəbi musiqi alətlərini ataq, burda ancaq milli alətləri və azərbaycanlı bəstəkarların portretlərini saxlayaq. Biz bu hərəkatı buna görə yaratmışdıq? Onlar bizə üç gün müddət verdilər. Ultimativ şəkildə dedilər ki, burdan Avropa və ruslara aid hər şeyi tullayaq və üç gün sonra qayıdıb yoxlayacaqlarını bildirdilər. Konservatoriyadan onları güclə çıxardım. Dəstə divardan Bethovenin portretini almaq istəyəndə, dedim ki, Lüdviq van Bethoven özünün erməni dayəsini öldürüb. Bunu eşidəndə, onlar dayanıb, dünya musiqisinin böyük klassikinə ehtiram hissi ilə baxdılar.”

Bu epizod-şayiə ağ yalandır, çünki şəxsən mən, 1989-cu ilin 2 sentyabrında konservatoriyada Xalq Cəbhəsinin dayaq dəstəsi yaradılanda, yəni ilk gündən orada idim. O dəstə demək olar ki, bütünlüklə konservatoriyanın o zamankı tələbələrindən və bir məzunundan (Kamran Həsənli), cəmi 10-12 nəfərdən ibarət idi. Konservatoriyanın böyük zalında bu şaiyəyə əsas verən o yığıncaqda da şəxsən iştirak etmişəm, indidən də deyim ki, məsələ əsla belə olmayıb.

1989-cu ilin təxmini oktyabr-noyabr ayları olardı, onsuz da çox dərin krizis xarici düşmənin açıq ekspansiyası ilə daha da ağırlaşıb kəskin forma almışdı. Müdaxiləyə qəfil yaxalanan, tam müdafiəsiz, gücsüz Azərbaycan ürəyi daş, qızmış bir yekəpərin təcavüz etdiyi zavallı bir qızcığazı xatırladırdı. Tam ümidsiz, müqavimətsiz-müdafiəsiz bir vəziyyətdə qalmış ölkənin o zamankı rəhbərləri isə, sözün əsil mənasında bambılılıqla məşğul idilər və bu da sonrakı illərdə öz faciəli nəticəsini göstərdi. Qonşu dövlət təşkilatlananda, silahlananda, beynəlxalq dəstək alan zamanda bizimkilər onsuz da şok vəziyyətinə düşmüş camaatın quş tufənglərini əlindən alır, söz demək istəyəni də damlayırdı. İndiki zamanın yüksəkliyindən unudulmuş Vəzirov və ətrafının da nə ilə məşğul olduğunu, danışıb qurtarmaq olmaz.

Bu ədalətsiz vəziyyətlə gənclik əsla razılaşa bilməzdi. Əlbəttə ki, o zaman hamı naşı idi, dünyadan tam xəbərsiz, sovetin fağır bəndələri olan azərbaycanlıların 1988-də dərin somnambulik yuxusundan çox ağır oyanışı məcburi baş verdi. Uzun illərin xəbərsizi-xəstəsi olan cəmiyyət özünümüdafiə üçün xaotik şəkildə təşkilatlanmağa çalışır, bu da zaman-zaman gülməli konfuzlara gətirirdi. İndi görürük ki, onun üstünə beş də qoyub, əfsanələşdirib şayiə kimi yayırlar, halbuki bu yalanlara ehtiyac yoxdur, vəziyyət onsuz da tragikomik idi – əgər burda insan faciələri olmasaydı.   

Bu şayiələrdən biri, bəlkə ən yağlısı, 1989-cu ilin təxmini oktyabr-noyabrında, konservatoriyanın böyük zalındakı yığıncaqda Kamran Həsənlinin bir çıxışından sonra yarandı və illərlə yaşadılıb, sonda Zərdüşt tərəfindən bəzədilib, kitaba da salındı.

Kamran Həsənlini kiməsə təqdim etməyə ehtiyac yoxdur, yəqin hamı onu sonrakı fəaliyyətindən tanıyır, amma o zaman hamımız gənc və sadəlöhv idik, hisslər də kəllə-çarxa vurmuşdu. Bizim konservatoriyanın böyük zalının səhnəsinin tam ortasında, yuxarıda Üzeyir Hacəbəyovun, zalın kənarlarında isə başqa bəstəkarların barelyefləri var, bir tərəfdə Beethoven, List və Çaykovski, o biri tərəfdə isə Qlinka, Rimski-Korsakov və Mozart. Beləcə üç dünya klassiki və üç rus bəstəkarı.

Kamran, Azərbaycanın sovet tərəfindən işğalından danışarkən birdən əlini uzadıb divarlara işarə edərək – “Görürsünüz, bu da bunun bariz nümunəsi” dedi və zalda səs-küy qopdu, o da nitqini bitirdi. Əlbəttə ki, dərhal onunla danışdıq, səhvini dedik, o da azı yüz dəfə “mən bunu Bethovenə, Listə demirdim” deyib üzrxahlıq etdi. Aydındır ki, çox mənasız və aidiyyatsız söz demişdi, axı üç rus bəstəkarını da Dünya klassiki hesab etmək olar. Çaykovski isə ümumiyyətlə Bethovenlə yanaşı, ən çox ifa edilən bəstəkardır. Bundan sonra bir daha nə Kamran Həsənli, nə də başqa kimsə tərəfindən belə bir ifadə səslənməyib.

İndi qayıdaq həmin sitata. Bunun başdan-ayağa yalan olduğunu niyə deyirəm? Çünki kitabda bəhs edilən və qeyd etdiyim hadisə 1989-cu ildə baş vermişdi, o dövrdə konservatoriyanın rektoru, musiqişünas Elmira Abbasova olub, Fərhad müəllim yox. Rektor Elmira Abbasova o zaman bizim hamımızı, şəxsən məni hədələmək yolunu seçmişdi, hətta anamın iş yerini öyrənib onu konservatoriyaya çağırmış və məni buradan qovacağını bildirmişdi. Buna səbəb, 1989-un 18 sentyabrında Üzeyir bəyin doğum günündə, konservatoriyanın önundəki heykəlin qarşısında, orkestrin ifası zamanı, bayrağımızı qaldırmağım olmuşdu. Başqalarına da oxşar təzyiqlər vardı.   

Fərhad Bədəlbəyli isə o dövrdə sovetlərin ən yüksək adına – SSRİ Xalq artisti və eyni zamanda rektorluğa namizəd idi. İndi siz deyin, o necə AXC-yə rəğbət bəsləyə, onun iclaslarında iştirak edə bilərdi ki, belə bir əhvalat yaşansın? Əlbəttə, bu haqda yuxarılara anındaca xəbər veriləcək, Fərhad müəllim hər şeyini itirəcəkdi. Odur ki, bu hadisə tamamilə yalandır. Fərhad müəllim yalnız 1991-ci ilin yayından konservatoriyaya rektor təyin edildi – o zaman isə hamının bildiyi kimi, mitinqlər ümumiyyətlə keçirilmirdi, sonra da keçirilmədi. Hətta çox istəsək də, hekayədəki telefon zəngini təsəvvür etmək mümkün deyil, çünki 1991-ci ildə Zərdüşt bəy Xalq Cəbhəsini çoxdan tərk etmişdi və belə bir zəng mənasız, aidiyyətsiz görünərdi.

Yeri gəlmiş, 1991-ci ilin payızında AXC sədri Əbülfəz Elçibəy də bir dəfə konservatoriyaya, konsertə gəlmiş, gənclik illərində bu zalda, Qara Qarayevin 3-cü simfoniyasını dilnləməyə cəhd etməsi haqda danışmışdı.

Hadisənin onlarla canlı şahidi var və bu haqda bir zamanlar yazmışdım, maraqlananlar buradan oxuya bilərlər.

O ki, qaldı portretlərin yığışdırılması məsələsinə – bu ümumiyyətlə mümkün deyildi, çünki qeyd etdiyim kimi böyük zalda portret deyil, barelyeflər vardı, indi də elədir. Əcnəbi alətlər məsələsinə gəldikdə isə, həmin dayaq dəstəsinin demək olar ki, bütün üzvləri – cəmi 2 nəfər istisna olmaqla – həmin “əcnəbi” alətlərin ifaçıları, musiqişünas və bəstəkarlıq fakultəsinin tələbələri idi. Yəqin onlar da öz alətlərini və öyrəndikləri fənnləri qadağan etmək istəyirmişlər.

Əsl tragikomediya, əslində isə faciə ondan ibarətdir ki, biz bütün bu illəri şifahi xalq olaraq qalmaqda davam etdik. 30 il keçdiyi halda, bu hadisələr haqda britaniyalı jurnalist və tədqiqatçı Thomas de Vaal’ın “Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” əsəri və amerikalı tədqiqatçı-alim Audrey L. Altstadt-Mirhadi tərəfindən yazılmış “Azərbaycan türkləri: Rus hakimiyyəti altında güc və milli identifikasiya” (The Azerbaijani Turks: Power and Identity under Russian Rule) monoqrafiyasından başqa hansısa ciddi təhqiqat işinə, yaxud heç olmasa bizimkilərin memuarlara rast gəlinmir. Zərdüşt bəyin yazdığı əsərdə isə belə şayiələr qələmə alınıbsa, o zaman bizə yalnız təəssüf etmək qalır.

P.S. O zamandan çox şeylər dəyişilib, o cümlədən konsevatoriyada, hazırda böyük zalın divarlarına Qara Qarayev və Fikrət Əmirovun barelyefləri əlavə edilib.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Seymur
Mövqe

Azərbaycan yazıçılarının nankorluğu haqqında

Seymur Baycan
13 Avqust 2024
1200px Corvus frugilegus Dartmoor, Devon, England
.

Azərbaycan təhsilinin “zağca” problematikasına dair

Sevda Sultanova
24 May 2024
Seymur baycan
Mövqe

Vəziyyətə uyğunlaşmaq haqqında

Seymur Baycan
07 Mart 2024
MyCollages (1)
Mövqe

Ölüvay gənclik haqqında

Seymur Baycan
13 Avqust 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör