Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Cənnətliklər və cəhənnəmliklər

Ələkbər Əliyev Ələkbər Əliyev
Mövqe
25 Avqust 2019
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
Daa
Paylaş

Cənnətə gedəcəyini bilən, o günü dörd gözlə gözləyən adam, onunla birlikdə gəlmək istəməyənlərə, onun proqramına inanmayanlara qarşı, nə qədər qəzəbli ola bilər? Sənə qoşulmayanlara, sənə inanmayanlara uzaqbaşı ürəyində istehza edərsən, amma aqressiya göstərmək ağlına gəlməz. Öldürməzsən, partlatmazsan, nifrət etməzsən, çünki cənnətə gedəcəyini dəqiq bilirsən. Aqressiya üçün səbəbin və vaxtın yoxdur – sənin bütün həyatın, varlığın, gecən-gündüzün cənnəti xəyal etməklə, səbirsizliklə keçir. Cənnətə qovuşmaq həyəcanı, sənin qalan bütün hisslərini kütləşdirib. Sən, xoşbəxtsən!

Axirətin olduğuna, cənnətə gedəcəyinə inanan (lap tutaq ki, ümid edən) bir adam, bu perspektivə realistcəsinə inanmalıdır. İnanmırsa, deməli, saxtakardır. Əlbəttə, bu mənada, inananların demək olar ki, hamısı saxtakardır. Həqiqi iman sahibləri cüzi, əhəmiyyətsiz bir azlıqdır. Qalanları isə özlərini də, insanları da aldadırlar.

Cənnətə gedəcəyinə inanan, buna ümid edən adam gərgin olmaz. Özü kimi inanmayan, düşünməyənlə nifrət dilində danışmaz. İbadətini gizli edər, özünə imtiyaz istəməz. Mənəvi üstünlüyə iddia etməz.

Dindarlıq – proseduralardır. İman etdikdən sonra, müəyyən proseduralar və məhrumiyyətlər möminə fərz olur.

Sekulyar cəmiyyətlərdə, dini həyat tərzinin sərhədləri bəllidir. Ona görə, dinini arzuladığı, «əmr olunduğu» kimi yaşamaq istəyənlər, müəyyən diskomfort keçirə, toplumla ziddiyyətə düşə bilərlər. Məsələn, iş yerində namaza, oruca dair tələblər, ərəbsayağı qarderob, saqqal, ümumiyyətlə «cahillərdən», «fasiqlərdən» narazılıq kimi hallar, zaman-zaman müşahidə olunur.

Dindar, cənnətə getmək istəyir deyə, dininin əmr və qadağalarına riayət edir. Bu, aydındır. Sekulyar dövlət də deyir ki, «Mən sənin arzularına böyük hörmətlə yanaşıram, ta ki, normal axış, ahəng pozulana qədər. Cənnətlə mükafatlanmaq istəyən mənsublarının simasında, heç bir din, cənnətə getmək istəməyənlərin gününü qara edə bilməz. Cənnətə getmək istəyənlər fərqlənmək yolunu seçəndə, imtiyazlı olmaq istəyəndə problemlər başlayır.»

ABŞ Dövlət Departamentinin hesabatlarında «Azərbaycanda dini azadlıqlar boğulur» yazılır və bizim qərbçi-liberallar şadlanırlar. Mən, Azərbaycanda dindar hüququnun pozulmasına dair bircə nümunə görməmişəm. Spekulyasiya nə qədər desən, amma real fakt yoxdur.

«Dindarın hüququnun pozulması» – özlüyündə absurd ifadədir. İnsanın imanı, dindarlığı, cənnət intizarı – onun şəxsi xoşbəxtliyidir, arzularıdır. Üstünlüyü deyil. Cənnətə gedəcəyinə inanırsan və nəhayətdə hər şeyi bunun üçün edirsənsə, səs-küylü olmalı deyilsən. Axirət gününə əminlik varsa aqressiya, fərqlənmək ehtiyacı hardandır?

Sən cənnətə gedəcəksən deyə, başqaları sənin dini prosedurlarının rahatlığını təmin etməli deyil. Dünyəvi dövlətdə insanların belə bir vəzifəsi, öhdəliyi yoxdur. Dindar öz problemləri, intizarı ilə baş-başa yaşamalıdır.

Ona görə yox ki, biz onun imanına və proseduralarına hörmət etmirik. Ona görə ki, dindar öz proseduralarından yaranan problemləri özü həll etməyi bacarmalıdır. Dünyəvi dövlətin vəzifəsi, dindarın rahat ibadəti üçün, ona hər şəraiti yaratmaqdır. Azərbaycanda hansı ibadət əngəllənir? Kimin məbədi yoxdur?

Həqiqi iman sahibi kafirin, fasiqin həyat tərzinə paxıllıq etməz. Nifrətin kökündə, məhrumiyyətdən doğan qısqanclıq və paxıllıq durur. Dindar özünə sual versin – içki içməkdən məhrumdur deyə, içki içənə nifrət edir, yoxsa öz məhrumiyyətinin mənasızlığının fərqindədir?

İman sahibi hicablı qadın, yayın istisində başı açıq, qısa ətəkli qadına qəzəblənməz, ona nifrət etməz. Uzaqbaşı, ürəyində təəssüf edər ki, özü kimi hicablı deyil və bu istidə, Allah rizası üçün örtünmənin ləzzətini dada bilmir.

Sufilər bu əcaibliyi əslində çoxdan başa düşüblər və sırf “eşq xətrinə eşq”, “eşq xətrinə ibadət” anlayışını gətiriblər. İslamın quru «filan şeyi et ki, müqabilində filan şeyi əldə edəsən» doktrini, eşq əhlini qane etmirdi.

Problem, mənəvi üstünlüyə iddiadan yaranır. Heç kəs mənəvi üstünlüyə iddia edə bilməz. Cənnətə getmək istəyən, başqalarını narahat etmədən getməlidir.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Seymur
Mövqe

Azərbaycan yazıçılarının nankorluğu haqqında

Seymur Baycan
13 Avqust 2024
1200px Corvus frugilegus Dartmoor, Devon, England
.

Azərbaycan təhsilinin “zağca” problematikasına dair

Sevda Sultanova
24 May 2024
Seymur baycan
Mövqe

Vəziyyətə uyğunlaşmaq haqqında

Seymur Baycan
07 Mart 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör