Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Pirlər və ziyarətgahların daha səmərəli fəaliyyət göstərməsi üçün təkliflər

Seymur Baycan Seymur Baycan
Mövqe
09 Aprel 2020
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
SONY DSC

SONY DSC

Paylaş

Bir nəfər yaxın tanış kəndlərindəki pir haqqında ətraflı söhbət elədi. Pirin tarixini danışdı. Dedi, dəhşət hərəkətlilik, çox gur gəliş-gediş var pirə. Niyə də olmasın. Bunun üçün bütün münbit şərait yaradılıb. Təhsil biabırçı gündə. Səhiyyə biabırçı gündə. Oğlu əsgərlikdən qayıdır, qurban kəsir. Uşaq doğulur, qurban kəsir. Əməliyyatdan çıxır, qurban deyir. Uşaq orta məktəbi bitirir, qurban kəsir. Uşaq universitetə girir, qurban kəsir. Uşaq işə düzəlir, qurban deyir. Hansısa idarədən arayış alır, nəzir deyir. Yol polisi saxlayır, nəzir deyir. Gömrükdən keçir, nəzir deyir. Uşağa baxça tapır, nəzir deyir.  

Ətraf təhlükələrlə, çətinliklərlə doludu. Sistemə inam yoxdu. Halbuki, sistem bir balaca normal işləsə, ədalət bir balaca bərqərar olsa, təhsil və səhiyyə bir balaca qaydasında olsa, bu qədər qurban kəsməyə, bu qədər nəzir deməyə ehtiyac yaranmaz. 

Məhkəmələr azad deyil. Mülkiyyət toxunulmazlığı sözü sadəcə gülməli səslənir. Mülkiyyət toxunulmazlığı sözünü eşidəndə adamlar yerə yıxılıb qarınları cırılıncaya qədər gülürlər. Hər an evini başına uçura, var yoxunu tutub əlindən ala bilərlər. Adamlar qorxu içində yaşayırlar. Hələ üstəlik böyük əksəriyyət də qorxulu, təhlükəli, riskli işlərlə məşğuldur. Hələ bunun Rusiyada yaşayanları var. Onlar da orda nə qədər qurban deyirlər, nəzir deyirlər. Ölkəyə gələndə bölgəyə uyğun olaraq, hərə öz inandığı pirinə, ziyarətgahına gedib borclarını yerinə yetirirlər. Hələ nə qədər adamın banklara borcu var. Bankları qoyaq bir tərəfə, ölkənin yarısı yarısına pul borcludu. Qayda-qanun, sənəd-sünəd, kitab-dəftər yox dərəcəsindədi. İş və vəziyyət o yerə çatıb ki, məhkəmədə hüquq müdafiəçisi hakimə   Allahı, o dünyanı, qıl körpüsünü, qır qazanını xatırlatmağa məcbur olub. Qanun qalıb kənarda, hüquq müdafiəçisi hakimi allahlı hərəkət etməyə, allahlı qərar çıxarmağa səsləyir. Belə də olmalıdı. İnsanların əli yerdən üzüləndə avtomatik olaraq göyə tərəf uzanır. Azad və ədalətli məhkəmə, qayda-qanun olmayan yerdə adamlar bir-birlərini Allaha tapşırmağa məcburdular. Azad və ədalətli məhkəmə olmayan yerdə adamlar bir-birlərini Allaha tapşırmasınlar, bəs nə etsinlər?  

Conatan Svift “Qulliverin səyahəti əsərində o vaxtki İngiltərə haqqında yazır: 

İngiltərədə hər bir vəkil, demək olar ki, hələ beşikdə ikən haqsızlığı müdafiə etməyə öyrəşmişdir. Buna görə də o, haqlı işi müdafiə etdikdə, özünü çox pis bir vəziyyətdə hiss edərək, lazımı qədər qüvvə və məharət göstərə bilmir.  Bundan başqa, o, son dərəcə ehtiyyatlı olmalıdır ki, haqq işi müdafiə etdikdə, həddindən artıq coşqunluq göstərməsin. Belə olarsa, o, məhkəmə hakimləri tərəfindən töhmət alar və öz təbəqəsinin ləyaqətini alçaltmış olar. Bizim məhkəmələrdə hər iki çəkişən tərəf müflis olmayınca, məhkəmədə iş qurtarmır. 

Conatan Sviftin o vaxtın İngiltərəsi üçün yazdıqları indi bizim ölkənin reallığını əks etdirir. Yuxarıda yazılanlar bizim üçün çox aktualdı.  Biz məhkəmələrin ədalətsizliyinə o qədər alışmışıq ki, məhkəmələr hətta ədalətə oxşar, ədalətfason qərar çıxaranda qorxuruq. Şübhələnirik. Gözlərimizə inanmırıq. Hətta ağlımıza müxtəlif fikirlər gəlir. Görəsən bu işin arxasında hansı hiylə, hansı biclik dayanır.

Qanunların işləməməsini, ədalətin olmamasını qoyaq kənara. Ölkədə cəhalət və fanatizm özünün çiçəklənmə dövrünü yaşayır. Hakimiyyətin daxili və xarici siyasətinin nəticəsində fanatizm və cəhalət sürətlə yayılmaqdadı. Normal bir elmi jurnal yox. Normal bir səviyyəli qəzet yox. Universitetlər, məktəblər, uşaq baxçaları biabırçı gündədirlər. Tibb universitetində verilən təhsillə, keçirilən dərslərlə ən yaxşı halda mal həkimi olmaq mümkündü. Jurnalistika fakültəsinin tələbələri Haqverdiyevi tanımırlar. Ola bilsin kimlərsə üçün bu o qədər də faciəli fakt deyil, amma  ölkənin və xalqın  aqibətini düşünən adamlar bu faktı faciə kimi qəbul etməlidirlər. Televiziyalar müğənnilər, falçılar, cin çıxardanlar, yuxu yozanlar və digər bu kimi işlərlə məşğul olan adamlar tərəfindən işğal edilib. Normal bir ciddi maarifçi veriliş yoxdur ki, adamlar heç olmasa efirdən bir düz əməlli, ağıllı söz eşitsinlər. Gənclər arasında intellektin, təfəkkürün inkişafına səbəb olacaq müsabiqələr keçirilmir. Keçiriləndə də xala xətrin qalmasın, quş qoymaq üçün keçirilir. Təşəbbüslər boğulur. İnsanlara öz qabiliyyətlərini nümayiş etdirməyə imkan verilmir.  Siyasi baxışlarına görə insanlar ayrıseçkiliyə məruz  qalırlar. Nəticədə bir xeyli insan öz potensialını, qabiliyyətini ölkənin və xalqın inkişafına sərf edə bilmir. Sadalanan və sadalanmayan bu kimi faktlar pirlərin, ziyarətgahların daha da populyarlaşmasına rəvac verir.  Sayları da günü gündən artmaqdadı. Rayonlar, kəndlər, qəsəbələr artıq pirlərlə, ziyarətgahlarla tanınır. Haqsızlığın hökm sürdüyü, qanunların işləmədiyi, idmançıların, müğənnilərin, falçıların, cinçıxaranların qəhrəmana çevrildiyi, cəhalətin günü gündən daha da sürətlə yayıldığı bir yerdə adamlar daşa-ağaca inanmayıb bəs nəyə inansınlar?

Qayıdaq yazının əvvəlinə. Tanışım dedi ki, pirə o qədər gəlib gedənin olmasına baxmayaraq, kəndin yolları biabırçı gündədi. Camaatın oturub bir tikə çörək yeməsi, bir stəkan çay içməsi üçün təmiz, səliqəli bir kafe yoxdu.  Qərəz, onun söhbətindən belə başa düşdüm ki, sözügedən pir rayonda ən hərəkətli, ən funksional, ən çox inanılan, ən çox hörmət qoyulan  yerdi. Onda belə bir mənzərə yaranır. Rast adamlar idarələrdən, bələdiyyələrdən (məsələn) daha çox pirə inanırsa, qoy o zaman pirlər də idarələrin, bələdiyyələrin görməli olduqları işləri görsünlər. Adamların inamlarını hərtərəfli doğrultsunlar. Həm fiziki, həm də mənəvi.  Yolları təmir etsinlər. Uşaq baxçaları tiksinlər.  Gedişli-gəlişli bir pir üçün bir uşaq baxçası tikmək, iyirmi-otuz uşağı yedizdirmək, geyindirmək heç nədi. Ya da məsələn, iyirmi-otuz tələbəyə təqaüd versinlər. Pirləri və ziyarətgahları idarə edən adamlar bu kimi faydalı işlərlə məşğul olsalar, Allaha da xoş gedər, bəndəyə də. Həm də mənim kimi boş-bekar adamların səsi kəsilər. 

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Seymur
Mövqe

Azərbaycan yazıçılarının nankorluğu haqqında

Seymur Baycan
13 Avqust 2024
1200px Corvus frugilegus Dartmoor, Devon, England
.

Azərbaycan təhsilinin “zağca” problematikasına dair

Sevda Sultanova
24 May 2024
Seymur baycan
Mövqe

Vəziyyətə uyğunlaşmaq haqqında

Seymur Baycan
07 Mart 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör