Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Elm məbədindən zorakılıq ocağına

Günel Mövlud Günel Mövlud
Mövqe
26 Aprel 2019
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
Psiko analiz
Paylaş

Azərbaycan məktəbi və müəllimi niyə bu gündədir?

Oğlum bağçaya başlayanda, ilk aylar uşaqlarla oyuncaq üstündə dalaşırdı. Bir neçə dəfə, kiminsə oyuncağını əlindən almaq istəyib, uşaqları itələyibmiş. 

Bir gün bağçadan bizi görüşə dəvət etdilər. Oğlumuz barədə, onun xarakteri, davranışı, evdə özünü aparması barədə uzun-uzadı sorğu-sual etdilər. Bizə bildirdilər ki, onun başqa uşaqları itələməsi böyük problemdir, uşaq zorakılığa meyllidir. Buna görə, biz də, bağça da, psixoloq da uşaqla mütamadi işləməlidir. 

Bu proses, uzun aylar çəkdi. Hələ də, iki ya üç aydan bir oğlumuzun davranışları, nəyin pis nəyin yaxşı olması barədə söhbətlər edir bizimlə bağça personalı. 

Bu söhbətlər, bağçada və məktəbdə vacib prosedurlardır, uşağın davranışında, sosiallaşmasında nəzərə çarpan ən xırda problem belə, tapılır, işlənilir, həll edilir.

Amma bu hamısı deyil. 

Norveçdə bütün günü televiziya sosial çarxlar paylaşır. Məktəbdə özünə qapanan, uşaqlarla oynamayan, ünsiyyət problemi olan uşaqlara həssas davranmaq, ailəsini nəzarətə almaq, onlarla danışmaq, müəllimərin bu məsələdə çox diqqətli olması barədə, təşviqedici videolar fırlanır. Uşaq məsələsində qonşu, müəllim, qohum, ailə ilə kontaktı olan hər kəsə təblig edilir ki, uşaqda nəsə şübhəli hərəkət görən kimi lazımi qurumlara xəbər versinlər. 

Uşaqlarla bağçada da, məktəbdə də söhbətlər aparılır, psixoloqun həm valideyn, həm uşaqlarla rutin görüşləri keçirilir. Hətta bağçada, məktəbdə müəllimlər üzə vurmadan nəzarət edirlər, uşaq valideyni görəndə sevinirmi, qucağına qaçırmı, yoxsa qorxur, çəkinir? Yəni ailədə bir qram problem varsa, necəsə üzə çıxacaq.

Eyni şey bağça və məktəb heyəti ilə də edilir. Uşağın hələ bağçada kimisə itələməsi və ya mobbinq etməsi problemdir, o uşağı psixoloqa yönəldir, ailə ilə danışır, uşağın niyə zorakılığa meylli olması araşdırırlar.

İndi o boyda məktəbdə o qədər uşağın mobbinqini görməyən psixoloq, müəllimlər o məktəbdə nə iş görür, başa düşmürəm. Problem ailədə idisə, niyə müəllim, psixoloq lazımi qurumları ailə ilə söhbətə cəlb etməmişdi? 

Bu hadisədə ailədə də günah ola bilər, amma bu, heç bir halda məktəbi və müəllimləri məsuliyyətdən azad etmir. Bu məsələdə ay «ana boşanıbmış», ay «ana ikinci dəfə ərə gedibmiş» daha nə bilim nə kimi arqumentlər də, sadəcə bədnam «milli mentaliteti» özünə dayaq edərək, günahı ananın üstünə atmaq cəhdindən başqa bir şey deyil. Bəs ata və ananın boşanmadığı, evli olduğu, hətta lap can deyib can eşitdiyi ailələrdə uşaqlar niyə intihar edir? 

O məktəbin psixoloqu da, müəllimləri də, təkcə o qızın ailəsi ilə deyil, ona təzyiq edən, ələ salan bütün uşaqların ailələri ilə ciddi söhbət etməli, zorakılığa, qəddarlığa bu qədər meyilli uşaqlar uşaq psixoloqlarına yönəldilməli, onlarla uzun müddət işlənilməli idi.

Normal ölkədə məktəb, elm, bilik, tərbiyə, sosiallaşma, aktivitetlər mərkəzidir. Biz isə az qala hər gün məktəbdə ya müəllimin uşaq döydüyünü, ya uşaq zorladığını, ya uşağı intihar həddinə çatdırdığını, ya da, ən yumşaq halda rüşvət, müxtəlif şeylərə görə pul yığmaqla uşağı da, ailəni də bezdirdiyini oxuyuruq. Müasir azərbaycanlı müəllimin obrazına baxanda, adamın içi qan ağlayır. 

Bu, sadə bir şey deyil. Məktəb, müəllim, biliyi sürətlə insanların gözündən salırlar. Qızları olan ailələrin nə qədəri belə şeyləri bəhanə edib, qızını məktəbə göndərməkdən imtina edir. Məktəbin gözdən düşməsi dini ölkədə getdikcə populyalaşdırır, insanlar məktəbdən məyus olub, ümidini məscidlərə bağlayır. Bu, həyacan təbilinin çalınması üçün kifayət qədər ciddi səbəbdir. 

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Seymur
Mövqe

Azərbaycan yazıçılarının nankorluğu haqqında

Seymur Baycan
13 Avqust 2024
1200px Corvus frugilegus Dartmoor, Devon, England
.

Azərbaycan təhsilinin “zağca” problematikasına dair

Sevda Sultanova
24 May 2024
Seymur baycan
Mövqe

Vəziyyətə uyğunlaşmaq haqqında

Seymur Baycan
07 Mart 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör