Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Abidələr və Xarabalıqlar

Samir Hüseynov Samir Hüseynov
Mövqe
20 Avqust 2019
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
Abbey Ruins launch , to mark work starting.

Abbey Ruins launch , to mark work starting.

Paylaş

Bu yaxınlarda İraq əsilli yazar Sənan Antunun ˝Meyit yuyan˝ əsərindən bir parça qarşıma çıxdı. Əsərin qəhrəmanı Cavad İraqda bir şiə ailəsindəndir. Cavadın ata-babaları əzəldən meyit yuyan olublar. Elə atası da ondan eyni peşəni davam etdirməyi gözləyir. Ancaq Cavad ölülərə qayğı göstərməkdənsə dirilərə faydalı olmağı üstün tutur. Ailəsinin kəskin etirazına baxmayaraq incəsənətə yönəlir və 1980-ci illərin sonlarında Bağdad İncəsənət Akademiyasına daxil olur. O artıq bir arzu ilə yaşayır – Akademiyanı bitirmək və ölümü deyil həyatı heykəlləri ilə tərənnüm etmək. Lakin ölkədəki hadisələr onun idealist arzularını darmadağın edir. İraq Amerika tərəfindən işğal olunur və Cavadın ölkəsi nəhəng bir morqa çevrilir. 

Bir gün Cavad məzunu olduğu akademiyanı ziyarət edir. Bir zamanlar Kandinksi, Degas və Modiglianinin əsərlərindən feyziyab aldığı incəsənət məbədinin yerində dağıntılar görür. Xarabalığa çevrilmiş akademiyanı ağır addımlarla gəzdikcə gözündə tələbəlik illəri, sevimli professorları və tələbə yoldaşları ilə keçirtdiyi xoş anlar canlanır. Keçmişin xatirələri ilə biraz vaxt geçirdikdən sonra Cavad təhsil aldığı yeri tərk edib həyat və ölümün çuğlaşdığı evinə geri qayıtmalı olur.

Yunan ədəbiyyatındakı Odissey və hind dəbiyyatındakı Mahabharatadan fərqli olaraq ərəb ədəbiyyatında təməl rolunu oynayan nəhəng bir əsər yoxdur. Ancaq İslamdan-əvvəlki ərəb ədəbiyyatında sonrakı ədəbi intibahı tətikləyən bir neçə mövzu diqqəti cəlb edir. Bəlkə də həmin mövzulardan ən əsası xarabalıqlar mövzusudur. Mübaliğəsiz demək olar ki, bəlkə də heç bir ədəbi ənənədə ərəblərinki qədər xarabalıqlar tərənnüm olunmayıb. ˝Vüquf al atlal˝ – yəni xarabalıqda ayaq saxlamaq səhnəsi İslamdan öncəki şairlərin işlədiyi başlıca mövzulardan olub. Kəbəni Quran ayələri bəzəməmişdən öncə onun divarlarında ərəblərin yeddi böyük şairinin şerlər toplusu olan Muallaqat asılmışdı. Həmin böyük şairlərdən biri də Tarafa idi və onun Thahmad xarablıqları ilə bağlı şeiri erkən ərəb ədəbiyyatı nümunəsi kimi günümüzə gəlib çatmışdır. Bu tip şerlərdə bir qayda olaraq səyyah karvan yolunun kənarındakı xarabalıqda ayaq saxlayır. Xarabalıqlar adətən keçmişdəki sevgililəri və eşqləri xatırladır. Ya da ki, dostlarla keçirilmiş məzmunlu xatirələri. Dağıntılar bir qayda olaraq artıq olmayan keçmişin nişanlarıdır və səyyah onları ˝ölmüş˝ keçmişin başdaşı olaraq görür. Odur ki, qədim ərəb şairləri heç bir zaman xarabalıqları bərpaya çağırış etməyiblər. Əksinə xarabalıqlar keçmişin simvolları idi və onlar elə o şəkildə qalmalı idi.

Bizim ədəbiyyatda bəlkə də ən təsirli xarabalıq səhnəsi Xaqani Şirvanin ˝Mədain Xərabələri˝ qəsidəsindədir. Şirvani də ərəb ədəbiyyatının təsiri altında ˝İbrətlə bax, ey könlüm, bu aləmə, gəl, bir an… Biz ədl sarayıykən, zülm ilə xarab olduq, zalimlər olan qəsrə, gör, neyləyəcək dövran˝ deyərək həmsöhbətinin fikrini xarabalığın ehtiva etdiyi mənaya yönəldir. 

Əslində ədəbiyyat və bəlkə də bütövlükdə incəsənət həyatı tərənnüm etdiyi qədər ölümü də tərənnüm edir. Qəribə olsa da insanlıq Tanrı ilə Şeytanı, ağ ilə qaranı, şər ilə xeyiri və xaos ilə nizami hər zaman vəhdəttə görüb. Bu vəhdətin bəlkə də ən məşhur təsviri Taoizmdəki Yin-yang simvoludur. Yin-yang simvolu buta şəklində və burulğana oxşar ağ və qara hissələrdən ibarətdir. Qara hissə tənəzzülü və qaranlığı, ağ hissə isə işığı və inkişafı tərənnüm edir. Ancaq eyni zamanda ağ hissədə qara dairə və qara hissədə ağ dairə mövcuddur. Yəni əslində hər bir nizam özlüyündə başqa bir xaosun toxumunu daşıyır və hər bir tənəzzül gec-tez yerini inkişafa verir. Beləcə həyat ağla qaranın növbələşməsi ilə davam edir.

Viktor Hüqo 1831-ci ildə ˝Notre Damın Qozbeli˝ əsərini çap edəndə Fransa tarixinin xaoslu periodlarından birini yaşayırdı. Bir il əvvəlki İyul İnqilabı çoxlu can almışdı və ölkə bir daha alt-üst olmuşdu. İnqilablar dövründə, bir çox tikili kimi Notre Dam kilsəsi də inqilabçıların talanına məruz qalmış və içindəki bir çox heykəl məhv edilmişdi. Sonradan onun tavanındakı qurğuşundan mərmilər və zəngindən də top güllələri düzəldilmişdi. Hüqo əsərində xarabalığı xatırladan Notre Dama iki fəsil həsr edir və tarixin eləcə də insanlığın əlindən ˝əziyyət görmüş˝ məbəd üçün dərin kədərini ifadə edir. Onun bu təsirli əsəri sayəsində Fransız toplumu hərəkətə gəlir və məbəd yenidən bərpa olunur. Beləcə Notre Dam kilsəsi Fransız millətçiliyinin də əsas simvoluna çevrilir.

Keçən həftə hər kəs kimi məni də diz çökmüş parislilər təsirləndirdi. Düzünü deyim Notre Damın şəxsən mənim üçün xüsusi bir dəyəri yoxdur. Ancaq insanların alovlara baxışındakı kədər məni qəribə hisslərə qərq etdi. Abidələrin və hətta onların dağıntılarının insanlara yaşatdığı hisslərin ədəbiyyat qədər qədim olduğunu xatırladım. Düşüncəm səhradakı xarabalıqlar və yanmış kilsə arasında gedib-gəldi. Ölkəmizdəki abidələr gözümdə canlandı. ˝Görəsən bizim abidələrin yanğından mühafizə sistemləri nə qədər effektiv qurulub?˝ sualı məni narahat etdi. Odur ki, bu fürsətdən istifadə edib aidiyyatı orqanları Şəki Xan Sarayı başda olmaqla bütün mədəniyyət irslərimizə qarşı daha diqqətli olmağa çağırıram.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Seymur
Mövqe

Azərbaycan yazıçılarının nankorluğu haqqında

Seymur Baycan
13 Avqust 2024
1200px Corvus frugilegus Dartmoor, Devon, England
.

Azərbaycan təhsilinin “zağca” problematikasına dair

Sevda Sultanova
24 May 2024
Seymur baycan
Mövqe

Vəziyyətə uyğunlaşmaq haqqında

Seymur Baycan
07 Mart 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör