bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Rus imperiyası nədən bizi “tatar” adlandırıb?

AzLogos AzLogos
Kültür
26 May 2019
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
0f5a91be9096311ba59ba3082221571a
Paylaş

Tatar adına tarixdə ilk dəfə Orxon kitabələrində rast gəlinir. Otuz tatar və Doqquz Tatar olaraq keçən bu tayfa konfederasiyaları (Göy) Türk xaqanının təbəələri arasında göstərilir. Bunlar türk və monqol tayfalarının qarışıq konfederasiyası idi. Əsasən monqol dilində danışsalar da içlərində bəzi qəbilələrin türkcə danışdığına aid qaynaqlar var. 

Ümumiyyətlə, İç Asiya tarixində bəzi xalqları monqol və ya türk deyə aydınlaşdırmaq qeyri-mümkündür. Onların birləşdikləri konfederasiyalar isə milli şüurdan daha çox ümumi mənafe birliyinə və ya yaşam tərzinə əsaslanırdı. 

Monqol öncəsi türk dilində danışan tayfa adları ilə Monqol sonrası tayfa adları böyük fərqliliklər göstərir. Tarixçilər bunu monqolların siyasi təşkilatlanmaları ilə bağlayırlar. Monqol öncəsi türk tayfa adları daha çox tayfanın məşğuliyyəti, həyat tərzi və s. kimi dəyərlərlə bağlı idi. Məsələn, Əfşar adının əsli ovşardır və “ovda çevik olan” mənasına gəlir. 

Yağma, Qarluq və s. kimi tayfa adları da bu qəbildəndir. Ancaq Monqol sonrası dövrdə tayfa adlarında böyük fərqliliklər görülməyə başlayır. Bu fərqlilik həmçinin bu qəbilələrlə təmasda olan , onlar haqqında məlumat verən yazılı qaynaqlarda da özünü göstərməyə başladı. 

Çinlilər Monqol dilində danışan bütün qəbilələrə tatar deyirdilər. Əslində isə Tatar və Monqol hər ikisi fərqli tayfa konfederasiyaları idi. Müsəlman qaynaqları tatar deyəndə əslində monqol dilində danışan tayfaları nəzərdə tutur. Bəzi qaynaqlar tatarlara “türklərdən bir qol“ deyir. Bu gərək bizi yanıltmasın, çünki İslam qaynaqlarının bu adlandırmasına səbəb türk və tatar (monqol) həyat tərzlərinin təxminən eyni olmasından qaynaqlanır.

Müsəlman coğrafiyaçıları və qaynaqları bu köçərilərdən hansı ilə təmas etmişdisə (Türklərlə), digərlərini də çox vaxt ilk tanıdığının adı ilə adlandırırdı. Burada vacib bir məsələni qeyd etmək zəruridir: çağdaş  türkdilli xalqların hamısına türk adının verilməsi elə məhz bu müsəlman qaynaqlarının işidir. Orta əsrlərin ərəb tarixçi və coğrafiyaçıları ortaq bir kökü və danışılan dillərin bənzərliklərini nəzərə alıb ərəb qəbilə paradiqmasını tətbiq edərək bunların hamısını türk adlandırmışdı. Halbuki, türk adı (Göy) Türk xaqanlığını idarə edən klanın adı idi. Burada Lev Qumilyovdan da bir sitat yada düşür. “Türk xaqanlığı Asiyada onlarla eyni soydan olan və olmayan tayfalara öz adını verərək tarix səhnəsindən silindi“.

Tatar ismi da türk adının təkamülünə bənzər bir məsafə qət etmişdir. Qərb və rus qaynaqları XIII əsrdə şərqdən gələn monqolları tatar və ya tartarlar olaraq qeyd edib. Rus mənşəli Amerika tarixçisi Georgi Vernadski bu adın yapışıb qalması səbəblərindən birini yunan mifologiyasındakı Tartarusla əlaqələndirir. Qərb qaynaqlarında “Tartarusdan gələn şeytan irqi tatarlar“ kimi ifadələr vardır.

Tartarus mifologiyada uzaq yerdir. Tatarlar da qərbilələrə görə uzaq olan şərqdən gəlirdilər və öz “vəhşilikləri“ ilə fərqlənirdilər. Hər halda bu tatar adının tarixdə iz qoymasında başlıca faktor deyildi. Rus xronikaları tatar adını təbii olaraq daha çox Qızıl Orda və onun təbəələri üçün istifadə etdilər. Qızıl Orda isə XIII əsrin 2-ci yarısından etibarən türkləşməyə başlamış, XIV əsrdə demək olar ki, türkləşmişdi. Çünki bura gələn monqol ordu birləşmələrində monqollar sadəcə üst idarəedici təbəqəni təşkil edirdilər. Ordunun geri qalanı əsasən qıpçaqlar olmaqla, digər türk tayfalarından təşkil olunurdu.

Monqol öncəsi dövrdə isə bu region onsuz da Dəşti-qıpçaq adı ilə tanınırdı. Buradakı monqolların türkləşməsi qaçınılmaz idi.  Qızıl Ordanın türkləri (qıpçaqlar) və türkləşən monqollar rus xroniklalarında bundan sonra tatar ümumi adı ilə qeyd edildi. Amerikalı türkoloq və islamşünas Peter B. Golden tatar adının Qızıl Ordanın rus knyazlıqları ilə sərhəd olan qərb bölgələrində daha çox işləndiyini yazır və əlavə edir ki, şərq bölgələri daha çox Asiya mirasına uydu. Yəni, hər tayfa öz adı ilə tanındı. 

Beləliklə, tatar adı türkdilli xalqlara şamil edildi.

Biz azərbaycanlılar (Azərbaycan türkləri və ya Azərbaycanın türk dilli əhalisi) da ruslar tərəfindən eyni müsəlman coğrafiyaçıların orta əsrlərdə etdikləri kimi ortaq kök və dil bənzərliyi paradiqmasına uyğun olaraq Rusların təmasda olduqları türk xalqının adı ilə tatar adlandırıldıq. Ruslar tək bizi yox, Şimali Qafqazın da türkdilli xalqlarını tatar adlandırırdı. 

Belə ki, kumıklara Dağıstan tatarları, qaraçaylara Dağ tatarları və s. kimi adlar verildi. Burada bizə şamil edilən tatar adını yanlış adlandırmadan daha çox rusların türk xalqlarının ortaq tarixi köklərinə etdiyi vurğu kimi qiymətləndirmək lazımdır. İstənilən halda, türkologiyanın olmadığı bir dövr üçün bu anlaşılan bir adlandırma idi. 

Bu adlandırmada siyasi bir ənənənin də izlərini təqib etmək mümkündür. Müasir Kazan tatarları, azərbaycanlılar və tatar adlandırılan digər türk dilli xalqlar hamısı ruslar tərəfindən monqol-türk ənənəsinin davamçısı sayılıblar. Hətta Avropada Osmanlıları da tatar adlandıran qaynaqlar var. Türkologiyanın inkişafı ilə əlaqədar olaraq XIX əsrin sonları – XX əsrin əvvələrindən daha çox türk-tatar ifadəsinin, daha sonra isə türk adının işləndiyi isə məlumdur.

Sübhan Rəhimli

İstifadə edilmiş ədəbiyyat:

1. Bertold Spuler – İran Moğolları. Türk Tarih Kurumu Yayınları – Ankara, 1957

2. Faruk Sümer – Tatarlar. TDV İslam Ansiklopedisi

3. Faruk Sümer – Oğuzlar – Ankara Üniversitesi Basımevi – Ankara, 1972 

4. Georgi Vernadski – Moğollar ve Ruslar – Selenge Yayınları – İstanbul, 2007

5. Lev Qumilyov – Qədim Türklər – Gənclik Nəşriyyatı, Bakı 19936. Peter B. Golden – An İntroduction to the History of Turkic Peoples. Ethnogenesis and State-Formation in Medieval and Early Modern Eurasia and the Middle East – Wiesbaden, 1992 

7.  Peter B. Golden – Central Asia in World History –  Oxford University Press, 2011

8. The Cambridge History of Egypt – Volume -2 – Cambridge Histories Online – Cambridge University Press, 2008

9. Thomas T. Allsen – Mongolian İmperialism – University of California Press, 1987

10. Thomas T. Allsen – Culture and Conquest in Mongo Eurasia – Cambridge University Press, 2001

11. Brokhauz və Efronun Ensiklopedik Lüğəti – İrəvan Quberniyası 

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Tenha insan
.

Tənha insanın monoloqu

Sevda Sultanova
21 Avqust 2024
Music art
.

Musiqi strategiyamıza dair

Firudin Allahverdi
13 Avqust 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör