bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Havayi qalalar

Əli Novruzov Əli Novruzov
Kültür
29 Aprel 2019
Oxuma vaxtı:12 dəqiqəyə oxunur
Eli
Paylaş

I

1260-cı ilin rəbiüləvvəl ayının 27-də ulu babam, yəni məndən saymağa başlayanda yeddinci sırada olan Seyid Cəbrayılın övladları Bakıda çar notariusunun qarşısında dayananda onların nə hisslər keçirdiyini təsəvvür etməyə çalışıram. Sənədin xəsis mətnindən Seyid Cəbrayılın dünyasını çoxdan dəyişdiyi məlum olur. “Vilayətin görkəmli və hörmətli din xadimləri və tacirləri bu şəhadətnamənin haşiyəsində zəhmət çəkərək öz şərəfli imzaları və möhürləri ilə təsdiq edərək şahidlik edirlər ki,” mərhum Seyid Cəbrayılın övladları “səhih seyiddirlər”.

Şəhadətnamədə ən azı üç möhtərəm axundun imzası və möhürü var, Bülbülə kəndinin bütün camaatı isə yekdilliklə Seyid Cəbrayılın övladlarına zamin durub. Miladi təqvimlə 1844-cü ilin aprel ayı olmalıdır, cəmi iki ildən sonra Bakıda rus hakimiyyətinin 40 ili tamam olacaq. 

Qırx il heç də az müddət deyil, XIX əsr üçün hətta bir insanın orta ömrüdür, amma Ərəstunun öz məşhur misalında dediyi kimi, Babildə hakimiyyət dəyişib, həftələr sonra da sakinlər bu yenilikdən xəbərsizdirlər. Bəlkə də Seyid Cəbrayılın övladları öz ömürlərində ilk dəfə yeni hökumətin nümayəndələri ilə birbaşa qarşılaşırlar. Axı ruhani silki vergidən və hərbidən azaddır; Bakıdan xeyli aralıda boz çöllərin ortasında qərar tutan bapbalaca Ramana kəndinə çar məmurları öz xoşları ilə ayaq basmaz; lazım olanda kəndxuda özü şəhərə gedər, kəndin bütün işlərini rus divanında bəxşişlə həll edər. 

Bu qırx ildə Bakıda çox şey dəyişməyib, indiki İçərişəhərdə xanın yerinə əyləşən çar komendantından başqa. Yenə köhnə bəylər və kəndxudalar bu ucqar nahiyəni köhnə qaydalarla idarə edirlər, mərkəzdən təyin olunan vilayət rəisi də hələlik Şamaxıda oturur. Şamaxının ulduzunu söndürüb Bakının ulduzunu yandıracaq o məşum zəlzələyə düz 15 il qalır, amma nə çar notariusu, nə də Seyid Cəbrayılın övladları bunu bilmirlər.

Çar notariusu bəlkə də cavan məmurdur, Bakının küləkli, rütubətli və tozlu havası onun ağciyərlərini vaxtından əvvəl zədələyib; ya da burnunda pince-nez, saçları ağarmış bir qoca onu bu ucqar çöllüyə atmış taleyinə ürəyində min lənət yağdırır. Seyid Cəbrayılın üç oğlu onun əcaib firəng qifayəsinə maraqla tamaşa edirlər. Kətan və ya pambıq köynəyin dik dayanan yaxalığına bağlanmış cravate yerli müsəlmanların gözündə lap xaltaya oxşayardı. Bakıdakı rus məmurları hələ də brici geyirdilərsə, bu da yerlilərin fikrincə başqa bir ayıb. 

İnsanın fantaziyası onu bəzən çox uzaqlara və hətta yanlış yerlərə aparır. Rusiya İmperiyasında ilk notariuslar XIX əsrin 60-cı illərində fəaliyyətə başlayıb, buna görə də Seyid Cəbrayılın övladları 1844-cü ilin aprel ayında heç bir notariusla görüşə bilməzdilər. Bəlkə də bu üç cüt gözün diqqətlə baxdığı adam – notarius yox, amma çar divanxanasının dəqiq başqa bir məmuru – Peterburq dərzisinin əlindən çıxdığını özü də çoxdan unutmuş nimdaş və yamaqlı şinel geyinmişdi. Sözü gedən sənədin hansı formada tərtib olunması da tarixin qaranlıqlarına qərq olub, lakin bir fakt dəqiqdir – dünya tamam-kamal dəyişirdi və Seyid Cəbrayılın övladları bu yeni dünyanın gəlişinə ilk dəfə əyani şahid olurdular. 

Elə təkcə bu şəhadətnamənin varlığına ehtiyacın yaranması dünyanın necə dəyişdiyinin sübutu deyilmi? Bütün Bülbülə kəndi Seyid Cəbrayılın övladlarının “səhih seyid” olduğuna şəhadət verə bilər, amma yeni dünyanın çağırışları bu şəhadətin indi həm də fiziki mövcud olmasını tələb edir.

Bakının sonuncu xanı Hüseynqulu xan hələ sağdır. Bu şəhadətnamənin yazıldığı, möhürləndiyi və imzalandığı ildə Hüseynqulu xan Ərdəbildə sürgündə özünün fərəhsiz son aylarını yaşayır, amma yeni dünya vaxtilə onun mülkü olan Bakıya artıq təşrif gətirib vəköhnə dünya ilə amansız mübarizədə onun binasını yerlə yeksan etməkdədir. 

Fransızların esprit de clocher dediyi fenomendən ibarət olan, yüzillərin ağır sınaqlarından çıxmış Bakının ictimai-siyasi-mədəni toxuması zorakı transformasiyalardan keçir. Əsaslar sarsılır, dayaqlar aşır, sütunlar çatlayır. Bu şəhadətnamə də əslində müvəqqəti çarədir, dünyanın gedişatını tərsinə çevirmək cəhdidir, hər dövrdə etibarlı olmuş şeylərin indi itməkdə olan etibarını qoruyub saxlamaq istəyidir, amma əbəsdir.

Esprit de clocher – yəni dünya yalnız sənin kənd kilsəsinin zəng qülləsindən görə bildiyin ərazidən ibarətdir. Dünya ancaq sənin nahiyəndir, sənin nahiyəndən kənarda isə hic sunt dracones. Bakı kəndlərində zəng qüllələri olmayıb, burada məscidlərə də qədim zamanlarda minarə əlavə etməyə ehtiyac duymazdılar. Lakin Bakı kəndlərindən hər birinin öz ayrıca qalası vardı və onların sakinləri üçün dünya bu qalaların yüksəkliyindən görünən nahiyələri idi.

Bu gün Ramana qalasından baxanda keçmiş Moskva – indiki Heydər Əliyev prospekti öz yeni şüşə-beton göydələnləri ilə günəşin şüaları altında bərq vurur, amma Bakının qala divarlarına həbs olunduğu XIX əsrin 40-cı illərində buradan ətrafa nəzər saldıqda dörd bir tərəfdən kustar neft quyuları ilə zorlanmış boz çöllükdən başqa bir şey gözə dəyməzdi. Bu düşmən çöllərin arxasından hər an müdhiş yəcuc-məcuc tayfaları peyda ola bilərdi, kəndlərdə inşa edilmiş qalaların varlıq səbəbi də bu gözlənilməz düşməndən müdafiə olunmaq zərurətindən doğurdu. 

Köhnə bakılılar üçün bütün dünya bu ucsuz-bucaqsız xain çöllərdən, balıqçıları udan amansız dənizdən və qara gündə onlara sığınacaq verən etibarlı qalalardan ibarət idi. Ehtiyatkar tatların və sadəlövh türklərin Məlikməmməd xanlar tərəfindən idarə olunan bu nağıl dünyasında qalanın kölgəsindən uzaq düşən hər kəs öz əmin-amanlığını itirərdi, bir kənddə daha heç cür yaşaya bilməyən adam öz külfətini də götürüb başqa kəndə – əslində sanki başqa qitəyə köçərdi. Həyat orta əsrlərin Bakısında şərq nağılları kimi sadə, həm də anlaşılan idi. Əvvəlcə çar imperiyası, sonra Şamaxı zəlzələsi, sonra da birinci neft bumu çağrılmamış qonaqlar kimi bu nağıllar aləminə zorla daxil olacaq və hər-şeyi alt-üst edəcəkdi. Dövranın gedişatını bir şəhadətnamə ilə durdurmaq mümkün deyildi.

II

Bazar günü olsa da fəhlələr aramsız işləyir. Köhnə Bakı forştadtının ensiz küçələrində taxtapuşlar XX əsrin əvvəlinin art nouveau fasadlarından sallanır. Orta yaşlarını təzə haqlamış bir fəhlə perforatorla asfaltı dağıtdıqca siqaretinin tüstüsü toza, palçıq da dağıtdığı asfalta qarışır. 

Əlbəttə, birinci neft bumunda yaranan Bakı ikinci neft bumunda mütləq məhv olmalı idi. Qubernatorun evinin yerində Four Seasons oteli, Stalinin dustaq yatdığı Bayıl türməsinin yerində Dövlət Bayraq Meydanı, Balaxanı və Çəlləkçi küçələrinin yerində süni mərmər döşənmiş Qış bulvarı və altında 3,000 maşınlıq avtodayanacaq – zamanın ruhu bunu tələb edirdi. Yenə də zamanın ruhu tələb edir ki, ikinci neft bumunun çılğın ekstazından sağ çıxan bu bir ovuc köhnə məhəllə təmir-bərpa olunsun, Disneylend qismində əcnəbi turistlərin və kosmopolit yerli sakinlərin ixtiyarına verilsin.

Yoxsa şəhərin başqa yerində, günü bu gün də ekskavatorlar XIX əsrin sonu – XX əsrin əvvəlinin Bakısının bu günə qədər gəlib çatmış yeganə müsəlman məhəlləsini, xalq arasında Sovetski kimi tanınan nəhəng ərazini həm yer üzündən, həm də tarixdən silməklə məşğuldur. Bu abadlaşdırma prosesində az qala bütün azərbaycanlı elm, mədəniyyət və siyasi xadimlərinin evləri və ev-muzeylərinin tarixə qovuşacağı faktı bir kənara qalsın, cəmi 10 il sonra bu şəhərə gələcək olan bir əcnəbi tarixçi burada birinci neft bumu dövründə müsəlmanların yaşayıb yaratdığına da şübhə edə bilər. 

Budur, əksər üzvləri qeyri-müsəlmanlar olan Şəhər Dumasının polyak Qoslavski tərəfindən layihələndirilmiş binası; onunla üzbəüz Müqəddəs Nina qızlar gimnaziyası; yanında Mirzəbekyanın yeddimərtəbəli mülkü; bir az qabaqda Ter-Mikelovun layihələndirdiyi indiki Filarmoniya, küçənin o biri tərəfində Nikolay fon der Nonne tərəfindən neft maqnatı Lev de Bur üçün layihələndirilmiş indiki İncəsənət muzeyi, muzeyin digər korpusu – köhnə Mariinski qadın gimnaziyası, bir qədər aşağıda Qubernator bağı ilə üzbəüz Aramyanın mülkü – Azneftin binası. 

Erməni kilsəsinin arxasında konservasiya olunan məhəllə də köhnə yəhudi məhəlləsi. 

Bir İsmailiyyə binası, bir də Tağıyevin evi ilə qızlar məktəbi Bakının müsəlman əhalisinin XIX əsrin sonu, XX əsrin əvvəllərində dolğun, hərtərəfli, ziddiyətli və rəngarəng həyatının maddi sübutları kimi gələcək nəsillərə bəs edəcəkmi? 

Təəssüf ki, Disneylendə çevirmək üçün Sovetski çox yekə idi, yoxsa məkandan səmərəsiz istifadə olardı. Üstəgəl, Sovetskidə bir neçə nəsil yaşamış insanların xələfləri hələ də orada yaşayırlar. Bakı isə daha şəhər deyil, meqalopolisdir və meqalopolisin şəhərdən fərqli olaraq tarixi yaddaşa ehtiyacı olmur. Tarix də əgər turist bukletlərinə sığmırsa, onda müasir kapitalizmə heç lazım deyil.

III

Tini dönüb geniş prospektə çıxanda həm bərk çaşmışdım, həm də təəccüblənmişdim. Poçtun binası yerində deyildi. Fastastik səsləndiyini anlayıram, amma həqiqətən də poçt yoxa çıxmışdı. Özülünə qədər sökmüşdülər, alçaq metal çəpərin arasından düppədüz şumlanmış ərazi görünürdü. Elə bil burada heç zaman heç bir tikili yerli-dibli olmamışdı.Yeni dünya ilə rastlaşdığımı da şüurlu sürətdə məhz həmin anda dərk eləmişdim.

Hobsbaumun ustaca verdiyi təsvirə görə bəzi cəmiyyətlər kapitalizmə girir, bəzi cəmiyyətlərə isə kapitalizm zorla girir. Bakının tarixində artıq ikinci dəfə kapitalizm onun həyatına zorla daxil olurdu. Birinci dəfəsində olduğu kimi, yenə də Bakının köhnə ictimai-siyasi-mədəni toxuması zorakı transformasiyalara məruz qalırdı. Əsaslar sarsılırdı, dayaqlar aşırdı, sütunlar çatlayırdı. 

Həmin gün əlimdə göndərilməmiş məktub, poçtun şumlanmış ərazisinə baxanda bütün bu dəyişikliyin qaçılmaz olması həqiqəti mənə birdən çatmışdı. 

Məlikməmməd xanların havayi qalalardan ibarət feodal Bakısı məhvə məhkum olduğu kimi, Sovetlərin beynəlmiləl Bakı kommunalkası da öz dövrünü başa vurmalı idi. 

Sovet İttifaqını və bu torpaqlarda iki yüz il hökmran olan rus sivilizasiyasını çökdürən təlatümlər bu sivilizasiyanın epitomu və mikrokosmosu olan Bakıya da aman verməyəcəkdi. Sovetlər çökəndən sonra Bakının canlı toxumasının dağılmasının ardınca bu keçmişin maddi nişanələri də labüd şəkildə məhv olacaqdı. Bu, sadəcə zaman məsələsi idi. 

Ona görə də vaxtilə ən gözəl nümunələri Bakıda yaradılan Sovet konstruktivizmini bir su içimində necə məhv elədik, özümüzün də xəbəri olmadı. Şəhərdaxili tramvay xətlərini və şəhərətrafı dəmir yollarını nə zaman sökdük, yenə xəbərimiz olmadı. Təvazökar “Moskva” mehmanxanasının yerində qərar tutan müştəbeh Alov qüllələrinin Bakının siluetində vacib elementə çevrilməsinin fərqinə də qəfildən vardıq.

Bəli, Bakının simvolu artıq Qız qalası yox, Alov qüllələridir. Bakı artıq “italyanski” həyətlərdə nərd atan ağsaqqallar da deyil, Bakı – kafelərdə sulu qəlyan çəkən ərəb turistlərdir. Bakı bu gün tələbə dönəri, burjua suşisi və yaradıcı gənclərin bir fincan südlü qəhvəsidir. 

Körfəz əmirliklərində səhrada sıfırdan tikilən bir meqalopolislə Bakının qeyri-maddimənada fərqi sürətlə aradan qalxmaqdadır. Bakı indi Xəzərin sahilində yeni Dubaydır, ona görə də bu gün Bakıya möhkəm köklərlə bağlı olmaq artıq dəbdən düşür. Yeni Bakı öz sakinlərindən hökmən çevik olmağı tələb edir, arıların öz pətəyində, qarışqaların öz yuvasında çevik olması kimi. Uğur qazanmaq istəyirsənsə, buyur gəl Bakıya; uğursuzluğa düçar oldunsa, qayıt öz kəndinə, ya da get Rusiyada və Türkiyədə bəxtini bir daha sına; yox, uğur qazandınsa, onda buyur, indi də çıx Avropaya, Amerikaya. Çünki Bakı artıq şəhər deyil, Bakı – arı pətəyidir, qarışqa yuvasıdır. Bakı indi müasir şüşə-beton otellərin özüfırlanan qapılarıdır.

IV

XIV əsrdə tikilmiş Ramana qalasının bu gün qarşısında dayananda istər-istəməz nəfəsim kəsilir. Bu qala ucaldılanda mənim əcdadlarımın da orada hər hansı bir formada iştirak etməsi fikrindən aldığım hiss məndə xariqüladə təəssüratlar buraxmaya bilməz. 

Bu qala öz uzun tarixi boyunca bizimkilərə neçə dəfə həyan olub, çöllükdən gələn təklükələrdən onları neçə dəfə hifz edib. Bəlkə mən də öz varlığımla bu qalaya borcluyam. 

Hərçənd 1918-ci ilin sentyabr ayında Osmanlı ordusuna məğlub olub geri çəkilən daşnak bandaları Ramanaya girəndə bu qala mənim ulu babamı heç də ölümdən qurtara bilməmişdi. O xaosda sonradan meyidi də tapılmadı. Bəzən qalalar, demək ki, havayi qalalar olurmuş. 

Kim bilir, bəlkə də böyük təlatümlərin qarşısından qaçıb, qalaya pənah aparanda, əmin yerdə olduğumuzu zənn edəndə, əslində biz özümüz üçün havayi qalalar qurmuş oluruq?

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Tenha insan
.

Tənha insanın monoloqu

Sevda Sultanova
21 Avqust 2024
Music art
.

Musiqi strategiyamıza dair

Firudin Allahverdi
13 Avqust 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör