bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Akıllı telefon kullanıcıları Bettilt ile daha hızlı işlem yapabiliyor.

Casino tutkunları için özel oyun odaları sunan Bahsegel eğlenceyi garanti ediyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Ənənə ilə yeniliyin toqquşması

Cavid Ramazanov Cavid Ramazanov
Mövqe
29 Aprel 2019
Oxuma vaxtı:8 dəqiqəyə oxunur
Cavid Ramazanlı
Paylaş

Sizə sonu nakam bitən bir sevgi hekayəsindən bəhs edəcəm.

Bir gün hərəsi bir xarici ölkədə yaşayan qadın və kişi neçə il sonra eyni vaxtda Bakıda olduqlarını öyrənirlər. Qadın sabah ölkəni tərk etməlidir. Ona görə də kişinin görüşmək təklifinə dərhal razılıq verir. İkisi erkən gəncliklərində bir-birinə vurulsalar da, birləşə bilməyiblər, indi uzun illər sonra yenidən Bakıda görüşmək fürsəti əldə edirlər, bu, onları həyəcanlandırır. Qadın və kişi şəhərin mərkəzində görüşüb əvvəlcə piyada gəzirlər. Bakının dəyişməsi onlara söhbət üçün bəhanə olur, şəhərin gözəlliyini təriflədikcə tərifləyirlər, amma razılaşdıqları ortaq bir məqam da var: Bakı belə aradabir gəlib dəyəsi, sonra da çıxıb gediləsi şəhərdir, uzunmüddətli qalmağa yaramır.

Qadın və kişi gəzintidən sonra canlı musiqi çalınan bir məkana daxil olurlar. Bir-birinin yaxınlığında olmaqdan, bir-birinə toxunmaqdan, söhbət etməkdən hədsiz məmnundurlar. İçdikləri şərab onları cəsarətləndirir, fikirlərində tutduqları sözləri nəhayət, dilə gətirirlər: necə olub ki, bir-birinə bu qədər can atsalar da, bir-birini bu qədər bəyənsələr də, həmişə ayrı qalıblar?

İkisi gec saatlarda məkandan çıxır, bir küncə çəkilib öpüşürlər.

Artıq gecdir, ayrılıq vaxtıdır, amma ayrıla bilmirlər. Kişi qadına gecəni onunla birlikdə keçirməyi təklif edir. Qadın gözlənilmədən razılaşır. İkisi yaxınlıqdakı beş ulduzlu otelə gedirlər. Vüsal anı, ruhi və fiziki qovuşma yaxındır. Amma birdən resepşndakı şəxsin başını buladığını fərq edirlər, adam deyir ki, cütlüklər oteldə qalmaq üçün mütləq nigah kağızı göstərməlidirlər. Adam and-aman eləyir, deyir bura İrandırmı, sifətimizindən normal adamlar olduğumuzu görmürsünüzmü, Bakıda qonağıq sadəcə. Amma nə illah eləyirsə, xeyri olmur, resepşndakı şəxs Nuh deyir, peyğəmbər demir, rəhbərliyin qoyduğu qayda beləymiş, o, heç nə edə bilməzmiş.

Nigah kağızı olmayan cütlük oteldən kor-peşman çölə çıxır. Yaxınlıqdakı bir skamyada oturub internetdə tapdıqları otellərə zəng etməyə başlayırlar, hara zəng edirlər “Nigah kağızı olmadan qala bilməzsiniz” cavabı eşidirlər. Adam özü şəhərə bələd deyil, məsləhət üçün bir tanışına zəng edir, vəziyyəti başa salır, tanışı hansısa şübhəli, yalnız bəlli məqsədlərə görə verilən evlərdən birində qalmağı təklif edir. O isə, bunu istəmir… Qadın nəticəsizlikdən, gözləməkdən yorulur və artıq evə getmək istədiyini deyir, adam naəlac onu taksiyə mindirib evə yola salır. Beləcə onların sevgi macərası növbəti dəfə başlamamış bitir. Xəcalətli vəziyyətə düşən və özünü bacarıqsız hiss edən hekayənin kişi qəhrəmanı bir şeyi başa düşür: Bakı sevgi şəhəri deyil!

Bu qısa hekayə, Azərbaycanda niyə inandırıcı məhəbbət romanlarının yazılmadığını, kinolarının çəkilməyidiyni izah edə bilər, zənnimcə. Çünki hər yerdə səndən nigah kağızı tələb edirlər.

***

Azərbaycanın çox gözəl, səfalı yerləri var, buraların dağı-təbiəti, yeməyi-içməyi, meyvəsi-tərəvəzi, havası-suyu elə bilərsən cənnət nemətləridir, təmiz və təbii. Dünyadakı tək-tük cəmiyyətlərdənik ki, hələ də əsl əti, meyvəni, tərəvəzi dada, tərtəmiz havanı, suyu uda bilirik. Amma bir qadağa var, sən həyatın bu əvəzsiz nemətlərini sevgilinlə birgə dada bilməzsən. Tutalım ki, tətil vaxtıdır, Bakının hay-həşirindən qurtulmaq, dincəlmək üçün sevgilinlə səfalı bir yerə getmək istəyirsən. Şübhəsiz, sən hələ bu qərarı vermək üçün bir xeyli mərhələ keçmiş olmalısan, amma tutalım, keçiləsi mərhələlər keçilib, nəhayət, onunla səfərə çıxmaq mərhələsinə gəlib çatmısan. Və birdən nə baş verir? Bəlli olur ki, bu mərhələni keçməyə icazə yoxdur. Artıq burda dayanmalısan, çünki Azərbaycanın heç bir regionunda nigah kağızı olmadan sevgilinlə heç bir yerdə qala bilməzsən. Bunu yazılmamış qanunlar diqtə edir, başqa yazılmamış qanunları pozmaq olar, bunu pozmaq isə müşkül məsələdir, hətta mümkünsüzdür.

Deyirlər bunun administrativ səbəbləri var, polis müdaxiləsindən qorxan otellər və digər qonaqlama yerləri nigah şəhadətnaməsiz cütlük qəbul etmirlər. Ola bilsin, bunda müəyyən həqiqət payı var, amma tam yox, çünki bir çoxları üçün cütlüyün nigah kağızının olması sırf əxlaq, din, ənənə nöqteyi-nəzərindən əhəmiyyət kəsb edir. Nəinki sevgilinlə, hətta yanındakı qadın dostun, tanışın, qohumundursa belə, çətin ki, qonaqlamaq üçün normal yer tapasan.

Bəlkə də Azərbaycanda həqiqi şəxsiyyət vəsiqəsi nigah kağızıdır. Şəxsiyyət vəsiqəsi gündəlik həyatda bizə demək olar, lazım olmur, şəxsiyyət vəsiqəsinin harda olduğunu belə bilməyən adamlar var. Amma nigah kağızı hər yerdə lazımdır: ailədə, toyda, yasda, qohumların arasında, cəmiyyət içində, istirahətdə, gəzintidə – bir sözlə, çox yerdə. Lazımi yaşa çatdığı halda nigah kağızı olmayan şəxs natamam, şübhəli məxluqdur bizdə.

Bir dəfə qış vaxtı qızlı-oğlanlı kiçik bir dost qrupuyla Qaxa gəzməyə getmişdik. Qız tanışımıza görə, gecə qalmağa yer tapmadıq. Hara getdik, bizə şübhəylə baxdılar, nigah kağızı olmadan bizi otelə buraxmayacaqlarını dedilər. Saatlarla qalmağa yer axtardıq, bütün istirahətimiz burnumuzdan gəldi. Axırda bütün qohumluq, qardaşlıq, nəsil-nəcabət əlaqələrini işə salandan sonra, ayrı-ayrı qalacağımıza, sadəcə başımızı qoyub yatmaq üçün yer istədiyimizə and-aman etdikdən sonra, bizə ucqar və soyuq bir məkanda yer tapıldı. Qaldığımız sınıq-salxaq yerdə səhər mən yuxudan duranda başıma hadisə gəldi, əl-üzümü yumaq üçün hamama girdim, çıxmaq istəyəndə isə qapı açılmadı. Bir saatdan da çox vaxt ərzində, kiminsə gəlib qapını sökməsinə qədər, soyuq hamamda nazik paltarda buz kəsərək oturub gözləməli oldum. Halbuki Qaxa yalnız kişi qrupu ilə gəlsəydik, başımıza bu qədər həngamə gəlməyəcəkdi.

Növbəti belə hadisə Şəmkirdə yaşandı. Şəmkirdəki məşhur şahmat superturnirinə baxmaq üçün gözəl bir yaz çağında yenə kiçik qrupumuz ilə bu rayona getdik. Yemək-içmək, təbiət, hava hər şey çox gözəl idi. Axşam düşəndə, yenə eyni hadisələr təkrarlandı, yanımızdakı xanıma görə, bizə heç yerdə yer vermədilər, dedilər gedin kimə istəyirsiniz şikayət edin, nigah kağızı olmayan qadına yer verə bilmərik, vəssalam. Axırda yanımızdakı xanım söylədi ki, əgər belədirsə, otelin qabağına “itlərə və nigah kağızı olmayan qadınlara giriş qadağandır!” yazın, işimizi bilək…

***

Əslində bu yazının da ortaya çıxmasına elə xanımın dediyi “itlərə və nigah kağızı olmayan qadınlara giriş qadağandır!” sözləri səbəb oldu. Bu fikir beynimdə bişməyə başladı və bu barədə düşündüyüm vaxt ərzində ölkədə zəlzələ effekti törədən bir neçə hadisə baş verdi. Ən sonuncusu məktəbdə müəllimlər və şagirdlər tərəfindən “lezbiyan” adlandırılaraq qısnanan Elina adlı 14 yaşlı qızın təzyiqlərə dözməyərək intihar etməsi idi. Bütün bu hadisələr bizə nəsə deyir.

Biz indi elə bir dövrdə yaşayırıq ki, fərdi azadlığa, qadınlara, itlərə və LGBT nümayəndələrinə göstərilən münasibət artıq cəmiyyətlərin mədəni səviyyəsini göstərən indikatorlara çevrilib. Haradakı bu varlıqlara qəddar münasibət var, haradakı küçədə itlər güllələnir, qadınlara qarşı ayrı-seçkilik edilir, LGBT nümayəndələri sıxışdırılır, fərdi azadlığa icazə verilmir, artıq o, cəmiyyət haqqında gözübağlı müəyyən qənaətə gəlmək mümkündür. Münasibət nə qədər sərtdirsə, cəmiyyət haqqındakı qənaətin də daha konkret olur. Belə cəmiyyət yumşaq desək, hələ uzun bir təkamül yolu keçməlidir, onun haqqında illuziyalara qapılmağın özü cəmiyyətin ziyanına ola bilər.

Biz indi bir cəmiyyət kimi transformasiya prosesi keçirik, hansısa düyünlər açılır. Və ənənəvi cəmiyyətdə kiçik bir açılma baş verən kimi tarix boyu dibə çökən kir-pas, zir-zibil dərhal üzə çıxmağa başlayır. Açılış çətin və mürəkkəb məsələdir, bununla üzləşməyi bacarmaq, bunu dərk etmək asan məsələ deyil. Üstəlik bizdə hələlik açılışın söz-söhbəti gedir, əgər həqiqi bir açılış olacaqsa, yetkinləşməyən cəmiyyətdə illər boyunca yığılan çirkinliklərin, iyrəncliklərin ortaya çıxmasının miqyası və dərəcəsi də daha böyük olacaq. Bunun əlamətlərini artıq indidən görmək mümkündür. Ölkədə hər həftə böyük ajiotaj doğuran hadisələr baş verir. Nifrət, aqressiya, kin-küdurət baş alıb gedir, linçləmə hadisələri törədilir.

Yeni dövr özüylə yeniliklər gətirir. Bu yeniliklər əksər vaxt heç də özünü ən yaxşı tərəfdən göstərmir, cəmiyyətin ümumi səviyyəsinə uyğun olaraq, bu yeniliklərin təmsilçilərində də müəyyən ciddi çatışmazlıqlar var, onların özünüifadəsi hələlik qüsurlu, kobud və primitiv ola bilər. Digər tərəfdən cəmiyyətdə hansısa bir ideya, ideologiya təzə-təzə populyarlaşmağa başlayanda, ilk canfəşanlıq edənlər, qabaqda gedənlər adətən iybilən qrafomanlar olur. Onlara görə, bu ideya və ideologiyaların qəbul edilməsi prosesi də çətinləşir, bəzən bizdəki kimi ağrılı kataklizmlər yaşanır. Ənənə yeniliyi qəbul etmək istəmir, yetkinləşməmiş, özünüifadəsi hələlik qüsurlu olan yenilik isə müqavimət göstərir.

Bu, daşlar yerinə oturana qədər keçilməli bir prosesdir, bunun qarşısının alınması daha ağrılı nəticələrə gətirib çıxara bilər. Necə ki, bizdə bu proses baş verir, siyasətdə, sənətdə, digər sahələrdə yeni nəsilə, yeni reallığa münasibətdə ənənənin, keçmişin ağrılı reaksiyaları özünü göstərir. Ənənə qapını açıb gələn yeni reallığı qəbul etmək istəmir. Onu zorla geriyə oturtmağa, qovmağa və hər vəchlə meydana çıxmasına əngəl olmağa çalışır, onu dərk etmək, anlamaq, dinləmək istəmir.

Qısası, bu gün ənənə yeni reallıqla toqquşur. Hansının qalib gələcəyini zaman göstərəcək. Amma bir şey dəqiqdir: bizi qarşıda hələ çoxlu ağır toqquşmalar gözləyir.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Seymur
Mövqe

Azərbaycan yazıçılarının nankorluğu haqqında

Seymur Baycan
13 Avqust 2024
1200px Corvus frugilegus Dartmoor, Devon, England
.

Azərbaycan təhsilinin “zağca” problematikasına dair

Sevda Sultanova
24 May 2024
Seymur baycan
Mövqe

Vəziyyətə uyğunlaşmaq haqqında

Seymur Baycan
07 Mart 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör