Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

ADMİU-nun cavabı və tələbələrin trolluğu

Sevda Sultanova Sevda Sultanova
., Kültür
02 İyul 2023
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
Admui bina 060122
Paylaş

Keçən yazımda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq ixtisası üzrə təhsil alan tələbələrin qarşılaşdıqları problemlərdən yazmışdım. Konkret desəm, sözügedən ali məktəbdə tələbənin diplom filmi çəkməsi üçün uyğun şərtlərin yaradılmadığını qeyd etmişdim. Universitetin Mətbuat Xidmətinin, məsələylə bağlı göndərdiyim sorğuya cavabını olduğu kimi çatdırıram:

“Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələr film çəkməkləri üçün lazım olan hər cür texnika ilə tam şəkildə təmin olunurlar. Onlardan tələb olunan tək şey texnika üçün zamanında növbəyə yazılıb, növbəsi çatanda da lazım olan texnikanı götürüb filmlərini çəkməkləridir. Heç bir halda heç bir tələbədən 4k formatında film çəkməsi tələb olunmur. Bunu bəzən tələbələr özləri öz azad iradələri ilə istəyirlərsə, onda qarşı çıxılmır və seçimləri öz öhdəliklərinə buraxılır. Universitet hər zaman tələbənin ən yaxşı və ən rahat şəkildə təhsil alması, təcrübə toplaması üçün çalışır və bunun üçün əlindəki imkanları heç bir tələbədən əsirgəmir. Təbii ki, son nəticədə hər zaman yaradıcı keyfiyyətlərə üstünlük verilir. Deyilən bütün iddialar əsassızdır”.

Göründüyü kimi ümumi, klişe cavabdır və bir qayda olaraq, bəzi rəsmi qurumların az qala bütün məsələlərə dair belə hazır, standart mətnləri olur. Maraqlı olan, Universitetin rəsmi mövqeyi ilə Azərbaycan Kinematoqrafçılar İttifaqının facebook səhifəsində şərhlər yazan tələbələrin mövqeyi arasındakı ziddiyyətdir. Universitetin rəsmi açıqlamasında deyilir: “… tələbələr film çəkməkləri üçün lazım olan hər cür texnika ilə tam şəkildə təmin olunurlar”.

Şərh yazan tələbələrin əksəriyyəti isə universitetdə çox çatışmazlıqların (maliyyə, texnika) mövcudluğunu qeyd edirlər. Məqaləmə etirazları isə yalnız 4k formatında filmin çəkilməsinin onlardan tələb edilməməsidir.

Bütün hallarda tələbələrin aqressiv ovqat, eyni stilistika, intonasiya və eyni cümlələrlə yazdıqları şərhlər, sanki kimdənsə tapşırıq aldıqları təsəvvürünü yaratdı. Əgər mətndə yalnız 4k formatı tələbi yanlış, digər məqamlar isə həqiqətdirsə, onda tələbələrin fokusu yalnız cidd-cəhdlə format məsələsinə yönəltməsini, digər mövcud problemlərdən isə yayınmalarını, bu haqda detallı danışmaq istəməmələrini anlamaq olar.

Daha vacibi, kinorejissorluq ixtisasına yiyələnən tələbələrin birinin digərindən seçilməyən şərhləri, oxşar üslubu və məsələyə fərqli yanaşmalarının olmamasıdır ki, bu, kino təhsilindəki keyfiyyətdən (keyfiyyətsizlikdən) xəbər verir. Kinorejissor tələbələrin bir məsələyə eyni rakurs-üslubla baxması, çəkəcəkləri filmlərdə orijinal yanaşma tapmaq potensialını şübhə altlna alır. Həmçinin, problemlərini ictimailəşdirməyə cəsarət tapmayan tələbədən (gələcəyin rejissorundan) filmlərində individual, cəsarətli müəllif baxışı gözləmək potensialını da.

Ötən il Kinematoqrafçılar İttifaqında universitetin kinorejissorluq fakültəsinin bir qrup məzunu ilə tədrisin keyfiyyəti, onların hazırda qarşılaşdıqları problemlər barədə müzakirə keçirilmişdi. Müzakirədə səslənən məsələləri bir abzasda yerləşdirməyə çalışcam.

Universitetdə nəzəri biliklər verilsə də, praktiki biliklər zəifdir. Tələbənin rejissor vərdişlərinə yiyələnməsi üçün praktika keçməyi universitet tərəfindən təşkil olunmur. Universitetdə yaradıcı proses yoxdur. Tələbə filmini öz imkanı hesabına çəkir. Azərbaycan dilində dərs vəsaiti azdır. Universitetin texniki bazası zəifidir, yeni standartlara cavab vermir. Universitetdə peşə fənlərindən çox, qeyri-peşə fənləri daha çox keçirilir.

Yeri düşmüşkən, universitetdə qeyri-peşə fənllərinin üstünlük təçkil etməsi məsələsi – bu ilin aprelində baş tutan Teatr forumunda da müzakirə olundu. Müəllimlər lazımsız fənlərin çoxluğundan şikayətləndilər. Həmin tədbirdə Teatr sənəti fakültəsinin dekanı Böyükxanım Talıbovanın arqumenti ondan ibarət oldu ki, iradlar əsassızdır, çünki təhsillə bağlı qanun var və bu, Nazrilər Kabinetinin səlahiyyətindədir. Əgər universitedə belə bir problem mövcuddursa, zəruri təklifləri lazımi qurumların diqqətinə kim çatdırmalıdır, kim aktuallaşdırmalıdır? Məgər Nazirlər Kabinetinin məmurları teatr üzrə mütəxəssisdirlər ki, hansı fənnin gərəkli olub-olmadığnı bilsinlər? Təşəbbbüs, vəziyyətə etiraz universitetin öz mütəxəssisləri tərəfindən olmalıdır.

Mədəniyyət və İncəsənət Universiteti Elm və Təhsil Nazirliyinin tabeliyində olsa da, tələbələrə praktik bilgilərin təşkili Mədəniyyət Nazirliyinin müəssisələri ilə əməkdaşlıq şəraitində baş tutmalıdır. Hərçənd, məzunlardan biri müzakirədə dedi ki, onlara “Debüt” studiyasının varlığı (hazırda fəaliyyətini donduran “Debüt” studiyasının funksiyası tələbələrə, məzunlara ilk işlərində film çəkmək üçün dəstək vermək idi) haqda məlumat verilməyib. Tələbə özü studiyalarla münasibət qurmamalı, vaxtını sərf edib təşkialti, texniki məsələlərlə məşğul olmamalıdır. Universitet rəhbərliyi zəhmət çəkib, onlara bu imkanları hazır verməlidir. Kinorejissorluq ixtisası üzrə təhsil alan tələbənin “Debüt” studiyasından necə xəbəri olmaya bilər? Bəlkə, universitet müəllimlərinin özləri bu studiyadan xəbərsiz olublar? Düzdür, Rüfət Həsənov kino şöbəsinə (indiki audiovizual və interaktiv media şöbəsi) rəhbər keçəndən sonra studiya öz məqsədindən yayınaraq, dövlətin pulunu effektsiz layihələrə xərclədi ki, dəfələrlə bu mövzudan yazmışam. Necə deyərlər, bu, artıq başqa hekayədir.

Tələbələrin şərhlərində problemləri Mədəniyyət Nazirliyinin üzərinə yıxmaq cəhdləri də vardı. Təbii ki, nazirliyin bununla bağlı öz öhdəlikləri, məsuliyyəti var. Amma Universitet özü kino təhsili sahəsində hansı işləri görüb? Məsələn, Azərbaycan dilində dərsliklərin nəşri üçün nə kimi təşəbbüslər göstərib? Kinoşünaslıq və kino tənqidi sahəsində (həmçinin, rejissorluq və ssenari sahəsində) hansı əhəmiyyətli imzaları yetişdirib? Kino dərsləri hansı standartlara, proqramlara əsasən keçirilir? Müəllimlərin hazırlıq səviyyəsi qənaətbəxşdirmi?

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
Unnamed
Kültür

Ramina Saadatxan beynəlxalq VIMA 2026 sərgisində

AzLogos
01 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör