Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

“Afina Məktəbi” – Raffaello

Sahil Qənbərli Sahil Qənbərli
., Foto-qrafika
06 Mart 2026
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
Raffael die schule von athen 100 1280x720
Paylaş

“Afina məktəbi” hal-hazırda Vatikan muzeylərindən biri olan “Stanza della Segnatura”nın bir divarında rəsm edilmişdir. Bu freska Raffaellonun en böyük şahəsərlərindən biri sayılır. Qəribədir ki, Raffaello bu əsərə başlamadan əvvəl heç vaxt freska işləməmişdir. Onun inkarolunmaz istedadına güvənən dövrün papası II Julius papanın otaqlarının bəzədilməsini məhz Raffaelloya tapşırmışdı.

Bildschirm_foto 2023-03-28 um 20.17.11

Əsər Renesansın təməl aldığı klassik yunan mədəniyyətinin ən məşhur filosof və elm adamlarını bir araya gətirməkdədir. Lakin arxa fonda klassik yunan memarlığından daha çox Roma dövrü memari elementlərindən ibarət bina rəsm edilmişdir. Kolonların hər iki yanındakı nəhəng heykəllər (Apollon və Afina) və naxışlar klassik yunan incəsənətinə aiddir. Rəsmdə ustalıqla istifadə olunan perspektiv elementləri — ard-arda bir-birini izləyən üç kəmər, pilləkənlər, ön planda yerdəki həndəsi naxış — bir teleskop effekti yaradaraq ziyarətçilərin diqqətini tam ortadakı iki təməl fiqura çəkməkdədir. Rəsmdə yer alan 59 fiqur təsadüfən yerləşdirilməmişdir. Belə ki, sol tərəfdə musiqi və aritmetika ilə maraqlananlar, sağ tərəfdə həndəsə və astronomiya ilə maraqlananlar, ortada isə bu elm sahələrinin hamısı ilə yoğrulmuş yüksək səviyyədə bilgi üzərinə çalışan elm adamları — filosoflar mövcuddur. Əsərdəki bütün fiqurların mənası və hekayəsi vardır. Lakin burda sadəcə vacib fiqurları incələyəcəyik.

Bildschirm_foto 2023-03-28 um 20.17.14

1&2) İlk iki fiqur Klassik Yunan fəlsəfəsinin iki çox vacib obrazı — Platon və Aristoteldir. Platon yaşlı görünüşlü, çılpaq ayaqlı bir müdrik görünüşü ilə rəsm edilmişdir. Onun şagirdi Aristotel Platondan bir addım daha öndə, yaxşı geyimli və yetkin bir adam olaraq göstərilmişdir. Platonun əlində əsəri “Timaeus”, Aristotelin əlində isə məşhur “Ethics” əsərini görürük. Bu iki xarakter sadə hərəkətlərlə öz fəlsəfələri olan fikirçilik “idealism”, həqiqətçilik “realism”ə işarət etməkdədir. Platon yuxarını göstərən əli ilə bilginin bütün qaynağı olaraq göyü (Platona görə ətrafımızda gördüklərimiz sonsuz və dəyişməz bir gerçəkliyin inikasıdır) Aristotel isə yerə dönmüş əli ilə bilginin bütün qaynağı olaraq yer üzünü (Aristotelə görə əsl həqiqət görüb, toxuna bildiyimiz gerçəklikdir) göstərməkdədir. velvetdreams.com.au Platon fiquru Raffaellonun yaşadığı dönəmdə çox məşhur olan Leonardo da Vinçinin üzünü təməl alaraq rəsm edilmişdir.

3) Zeytun yaşılı əbada görünən alim Sokratdır. Sokratın düz yanında onun fəlsəfəsini dinləyicilərinə izah edərkən görürük.

4) Şəklin aşağı sağ hissəsindəki fiqur Pifaqoru təmsil edir. Dəftərinə yazan Pifaqorun düz qarşısındakı kiçik cədvəldə Pifaqorun musiqi və riyaziyyatla bağlı nəzəriyyələrini görə bilərik.

5) Pilləkənlərin sonunda yazı masasına söykənmiş düşünən adam Heraklitdir. Bu fiqurun xüsusilə Mikelancelodan ilhamlanaraq yaradıldığı düşünülür. Raffaello Papa otaqlarını rəngləyərkən Mikelancelo da yaxınlıqdakı Sikstin kapellasının tavanında işləyirdi. Tavan freskalarının yarısı tamamlandıqdan sonra nümayiş məqsədi ilə tamaşaçılara açılır. Bu fürsətdən istifadə edərək əsərə baxmağa gedən Raffaello gördüklərindən məəttəl qalır. Mikelancelonun üstün istedadına heyran olan Raffaello bu Heraklit fiqurunu tamamlanmış işinə əlavə etmək qərarına gəlir və onu Mikelancelonun obrazında çəkir.

6) Təsadüfən pilləkənlərə uzanıb əlində olanı incələyən Diogendir. Məlum olduğu kimi, Diogenin Afina küçələrində yaşadığı çəlləkdən başqa heç nəyi yoxdur; və onunla görüşən Makedoniyalı İskəndərə günəşini kəsib kölgə salmamaqdan başqa heç bir lütf istəmədiyini bildirmişdi.

Bildschirm_foto 2023-03-28 um 20.17.20

7) Əsərdəki tam solda olan fiqur Evkliddir. Evklid yerdəki masaya söykənərək ətrafındakı tələbələrə nəzəriyyəsini izah edir. Evklid fiqurunun dövrün ən məşhur memarı Bramantenin obrazını əks etdirdiyi düşünülür.

8 və 9) Bu iki fiqur Zərdüşt “Zərdüşt” və Ptolemey “Ptolemey”i təmsil edir. Zərdüşt göylə (astronomiya), Ptolemey isə yer elmləri ilə (coğrafiya) maraqlanırdı. Əllərindəki qlobuslar səmanı və yeri simvolizə edir. Rafaelin dövrünə qədər Ptolemeyin büstü olmadığı üçün arxa tərəfdən görünən şəkildə təsvir edilmişdir.

Digər rəqəmləri qısaca ümumiləşdirsək:

10) Protogenlər (Il Sodoma, Perugino və ya Timoteo Viti)

11) Apelles, Qədim Yunan rəssamı (Raffaellonun avtoportreti şəklində və rəsmdə tamaşaçılara baxan yeganə fiqurdur)

12) Plotin (məşhur heykəltəraş Donatellodan ilham aldığı düşünülür)

13) Aeschines, Timon və ya Ksenofon

14) Antisfen, Ksenofon və ya Timon

15) Alkibiades və ya Makedoniyalı İskəndər

16) Citiumun Zenosu

17) Epikur

18) Boethius, Anaksimandr və ya Empedokl

19) Averroes (İbn Rüşd kimi də tanınmaqdadır)

20) Hypathia – İsgəndəriyyədə fəlsəfə, riyaziyyat və astronomiya professoru olan Hypathia rəsmdəki yeganə qadın fiqurdur. Papanın rəsmdəki bu fiqura qarşı çıxacağına inanan Raffaello, açıq dərili və üz cizgilərinə malik bu tünd dərili Misir fiqurunu Papanın qardaşı oğluna bənzətmək üçün çəkmiş və fiqurların arasına qoyaraq bir növ kamuflyaj etmişdir.

21) Parmenidlər

Əsərin ən diqqət çəkən məqamı İntibah dövrünün başlanğıc nöqtələrindən biri olan Klassik Yunan Fəlsəfəsi/Elmi/İncəsənətinin bir çox mühüm adını/konseptini bir araya gətirmə uğurudur. Rəsm haqqında heç bir izahat sənədi olmadığından əsrlər boyu əksər fiqurlar haqqında qəti mühakimə yürütmək mümkün olmayıb. Lakin əsərlə bağlı ən qəti mühakimə odur ki, bu əsər Raffaellonun texnikasını, ifadə tərzini və həm dövründə, həm də ondan sonra əsrlər boyu təsir bağışlayan orijinal istedadını ən yaxşı əks etdirən əsərlərindən biridir.

Məkan: Vatikan Muzeyləri “Musei Vaticani”, Vatikan

Tarix: 1509-1510

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör