Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Məni tənqid et, Sevda 

Sevda Sultanova Sevda Sultanova
., Kültür
24 İyun 2022
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
Sev
Paylaş

Vaxt azlığı səbəbindən kinodakı problemlərdən davamlı yaza və Rejissorlar Gildiyasının sədri, rejissor Hüseyn Mehdiyev kimi aktuallığını itirmiş adamlara diqqət ayıra bilmirəm. Amma H.Mehdiyevin son davranışları diktə və xahiş edir: “Sevda, məni tənqid elə, tənqid elə. Tənqid elə ki, aktuallaşım”, və İncildə deyildiyi kimi, qan töküldü… 

Təxminən bir ay əvvəl İTV-in “Sabaha saxlamayaq” verilişində animasiya mövzusundakı müzakirələrdə rejissor Mehdiyev də işitrak edirdi. Mən problemlərdən danışdıqca Mehdiyev “gəlin, problemdən danışmayaq, Kino Agentliyi yaranan kimi kino inkişaf edəcək” deyib Runun (o, həm də Rüfət Həsənovdur) yarıtmaz siyasətini ört-basdır edirdi. Verilişdə bir balaca toqquşmamız olsa da, içimdəki Medeyanı dərinlərə gömərək, mərhəmətli Məryəmi dirçəldərək, ona rəhm elədim, yaşına sayğıdan dolayı sonadək sərt olmadım. Səhvimi indi düzəltməyə çalışacam. 

Mehdiyev illərlə kinodakı min cür problemi görüb və susub. Rəhbəri olduğu gildiyanın vəzifələrindən biri rejissorların hüquqlarını qorumaq olsa da, əməkdaşlıq elədiyi “Azərbaycanfilm” kinostudiyası tərəfindən rejissorların yaradıcı və maliyyə hüquqları müxtəlif səviyyələrdə uzun illər pozulub və Mehdiyev susub. Runun dövründən bugünədək bir tammetrajlı bədii film ortaya çıxmayıb, kinoya ayrılan pulların hesabatı verilmir və Mehdiyev susur. 

1990 cı illərdə Mehdiyevin rəhbərliyində olduğu “Azərkinovideo” İstehsalat Birliyi kinoteatrlarn əksərinin satılıb özəlləşdirilməsində rol oynayıb. Amma indi Mehdiyev özünü kinounun təşəbbüskarı kimi göstərir.  

Gildiya son on ildə bir əhəmiyyətli layihə ortaya qoymayıb. Yeganə fəaliyyəti, “Azərbaycanfilm” kinostudiyasının əmlakı hesab olunan, xüsusən, sovet dövrünün filmlərinin telekanallarda nümayişi zamanı kanallar tərəfindən ödənilən müəyyən məbləği müəlliflər arasında bölmək və həmin məbləğdən özünə müəyyən bir qismini götürməkdən ibarətdir. Özəl prodakşnlar gildiya ilə müqavilə bağlamayıb, birbaşa telekanllarla razılığa gəlirlərsə, deməli, Mehdiyevin gildiyası mahiyyətcə, nüfuzsuz qurumdur. Və əgər sabah “Azərbaycanfilm” kinostudiyası Mehdiyevlə müqaviləni pozsa, gildiya faktiki heç bir işə yaramayacaq.   

Mehdiyev deyir ki, Kino İttifaqlarını ləğv etmək lazımdır. Bir neçə mənbənin dediyinə görə, Şəfiqə Məmmədovanın indi rəhbərlik etdiyi Kino İttifaq vaxtilə elə Mehdiyevin kabinetində yaranıb. Mehdiyevin məntiqini orjinal şərh edənə Tarkovskinin “Həkk olunmuş zaman” kitabını və Zloy Kofedən ləzzətli qəhvə hədiyyə edəcəm. Burda hələ ki, şərh bölümünü açmıram. Email adresimə (sevda061975@gmail.com) yaza bilərsiniz.  

Yadıma düşmüşkən, Şəfiqə Məmmədovanın tabeliyində olan Oskar komitəsi Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filminin Oskara göndərməkdən imtina edəndə də Mehdiyev susub. Halbuki Gildiyanın vikipediya səhifəsində yazılır: ”Kinorejissorlar Gildiyası, audiovizual sahədə gənc müəlliflərə diqqətin artırılması, əsərlərinin baxışını və müzakirəsini keçirməsi, onları həvəsləndirmək və milli kinematoqrafın müasir inkişaf perspektivlərinə cəlb etməyi vacib hesab edir. Bu məqsədlə kinoteatrlarda mütamadi olaraq Gənc müəlliflərin əsərlərinin ictimai baxışı keçirilir, müzakirələr aparılır”. Son cümləyə diqqət çəkək. Mehdiyevin qurumu bir gənc müəllifin filmlərinin ictimai baxışını keçirməyib və keçirmir. Onun bəyənmədiyi Kinematoqrafçılar İttifaqı müntəzəm olaraq yerli və xarici müəlliflərin film baxışlarını və müzakirəsini keçirir. Gələn həftə də Kənan Musayevin “Zaman adlə qatar” bədii filminin nümayişini edəcəyik. Dəvətlisiz. 

P.S. Darıxma, Ru, sənə də növbə çatar.

 

Redaksiyadan: Sevda Sultanovanı t.me/sevdakino telegram kanalından da izləyə bilərsiniz. 

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör