bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Akıllı telefon kullanıcıları Bettilt ile daha hızlı işlem yapabiliyor.

Casino tutkunları için özel oyun odaları sunan Bahsegel eğlenceyi garanti ediyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Çoxsahəli əməkdaşlıq fonunda Azərbaycan – Çin əlaqələri

Vüsal Quliyev Vüsal Quliyev
., Mövqe
15 Fevral 2022
Oxuma vaxtı:8 dəqiqəyə oxunur
Aze Çin Bayraq
Paylaş

Son dekadada irimiqyaslı Kəmər və Yol təşəbbüsü çərçivəsində Çinin Cənubi Qafqaz regionunda iqtisadi maraqları artmışdır. Bu baxımdan da regionda yerləşən ölkələr ilə, o cümlədən Azərbaycan ilə bir çox sahədə əlaqələrini sürətlə genişləndirmişdir. Müstəqilliyinin ilk illərində Azərbaycan, Çin üçün böyük önəm kəsb etməsə də son illərdə istər ictimai-mədəni, istər sosial-iqtisadi, istərsə də hərbi-strateji sahələrdə artan xətlə davam edən əməkdaşlıqların əsası qoyulub. Bir neçə il öncəyə qədər bütün böyük dövlətlər kimi Çin də Azərbaycanda ənənəvi olaraq daha çox enerji sektorunda fəaliyyət göstərirdi.

2013-cü ildə Çin dövlət başçısı Si Cinpinin Kəmər və Yol təşəbbüsünü elan etməsi və eyni zamanda, Azərbaycan hökumətinin 2015-ci ildən etibarən iqtisadi diversifikasiya siyasəti həyata keçirtməsi və ölkə iqtisadiyyatının müxtəlif sahələrinə xarici investisiya cəlbini stimullaşdırması ilə vəziyyət qeyri-neft sektorunun xeyrinə dəyişmişdir. Belə ki, qarşılıqlı investisiya əlaqələrinin genişlənməsi fonunda, Çin son illər Azərbaycanla təkcə enerji sektorunda deyil, eləcə də, sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, tranzit, logistika, yüksək texnologiya, maşınqayırma və s. kimi  qeyri-neft sektoruna aid iqtisadi layihələrdə əməkdaşlıq edir. Bu mənada, ölkələrarası əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edən hadisə ölkə başçısı İlham Əliyevin 2015 və 2019-cu illərdə Çin Xalq Respublikasına etdiyi rəsmi səfərlərdir.

Xüsusən də, 2019-cu ilin aprel ayında Azərbaycan Prezidentinin Pekində keçirilən II Kəmər və Yol Beynəlxalq Əməkdaşlıq Forumunda şəxsən iştirak etməsi ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına təkan vermişdir. Sözügedən forumda qeyri-neft sektorunun əhatə dairəsini genişləndirmək üçün Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan müxtəlif istiqamətlər üzrə 10 sənəd imzalanıb. Qeyd edilən razılaşmaya Sumqayıt Kimya Sənaye Parkı ərazisində şin istehsalı zavodunun tikintisi, Kürdəmir rayonunda 300 hektaradək sahədə müasir istixana kompleksinin qurulması, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının yaradılması, Azerbaijan Digital HUB proqramı çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizinin yaradılması, Transxəzər Nəqliyyat Dəhlizi vasitəsilə Bakıya və Azərbaycan ərazisindən tranzit keçməklə digər ölkələrə 2500-dək konteynerin daşınması, Azərbaycan istehsalı şərab və digər spirtli içkilərin Çinə ixracı, Çində Azərbaycan Ticarət Evinin yaradılmasına dair birgə planlar silsiləsi daxil idi. Bütün bunlarla yanaşı Pekin, Azərbaycanın beynəlxalq tranzit marşrutlarının inkişafı çərçivəsində dəmir, dəniz və quru yolu yük daşımaları üçün nəzərdə tutulmuş nəhəng infrastruktura quruculuğunu yaxından izləyir. Bu baxımdan, Çin tərəfinin ümumi yükaşırmanın həcmini ilbəil artıran Ələt Limanı üçün hədiyyə etdiyi 2 milyon ABŞ dolları dəyərindəki texniki avadanlıqları qeyd etmək olar. Həmçinin, 2018-ci ildə Bakıda keçirilən Dünya Limanlar Konfransı çərçivəsində həyata keçirilən mərasimdə Ələt Limanı ilə Çinin Lianyunqan (Lianyungang) Liman Holdinqlər Qrupu, COSCO şirkətlər qrupu və Quangou (Guangzhou) Limanı Administrasiyası arasında dostluq və əməkdaşlıq barədə 4 anlaşma memorandumu imzalanıb.

Regionda Çin ilə ən yüksək ticarət dövriyyəsinə malik olan Azərbaycan, Kəmər və Yol təşəbbüsünün ən fəal üzvlərindən biri olmağa davam edir. Hətta, sözügedən təşəbbüsün rəsmi elanından illər əvvəl Azərbaycan, regionun tranzit imkanlarının və ticarət dövriyyəsinin artırılması, habelə, regional əməkdaşlığın gücləndirilməsi istiqamətində irimiqyaslı işlərə başlamışdı. Tikintisi 2017-ci ildə tamamlanmış və regional inteqrasiyanın təmin olunmasında olduqca böyük paya sahib Bakı-Tiflis-Qars dəmir yolu xətti bu qəbildən olan nümunələrdəndir. Çinin BTQ dəmir yolu layihəsinin inşasında maliyyə dəstəyi olmasa da, xəttin açılış mərasimində Çin rəsmilərinin də iştirakı onun regional və beynəlxalq müstəvidəki əhəmiyyətindən xəbər verir.

Yeri gəlmişkən, 120-ə yaxın Çin mənşəli şirkətin fəaliyyət göstərdiyi Azərbaycanda Pekin ümumilikdə 800 mln ABŞ dollarından çox sərmayə qoyub. Xarici ölkələrə kapital qoyuluşunu günbəgün artan xətlə davam etdirən Azərbaycan isə, Çinə bu vaxtadək 1,7 milyard ABŞ dolları həcmində kapital qoyuluşu reallaşdırıb.

Bundan başqa, Kəmər və Yol təşəbbüsü çərçivəsində 2016-ci ildə qurulan Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) həmtəsisçi üzvlərindən biri Azərbaycan olmuşdur (Azərbaycanın bankda iştirak payı 0,25%, yəni 245,1 milyon ABŞ dolları təşkil edib). İlkin nizamnamə kapitalı 100 milyard ABŞ dolları məbləğində müəyyən edilmiş adıçəkilən beynəlxalq maliyyə qurumunun fəaliyyəti, əsasən, Kəmər və Yol təşəbbüsünə üzv olan ölkələrin zəruri infrastruktura və maliyyə ehtiyaclarının ödənilməsi kimi sahələri əhatə edir. Belə ki, 2016-cı ildə AİİB, Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin tikintisi üçün 600 milyon dollar həcmində kredit ayırmışdır. Həmçinin, ötən ildə Azərbaycan hökumətinin Koronavirus pandemiyası ilə mübarizəsini dəstəkləmək üçün 100 milyon dollar kredit də ayrılmışdır. Qeyd edək ki, 2030-cu ilə qədər müəyyən edilmiş strateji hədəflər üzrə Azərbaycanda yaşıl və ağıllı konsepsiyalarının tətbiqi istiqamətində AİİB ilə çoxtərəfli əməkdaşlıq da nəzərdə tutulub.

Ticarət və kommersiya əlaqələrilə yanaşı, Çin Azərbaycanda rəqəmsallaşdırma sahəsində də öz faəliyyətini genişləndirməyə davam etməkdədir. Azərbaycanın İKT sektorunda uzun müddətdən bəri fəaliyyət göstərən Çinin transmilli şirkətlərindən Huawei, mühəndislik və İT tədqiqatları üzrə yeni nəsil azərbaycanlıların yetişdirilməsi üçün 2016-cı ildə 5 il müddətində davam etmiş Gələcəyin İKT sahəsindəki toxumları proqramına start vermişdi. Belə ki, milli və regional sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində İKT sahəsindəki azərbaycanlı tələbələrin Huawei şirkətinin Çinin Şıngın (Shenzhen) şəhərindəki yay təlim mərkəzində təcrübə keçməsi nəzərdə tutulmuşdu. Proqram hesabına bu günədək onlarla azərbaycanlı tələbənin şirkətin ikihəftəlik təlim məşğələlərində təcrübə keçməsi təmin edilib. Texnologiya sahəsindəki əməkdaşlığın davamı olaraq, ötən ilin dekabr ayında da Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, ADA Universiteti və Huawei şirkəti arasında birgə Tədqiqat və İnkişaf Mərkəzinin yaradılması barədə üçtərəfli anlaşma memorandumu imzalanıb. ADA Universiteti nəzdində fəaliyyət göstərəcək sözügedən mərkəzdə İKT üzrə yerli mütəxəssislərin hazırlanması nəzərdə tutulur. Üstəlik, Qarabağda yenidən qurulan ərazilərdə Huawei şirkətinin rəqəmsal texnologiyasının tətbiqi ilə artıq bir neçə ağıllı kənd layihəsinin icrası davam etməkdədir.

Çin Azərbaycanda geoiqtisadi layihələrə sərmayə qoymağa davam etdikcə, onun rəqəmsal infrastrukturun inkişafına, xüsusilə də yeni nəsil 5G texnologiyasının ölkəboyu tətbiqinə diqqəti xeyli artırır. ABŞ embarqosuna məruz qalanadək Samsungdan sonra dünyanın ən böyük ikinci smartfon istehsalçısı olan Huawei, bu sahədə aldığı zərbədən sonra bütün diqqəti yeni nəsil naqilsiz şəbəkələrin və təkmilləşdirilmiş süni intellektin inkişafına yönəldib. Cənubi Qafqazın geosiyasətdəki əhəmiyyətli mövqeyini nəzərə alaraq, Huawei-ə aid texnoloji həllərin geniş tətbiqi tədricən milli təhlükəsizlik məsələlərini və geostrateji ziddiyətləri özüylə gətirəcək. Sözsüz ki, ABŞ-Çin arasında davam edən texnologiya uğrunda dominantlıq mübarizəsi konteksində Huawei-in regionda fəaliyyətini genişləndirməsiylə Çin mənşəli rəqəmsal infrastrukturanın qurulması müzakirə predmeti olmağa davam edəcək.

Ölkələrarası konstruktiv əməkdaşlığın inkişafı və tərəflər arasında daha sıx koordinasiyanın formalaşması üçün davamlı və səmərəli ictimai-mədəni əlaqələrin qurulması davam etməkdədir. Bu mənada, Çinlə Azərbaycan arasında müştərək texniki və yardım xarakterli humanitar layihələrin sayı ilbəil daha da artır. Belə ki, Heydər Əliyev Fondu və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında 2017-ci ilin noyabrında imzalanmış əməkdaşlıq haqqında Memoranduma əsasən Çinin müxtəlif şəhərlərində, o cümlədən paytaxt Pekində Azərbaycan mədəniyyətinin geniş təbliğinə həsr olunmuş tədbirlərin təşkil edilməsini qeyd etmək olar. Bundan başqa, humanitar sahədə əməkdaşlığın davamı olaraq, Çinin Yunnan əyalətinin Malipo qəsəbəsindəki məktəblərdən birinin idman sahəsi Heydər Əliyev Fondunun təmin etdiyi ianələr hesabına və Azərbaycanın Pekindəki Səfirliyinin dəstəyi ilə əsaslı təmir edilmişdir.

Nəticə etibarilə, qitələrarası tranzit-logistik rolunu artırmaq üçün Azərbaycanın uzunmüddətli perspektivdə Kəmər və Yol təşəbbüsündə aktivliyini artıracağını proqnozlaşdırmaq olar. Eyni zamanda, Avropa bazarlarına çıxmaq üçün beynəlxalq tranzit marşrutların müxtəlif istiqamətlərdə  şaxələndirilməsində maraqlı olan Çin tərəfi də, Azərbaycandakı nəqliyyat-logistik sahəsindəki infrastruktura quruculuğuna diqqəti daha da artıracaq. Hərçənd, Rusiyaya aid transkontinental dəmir yollarından və ABŞ dominantlığındakı dünya okeanından asılılığı hər vəchlə azaltmaq istəyən Pekin üçün alternativ nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi prioritet məsələlərdən biridir.

Xülasə, Kəmər və Yol təşəbbüsü təkcə ticari-iqtisadi və tranzit-logistik kimi kommersiya yönümlü sferalarda deyil, eyni zamanda mədəni-humanitar, elm və texnologiya kimi sahələrdə də birgə əməkdaşlıq qurmağı hədəflədiyindən – orta və uzunmüddətli perspektivdə tərəflərin daha sıx əlaqələr qurması üçün həm hökumətlərarası, həm də xalqlararası münasibətlərin tənzimlənməsində körpü rolunu oynayacaq effektiv fəaliyyətlərin artırılması istiqamətində işlərin intensiv xarakter alacağını qeyd etmək olar.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör