Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Xüsusən “Kolleksiyaçı” haqqında

Seymur Baycan Seymur Baycan
., Kültür
28 Noyabr 2021
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
Seymur baycan
Paylaş

Bir həftədə üç hekayə yazdım. Mətnlər başımda tam hazır olsa da, məncə, bu, maksimum göstəricidir. Hekayələri yazandan sonra xeyli yüngülləşdim. Üstümdən elə bil dağ götürüldü. Mənə rahatlıq verməyən hisslər vardı. O hissləri yaradıcılıq laboratoriyamdan keçirib hekayələrə ötürdüm. Özümü quş kimi yüngül hiss etdim.

Adətən hekayə yazanda mətni bir müddət dincə qoyuram. İki həftə, bir ay keçəndən sonra soyuq başla hekayələrə bir daha baxıram. Aradakı vaxtda isə başqalarının kitablarını oxuyuram. Bu, həm yeni ideyalar verir, həm də öz yazdıqlarımla başqalarının yazdıqları arasında müqayisələr aparıram. Bu dəfə də adətimə əməl elədim. Hekayələri yazıb dincə qoydum. Başladım başqalarının kitablarını oxumağa. İndi oxuduğum kitablar haqqında qısaca olaraq fikirlərimi yazmaq istəyirəm.

1. Robet Müzil – “Üç qadın”. (“Qriciya”, “Portuqaliyalı qadın”, “Tonka” hekayələri )

Bu hekayələrdə ədəbiyyata aid heç nə görmədim. Hekayələrdə ədəbiyyat yox idi. Lazımsız pafos gözə girirdi. Bir sözlə boşboğazlıq, cəfəngiyyat. Amma hər kəsi öz arşınınla ölçə bilməzsən. Robet Müzilin hekayələri ədəbiyyatda pafosu sevən adamların xoşuna gələ bilər.

2. Fridrix Dürrenmatt – “Yaşlı xanımın gəlişi”

Məncə bu pyes layiq olduğundan qat-qat artıq şöhrət qazanıb.

3. Jozef Rot- “Min ikinci gecənin nağılı”

Mənə elə gəldi ki, Jozef Rot tamam başqa əsər yazmaq istəyirmiş və yazı prosesində “yazıçı mövqeyini” bir neçə dəfə dəyişməyə məcbur olub. Əsərin əvvəli ortasına, ortası isə axırına yad, yamaq kimi görünür. Sanki əsərin əvvəlini, ortasını, axırını ayrı-ayrı yazıçılar yazıb. “Min ikinci gecənin nağılı” romanı (“Ağ qvardiya” kimi) alınmamış romandır. Bir oxucu kimi buna çox təssüfləndim. Çünki əsərdə ağır, gözəl səhnələr, təsvirlər vardı. Alınmış romanda həmin səhnələr, təsvirlər daha da təsirli görsənərdi.

4. Con Faulz – “Kolleksiyaçı”

Əsərin dili sadədir, oxunaqlıdır. Süjet də var. Vəssalam, başqa heç nə… Əsərdəki sənət söhbətləri çox səthidir. Bu söhbətlər sənət haqqında dərin təsəvvürləri olmayan adamlara maraqlı görünə bilər.

Mirinda (əsərdəki qız) çox mənasız qızdır və işin faciəvi tərəfi ondan ibarətdir ki, özünü fərqli, mənalı, dərin düşüncələrə malik bir qız hesab edir. Özünü fərqli, mənalı hesab edib əslində mənasız olan insanlar dözülməzdir. Necə deyərlər, qanana da qurban olum, qanmayana da, dad yarımçıq əlindən. Yəni, insan ya çox dərin, ya da çox dayaz olmalıdır. Dayaz olmaq qəbahət deyil. Sadəcə insan dayaz olduğu halda dərinliyə iddia etməməlidir. Dayaz olan xeyli maraqlı adamlar tanıyıram. Onlar elə öz dayazlığı ilə maraqlıdırlar və onlar dərinliyə iddia etsələr cazibələrini itirəcəklər, dözülməz dərəcədə maraqsız adama çevriləcəklər.

94128040_2694136857577032_9098257298765119488_n

Mirinda hətta sənətlə məşğul olmağa davam etsəydi belə bir zibil yarada bilməyəcəkdi. Nə yaratsaydı süni görünəcəkdi. Ən uzağı Mirinda kimisə gözəl yamsılaya bilərdi. Bilmirəm, nədənsə kitabı oxuduqca bu Mirinda mənə Fəridəni xatırladırdı. Gülmək məni tuturdu. Fəridə də çox mənasız, dayaz qızdır, amma ona elə gəlir ki, çox mənalı qızdır və dərin düşüncələrə malikdir. Əslində isə Mirinda, Fəridə öz naturalarına sadiq qalsalar, dərinliyə iddia etməsələr, azdan-çoxdan maraqlı görünə bilərlər.

Kaliban (əsərdəki kişi) Mirindanın mənalı, gözəl qız olmağına inanıb. Bu Kalibanın faciəsidir. Xülasə, həm Mirinda, həm də Kaliban mənə çox mənasız adamlar kimi göründülər. İkisi də bir- birinin tayıdırlar. Onların hər ikisi ürəyimi sıxırdı.

Əsərdən heç bir emosiya almadım. Səhnələr çox quru, süni təsir bağışladı. Elə bil səliqəli bir qadın tərtəmiz mətbəxtdə dadsız-duzsuz bir yemək bişirmişdi. Stanislavski bu əsəri oxusaydı qışqırardı: “İnanmıram”. “Kolleksiyaçı”nın niyə bu qədər məşhur olması mənə qəribə gəldi. “Kolleksiyaçı” yeniyetmələrin, ya da ömrü boyu yeniyetmə qalan adamların maraqla oxuyacağı bir əsərdir.

Əsl, həqiqi sənətkar odur ki, imitasiyası mümkün olmayan səhnələr yaradır. Qalanı, təfərrüatdır. Əlinə qələm alan hər kəs nələrsə qurub-quraşdırmağı, nələrsə uydurmağı bacarır. Biri pis, biri orta səviyyədə, biri də Orxan Pamuk, Kutze, Con Faulz kimi yüksək dərəcədə peşəkarcasına. Əgər əsərdə imitasiyası mümkün olmayan səhnə yoxdursa, həmin əsərin müəllifinə həqiqi, əsl sənətkar deməyə dilim çönməz. “Kolleksiyaçı”da imitasiyası mümkün olmayan səhnəyə rast gəlmədim. Jozef Rotun “Min ikinci gecənin nağılı” alınmamış roman olsa da, orada imitasiyası mümkün olmayan səhnələr, təsvirlər vardı.

Belə, ümüd edirəm nə demək istədiyim aydın oldu.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
Unnamed
Kültür

Ramina Saadatxan beynəlxalq VIMA 2026 sərgisində

AzLogos
01 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör