Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Həyasız iddialar haqqında

Seymur Baycan Seymur Baycan
., Kültür
19 Oktyabr 2021
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
NobelLiterature
Paylaş

Atı yiyəsinə baxıb nallayırlar.

Atalar məsəli

Hər dəfə ədəbiyyat üzrə Nobel mükafatı alan şəxsin adı bəlli olduqdan sonra Azərbaycanda mənasız, həm də həyasız bir müzakirə açılır. Mənasız, həm də həyasız müzakirə əsasən bu kimi axmaq sualların ətrafında aparılır: Bizim yazıçılar niyə Biləcəridən o tərəfə keçə bilmirlər? Bizim yazıçılar niyə xaricdə tanına bilmirlər? Bizim yazıçılar nə vaxt Nobel mükafatı alacaqlar?

Ayrı-ayrı vaxtlarda, ayrı-ayrı yazılarda azərbaycanlıların heç bir itki vermədən, heç bir fədakarlıq etmədən, heç bir əziyyət çəkmək istəmədən bütün ali adlara, bütün ali məqamlara, bütün ali hisslərə iddia etməkləri haqqında dəfələrlə söhbət açmışıq. Həqiqətən də çox maraqlı fenomendir. Bu maraqlı fenomenin haralardan qaynaqlandığını, mənbəyini haralardan götürdüyünü müxtəlif sahələrə aid çox ciddi mütəxəssislər araşdırmalıdır. Bu maraqlı fenomeni araşdırmaq qətiyyən bir nəfərin, iki nəfərin işi deyil.

Ölkədə müəlliflərə qonorar verən bir dənə də olsun müstəqil, yarımüstəqil ədəbiyyat jurnalı yoxdur. Ölkədə bir dənə də olsun müstəqil ədəbiyyat müsabiqəsi keçirilmir. Nəşriyyatlar müəlliflərə qonorar ödəmir, ödəyə bilmir. Bölgələrə, rayonlara kitablar gedib çatmır. Nəşriyyat işi, nəşriyyat-müəllif-alıcı münasibətləri, ümumiyyətlə, kitab sənayesi bərbad, ağlamalı vəziyyətdədir. Dövlətin ədəbiyyata, yazıçılara səmimi, təmənnasız köməyi yox dərəcəsindədir. Ədəbiyyatın ölkə daxilində, ölkə xaricində təbliği istiqamətində heç bir səmərəli iş aparılmır.

Amma azərbaycanlıların ürəyindən, könlündən, qəlbindən ədəbiyyat üzrə Nobel mükafatı almaq keçir.

Hər cür zir-zibilə, hər cür mənasız işlərə pul tapıb, beş manat, on manat verib kitab almağa canı çıxan, beş manat, on manat verib kitab almamaq üçün min cür bəhanə uyduran adamlar istəyirlər ki, Azərbaycan yazıçıları da dünyada tanınsın, ədəbiyyat üzrə sanballı mükafatlar alsınlar. Arzuya bax sevgilim… Heç bir itki vermədən, heç bir fədakarlıq etmədən bütün ali adlara, bütün ali hisslərə, bütün ali məqamlara iddia etməyin adı həyasızlıq deyilsə, bəs görəsən nədir? Şəxsən mən bu sərhədsiz, intahasız həyasızlığa mat qalmışam. Hər şeyin, həmçinin insan həyasızlığının da bir sərhədi olmalıdır.

Ən dəhşətlisi bilirsiniz nədir? Bu problemlər haqqında yazanda bir dəstə adamın yazıya cavabı, münasibəti hazırdır: Əlindən tutan var, get romanını yaz də…

Əldən tutmağın buynuzu olur? Bunlar deyirlər ki, biz kitab almayaq, kitab oxumayaq, siz də kitabla, ədəbiyyatla bağlı problemləri dilə gətirib zəhləmizi tökməyin, kefimizə soğan doğramayın, amma həm də ədəbiyyatımız dünyada tanınsın, yazıçılarımız ədəbiyyat üzrə sanballı mükafatlar alsınlar. Yəni, el dilində desək, bütövə dəymə, yarıya toxunma, doğra, doyunca ye! Bu necə olur, necə baş verir? Bunun çəmini, yolun-yolağasını bilən varsa, paxıllıq eləməsn, desin, biz də bilək.

“Əlindən tutan var, get romanını yaz də…” deyən adamlar allah qoymasa guya cəmiyyətin hələ azdan-çoxdan savadlı, azdan-çoxdan siyasiləşmiş təbəqəsinə aiddir. İndi görün yerdə qalanlar nə gündədirlər. Yerdə qalanların vəziyyətini adam heç təsəvvür belə etmək istəmir.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör