bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Akıllı telefon kullanıcıları Bettilt ile daha hızlı işlem yapabiliyor.

Casino tutkunları için özel oyun odaları sunan Bahsegel eğlenceyi garanti ediyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Hoqqabazlarla mübarizədə necə sağ qalaq?

AzLogos AzLogos
., İntervü
23 Sentyabr 2021
Oxuma vaxtı:11 dəqiqəyə oxunur
06fa4d 8411639fb7b24c268bb0471bec1dffa7 mv2
Paylaş

Yazıçı Ələkbər Əliyevin Bünövrə saytına müsahibəsi

 

Qərb sağçılığının şərqinkindən əsas fərqi nədir və hazırda qərb sağçıları hansı strateji səhvdən dolayı məğlub durumdadır?

Şərq sağçılığı? Bu birləşmənin məndəki assosiasiyası kosmik dondurma, ya da bədii elektronikadır, yoxsa başqa bir şey ağlıma gəlmir. Nə demək istədiyinizi təxmini başa düşürəm, amma bu da mənə kömək eləmir ki, sağçılığı qərbi və şərqi olmaqla ikiyə ayırıb müqayisə edim. Şərqi dar mənada götürsək, yəni islam coğrafiyası ilə müqayisə etsək, bu coğrafiyada özünəqayıdış əsrlər boyunca daha yaxşı dindar olmaq, Allaha daha çox yaxın olmaq, peyğəmbərin və sələflərin yoluna qayıtmaq kimi başa düşülüb. Heç bir başqa eksperiment nəticə verməyib, marginal qalıb. Nəticədə Seyid Qütb də sosializmdən islama qayıtmağa məcbur olub, Qəddafinin Yaşıl kitabı isə ən yaxşı halda Türkmənbaşının Ruhnaməsini ilhamlandırıb.

Yox, siz Şərq deyəndə Şərqi və Qərbi olmaqla Avropa məkanını nəzərdə tutursunuzsa, bu haqda xeyli danışmaq olar. Burada sağçılıq bir-birindən hər baxımdan fərqlənir. Şərqi Avropada 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində məlum sistem dəyişikliyi siyasi və ideoloji sferanın yenidən qurulması, formalaşdırılması prosesinə təkan verdi. Liberal dəyərlərin kor-koranə tətbiqi, onların təntənəsi baş vermədi, əksinə dəyərlərə, özə qayıdış cəhdləri başladı. Hamısı eyni dərəcədə, eyni səviyyədə yox, əlbəttə. Tutaq ki, Çexiya bu gün də ateizmin qalalarından biri sayılır. Amma “Avropaya qayıdış”, “avropalı olmaq” əsasən ənənəvi xristian dəyərlərini yenidən canlandırmaq kimi başa düşülürdü, halbuki, “köhnə Avropa”nın özü çoxdan mühafizəkar ideologiyanın, ənənəvi dəyərlərin daşını atmışdı. Beləliklə nə baş verdi? Qərbi və Şərqi Avropa arasındakı ziddiyyətlər, dəyərlərin uyğunsuzluğu, üstəgəl, 2000-ci illərin ortalarındakı iqtisadi və sosial böhran Şərqi Avropa dövlətlərində sağçı mühafizəkar tendensiyaları gücləndirdi, ksenofobiya kəllə-çarxa vurdu.

Erkin Qədirlinin sahəsinə girmək istəməzdim, amma Qərbi və Şərqi Avropadakı sağçılıq mənim fikrimcə, çox fərqlənir. Çıxış nöqtələri başqa-başqadır. Məsələn, Şərqi Avropa hələ alternativ sağ kimi təzə dəblə tanış olmayıb, ora gəlib çatmağa hələ zaman lazımdır. Lakin, daha çox ABŞ-da populyar olan həmin bu qeyri-müəyyən, abstrakt (mənə görə) alternativ sağ orada öz çiçəklənmə dövrünü yaşayır. Ona görə də, onun məğlubiyyətindən danışmaq hələ tezdir.

Odur ki, qərb sağçılarının məğlub olması fikri ilə razı deyiləm, əksinə, onlar hələ yolun başındadır. Ciddi, strateji səhvlər buraxan və sağçılara yol açanlar isə sol-liberallardır. Bu da ayrı söhbətin mövzusudur.

Populizm sizcə nədir və cəmiyyətdə hansı problemlərə yol açır?

Hamı populizmdən mənfi tonlarda danışır, amma populizmə məruz qalmayan yoxdur. Populizmlə bağlı paradoks da budur – siz heç vaxt “filankəs əjdaha populistdir, mənə ləzzət edir, ona qulaq asıb coşuram, mənə güclü təsiri var, öl desə, ölərəm, qal desə, qalaram” deyən adam görməzsiniz. Populistlər kütlələri arxalarıyca sürükləyir, amma o sürünün içindəki hər kəsi dindir, populizmi və populistləri axırıncı sözlərlə söyəcək, hələ bir, gözlərini də süzüb deyəcək ki, “ah, insanlar necə də axmaqdır, populistlərə uyurlar…”

Mən bu haqda xeyli düşünmüş adamam və gəldiyim qənaət odur ki, populizm məzmundan çox, bir tərzdir. Məsələn, populist tərzdə ciddi, taleyüklü məsələləri dilə gətirəndə, məzmun formaya qurban verilməlidirmi? Şübhə edirəm. Populizm bir tərz, forma kimi intellektual snobizmdən əziyyət çəkən insanlarda qıcıq, gülüş, istehza doğurur, çoxluğun isə bu tərzlə bir qram da problemi yoxdur. Çoxluq da bizə hökm etdiyinə görə populistlərin hər zaman çörəyi olacaq, intellektual snoblar isə qalacaq yana-yana. Burada yadıma Əli Novruzov və onun Tural Abbaslı ilə münasibəti düşür – Əli Novruzov Tural haqda, Ağ partiya haqda danışanda, yazanda əslində onu tənqid edən sürünün üzünə bu gerçəkliyi çırpır – “bu tərz, bu forma üçün mən, intellektual snob yox, siz sino gedirsiniz, ona görə də, çox gözünüzə-başınıza yaxmayın”. Biz burada intellektual snobun kütlə ilə qəhrəman arasında epataj körpüsü saldığını və kütlə ilə məzələndiyini görürük. Hər bir intellektual snobun incə gedişlər eləmək, məzələnmək haqqı var. Kütlədən kimsə bunu instinktiv duyanda qəzəblənir, intellektual snoba acığı tutur “Aha! Sən bizimlə məzələnirsən! Mən bunu anladım!” Tamam, anladın, lap yaxşı, amma yerində bir dəyişiklik olmadı – sən orada, Tural Abbaslının yanında qalmağa davam edirsən, Əli Novruzov zirvəsinə yüksəlmirsən.

Bu gün, dünyada daha çox və haqlı olaraq sağın sinonimi kimi (sağın şüarlarını populist tərzdə qışqırmaq daha asandır) qəbul olunan populizmin uğuru ondadır ki, problemlər doğrudan çoxdur və onlardan çıxış yolu kimi özünə, köklərinə qayıdışın, qapanmanın, qovmanın, məhdudlaşdırmanın deklare edilməsi adamların ürəyinə yağ kimi yayılır. Populizm qorxularımıza, narahatlığımıza qarşı anesteziyadır. Məncə təhlükəli tərəfi də bundadır – populist təhrif olunmuş reallıq yaradır və bu reallıqda yaşadır.

Trolluq, mem və ciddiyyət anlayışı nə qədər uzlaşır? Ciddiyyətin olduğu yerdə trolluq yer ala bilərmi?

Əsrin çağırışları qarşısında təslim olmaq, ya da interneti qadağan etmək yox, onları anlamaq və uyğunlaşmaq/cavablar tapmaq lazımdır. Trolluq da bizim əsrin reallığıdır. Anonimlik insanı daha pis, daha əxlaqsız eləmədi, insan həmin insandır. İnsan anonim qalacağını, onu heç kimin görməyəcəyini biləndə arxayınlaşır, özü olur. Əvvəllər internet yox idi, amma anonim donoslar yazılırdı. İnternet sadəcə hər kəsə, bütün bəşəriyyətə imkan verdi ki, 100% özü olsun. Buna baxmayaraq, mənim şəxsi müşahidələrim, hissiyyatım onu deməyə əsas verir ki, hər şey düşündüyümüz qədər pis də deyil, yəni, anonim trolların sayı (“bütün anonimlər troldur” demək istəmirəm), kimliyini gizlətmədən virtualda var olanlardan çox deyil. Ciddiliklə trolluq isə əlbəttə uzlaşmır, ən azından, ona görə ki, bir trolla kimliyi açıq şəxsin virtualda dialoqu bəri başdan fiaskodur, çünki ortada bir ədalətsizlik var – sən faktiki olaraq heç kimsən, “1” və “0”ın rəqəmsal kombinasiyasısan; məsuliyyətin, cavabdehliyin mənimki qədər deyil, yaxud heç yoxdur, belə olan halda, səninlə nə haqda danışım və səni niyə ciddiyə alım?

Qadın düşmənliyi ilə sağın birləşməsi sağçılığın imicinə necə zərbə vura bilər? Və bunun qarşısını almaq mümkündürmü?

Qadın düşmənliyi deyilən hansısa mütəşəkkil bir hərəkatın, düşüncənin varlığından şübhə edirəm. Bir cinsə qarşı kollektiv düşmənlik necə ola bilər? Sağın ritorikasında qadın düşmənliyi yoxdur, əksinə, bəyan edilən odur ki, qadına ən yüksək dəyəri veririk, ona cəmiyyətdə ən ali mövqeni ayırırıq, qadın baş tacıdır, ailə ocağının qoruyucusudur, anadır, həyat yoldaşıdır və s. Sağ bunları deklare edir, bunu qadın düşmənliyi kimi görmək isə solçuların, feministlərin, liberalların interpretasiyasıdır.

Mən ümumiyyətlə insanları, kobud desək, iki hissəyə ayırmağın tərəfdarıyam – mühafizəkarlar və hoqqa çıxaranlar. Axırıncılar təbiət etibarilə dingil adamlardır, həmişə nəsə çatmır onlara, nəsə batır, dinc qala bilmirlər, qarşıdurma axtarırlar. Buna kosmos və xaos da deyə bilərik. Heydər Camal isə bunu penislə vaginanın qarşıdurması adlandırır. Pop-kültür dominantdır, Cem Yılmazı da hər kəs tanıyır deyə, onun frazasını xatırladım: “Hadi küveti sütle dolduralım, götümüze buzlu badem sokalım“. Hoqqa çıxarmaq arzusunda olanları bundan gözəl təsvir edən cümlə az tapılar.

Hoqqa çıxarmaq istəyənlərin belə bir dəstəvuzu da var ki,“ biz inkişafa təkan veririk, inkişaf adına nə varsa, bizim sayəmizdədir. Mühafizəkarlara qalsaydı, indi yerimizdə sayırdıq“. Halbuki, tarix boyunca inkişaf tamamilə insanın öz həyatını, məişətini asanlaşdırmaq arzusundan irəli gəlib. Burada isə nə mühafizəkar, nə liberal?

Sağ mədəni müstəvidə hansı fəaliyyətlərə daha çox üstünlük verməlidir?

Sağa mədəni müstəvi üçün məsləhət verə biləcək son adamam, üstəlik buna ehtiyac yoxdur – sağın missiyası açıq-aydın ortadadır: ənənəni qorumaq və inkişaf etdirmək. Bu işin də zirvəsi konservativ inqilabdır. İnqilab deyəndə əlbəttə ki, barrikadalar, zirzəmidə çap edilən vərəqələri nəzərdə tutmuram. Həm də axı, sağın özü də zamanla, son dövrlər isə inanılmaz intensivliklə özündə korrektələrə gedir, çağla uyğunlaşmağa, çağırışlara cavablar tapmağa çalışır. Mühafizəkar ideologiyaların ən zəif yeridir bu – çağa uyğunlaşmaq. Cavablar tapılmayanda, uyğunlaşmada çətinliklər yarananda çağırışlara göz yumulur, onların inkar edilməsi yoluna gedilir. Bu isə ölümcüldür. Sağa həm də o kömək edir ki, sol-liberalların təklif etdiklərindən artıq doyulub. İnsanlar sual edir: “Hə, yaxşı, ağzımızı açdıq, gözümüzü yumduq, məmələr baş qaldırdı, üryanlıq apogeyinə çatdı, hər şeyə tüpürüldü, buzlu bademi də soxduq, bəs sonra?»

Biz indi hamımız, bir yerdə, həmin sonranın cavabını axtarırıq. Mənə elə gəlir ki, sizin kimi gənclər Cəmil Meriçin külliyatının azərbaycancaya tərcümə edilməsinə təşəbbüs göstərməlidir. Sol-radikallar, liberallar Azərbaycanda heç vaxt sosial baza tapmayacaqlar. Fərdi müstəvidə hər kəs hər şey ola bilər, amma ümum Azərbaycan üçün mühafizəkarlıq və milli inkişaf modelindən başqa işlək nəsə tapmaq mümkün olmayacaq. Bu işlərlə hazırda, yəni mənim gördüyüm qədərilə, iki azərbaycanlı məşğul olur – Müşfiq Şükürov və Ağalar Qut. Mən fəlsəfədən uzaq adamam, özüm üçün təfəkkür, empirika səviyyəsində nələrsə tapmışam, nələrəsə çatmışam, amma bunlar mənim şəxsi həyəcanımdır, paylaşmaq üçün deyil.

Sizcə, milli estetikanı necə formalaşdırmaq olar və bu sferada aktivliyin az olması fikri ilə razısınızmı?

Gileylənmək bizə xasdır, milli depressiyamız da budur – adam olan deyilik, aktivliyimiz azdır. Nəyimiz, harada azdır? Yoxsa bütün ölkə arthaus filmlər çəkir, musiqiçilərimiz Bulez, Crumb yolu gedir, ədəbiyyatımız, təsviri incəsənətimiz andeqraunda meyl edir, ona görə də həyəcan təbili çalmaq vaxtıdır? Elə deyil axı. Aktivlik bizdə xirtdəyə qədərdir, amma keyfiyyət yoxdur. Yaxud çox aşağıdır.

Milli estetikanı necə formalaşdırmaqdan yox, onu daha gözəgəlimli, alımlı etmək, dünyaya çıxarmaq haqda danışırsınız. Çünki bizim milli estetikamız artıq formalaşıb. İncəsənətdə milli aspektlərin, çalarların təzahüründən danışırıqsa, bizdə bu, artıqlaması ilə var. Kimsə bunu çox usta, çox kral edib – Üzeyir bəy, Səttar Bəhlulzadə kimi, kimlərsə də çox köntöy. Amma ediblər. Bir də, axı gəlin, razılaşaq ki, onun qədəri, dərəcəsi olduqca mübahisəli, relevant məsələdir. İncəsənəti nə qədər doldurmaq lazımdır milli aspektlərlə? Məsələn, bu işin zirvəsi yaponlardır. Onlar qədərmi dolduraq? İndi Rusiya ilə müharibə dalğasında olan ukraynalılar vışivankalarını əllərində bayraq ediblər, hər yerdə gəzdirirlər. Biz də milli geyimimizə keçək? Məncə ehtiyac yoxdur. Milli paltar elə rəqslərdə, folklorda qalsa, yaxşıdır.

Məni həmişə narahat edən şey – cövhərimizin olmamasıdır. Rusca “izyuminka”. Gürcüdə var, bizdə isə yoxdur. Cövhər, naxış isə süni yaranmır, özlüyündən peyda olmur. Gürcünü ona görə dedim ki, qonşudur, lap yaxınımızdadır. Onun kodlarını, ən azından postsovet məkanında dərhal tuturlar, bəs bizim kodumuzu niyə tanımırlar?

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör