Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Həm də “Yuxu mələkləri” haqqında

Seymur Baycan Seymur Baycan
., Kültür
08 Avqust 2021
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
Huge crowd in Azerbaijan does hilarious flash mob to dance pop hits
Paylaş

“Qanun” nəşriyyatında nəşr olunan “Yuxu mələkləri” kitabının arxa qapağındakı mətni oxuyaq: “Azərbaycan ədəbi dairələrində bəzən türkiyəli həmkarlarımızın hekayə janrında elə bir uğur qazana bilmədikləri haqda fikirlər dolaşır. Bu, Türkiyə ədəbiyyatına, xüsusən hekayə janrında yazılan əsərlərə bələd olmamaqdan irəli gəlir və bu mənada sizə təqdim olunan modern hekayələr kitabı dedikərimə nümunədir.

Hekayələr toplusunda zaman və məkan ölçüləri gözlənilmədən, müxtəlif dövrlərdə reallıqda baş verənlər altşüurda əks olunaraq hüdudsuz yazıçı təxəyyülünün süzgəcindən keçir və modern yazı tərziylə oxuculara çatdırılır”.

Bextiyar_Aslan_qapaq_Esas___Bu ifrat pafoslu və çox iddialı mətnin üstündə bir adam şəkili var. Şəkildə saçları ağarmış bir kişi yumruğunu çənəsinə, yaxud çənəsini yumuruğuna dirəmiş vəziyyətdə dayanıb. İlk baxışdan ciddi, ağıllı, mərifətli, qanacaqlı adama oxşayır. Amma yazdığı hekayələr… Yazdığı hekayələr sadəçə rüsvayçılıq və biabırçılıqdır. Bir yeniyetmə o cür rüsvayçı və biabırçı hekayələri kitab halında oxucuların ixtiyarına buraxmağı şəninə sığışdırmazdı. Oxucular gərək məni bağışlasın, “Yuxu mələkləri” kitabındakı hekayələrin səviyyəsizliyini burada geniş ifadə etməkdə çətinlik çəkirəm. Açığı buna heç o qədər ehtiyac da yoxdur. Bir insanın hekayələri səviyyəsizdirsə, həmin hekayələrə səviyyəsiz adı qoymaq bəs edir. Dastan açmaq, ucundan tutub, ucuzluğa getmək, əlavə vaxt və enerji itkisidir.

Müğənnilər demişkən, yaxından tanıyanlar çox hövsələli oxucu olduğumu bilirlər. Hətta ən bayağı mətndən də zövq almağı, hətta ən bayağı mətndən də nələrsə öyrənməyi bacarıram. Bəxtiyar Aslanın “Yuxu mələkləri” kitabı mənim kimi hövsələli oxucunu qırxıncı səhifəyə çatmamış hövsələdən çıxartmağa nail oldu. Müəllifi təbrik edirəm, bu, çox böyük uğurdur.

***

Türkiyənin ictimai-siyasi-mədəni həyatında uğur qazanmaqda çətinlik, əziyyət çəkən adamlar azərbaycanlılara sadəcə “bəyənmə düyməsi” kimi baxırlar. Natamamlıq kompleksinin altında şiddətlə əzilən azərbaycanlılar onlara “bəyənmə düyməsi” kimi baxan, Türkiyənin ictimai-siyasi-mədəni həyatında uğur qazanmaqda əziyyət çəkən adamlara şövqlə, məhəbbətlə qucaq açırlar. Elə zənn edirlər ki, doğrudan da bunlarla maraqlanan adamlar var. Məsələn, azdan-çoxdan populyarlıq qazanmaq istəyən bir türk blogeri Azərbaycan mətbəxi, Azərbaycan musiqisi, nə bilim Azərbaycan qoyunları və keçiləri haqqında bir video çəkir. Natamamlıq kompleksinin altında şiddətlə əzilən azərbaycanlılar qarışqa qəndə darışan kimi tez bu videonun üstünə darışırlar. Səydəş-səydəş, səviyyəsiz-səviyyəsiz şərhlər yazmağa başlayırlar. Ta bilmirlər ki, videonu çəkən adama Azərbaycan musiqisi, Azərbaycan mətbəxi, Azərbaycan qoyun və keçiləri əsla maraqlı deyil. Ona azərbaycanlılar bir “bəyənmə düyməsi” kimi lazımdır və yerdə qalan məsələlər onun üçün sadəcə lüzümsuz təfərrüatdır.

l787
Bəxtiyar Aslan. Yumruğunu çənəsinə, yaxud çənəsini yumuruğuna dirəmiş vəziyyətdə.

Beş-altı dost tanış var. Harda qarşılarına adam əsəbləşdirən axmaq müsahibə, yazı, video çıxsa mənə göndərirlər, münasibət bildirməyimi tələb edirlər. Zəif damarımı tutublar. Nəyə əsəbləşə biləcəyimi dəqiq bilirlər. Bu dostlardan biri mənə dəhşətli bir video göndərmişdi. İki əyriayaq türk qızı (bloger imişlər) “Torqovı”da gəzirdilər. Bir dəstə azərbaycanlı gənc türkcə danışa-danışa bu bloger qızların arxasınca düşmüşdülər. Qızlar da onlarla mırt tuturdular. İnsan adlanan bir canlının çox yox, bir az özünə hörmət hissi olmalıdır. Lap qədimlərdən məlumdur ki, özünə hörmət etməyən adama, özünə hörmət etməyən camaata başqaları dünəndən hörmət etmirlər. O bədnam kadrlara baxdıqdan sonra bir suala cavab tapmaq istəyirdim. Görəsən bundan əvvəlki həyatımda hansı qəddar cinayəti törətmişəm, görəsən bundan əvvəlki həyatımda hansı bağışlanılmaz günahın sahibi olmuşam ki, mənə belə dəhşətli bir cəza, – bu adamlarla eyni dildə danışmaq, bu adamların dilində yazı yazmaq, bu adamlarla eyni ölkədə doğulmaq cəzası verilib?

***

“Yuxu mələkləri” kitabının müəllifi Bəxtiyar Aslan haqqında yüngülvarı araşdırma apardım. Afərin, fərasətli adamdır. Sabir Rüstəmxanl haqqında kitab, Rəşad Məcidin olduqca mənasız “Qələmsiz yazılanlar” kitabı haqqında məqalə yazıb. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Bəxtiyar Aslanın “Üç əqrəb zamanı” kitabının təqdimat mərasimi keçirilib. İnstitutun əməkdaşları çıxışlar edərək kitab haqqında fikirlər söyləyiblər. Bu mərasimdən hazırlanan xəbər və yazılar ölkənin müxtəlif qəzetərində dərc olunub. Vəssalam, Türkiyənin ictimai-siyasi-mədəni həyatında uğur qazanmaqda əziyyət çəkən bir adama, bir yazıçıya bundan artıq nə lazımdır?  

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör