Miqren ən çox görülən baş ağrısı xəstəliklərindən biridir. Beynəlxalq Baş Ağrısı Cəmiyyəti (IHS) miqreni auralı və aurasız olmaqla fərqləndirir. Auralı miqrenin əsas xüsusiyyəti, baş ağrısından əvvəl və yaxud bəzən ağrı ilə birlikdə müşayiət olunan fokal nevroloji simptomlardır.
Elmmetriklik – tədqiqat nəşrlərinin statistik və kəmiyyət təhlili üçün istifadə olunan üsuldur. Xüsusi mövzularda ədəbiyyatın, mənbələrin və fərdi tədqiqat nəticələrinin təsirini ölçdüyündən, elmmetriklik tədqiqat təmayüllərinin qiymətləndirilməsi üçün ideal metodoloji alət hesab olunur.
Son illərdə miqren dünyanın dörd bir yanında fəaliyyət göstərən alimlər tərəfindən geniş araşdırılmışdır. APM nəşri miqrenlə əlaqəli məqalə və icmalları toplamaq üçün Web of Science (WoS) verilənlər bazasından istifadə edərək, özünün elmmetrik təhlilində Vosviewer, CiteSpace və Exceldən faydalanmışdır.
Beləliklə, mövzu ilə bağlı son 10 ildə cəmi 6357 nəşr (5203 məqalə və 1.154 icmal) müəyyən edilmişdir. Ümumilikdə, 5.197 təşkilat miqrenin tədqiqatı üzrə nəşrlərə töhfə verib. İlk 10 qurum arasında altısı ABŞ-da, dördü Avropa ölkələrindədir. Albert Einstein Tibb Kolleci birinci (n = 220,% 3.46), Kopenhagen Universiteti ikinci (n = 208,% 3.27), Harvard Universiteti üçüncü (n = 167,% 2.63), Mayo Klinikası dördüncü (n = 159, 2.50%) ) və Leiden Universiteti beşinci yerdə (n = 157,% 2.47) qərarlaşıblar.
Miqren tədqiqatlarında ümumilikdə 19.370 müəllif iştirak etmişdir. Aşağıdakı cədvəldə ən məhsuldar 10 müəllif yer alıb. Ən çox məqalə Lipton RB tərəfindən yazılıb (n = 159,% 2.50), ardından Goadsby PJ gəlir (n = 129, 2.03%), üçüncü yerdə azərbaycanlı alim Məsud Aşinadır (n = 103, 1.62%), dördüncü yeri Buse DC tutub (n = 89, 1.40%), beşinci yerdə Ferrari MD qərarlaşıb (n = 86,% 1.35).








