Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Mina Problemi ilə bağlı Ermənistana Çağırış

Şəhla Cəlilzadə Şəhla Cəlilzadə
., Vətən müharibəsi
08 İyun 2021
Oxuma vaxtı:9 dəqiqəyə oxunur
5fbc1a3b2030276d632d3f28
Paylaş

Mina (həm piyada, həm də tank əleyhinə) bütün digər silahlarla müqayisədə ən uzunmüddətli təsirə malik silahlardan hesab edilə bilər. Belə ki, hətta müharibə bitdikdən 50 il sonra torpaq altında basdırılan minaların aktiv qaldığı və illər sonra təsadüfi üstünə basma nəticəsində partlayaraq insan tələfatına səbəb olduğu bilinməkdədir. UNICEF-in məlumatına görə 1975-ci ildən bəri dünyada 1 milyondan çox insan minaya düşərək həlak olmuş, hazırda da hər ay 800 nəfərin minaya düşmə nəticəsində həyatını itirdiyi təsbit edilmişdir. Bu, bir saatda təxmini bir nəfərin minaya düşmə nəticəsində ölməsi deməkdir.

Bu gün dünyanın 64 ölkəsi mina təhlükəsi ilə üz-üzə olsa da, bu problemin birdəfəlik həlli yaxın gələcəkdə mümkün görünmür. Dünyanın ən çox minalanmış əraziləri olaraq Əfqanıstan, Anqola və Kamboca göstərilə bilər. Əfqanıstanda təxminən 10-15 milyon minanın torpağa basdırıldığı təxmin edilməkdədir. Bu minalardan ən çox əziyyət çəkən də məhz mülki əhalidir. Belə ki, münaqişə bitdikdən sonra geri qayıdaraq bölgədə məskunlaşan insanlar, meşədə oynayan, öz tarlasında əkin-biçin işləri ilə məşğul olan fermerlər, mal-qarasını otaran çobanlar və s. heç gözləmədiyi anda təsadüfən, on illər əvvəl basdırılmış minaya ayaq basaraq həyata vida etməli olurlar. Məsələn, bu yaxınlarda (2021-ci ilin mart ayında) Xorvatiyada 1992-1995-ci illərdə yaşanan Balkan müharibəsinin (Serbiya-Xorvatiya-Bosniya və Herseqovinanı əhatə edən müharibə) 30 illik qalığı olan minaya düşərək həyatını itirən miqrantlar barədə xəbər[1] medianı bu məsələyə diqqət ayırmağa sövq etmişdir. Bu gün Bosniya və Herseqovina Avropanın ən çox minalanmış torpaqlarından hesab edilir. Rəsmi məlumatlara görə təxminən 220 min ədəd mina (əksəriyyəti piyada əleyhinə) hələ də bu ölkənin torpaqlarında qalmaqda davam edir və 1995-ci ildən bəri bu minalarda 200 nəfər həyatını itirib. Hətta münaqişədən illər sonra qaçqın və məcburi köçkünlərin geri qayıtmasını əngəlləmək üçün yeni basdırılan minalar da var. İnsanların həyatını itirməsi ilə yanaşı torpaqların minalı olması burda müharibə sonrası repatriasiya, yenidənqurma və inşa işlərini ləngidərək bölgədə iqtisadi aktivliyin azalmasına, iqtisadiyyat, turizm vs. sahələrdə inkişafın aşağı səviyyədə olmasına gətirib çıxarır.[2]

Bildschirmfoto 2021-06-08 um 06.47.23

Landmine Monitor tərəfindən təqdim olunan bu şəkildə[3] 2019-cu il üçün dünyanın mina xəritəsi göstərilmişdir. Şəkildən göründüyü kimi Azərbaycan da minalanmış ərazilər sırasında yer almış, lakin il ərzində 1-9 (yəni az sayda) minaya düşmə hadisəsi yaşandığı üçün Azərbaycan 1-ci qrupda (ağ-qırmızı xətlə işarəli) göstərilmişdir. Ən çox (500 və daha çox sayda) minaya düşmə hadisələrinin yaşandığı ərazilər isə tünd zoğalı rənglə işarə olunmuşdur.

Dünyada ən çox mina basdırılan ərazilərdən biri Azərbaycanın işğal altında olmuş torpaqlarıdır. Uzun illər boyu erməni işğalı altında qalan Azərbaycan torpaqları – Dağlıq Qarabağ və ətrafındakı 7 rayon dünyanın ən gözəl guşələrindən olduğu kimi, ən təhlükəli ərazilərindən də hesab edilə bilər. Belə ki, Ermənistan-Azərbaycan arasında yaşanan I və II Dağlıq Qarabağ müharibələri nəticəsində son 30 ildə burada torpağa ağacdan çox mina basdırılıb. BMT və ABŞ-ın ilkin təqribi hesablamalarına görə Dağlıq Qarabağ “Respublikası”nda, yəni Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və 7 ətraf rayonunun ərazisində ümumilikdə 100 min mina basdırılmışdır.[4] Landmine Monitorun 2020 hesabatına görə Azərbaycan nəzarətində olan minalanmış ərazilərin ümumi sahəsi 9,44 km2, Dağlıq Qarabağ “Respublika”sının nəzarətindəki, yəni Azərbaycanın işğal altındakı torpaqlarındakı minalanmış ərazilərin sahəsi isə 9 km2 olaraq qeyd edilmişdir.[5]–[6] Bunlar rəsmi rəqəmlərdir. Bununla yanaşı həmin təşkilatın qeyd etdiyinə görə, Dağlıq Qarabağda minalanmış ərazilərin ümumi sahəsinin 350-830 km2 arasında dəyişə biləcəyi ehtimal edilir.[7]

Lakin bu rəqəmlərin (rəsmi və qeyri-rəsmi) II Dağlıq Qarabağ müharibəsi gedişində dəyişilə biləcəyi də bildirilmişdir. Müharibə həm işğal altındakı torpaqlara, həm də minalanmış ərazilərə dair mövcud vəziyyəti həqiqətən də dəyişdi. Ermənilər təbii ki, özləri basdırdıqları minaların yerini bildikləri üçün 30 ildir Dağlıq Qarabağda və ətraf rayonlarda rahat yaşaya bilmiş, həmçinin bəlli ərazilərin minalardan təmizlənməsi işində ermənilərə bir sıra təşkilatlar, o cümlədən Halo Trust beynəlxalq QHT-si (bu təşkilat “DQR”-də torpaqların minalardan təmizlənməsi fəaliyyəti göstərməklə yanaşı, kəşfiyyat xarakterli minalanmış ərazilərin xəritəsini də hazırlamaqla məşğul olmuşdur[8]) yardım etmişdir. Lakin 27 sentyabr-9 noyabr 2020 tarixlərindəki II Dağlıq Qarabağ müharibəsindən sonra Azərbaycan 30 ildir işğal altında olan torpaqlarını (7 rayonu və Dağlıq Qarabağın bir hissəsini) azad edərək geri qaytarmağı bacarmışdır. Bununla belə işğaldan azad edilən bölgələrə insanların qayıtması çox çətin bir prosesə çevrilmişdir. Bu gün Azərbaycanda 1 milyona yaxın qaçqın və məcburi köçkün və onların nəsillərinin davamçıları yaşayır. Dövlət orqanları tərəfindən edilən rəsmi xəbərdarlıqlara baxmayaraq illərin həsrətinin bitdiyini sanaraq keçmiş yurd-yuvasına qayıtmaq istəyən bir çox dinc sakin işğaldan azad olunmuş bölgələrə gedərək, bu bölgələrdə indiki və əvvəlki müharibə dövründə basdırılmış minalara düşüb həyatını itirir.

Lakin minaya düşmə aqibətini rəsmi/icazəli səfər çərçivəsində bölgəyə səfər edənlər də yaşamaqdadır. Məsələn, ən son 4 iyun 2021 tarixində 2 jurnalistin (Sirac Abışov və Məhərrəm İbrahimov) minaya düşərək həlak olması buna misal olaraq göstərilə bilər. Ümumilikdə I Dağlıq Qarabağ Müharibəsinin başa çatmasından sonra Azərbaycanda 600 nəfər mülki şəxs minaya düşərək həlak olub, 2400 nəfərdən çox insan isə yaralanıb. II Dağlıq Qarabağ Müharibəsinin üçtərəfli atəşkəs bəyanatı ilə başa çatdığı 10 noyabr 2020 tarixindən günümüzədək isə sülhməramlılar, hərbçilər və dinc sakinlər daxil olmaqla ümumilikdə 140 nəfərdən çox şəxs ermənilərin quraşdırdığı minalara düşmüş, 27 azərbaycanlı (7 hərbçi və 20 dinc sakin) həyatını itirmiş, 115 azərbaycanlı (86 hərbçi və 29 dinc sakin) isə yaralanmışdır.[9]

BMT-nin Qaçqın və Məcburi Köçkünlər üzrə keçmiş Ali Komissarı Sadako Ogata 6 iyul 1995 tarixli Minaların Təmizlənməsi ilə bağlı Beynəlxalq Görüşdəki çıxışında, “Minaların istehsalı hər nə qədər hüquqi cəhətdən qadağan olmasa da, minaların basdırılması nəticəsində günahsız insanların həyatını itirməsi bütün insanlığa qarşı edilmiş cinayətdir. Minaları istehsal edənlər, onu satan və ixrac edənlər onu istifadə edənlər qədər bu cinayətdə birbaşa və ağır məsuliyyət daşıyırlar və bu məsuliyyət beynəlxalq ictimaiyyətin hər bir üzvü tərəfindən tanınmalı və qınanmalıdır …” deyə qeyd etmişdir.[10] Həqiqətən də minaların basdırılması sadəcə cəmiyyət qarşısında törədilmiş cinayət deyil, həm də gələcək nəsillər qarşısında törədilmiş bir cinayətdir.

25-27 may 2021 tarixlərində torpaqların minalardan təmizlənməsi məsələsi ilə bağlı 24-cü beynəlxalq görüş baş tutmuşdur. Bu görüşdə minaların təmizlənməsində yeni yanaşmalar, xüsusilə yüksək texnologiyalar və data/məlumat paylaşımının yüksək rolu vurğulanmışdır.[11] Ümumiyyətlə torpaqların minalardan təmizlənməsi olduqca çətin və vaxt aparan bir prosesdir. Bu, çox yavaş və bahalı proses olsa da, mümkünsüz də deyil. Məsələn, Mozambikin minalardan təmizlənməsi 22 il vaxt aparmışsa da, 2015-ci ildə proses tamamən başa çatmış və ölkə minalardan azad elan olunmuşdur. 2020-ci ildə Çili (21 illik çalışmalardan sonra)[12] və Birləşmiş Krallıq (40 illik çalışmalardan sonra)[13] minalardan tamamilə azad olduqlarını elan etmişlər. Xüsusilə, tam sülh əldə olunmamış torpaqların minalardan təmizlənməyə başlanması prosesi ləngidə bilər. Belə ki, diversiya fəaliyyətləri nəticəsində torpağa yeni minalar basıdırıla və minaaxtaranların işi uzana vəya yeni ölüm halları yaşana bilər. Odur ki, torpaqların minalardan təmizlənməsi üçün həm sülh bərqərar olmalı, həm də tərəflərin qarşılıqlı məsuliyyəti dərk edərək bu işdə məlumat mübadiləsi vasitəsilə bərabər çalışması təmin olunmalıdır.[14]–[15]

Azərbaycan tərəfi II Dağlıq Qarabağ müharibəsinin başa çatmasından sonra dəfələrlə Ermənistana sülh çağırışları etmiş, konstruktiv qarşılıqlı münasibətlərin bərpasına dəvət etmişdir. Təəssüf ki, Ermənistan tərəfi hələ də revanş arzusu ilə yaşayır, bölgədə daimi sülhün təmini üçün ilk addım ola biləcək mina xəritələrini təqdim etmir. Az və ya çox zaman və məbləğ xərclənəcəyindən asılı olmayaraq, əvvəl-axır Azərbaycan öz torpaqlarını işğaldan azad etdiyi kimi, minalardan da azad edəcəkdir. Lakin bu prosesdə Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməklə verə biləcəyi töhfəsi onun özü üçün də, Azərbaycan-Ermənistan münasibətlərinin bərpası üçün də faydalı olacaqdır. Bölgənin minalardan təmizlənməsi məcburi köçkünlərin öz yurd-yuvalarına daha tez qayıtması, regionun iqtisadi olaraq daha tez canlanması, Azərbaycan-Ermənistan münasibətlərinin inkişafı, həmçinin bütün Cənubi Qafqaz regionu üçün yeni iqtisadi və siyasi əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxara bilər. Odur ki, Ermənistanı revanşa deyil sülhə köklənməyə, destruktiv deyil konstruktiv mövqe tutmağa, özləri də daxil olmaqla bütün regionun inkişafını ləngitməməyə çağırırıq.

[1] https://www.infomigrants.net/en/post/30714/migrant-killed-by-balkans-war-landmine-in-croatia

[2] Alida Vracic və Suzana Srnic Vukovic, (2010), Landmines and Land Rights in Bosnia and Herzegovina, Geneva International Centre for Humanitarian Demining, Switzerland, s. 5.

[3] https://reliefweb.int/map/world/landmine-explosive-remnants-war-erw-and-cluster-submunition-casualties-2019

[4] Wikipedians, (), Countries that aren`t countries: unrecognized lands, s. 29

[5] http://www.the-monitor.org/en-gb/reports/2020/azerbaijan/impact.aspx

[6] http://www.the-monitor.org/en-gb/reports/2020/nagorno-karabakh/impact.aspx

[7] https://www.bbc.com/azeri/azerbaijan-57361973

[8] Krılov Aleksandr, (2006), Naqornıy Karabax v geopolitiçeskom kontekste XXI veka, Akademiya qumanitarnıx issledonaniy, Moskva, s. 58

[9] https://apa.az/az/xeber/sosial-xeberler/edliyye-naziri-kelbecerde-minaya-duserek-helak-olanlarla-bagli-beynelxalq-teskilatlara-muracietler-unvanlayib-646567

[10] https://www.unhcr.org/uk/admin/hcspeeches/3ae68fc610/statement-mrs-sadako-ogata-united-nations-high-commissioner-refugees-international.html

[11] https://www.mineaction.org/en/24th-international-meeting-of-mine-action-national-directors-and-united-nations-advisers

[12] https://reliefweb.int/report/chile/chile-ends-mine-clearance-operations-americas-step-closer-becoming-mine-free-region

[13] https://www.bbc.co.uk/news/uk-wales-54894171

[14] https://www.unicef.org/sowc96/9ldmines.htm

[15] https://www.bbc.com/russian/vert-fut-39492388

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör