bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Akıllı telefon kullanıcıları Bettilt ile daha hızlı işlem yapabiliyor.

Casino tutkunları için özel oyun odaları sunan Bahsegel eğlenceyi garanti ediyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

[vc_row vc_row_background=""][vc_column width="1/2"]

Çip qıtlığı: Texnologiya əsrinin nefti

Vüsal Quliyev Vüsal Quliyev
., Elm
09 Aprel 2021
[/vc_column][vc_column width="1/2"]
Bildschirmfoto 2021 04 09 um 13.16.11
[/vc_column][/vc_row][vc_row][vc_column]
Paylaş

Elon Muskın insan beyninə mikroçip yerləşdirilməsi ilə bağlı açıqlamaları və vaksinasiya ilə birgə hər birimizə çip taxılacağı kimi konspiroloji nəzəriyyələr ilə tez-tez gündəmə gələn bu kiçik komponent, ABŞ – Çin ticarət müharibəsinin əsas mübarizə predmetlərindən biri olan müasir texnologiya – süni intellekt, robotlaşma və informasiya-kommunikasiya texnologiyaları sahəsinin mühərriki hesab edilir.

Dünyamız hazırda çip üstündə qurulub desək mübaliğə etmiş olmarıq. Robotlaşdırılmış nəhəng sənayenin daxilində avtomobildən tutmuş, məişət texnikasına, mobil telefonlara, komputer, oyun konsulları, kosmik gəmi, peyk və raket texnologiyasına qədər bir çox mühəndislik sahəsinin onurğa sütününü təşkil edən sözügedən mikrosxem, dördüncü sənaye inqilabına gedən yolun bünövrəsini təşkil edəcək.

Bildschirmfoto 2021-04-09 um 13.15.24Ətrafımızda gördüyümüz hər bir elektriklə çalışan cihazın güc mənbəyi olan yarımkeçirici çiplərin, illik istehsal həcmi 1 trilyon ədədə yaxındır və bu da dünyadakı hər bir insan üçün 128 ədəd çip deməkdir. Pandemiyanın ilk aylarında istehlak bazarının kiçilməsi və qlobal təchizat zəncirinin pozulması çipə olan tələbatı azaltsa da, sonrakı aylarda bir tərəfdə Şərqi Asiya dövlətlərinin ölkədaxili karantin qaydalarını yumşaltması, xüsusən Çində iqtisadi aktivliyin yenidən artması, digər tərəfdə bir çox ölkədə yoluxmanın qarşısını almaqdan ötrü məsafədən iş və tədris rejiminə keçid komputer, smartfon, oyun konsulları və s. elektronik cihaza tələbatı artırmışdır ki, bu da öz növbəsində qlobal çip bazarının yenidən canlanmasına, hətta sonda qıtlığın yaranmasına səbəb olmuşdur. Qeyd edək ki, ötən il 439 milyard $ həcmində yarımkeçirici çip satışı həyata keçirilib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 6.5%-lik artım deməkdir.

Yaranmış kritik vəziyyətin ilk qurbanı maşınqayırma sənayesi olub. Beləki, çip tədarükündə yaranan qıtlıq, VW, Nissan, Mercedes, Honda, Volvo və Ford kimi avtomobil sənayesinin nəhəng korporasiyalarını, istehsalı ləngitməyə və ya tamamilə dayandırmağa vadar edib. Çipdən olduqca asılı vəziyyətə gəlmiş müasir avtomobillərin elekronik və naviqasiya sistemlərinin iş prosesinin təşkilində, həmçinin hibrid və elektrikli nəqliyyat vasitələrinin elektrik mühərriklərinin təchizatında ciddi problemlər yaşanmağa davam edir.

Britaniya mənşəli maliyyə informasiyası və analizi qurumu “IHS Markit”-in hesablamalarına əsasən, 2021-ci ilin ilk rübündə çip çatışmazlığından dolayı dünya üzrə 700.000 ədəd avtomibilin istehsalı baş tutmayacaq. Bir digər analitik şirkət “Morgan Stanley”-nin statistikasına əsasən isə, cari il ərzində bu rəqəm 1.5 milyon ədədə qədər artacaq və dünya avtomobil sənayesinə 60 milyard $-dan çox maddi zərər dəyəcək. Beləki, təkcə ABŞ mənşəli General Motors (GM) cari ildə çip qıtlığına görə təxmini olaraq 2 milyard $-lıq gəlirdən məhrum olacağını açıqlayıb.

Bildschirmfoto 2021-04-09 um 13.15.49
Çip istehsalının ölkələr üzrə faiz nisbəti

Hal-hazırda dünyada mikroçip tədarükü üzrə lider olan 3 şirkət “Intel” (ABŞ), “Samsung” (C.Koreya) və “TSMC”-ə (Tayvan) aid müəssisələr, tam gücləri ilə yaranmış kritik vəziyyətin öhdəsindən gəlmək üçün fasiləsiz işləyirlər. Yarımkeçirici çip istehsalı ilə məşğul olan 3 növ şirkət fəaliyyət göstərir: Bunlardan “Intel”, “Samsung”, “Micron” (ABŞ), “STMicroelectronics” (Fransa-İtalya-Hollandiya) və “Toshiba” (Yaponiya) kimi şirkətlər, çipin sıfırdan dizayn edilməsindən tutmuş, istehsal prosesinə qədər özlərinə məxsus müəssisələrdə həyata keçirdirlər. “Qualcomm” (ABŞ), “Nvidia” (ABŞ), “HiSilicon” (Çin), “Apple” (ABŞ), “Mediatek” (Tayvan), “Microsoft” (ABŞ) və “Google” (ABŞ) kimi şirkətlər isə çiplərin yalnız dizayn edilməsi (fabless company) ilə məşğuldur, istehsala gəldikdə isə adı çəkilən korporasiyalar xərc və vaxta qənaətdən ötrü “TSMC” (Tayvan), “SMIC” (Çin), “GlobalFoundries” (ABŞ) və “UMC” (Tayvan) kimi prosesin yalnızca istesalat tərəfiylə məşğul olan şirkətlərin (foundry company) xidmətlərindən yararlanırlar.

Qeyd edək ki, Apple firmasına aid hər növ smartfon, tablet və komputerlərin mikroçiplərinin dünyadakı tək istehsalçısı məhz Tayvanlı “TSMC”dir. “Apple” ilə yanaşı o, həm də “Qualcomm”, “Nvidia” və “HiSilicon” kimi nəhənglərin ən böyük tədarükçüsüdür. Bundan başqa, ABŞ hava qüvvələrinin beşinci nəsil qırıcı təyyarəsi “F35”lərin elektron hissələrinin təchizatçılarından biri olan “Xilinx” (ABŞ) şirkətinə aid çiplərin hazırlanması da “TSMC”ə aid müəssisələrdə baş tutur. Qısacası, ABŞ şirkətlərinə aid çiplərin 60%-i “TSMC” tərəfindən hazırlanır.

Bildschirmfoto 2021-04-09 um 13.15.53
“TSMC”ə məxsus çip emalı müssəsisənin interyeri

Tayvanın ən böyük şirkətlərindən biri olan “TSMC”, çip istehsalında dünya lideridir. Belə ki, “TMSC”-nin hazırki bazar dəyəri 573 milyard $-dır (müqayisə üçün qeyd edim ki, “Samsung” kimi nəhəngin hazırki bazar dəyəri 567 milyard $-dır) və bu da onu qlobal şirkətlərin bazar kapitalllaşması üzrə ən böyük 10 şirkətdən biri edir. Çip istehsalı ilə yüklənmiş “TSMC”, yeni emal müəssisələrinin tikintisi üçün gecə-gündüz işləyir.

Qlobal texnologiya yarışının episentrində olan Tayvanın, çip istehsalının həcmi ötən il ərzində 20% artaraq 107.5 milyard $-a çatıb və bütün bu rəqəmlər öz növbəsində Tayvan iqtisadiyyatının 15%-ni formalaşdırır.

Mikroskopik ölçülərdə milyardlarla tranzistordan ibarət olan yarımkeçirici çipləri istehsal etmək çox az ölkənin öhdəsindən gəldiyi bir işdir. Üst seqment smartfonlarda istifadə edilən 5 və 7 nanometriklik (nm) mikroçiplərin hazırlanmasını dünyada yalnız iki şirkət “Samsung” və “TSMC” həyata keçirdir. Sözügedən ölçülərin ərsəyə gəlməsi üçün istifadə edilən avadanlığı isə dünya üzrə yalnızca Holland mənşəli “ASLM” təmin edə bilir. Hazırda 3 nm-lik mikroçiplərin istehsalı üzərində işləyən “Samsung” və “TSMC”, sektordakı ən böyük rəqibləri olan ABŞ mənşəli “Intel”dən 2 il, Çin mənşəli “SMIC”dən isə 4 il öndədirlər. Qeyd edək ki, “TSMC”, 2020-ci ildə təkcə 3 nanometrlik mikroçiplərin hazırlanması üçün nəzərdə tutulmuş müəssisənin tikintisi üçün 19.5 milyard $ xərcləyib.

Bura qədər adı çəkilən əksər çiplərin hazırlanması isə Britaniyaya aid “ARM” şirkətinin texnologiyası və lisenziyası olmadan mümkün deyil. “Qualcomm”, “Samsung”, “Apple”, “Nvidia” və s. dünyanın aparıcı çip istehsalçıları, “ARM” şirkətinə aid sxem əsasında öz tələb və istəklərinə uyğun dəyişikliklər edərək onun lisenziyası altında yeni dizaynlar formalaşdırırlar. Əsasən, smartfon və tabletlər üçün nəzərdə tutulmuş yüksək effektivliyə sahib mikroçiplərin istehsalı “ARM”ın təqdim etdiyi standartlar çərçivəsində mümkündür, başqa sözlə dünyadakı smartfonların 90%-i “ARM” texnologiyası əsasında hazırlanmış mikroprosessorlarla təchiz olunur. Komputerlər üçün nəzərdə tutulmuş çiplərin hazırlanması isə ABŞ-ın “Intel” şirkətinə məxsus “X86” bazasında baş tutur.

Bildschirmfoto 2021-04-09 um 13.15.58
TSMC-nin ABŞ-ın Arizona ştatında yerləşən istehsalat müəssisəsi – 5 nm-lik mikroçiplərin hazırlanması nəzərdə tutulur.

Yeri gəlmişkən, keçən ilin sentyabr ayında “Nvidia” şirkəti “ARM”ı 40 milyard $ müqabilində almışdır və bununla da, Birləşmiş Ştatlar, bu sahədə monopolist mövqe əldə etmişdir.

Yeni nəsil 5G texnologiyasının, süni intellekt əsasında işləyən cihazların həyatımıza girməsiylə, super güclü çiplərin hazırlanmasına daha çox zərurət yaranır. Hazırda global çip bazarında istifadə edilən ən güclü və ən kiçik ölçülü mikroçip “TSMC” istehsalı 5 nm-dir və əsasən, üst seqment cihazlara quraşdırılır.

Misal olaraq, “Apple” şirkəti “iPhone 12” seriyasında və IV nəsil “iPad” tabletlərində istifadə etdiyi son nəsil 5 nm-lik “A14” bionik çipində 11.8 milyard ədəd tranzistor, “Huawei” şirkəti isə “Mate” seriyasından olan “P40” smartfonlarında istifadə etdiyi 5 nm-lik “Kirin 9000” çipinin daxilində isə 15.3 milyard ədəd tranzistor yerləşdirilib.

Məlum olduğu kimi, yarımkeçirici çiplərin istehsalı bir neçə ölkənin müştərək texnoloji əməkdaşlığı hesabına baş verir və bu da təbii olaraq ölkələrarası qarşılıqlı asılılığın yaranmasıyla nəticələnir. Yüksək texnoloji əsaslarla bir çipin ərsəyə gəlməsi üçün məhsulu sifariş verən şirkətin təqdim etdiyi dizayn, Britaniyalı “ARM” şirkətinin lisenziyası, Tayvanlı “TSMC”nin emalı və istehsal üçün də Hollandiyalı “ASML” şirkətinin avadanlıqları lazımdır (xüsusən, 5 və 7 nm-lik mikroçiplərin emalı üçün lazım olan litoqrafiya texnologiyası).

Bildschirmfoto 2021-04-09 um 13.16.02
Amerikalı elektrik mühəndisi Jack Kilby, müasir mikroçip istehsalının özəyini təşkil edən ilk inteqral sxemi 1958-ci ildə təqdim etmişdir. O, 2000-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülüb.

Pandemiyanın ortaya çıxmasıyla bu zəncirvari prosesdə ləngimələrin yaşanması və eləcə də mikroelektronikanın mərkəzi olan Şərqi Asiyada mürəkkəb geosiyasi vəziyyət – Tayvanın mübahisəli statusu, coğrafi baxımdan Çinə yaxın olması və rəsmi Pekinin sözügedən adanı ayrılmaz bir parçası kimi görməsi, ABŞ-ın çip sənayesindəki “TSMC” asılılığının ləğvini intensivləşdirməyə vadar edən amillərdir. Qlobal çip bazarında satış payı 47% olan ABŞ-ın istehsalatdakı payı cəmi 12%-dir. Dizayn etdiyi çiplərin 90%-lik hissəsinin istehsalını xarici şirkətlərə həvalə edən Birləşmiş Ştatlar, xüsusən də pandemiya dönəmində yerli maşınqayırma sənayesinin çip çatışmazlığından dolayı yaşadığı iqtisadi çətinlik, yeni administrasiyanın və konqresin əməli tədbirlər görməsini labüd etmişdir.

Bu mənada, cari ilin fevral ayının 24-də ABŞ prezidenti Biden çip qıtlığı ilə bağlı yaşanan problemin öhdəsindən gəlmək üçün strateji əhəmiyyətə sahib texnoloji məhsulların yerli imkanlar hesabına istehsalını stimullaşdıracaq və təchizat zəncirini gücləndirəcək sərəncam imzalayıb.

37 milyard $-lıq büdcə ilə yerli çip istehsalını dəstəkləyəcək paketin hazırlanmasını nəzərdə tutan konqres, buna qədər, “TMSC”ni Arizona ştanında yeni müəssisələrin tikintisinə 12 milyard $-lıq investisiya qoyuluşuna razı salmışdı. Qeyd edək ki, Arizona ştatındakı “TSMC” müəssisələri kommersiya çipləri ilə yanaşı, ABŞ hərbi sənayesi üçün də mikroçiplərin hazırlanmasını həyata keçirdəcək. Bundan başqa, “Intel” şirkəti də, keçən ay yeni istehsalat müəssisələrinin qurulmasına 20 milyard $ büdcə ayırdığını açıqlayıb

Uzaq Şərq cəbhəsində isə Çinin ən böyük çip istehsalçısı olan “SMIC” də mart ayında yerli istehsalın stimullaşdırılması üçün 2.5 milyardlıq investisiya ayıracağını bildirib. Şanxayda yerləşən “SMIC”, bu sahədə Çinin ən böyük şirkəti olmaqla yanaşı, dünyanın da ən böyük beşincisidir və ötən ilin dekabr ayında Trump administrasiyanın verdiyi qərarla ABŞ və müttəfiqlərinin “SMIC”ə yüksək texnologiya məhsullarının ixracına məhdudiyyətlər gətirilib.

Bildschirmfoto 2021-04-09 um 13.16.08
ABŞ prezidenti Bidenın cari ilin fevral ayının 24-də Ağ Evdə sərəncamı imzalamadan əvvəlki çıxışı zamanı əlində tutduğu yarımkeçirici çip.

Dünya üzrə elektron avadanlıqların böyük hissəsi Çində emal edilsə də, bu cihazların ərsəyə gələ bilməsi üçün ABŞ və müttəfiqlərindən idxal edilən çip və texnologiyaya ehtiyac var. Sabiq ABŞ prezidenti Trumpa görə Çin əsilli texnologiya şirkətləri Birləşmiş Ştatların milli təhlükəsizliyi üçün əsas təhdiddir, buna görə də, Çin şirkətlərinin amerikan texnologiyasına çıxışının qarşısını almaq məqsədi ilə “Huawei”, “ZTE”, “SMIC” və s. texnologiya korporasiyalarına, texnoloji məhsul təminatının qarşısını alacaq genişmiqyaslı sanksiyaların tətbiqinə başlanılıb. Qərara əsasən, ABŞ şirkətlərinin, habelə amerikan proqram təminatı ilə çalışan hər hansı bir avadanlığın “Huawei”ə xüsusi icazə olmadan hər hansı texnoloji məhsulu satması və ya onun üçün hər hansı bir komponenti hazırlaması qadağan edilir. Qeyd edək ki, mart ayında ABŞ administrasiyası Hollandiyalı “ASML” şirkətinə diplomatik yollarla təzyiq göstərək onun, “SMIC”ə məhsul satışının qarşısını almışdı. Sanksiyaya məruz qalmış şirkətlərin “Çin Xalq Azadlıq Ordusu” (PLA) ilə əlaqələrinin olması, kibercinayət və casusluq fəaliyyəti kimi iddiaların səsləndirilməsi, rəsmi Vaşinqtonun bu addımı atmasına fürsət yaradıb. “TSMC”nin emal prosesində istifadə etdiyi avadanlıqların bir qismi ABŞ mənşəli olduğundan, o da, çinli şirkətlərin sifarişlərini yerinə yetirməkdən imtina etmək məcburiyyətində qalıb. Bundan sonra, “Huawei”ə məxsus “HiSilicon” sanksiyalara tab gətirməyərək özünün “Kirin” mikroçiplərinin istehsalını ötən ilin sentyabr ayından etibarən dayandırıb. Qeyd edək ki, “HiSilicon”, “Apple”dan sonra “TSMC”nin ən böyük ikinci müştərisi idi və “Huawei” smartfonları üçün dizayn edilən “Kirin” seriyası çiplər, ABŞ-ın “Qualcomm” şirkətinin “Snapdragon” mikroçiplərinə rəqib olacaq texniki göstəricilərə sahib idi.

Beynəlxalq arenada sıxışdırılan və sanksiyalardan əziyyət çəkməyə davam edən Çin, bu ilin mart ayında icrasına başlanılmış növbəti (14-cü) 5 illik iqtisadi planlama layihəsində innovativ texnologiyaların, əsasən də çip sənayesinin inkişafına xüsusi yer verib. Çip təminatı sahəsində tam müstəqillik və davamlı təchizat zəncirinin qurulması hökümətin fundamental planları arasında yer alıb. Hazırda ehtiyacı olan çipin yalnızca 16%-lik hissəsini istehsal etmə potensialına sahib olan Çin höküməti, 2025-ci ilə qədər bu rəqəmi 70%-dək artırmağı hədəfləyir.

Sözügedən sənayenin inkişafına hər il milyardlarla $ dəyərində investisiya ayıran rəsmi Pekinin əsas məqsədi, ABŞ və müttəfiqlərinin dominant olduğu çip sənayesinə olan texnoloji asılılığı maksimum azaltmaq və gələcəkdə məruz qala biləcək sanksiyaların qarşısını almaqdır.

Bildschirmfoto 2021-04-09 um 13.16.11

XX əsrdə təbii resurslar, xüsusilə də dünya neft ehtiyatları uğrunda gedən mübarizə, XXI əsrdə çip sənayesinə nəzarət uğrunda mübarizə ilə əvəzlənib.

Dünyada istehsalı ən mürəkkəb və ən bahalı komponentlərdən biri olan çiplərin, gündəlik istifadə etdiyimiz cihazların sürətindən tutmuş, dövlətlərarası siyasi və iqtisadi münasibətlərə qədər təsir etməsi danılmazdır. Milli təhlükəsizliyin mərkəzində yer almağa başlayan sözügedən mikrosxem, növbəti illərdə də ABŞ-Çin xətti üzrə yüksək texnologiyalar sahəsində super güc olma uğrunda davam edən rəqabətdə əsas mübarizə predmetlərindən biri olaraq qalmağa davam edəcək.

İstehlakçılara təqdim edilən elektronik cihazlar “ağıllaşdıqca”, daha mürəkkəb bir quruluşa sahib olmağa başlayırlar. 5G naqilsiz şəbəkəsinin sənayenin müxtəlif sahələrində sürətlə tətbiqi, süni intellektin həyatımızın az qala hər sferasına daxil olması, çiplərə olan tələbatın həndəsi silsilə üzrə artmağına səbəb olur və bütün bunlar da çiplə bağlı yaranmış kritik vəziyyətin cari ilin sonuna qədər davam edəcəyi ehtimalını artırır.

[/vc_column][/vc_row][vc_row][vc_column]
[vc_column_text]

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

[/vc_column_text][vc_separator color="peacoc" border_width="2"][vc_column_text]

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun. [mc4wp_form id="5451"]

[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column]

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

03 Noyabr 2024
[/vc_column][/vc_row]
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör