bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

[vc_row][vc_column][vc_empty_space][/vc_column][/vc_row][vc_row][vc_column width="2/3" offset="vc_hidden-sm vc_hidden-xs" css=".vc_custom_1609768903397{background-color: #ffffff !important;}"]

BMT Nizamnaməsinin 51-ci maddəsi və Dağlıq Qarabağ müharibəsi

[vc_row_inner][vc_column_inner offset="vc_hidden-sm vc_hidden-xs" css=".vc_custom_1609768916332{background-color: #ffffff !important;}"]
Şəhla Cəlilzadə Şəhla Cəlilzadə
., Mövqe
08 Aprel 2021
[/vc_column_inner][/vc_row_inner][vc_row_inner][vc_column_inner offset="vc_hidden-sm vc_hidden-xs"][vc_empty_space][/vc_column_inner][/vc_row_inner]

Hüquqi normalar statik olmayıb daima dəyişən və inkişaf edən xarakterə malikdir. Bu xarakter sadəcə ölkə daxilində qəbul edilən qanun və qərarlara aid olmayıb, həm də beynəlxalq hüquqi müstəvidə qəbul edilən sənədlərə də aid edilməkdədir. Belə ki, hətta beynəlxalq hüququn ən ali sənədlərindən hesab olunan BMT Nizamnaməsi zamanla fərqli şəkillərdə şərh və tətbiq edilmişdir. Bunda xüsusilə böyük dövlətlərin maraqları və niyyətləri önəmli rol oynamışdır.

Məsələn, BMT Nizamnaməsinin 51-ci maddəsi ilə dövlətlərə verilən özünümüdafiə haqqının zamanla necə dəyişdiyinə və hansı formada tətbiq edildiyinə nəzər yetirək. Ümumiyyətlə dövlətlərin özünümüdafiə hüququnun sərhədlərinin analizi zamanı 21-ci əsrədək Nikaraqua işi (Nicaragua case) Jus ad Bellum (Ədalətli Müharibə) anlayışının Bibliyası olaraq qəbul olunurdu. Lakin 11 sentyabr 2001 tarixində ABŞ-a yönəlmiş terror hücumu sonrası bu anlayışa, beləliklə də ədalətli müharibə başlatmaq üçün hüquqi baza hesab olunan Nizamnamənin 51-ci maddəsinə münasibətdə ciddi dəyişiklik yaşandı. Bu məqalədə ədalətli müharibə anlayışı, bunun hüquqi bazası hesab olunan BMT Nizamnaməsinin 51-ci maddəsi və ədalətli müharibənin prinsipləri ilə müvafiq 51-ci maddənin Ermənistan-Azərbaycan arasındakı Dağlıq Qarabağ müharibəsinə tətbiq edilməsinin hüquqi imkanları araşdırılmaqdadır.

Ədalətli müharibə anlayışı

Kütləvi insan ölümünə, qırğın və dağıntılara səbəb olan müharibə də ədalətli ola bilərmi? Bu qeyri-insani rəftara nə haqq qazandıra bilər? Bu suala müxtəlif filosoflar, tarixçilər və beynəlxalq münasibətlər nəzəriyyəçiləri fərqli cavablar vermişlər. Ədalətli müharibə (Justum Bellum) anlayışına ilk dəfə hələ qədim Roma hüququnda rast gələ bilərik. Qədim dövrdə Aristotel, Platon, St. Avqustinin bu mövzuda düşüncələri bugünkü izahlarla demək olar səsləşir. Bu anlayış daha sonra orta əsrlər dövründə St. Aquinas tərəfindən inkişaf etdirilərək üç təzahür forması almışdır:

Jus ad Bellum (müharibəyə başlamaq üçün haqlı səbəblərin olmasını nəzərdə tutur)

Jus in Bello (müharibənin gedişatı zamanı ədalətli rəftarı, etik normaların qorunmasını nəzərdə tutur

Jus post Bellum (müharibədən sonrakı dövrdə ədalətli rəftarı nəzərdə tutur).

St. Aquinasa görə “həqiqi din uğruna, böyümək (yəni ərazi işğal etmək) və ya başqalarına zülm etmək məqsədilə deyil, sülhü təmin etmək, pislik edənləri cəzalandırmaq və yaxşıları mükafatlandırmaq məqsədilə həyata keçirilən müharibə ədalətli müharibədir”.

Ümumiyyətlə ədalətli müharibənin 7 prinsipi, yəni şərti vardır:

  1. Səlahiyyətli qurum – qeyri-qanuni qurumlar, qeyri-leqal qruplaşmalar və ya təşkilatlar müharibəyə başlamaq haqqına sahib deyillər. Yalnız dövlətlər və onların rəsmi qurumları müharibə başladıldığını elan edə bilər.
  2. Haqlı səbəb – müharibə başladıldığını elan etmək üçün dövlətin mütləq haqlı səbəbi olmalıdır. Haqlı səbəb olaraq müasir beynəlxalq hüquq yalnız BMT Nizamnaməsinin 51-ci maddəsində ifadə olunan dövlətlərin özünü müdafiə haqqını tanıyır. Xüsusilə səmavi dinlərin bu məsələyə xüsusi baxış tərzi vardır. Məsələn İslamda cihad, Xristianlıqda müqəddəs müharibələr (holy war) anlayışları müharibəyə haqq qazandırmaq üçün istifadə olunur. Lakin müasir prizmadan baxıldığında sadəcə dini səbəblə başlanan müharibə özlüyündə ədalətli və haqlı sayıla bilməz. Haqlı və ədalətli bir səbəbin olması üçün insanların haqlarının tapdanmış olması və müvafiq ərazidə zülmün hakim olması şərti vacibdir ki, məhz bu şərtlərə qarşı çıxaraq müharibə başlatmaq ədalətli hesab olunsun. Məsələn, 1192-ci ildə Qüdsə (Yerusəlim) yönəlmiş Səlib Yürüşü sadəcə iqtisadi və siyasi səbəblər güdmüş, hər hansı etik normalara uymamış, hətta müharibəyə başlamaq üçün haqlı səbəb belə olmamış (belə ki, həmin dövrdə ərazidə tamamilə sülh şəraiti hökm sürürdü), bununla belə müharibə xristian din xadimləri tərəfindən “müqəddəs” adlandırılmışdır.
  3. Düzgün niyyət – müharibəyə başlayarkən niyyət hər zaman sülhü təmin etmək olmalıdır. Əks təqdirdə müharibə ədalətli hesab oluna bilməz. Üstəlik müharibəyə haqlı səbəblə başlayan tərəf qarşıya qoyulan hədəfi və fəaliyyət planını dəyişərək müharibəni gərəksiz şəkildə davam etdirib uzadarsa haqsız durumuna düşə bilər. Odur ki, müharibənin başlanması zamanı nəzərdə tutulan niyyət və plan sərhədləri aşılmamalıdır.
  4. Son çarə – müharibə bütün diplomatik vasitələr tükəndikdən sonra başladıla bilər. Əks-təqdirdə o ədalətsiz müharibə olacaqdır.
  5. Uğur qazanma ehtimalı – əgər müharibəyə başlayacaq tərəf əvvəlcədən məğlub olacağını bilirsə, kütləvi insan qırğınına yol vermək haqsız sayılar.
  6. Uyğunluq – qarşı tərəfdən gələn zərbələrə mütənasib şəkildə düşmənə zərbə vurulması uyğunluq qanununa tabe olmalıdır. Məsələn, Yaponiyaya 1945-ci ildə atılan atom bombaları bu baxımdan uyğunsuz idi.
  7. Diskriminasiya – müharibə zamanı mülki əhali və hərbiçilər bir-birindən fərqləndirilməli və hərəsinə qarşı fərqli münasibət göstərilməlidir. Mülki əhali, müharibədə zərər çəkmişlərə yardım edən üçüncü tərəfin sülhməramlıları heç vaxt birbaşa atəş hədəfi olmamalıdır.

Beləliklə deyə bilərik ki, ədalətli bir müharibənin ortaya çıxması üçün mütləq hər hansı ədalətsizliyin olması şərtdir. Odur ki, ədalətsiz olan hər şey, həmçinin ədalətsiz müharibənin özü də lənətlənməlidir.

BMT Nizamnaməsinin 51-ci maddəsi

Müasir beynəlxalq hüquqda bir dövlətin başqa bir dövlətə qarşı müharibə elan etməsi ümumilikdə qadağan edilmişdir. BMT Nizamnaməsinin 2(4)-ci maddəsi də məhz dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş istənilən zorakılığı qeyri-leqal adlandırır və dövlətləri zorakı üsullardan çəkinməyə səsləyir. Lakin 51-ci maddə isə bu maddənin əksinə olaraq dövlətlərə zorakı üsullara baş vurmaq haqqı tanıyır; bir şərtlə – əgər dövlət özünü hər hansı zorakı aktdan müdafiə edirsə. Yəni, bu Nizamnamənin 51-ci maddəsinə görə zorakılığa məruz qalmış dövlət başqa bir dövlətə qarşı müharibə elan edə bilər. Lakin burda zorakılıq dedikdə nəyin və kim tərəfindən tətbiq olunduğunun nəzərdə tutulduğu qeyd edilməmişdir.

Bunu izah etmək üçün BMT-nin müxtəlif komitələri uzun müddət çalışmış və nəhayət ortaq 1974-cü il 3314 saylı qərar ilə zorakılıq ifadəsinin nə anlama gəldiyini açıqlamışlar. Bu açıqlamaya görə, zorakılıq dedikdə bir dövlət tərəfindən başqa bir dövlətə qarşı həyata keçirilən silahlı hücum, onun ərazisinin işğalı və ilhaqı, ərazisinin bombardıman olunması, mühasirə olunması, onun ərazisinə ödəniş qarşılığında çalışan əsgərlərin və ekstremistlərin göndərilməsi, onun ərazisində yerləşən hərbi bazasının vaxtının bitməsinə baxmayaraq ölkə ərazisindən çıxarmaması nəzərdə tutulur. Yəni burda müvafiq ifadənin izahı dövlət tərəfindən həyata keçirilən zorakılıq faktının üzərində qurulmuşdur.

Məhz bu səbəblə 1986-cı ildə Nikaraqua BMT Nizamnaməsinin 2(4)-cü maddəsinə istinad edərək ABŞ-ı Beynəlxalq Ədalət Məhkəməsinə verərkən məhkəmə ABŞ əlehinə qərar çıxarsa da, bu qərar Nikaraquaya 51-ci maddə ilə özünü müdafiə haqqı verməmişdir. Məsələnin məğzi belə idi ki, Nikaraquada 1979-cu ildə yaşanan solçu inqilabdan sonra hakimiyyətə gələn Sandinista hökümətinə qarşı ABŞ tərəfindən ekstremist partizanlar (kontr-gerilla) dəstəklənmiş, ölkədə ciddi bir vətəndaş müharibəsi yaşanmışdı. ABŞ, SSRİ-dən hərbi yardım və silah aldığına görə Nikaraqua portlarına minalar düzdürmüş, bundan isə həm yerli, həm beynəlxalq gəmilər və ticari fəaliyyət ziyan görmüşdür. Nikaraqua öz növbəsində ABŞ-ı məhkəməyə verərək müvafiq əməllərinə görə cəzalandırılmasını və təzminat ödəməsini tələb etmişdi. Məhkəmə ABŞ-ın Nikaraquada zorakılıq hadisələrini törədənlərə dəstək verdiyi faktını təsdiqləyib ABŞ-a təzminat ödəmə cəzası tətbiq etsə də (qeyd edim ki, ABŞ bu təzminatı ödəməmiş, daha sonra Nikaraquanın yeni hökumətini 1992-ci ildə təzminatdan imtina etməyə məcbur edərək işi geri çəkdirmişdir), nəticə etibarilə ABŞ-ın partizanlara verdiyi dəstəyin Nikaraquaya birbaşa hücum anlamına gəlmədiyini bildirmişdir.

Beləliklə bir ölkənin digər ölkədə terrorist və ekstremist fəaliyyətləri dəstəkləməsi beynəlxalq hüquq tərəfindən həmin ölkəyə birbaşa hücum aktı hesab olunmadığı üçün Nizamnamənin 51-ci maddəsinə istinad haqqı da doğurmamışdır. 2001-ci ilədək…

11 sentyabr 2001 tarixində ABŞ-a qarşı həyata keçirilən terror hadisəsindən sonra beynəlxalq hüquqda indiyədək mövcud olan zorakılıq/silahlı hücum anlayışına baxış tərzi tamamilə dəyişmişdir. 11 sentyabr hadisələrindən dərhal sonra qəbul edilən BMT Təhlükəsizlik Şurasının 1368 və 1373 saylı qətnamələrinə görə terrorizm fəaliyyətləri və terrorist qrupları dəstəkləyənlər qlobal səviyyədə qınanmış və qeyri-dövlət aktoru tərəfindən həyata keçirilən bu cür hücuma məruz qalan dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək haqqı tanınmışdır. Yəni ki, bu qətnamələrdə dövlətlərin BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad haqqı birbaşa olmasa da, dolayı yolla ifadə olunmuşdur. Beləliklə ABŞ-ın 2001-ci ildə Əfqanıstana, 2003-cü ildə isə İraqa qarşı başladığı müharibənin beynəlxalq hüquq baxımından qanunauyğun olub-olmamasına dair mübahisələr başlamışdır. Nikaraqua işinin nəticələrini presedent olaraq qəbul etsək, ABŞ-ın bu dövlətlərə hücumu qanunsuz idi. BMT TŞ-nin 2001-ci il qətnamələrini əsas qəbul etsək, o zaman ABŞ-ın bu addımı qanunsuz olmasa da, mübahisəlidir. Çünki nə Əfqanıstan, nə də İraq ABŞ-a qarşı birbaşa hücum etməmişdi, lakin ABŞ tərəfindən terrorizmi dəstəkləməkdə günahlandırılmışdılar.

Beləliklə ABŞ BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad edərək müvafiq dövlətlərə qarşı hərbi güc istifadəsinə haqq qazandırmışdır. Nəticə etibarilə günümüzün yeni beynəlxalq şəraitində artıq qeyri-nizami qüvvələr, yəni qeyri-dövlət aktorunun hücumuna məruz qalan dövlət də müvafiq maddəyə istinad etmək haqqı qazanmışdır.

II Dağlıq Qarabağ müharibəsinin Azərbaycan mövqeyindən ədalətliliyi və beynəlxalq hüquqa uyğunluğu

27 sentyabr 2020 tarixində Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanması, II Dağlıq Qarabağ müharibəsi adlandırdığımız geniş miqyaslı müharibəyə çevrilməsi və Azərbaycanın müvafiq hərbi qələbəsindən sonra bu müharibənin başladılmasının ədalətli olub-olmaması haqqında müxtəlif siyasi analistlər və fikir adamları arasında debat da canlandı. Tiflisdəki İlia Dövlət Universitetinin professoru, siyasi analist Hans Gutbrod “Assembling the Moral Puzzle – Just War Tradition and Karabakh” adlı məqaləsində Dağlıq Qarabağ konfliktində Azərbaycanın mövqeyini ədalətli müharibə prinsipləri çərçivəsində dəyərləndirərək ədalətli müharibənin 2 prinsipi istisna Azərbaycanı haqsız çıxarmışdır. Azərbaycanın 100 minlərlə qaçqın və məcburi köçkünü öz yurd-yuvasına qaytarmaq məqsədilə müharibəyə başlamasını “haqlı səbəb” (2-ci prinsip) kimi göstərsə də, digər bir sıra məsələlərdə Azərbaycanın haqsız olduğunu vurğulamışdır.

Məsələn, 1-ci prinsipə görə müharibəni səlahiyyətli qurum başlatmalıdır. Gutbrod isə İlham Əliyevin idarəçiliyini Freedom House hesabatlarına əsaslanıb “qeyri-qanuni, yaxud səlahiyyətsiz” adlandırmışdır. Çox absurddur. Üstəlik Azərbaycanın müharibəyə başlamasının sadəcə Əliyevin şəxsi ambisiyaları və istəklərindən doğmadığını, bütün Azərbaycan xalqının istəyi və uzun illər boyu davamlı tələbindən irəli gəldiyini, hətta 2020-ci ilin iyul ayında Tovuz-Tavuş sərhəddində erməni-Azərbaycan hərbi toqquşmasından dərhal sonra, iyulun 14-dən 15-nə keçən gecə minlərlə insanın ölkənin mərkəzi meydanı olan Azadlıq Meydanına axışaraq dövlətdən müharibəyə başlamağı tələb etdiyini, bu qərarı verməsi üçün Parlament binasına belə hücum etdiklərini Gutbroda xatırlatmaq lazımdır.

Həmçinin o, Əliyevin öz çıxışlarında erməniləri daim alçaltdığını nəzərə alaraq müharibəyə başlamaq niyyətinin əslində sadəcə erməniləri biyabırçı sülhə məcbur etmək olduğunu iddia etmiş və əslində Əliyev tərəfindən ermənilərə təklif olunan Aland adaları yaxud Cənubi Tirol stilində muxtariyyət modellərini qeyri-səmimi adlandırmışdır. Beləliklə guya 3-cü prinsipcə də Azərbaycan haqsızmış. Bu da onun şəxsi fikridir və reallıqdan uzaqdır. Danışıqların 30 ilə yaxındır ki, uğursuz şəkildə davam etməsi və Paşinyanın son illərdəki təhrikedici davranışlarını nəzərə alaraq 4-cü prinsipə görə, yəni son çarə prinsipinə görə Azərbaycanı haqlı hesab edən Gutbrod, 6 və 7-ci prinsiplərə görə hər iki tərəfi qınamışdır. Yəni nə Ermənistan, nə də Azərbaycan tərəfi müharibə zamanı uyğunluq və diskriminasiya prinsiplərini nəzərə almamış, bu baxımdan azərbaycanlıları daha qəddar hesab etmişdir. Lakin gəlin görək əslində vəziyyət necədir?

Birincisi, onu qeyd etmək lazımdır ki, II Qarabağ Müharibəsi başlamazdan az əvvəl, 2020-ci ilin 12-23 iyul tarixləri arasında Dağlıq Qarabağ sərhədlərindən xeyli uzaqda, Tovuz (Azərbaycan) və Tavuş (Ermənistan) sərhəddində iki ölkə arasında qanlı toqquşmalar yaşandı. Hətta Ermənistanın eks-prezidenti Serj Sarkisyan ArmNews TV-yə müsahibəsində münaqişəni erməni tərəfinin başlatdığını etiraf etmişdi. Azərbaycan da bütün beynəlxalq və hüquqi instansiyalara özünün hücuma məruz qalan tərəf olduğunu və beləliklə BMT Nizamnaməsinin 51-ci maddəsindən doğan özünü-müdafiə haqqına sahib olduğunu iddia etmişdir. Əslində bəzi politoloqlarımız (ad çəkmədən) Azərbaycanın müvafiq 51-ci maddəyə istinad edərək öz ərazi bütövlüyünü istənilən anda bərpa etmək hüququna malik olduğunu iddia etməkdədirlər. Lakin 51-ci maddə dövlətlərə hücuma məruz qaldıqdan dərhal sonra BMT TŞ-yə xəbərdarlıq edib Şuranın müvafiq məsələyə dair qərarı qüvvəyə minənə kimi arada qalan zaman zərfində əks-hücum etmək haqqı tanıyır, hücumun üstündən 30 il keçdikdən sonra deyil. Bununla belə 2020-ci ilin iyul hadisələri, yəni Ermənistanın Azərbaycana hücumu Azərbaycanın 51-ci maddəyə istinad haqqını təkrar gündəmə gətirərək legitimləşdirmişdir. Ermənilər 27 sentyabrda hücuma birinci Azərbaycanlıların başladığını iddia etmələri isə Azərbaycanın 51-ci maddəyə istinad etmək haqqını əlindən almaq və məsuliyyəti öz üstündən atmaq cəhdindən başqa bir şey deyildir.

Justum Bellum, yəni ədalətli müharibə prinsiplərinə gəlincə isə, 1-ci prinsipə əsasən Azərbaycanda müharibə tamamilə legitim hakimiyyət və qanuni ordu tərəfindən aparılmışdır. Buna qarşı hər hansı iddia sadəcə absurd olub böhtan xarakteri daşıyır. 2-ci prinsipə əsasən Azərbaycanın müharibə aparmaq üçün bir çox haqlı səbəbləri vardır. Bu səbəblər olaraq Ermənistanın 30 ilə yaxındır Azərbaycanın beynəlxalq hüquqi çərçivədə tanınan sərhədlərini pozması, torpaqlarını işğal etməsi, 800 mindən çox insanı torpağından didərgin salaraq qaçqın və məcburi köçkün həyatına məhkum etməsi, işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətləri, bu torpaqlarda ekoloji terror həyata keçirməsi vs. bir çox səbəbləri göstərmək olar. 3-cü prinsipə əsasən Azərbaycanın niyyəti I Qarabağ Müharibəsi nəticəsində yaranan ədalətsizliyi ortadan qaldırmaq, bölgənin hər iki etnik qrupu üçün sülh və əmin amanlıq təmin etməkdir. Bu şəraitin yaradılması üçün Azərbaycan dəfələrdə müxtəlif platformalarda və ikitərəfli görüşlərdə “ən yüksək muxtariyyət” təkliflərini irəli sürüb. Erməni tərəfi isə yalnız Dağlıq Qarabağın müstəqilliyinin tanınacağı şərti altında ətraf rayonların qaytarılacağını bildirib. Lakin ermənilərin Dağlıq Qarabağın ətrafındakı rayonlarda məskunlaşma və istehsal fəaliyyətləri, həmçinin bütün dünyaya qondarma “Artsax”ı Dağlıq Qarabağ ətrafındakı 7 rayonla birlikdə olan sərhədlər çərçivəsində tanıtmaq cəhdləri onların təkliflərinin qeyri-səmimi olduğunu və sadəcə vaxt uzatmaq üçün ortaya atıldığını sübut edir. Erməni tərəfinin daimi olaraq Azərbaycanı təhrik etməsi, lokal atışmalarla münaqişəni qızışdırmaq və daha çox ərazi tutmaq cəhdləri onların əsl niyyətinin daha bir göstəricisidir. 4-cü prinsipə əsasən həqiqətən də Azərbaycanın müharibəyə başlamaqdan başqa hər hansı çarəsi qalmamışdır.

Belə ki, nə 1992-ci ildən bəri davam edən Minsk qrupunun fəaliyyəti, nə 1996-cı ildə gündəmə gələn “Paket Həll” təklifi, nə 1997-ci ildə gündəmə gələn “Mərhələli Həll” təklifi, nə 1998-ci ilin “Ortaq dövlət həll yolu” təklifi, nə 2007-ci ildə ortaya atılan Madrid Prinsipləri, nə çox tərəfli, nə də ikitərəfli danışıqlar ortaq bir həll yolunun tapılmasına vəsilə olmamış, əksinə Paşinyan Şuşaya səfər edərək “Qarabağ Ermənistandır, nöqtə” deyərək bütün bu cəhdlərin üstündən yağlı bir xətt çəkmişdir. 5-ci prinsipə əsasən Azərbaycanın uğur qazanma ehtimalı həqiqətən çox idi, belə ki, erməni tərəfi də müharibə başlayarsa məğlub olacağını bilir və dərk edirdi. Lakin buna baxmayaraq Ermənistan tərəfi müharibəni təhrik edərək çox saylı insan qətliamına vəsilə oldu. 6-cı prinsipə əsasən Azərbaycan Ermənistanın hücum zərbələrinə uyğun şəkildə və formada əks-hücum etmək haqqına sahib idi. Bununla belə ermənilər Azərbaycanın müharibə bölgəsindən çox uzaqda yerləşən şəhərlərini və sivil yaşayış məskənlərini bombalasa da, Azərbaycan tərəfi adekvat addım atmamış və İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, qisas döyüş meydanında alınmışdır. 7-ci prinsip isə Azərbaycan tərəfindən çox daha artıq dərəcədə Ermənistan tərəfindən də pozulmuşdur. Belə ki, rəsmi məlumatlara əsasən müharibə ərzində Azərbaycandan 100 mülki şəxs həyatını itirmiş, 416 nəfəri yaralanmış, Ermənistan tərəfindən isə 65 mülki şəxs həyatını itirmiş və 165 nəfəri yaralanmışdır. Ermənistan tərəfindən mülkilərin yaralanma və həlak olma səbəbi onların birbaşa aktiv döyüş zonalarında yerləşmələri (hətta uşaqların belə döyüş əməliyyatlarına qatılmalarına dair sübutedici görüntülər yayılmışdır), Azərbaycan tərəfindən mülkilərin yaralanma və həlak olma səbəbi isə birbaşa erməni atəşinə və bombalarına tuş gəlmələridir. Bu baxımdan ermənilərin Gəncə (4 və 11 oktyabr) və Bərdəyə (27-28 oktyabr) raket hücumları xüsusilə faciəvi nətiələr doğurmuşdur. Beləliklə demək olar ki, məhz Ermənistan tərəfi müharibə zamanı 7-ci prinsipi kobud şəkildə pozmuşdur.

Nəticə olaraq Azərbaycan təkcə beynəlxalq hüquq normalarına riayət etməsi (yəni BMT Nizamnaməsinin 51-ci maddəsinə istinadın legitimliyi) baxımından deyil, tarixi ədalətli müharibə prinsiplərinə əməl etməsi baxımından da haqlı hesab oluna bilər. Ən böyük haqq və ədalət isə torpaqlarımızın işğaldan azad olunmasıdır. Belə ki, 9 noyabr 2020 tarixində tarixi ədalət bərpa olunaraq Azərbaycanın 7 rayonu və Şuşa şəhərinin işğaldan azad edildiyini rəsmiləşdirən üçtərəfli (Azərbaycan- Rusiya-Ermənistan) atəşkəs sazişi imzalandı. Rus sülhməramlılarının nəzarəti altında və faktiki olaraq erməni idarəçiliyinin hökm sürdüyü ərazilərdə Azərbaycan bayrağının qaldırılacağı və bölgədə əbədi sülhün təmin olunacağı gün isə əsl bayram olacaqdır. Həmin gün haqq və ədalətin hər zaman sonda qalib olduğu inancını hər kəs səmimi qəlbdən qəbul edəcəkdir.

Paylaş
[vc_column_text]

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

[/vc_column_text][vc_separator color="peacoc" border_width="2"][vc_column_text]

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun. [mc4wp_form id="5451"]

[/vc_column_text]

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

03 Noyabr 2024
[/vc_column][vc_column width="1/3" sticky_sidebar="yes" offset="vc_hidden-sm vc_hidden-xs"][vc_widget_sidebar sidebar_id="default-sidebar" el_class="sidebar-dropdown"][/vc_column][/vc_row][vc_row][vc_column offset="vc_hidden-lg vc_hidden-md"]

[/vc_column][/vc_row]
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör