Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Bu fransızlar yenə dinc durmur – Əli Novruzov

AzLogos AzLogos
., Mövqe
17 Mart 2021
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
Ali Novruzov 680x325
Paylaş

AzLogos yazarı, publisist Əli Novruzov özünün Telegram kanalını açıb, mütəmadi olaraq oxucuları ilə gündəmlə bağlı qeyd və analizlərini bölüşür. Onlardan bəzilərini diqqətinizə çatdırırıq.

Elşənin hekayəsi fransız mediasında

Fransız mediasından çıxmayan iş. 6 yaşında Ağdamdan qaçqın düşən Elşənin həyat hekayəsi. Düz 36 dəqiqə! Burada deyirlər axı, dəlidən doğru xəbər. Çox güman fransız holdinqləri, şirkətləri yığıb medianı, deyib siz neynirsiz? Sizə görə indi biz Qarabağdakı rekonstruksiya işlərindən, milyard dollarlıq layihələrdən kənarda qalacayıq. Tez olun, bu qara-qura şərqlilərin könlünü alın.

Belə ucuz tryuklarla bizim könlümüzü alacaqlarsa, deməli biz bir cəmiyyət olaraq keçmişimizdən və bugünümüzdən dərs çıxarmağı hələ də öyrənməmişik. Makron başda olmaqla fransızların müharibə vaxtı və müharibədən sonra tumanlarını başlarına necə çəkdiyini hamımız yaxşı gördük. Belə şeyləri bəlkə nə vaxtsa bağışlamaq olar, amma heç vaxt unutmaq olmaz.

Bildschirmfoto 2021-03-17 um 09.52.50

Hələ Fransadan Qarabağa gəlib döyüşən terrorçular haqqında reportajlar hazırlayıb bütün ölkədə qəhrəman kimi təbliğ etməklərini demirəm. Əgər doğrudan da könlümüzü almaq istəyirlərsə, birinci gərək o terrorçuları həbs edib ədalət məhkəməsində mühakimə etsinlər. Onların hamısının adları, soyadları, idbar sifətləri fransız mediasında var.

Necə olur İŞİD-ə qoşulan fransızları qanunsuz hərbi birləşmələrdə iştiraka görə vətəndaşlıqdan məhrum edirsən, amma Qarabağda marionet rejimə qoşulub Azərbaycana qarşı vuruşanları bütün Fransaya qəhrəman kimi tanıdırsan? Nə qədər o terrorçular Parisdə, Lionda, Marseldə əllərini-qollarını sallaya-sallaya sərbəst gəzir, nə Fransanın, nə fransızların bizə qarşı guya bu cür empatiya nümayişlərinin bir qara qəpik qədər dəyəri yoxdur şəxsən mənim gözümdə.

Anna xanımın sevgisi

Bu fransızlar yenə dinc durmur. Keçən gün də əleyhimizə belə bir bəyanat veriblər. Genosiddən 100 il sonra da biz türk-azərbaycanlı-cihadçılar erməni xalqının öz dədə-baba torpaqlarında dinc yaşamasına guya imkan vermirikmişikmiş. İmzalara baxdım, biri diqqətimi çəkdi: Parisin meri Anne Hidalgo.

Bildschirmfoto 2021-03-17 um 09.54.01

Ümumiyyətlə, Anna xanım hər imkanda bizi qaralamağı yaman xoşlayır. Hətta bəlkə ən sevimli hobbisidir. Özü də istisnasız ancaq və ancaq erməni temalarında. Anna xanımın bizə bu patoloji sevgisinin səbəbini öyrənmək üçün İnternetdə çox da qurdalanmaq lazım deyil — əsas köməkçilərindən biri ermənidir, Anouch Toranian, o da müdirə xanımla bir yerdə bu bəyanata imza atıb. Anuş xanım özü də Paris meriyasında icma həyatı, vətəndaş iştirakçılığı və ictimai müzakirələrdən məsul məmurdur.

Haradan baxsan, tragikomediyadır. Paris kimi bir şəhərin meri olasan, amma erməni portfeldaşıyan səni əlində spinner kimi fırlatsın. Tragikomediya.

 

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör