Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Sarabskinin döyülməklikləri

Elnur Astanbəyli Elnur Astanbəyli
Kültür
27 Fevral 2021
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
172660 1fxvzwseap
Paylaş

Azərbaycanın ilk aktyorlarından biri Hüseynqulu Sarabski.

1879-cu il martın 20-də dünyaya gəlib.

Sarabski çox sonralar özünün “Köhnə Bakı” əsərində anadan olduğu gündən Bakı mühitində böyüyüb tərbiyə aldığını yazacaq, ardınca isə əlavə edəcəkdi: “Bu mühit qaranlıq və mövhumatla zəhərlənmişdi. Dədə-babadan qalma bir çox adət-ənənələrlə sıx bağlı idim…”

Lakin böyüdüyü həmin “qaranlıq və mövhumat mühiti” Sarabskinin sənətə atılmasının önünə keçə bilməyəcəkdi.

O, teatrın “şeytan əməli”, aktyorluğun “nakişilik” kimi qəbul edildiyi bir dövrdə qəlbinin səsini dinləyəcək, üzləşdiyi bütün çətinliklərə, tənə və təhdidlərə baxmayaraq ilk dəfə 1902-ci ildə Nəriman Nərimanovun “Dilin bəlası” pyesində Rəsul roluna çıxacaq, bununla da uzun və parlaq sənət karyerası başlayacaqdı.

Sarabskinin tərcümeyi-halındakı bəzi məqamlar onun hansı mənəvi və fiziki məhrumiyyətləri aşaraq uğura qovuşduğunu gözlərimiz önündə canlandırır.

İnsan hansı “qaranlıq və mövhumat mühiti”ndə böyüyür böyüsün, özünü yenidən yarada bilər – Sarabskinin həyat hekayəsinin özəti budur! 

İnanmırsınızsa, buyurun.

Sarabskinin birinci döyülməkliyi

Hüseynqulu uşaq yaşlarında məhəllə uşaqlarının qoltuqlarında Quran, əllərində heybə və rəhl dəstə-dəstə məktəbə getdiklərini görər və evə qayıdıb anasına deyərdi:

– Ana, məni də məktəbə qoy. Oxumaq istəyirəm.

Anası da cavab verərdi ki, əgər səni məktəbə qoysam, gərək ayda 3 abbası pul verəm. O da ki, yoxdur.

Axırda Hüseynqulunun qoca nənəsi müdaxilə edir. Deyir ki, bir qadın var, ayda bir abbasıya Qurandan dərs deyir: “Mənim toyuqlarım yumurtlayır, yığıb satdıqdan sonra bir abbasını mən verərəm”.

Hüseynqulunun anası razılaşır. Sabahı gün nənəsi onun əlimdən tutub İçərişəhərdə, Şah məscidinin yanında yaşayan molla Anaqız adlı qadının yanbına aparır.

Blaca Hüseynqulunun sevincinin həddi-hüdudu yoxdu. Beş ay boyunca molla Anaqızdan dərs alır. Di gəl, bir kəlmə də olsun öyrənə bilmir. Əvəzində söyüş, qışqırıq eşidir. Lap axırda isə döyülür. Evə gəlib molladan şikayətlənir.

Sarabskinin ikinci döyülməkliyi

Beş aydan sonra bu dəfə Hüseynqulunu yenə  İçərişəhərdə, bu dəfə Kazımbəy hamamının yanında yaşayan başqa bir molla qadının – Məsməxanımın yanına qoyurlar. Yeddi ay da burada oxuyur. Səhər saat səkkizdə gedib, saat on ikiyədək Məsməxanımın evində qalır. Bu müddətdə Hüseynqulu iki saat dərslə məşğul olur, sonra da Məsmxanım tərəfindən ev işləri görməyə məcbur edilirdi: ev süpürür, qab yuyur, samovar sürtürdü. Dözməyib Məsməxanıma deyir: “Mollabacı, mən dərs oxumağa gəlmişəm, nökər olmağa gəlməmişəm ki?”

Məsməxanım bunu eşitdikdə çubuğu Hüseynqulunun kürəyinə çəkib deyir: “Sənin borcundur mollaya nökər də olasan, qulluqçu da, hələ cavab da qaytarırsan?”

Hüseynqulu daha çox döyülməmək üçün Məsməxanımın evindən qaçır.

Sarabskinin üçüncü döyülməkliyi

İşi belə görən Hüseynqulunun atalığı bərk əsəbiləşir: “Bir il deyil ki, sən iki molla dəyişmisən. Nə oldu, elə bunların ikisi də pis oldu? Görünür, sən özün tənbəl, korazehinsən!”

Bununla kifayətlənməyib oğulluğunu, Sarabskinin sonralar xatirələrində yazdığı kimi, təpiyinin altına salır.

Sarabskinin dördüncü döyülməkliyi

Səhər atalığı Hüseynqulunu yenidən həmin mollanın yanına göndərir. Bir daha döyülməkdən qorxan Hüseynqulu Quran dərslərini yaxşı oxumağa çalışır. Baxmayaraq ki, Məsməxanım indi ona evdə daha çox iş gördürürdü.

Beləcə, iki aydan sonra Quranı güc-bəla ilə xətm eləyir. Bundan sonra ailənin oxumuşu sayılmağa başlayır. Hər cümə axşamı nənəsi çağırıb: “Bala, gəl ölülərimiz üçün “Yasin” oxu” deyirdi. Hüseynqulu da çətinliklə Qurandan “Yasin” surəsini tapıb oxuyurdu. Gözəl səsi, yanıqlı avazı olduğundan kimsə onun nə oxuduğuna diqqət yetirmirdi. Diqqət yetirsələr belə, Hüseynqulugilin məhəlləsində savadlı adam olmadığından heç kim əslində onun Quranı bilmədiyini anlamırdı.

Lakin bir gün anası və nənəsi mollabacı Məsməxanımı evlərinə qonaq çağırır. Axşam mollabacı təşrif buyurur. Hüseynqulu sakitcə evin bir küncündə oturubmuş. Qorxu içində imiş ki, birdən Məsməxanım ondan Quran oxumasını istəyər. Qorxduğu başına gəlir. Mollabacı ondan soruşur: “Oğlum, Quranı yaddan çıxartmamısan ki?” Anası ilə nənəsi Hüseynquluya aman vermədən başlayırlar ki, “maşallah, ay mollabacı, Allah atana rəhmət eləsin, ona yaxşı dərs vermisən. Hər cümə axşamı “Yasin” oxuyur”.

Mollabacı özünü öyür: “Hə, hə, heç bilmirsiz ki, onun üstündə mən nə zəhmət çəkmişəm”. Sonra isə üzünü Hüseynquluya tuur: “Oğlum, Quranı gətir, “Yasin” oxu, qulaq asaq”.

Bu sözləri eşidincə Hüseynqulunun qorxudan dizləri titrəyir: “İndi kələyim açılsa necə olacaq??

Başqa çarəsi olmadığından gedib Quranı gətirir.  “Yasin” oxumağa başlayır. Əslində isə ağzına hər nə gəldi oxuyurdu.  Mollabacı qeyzlənir: “Ay balam, bu, “Yasin” oxumayır, dərədən, təpədən, hər nə ağzına gəlir deyir”.

Sözünü bitirdikdən sonra Hüseynqulunun qulağından tutub şapalaqlamağa başlayır. Bir azdan atalığı  da gəlib çıxır. Məsələnin nə yerdə olduğunu öyrənincə, o da oğulluğunu vurmağa başlayır. Beləcə, hərə bir tərəfdən Hüseynqulunu o ki var əzişdirir. Yazıq uşaq güc-bəla ilə canını qurtarır: qaçıb qonşunun evində gizlənir.

Gecədən xeyli keçmiş nənəsinin ürəyi dözmür, soraqlaşıb Hüseynqulunu tapır və evə gətirir.

Sarabskinin beşinci döyülməkliyi

Aradan illər keçir, Hüseynqulu bütün çətinliklərə, həqarətlərə, hədələrə baxmayaraq aktyorluğa başlayır.

Bir dəfə Nəcəf bəy Vəzirovun eyni adlı əsəri əsasında hazırlanan “Hacı Qəmbər” tamaşasında Hacı Qəmbər rolunu oynayırmış. Tamaşanın bir yerində bu sözləri deyir: “Cəbi, get molla Səfini çağır gəlsin!”

Ertəsi gün səhər İçərişəhərdə Qala küçəsi ilə gedərkən Sarabskinin qarşısını başında şişpapaq olan bir nəfər kəsib soruşur:

– Keçən gecə teatrda Hacı Qəmbər olan sən idin?

Sarabski cavab verir: “Bəli, mən idim”.

Bunu eşidincə şişpapaq qeyzlə dillənir: “Balam, teatr oynamağınız bəs deyil, bizim mollalarımızın adını niyə çəkirsiniz”.

Lakin həmin sözlərdən ürəyi soyumur, Sarabskini şillələyib qaçır…

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Tenha insan
.

Tənha insanın monoloqu

Sevda Sultanova
21 Avqust 2024
Music art
.

Musiqi strategiyamıza dair

Firudin Allahverdi
13 Avqust 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör