Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Ən yaxşı vaksinasiya strategiyası

AzLogos AzLogos
., Covid-19
10 Fevral 2021
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
Ən yaxşı vaksinasiya strategiyası

CVS dərmançı Gerard Diebner Covid-19 vaksini hazırlayır, Harlem Center for Nursing and Rehabilitation, New York City (Yuki Iwamura/AP)

Paylaş

Ruth R. Faden, “Johns Hopkins Berman İnstitute of Bioethics”in yaradıcısı və Johns Hopkins Universitetində professordur. Matthew A. Crane eyni universitetin tibb məktəbində tələbədir və “USC Schaeffer Center for Health Policy and Economics”də ziyarətçi alimdir. Saad B. Omer Yale universitetinin Global sağlamlıq mərkəzinin direktoru və Yale Universiteti tibb və ictimai sağlamlıq məktəbinin professorudur.

Artıq COVİD-19 vaksinləri tibb sahəsində olmayan insanlar üçün də əlçatandır. İndi əsas sual “bundan sonra kim peyvənd edilməlidir?” sualıdır. Böyük əksəriyyət üçün cavab “zəruri işçilər”dir. Amma əksər işçilər daha böyük yoluxma riskinə sahibdir və tezliklə peyvənd edilməlidirlər. Bu səbəbdən inanırıq ki, ən yaxşı üsul hələlik 65 və daha yuxarı yaş qrupundakı insanlara fokuslanmaqdır.

Bu qrupa fokuslanmaq istəməyimizin əsas səbəbi olduqca sadədir: Onlar əhalinin sadəcə 16%-i təşkil etmələrinə baxmayaraq, COVİD-19-dan ölüm miqdarının 80%-dən çoxunu təşkil edirlər. Bu tərs asılılıq Bayden administrasiyasının vaksinasiya planında peyvəndlərin 65 və daha yuxarı yaş qrupuna tətbiqini artırılmasında əsas faktordur.

Bir çox yerlərin- D.C., New York və Floridanın 65 və daha yuxarı strategiyası ilə razılaşmasına baxmayaraq, böyüklərin özlərinin də vaksin üçün uyğun olub-olmamaları harada yaşadıqlarından asılıdır. Nyu-Mexicoda və Connecticutda vaksinasiya üçün, ən az, 75 yaşında olmalısan. Colorado və Nevadada isə 70 yaşda olmaq kifayətdir. Havai və Virginiada yaşlılar məhdud vaksin təminatına görə zəruri işçilər də daxil olmaqla bir neçə qrupla yarışırlar.

CVS dərmançı Gerard Diebner Covid-19 vaksini hazırlayır, Harlem Center for Nursing and Rehabilitation, New York City (Yuki Iwamura/AP)

65 və daha yuxarı şəxsləri önə çəkmək ölümləri azaltmaqda effektiv üsuldur, amma bu, məlum strategiyanı müdafiə etmək üçün tək səbəb deyil. Yaş fərqi struktur olaraq dezavantajlı qrupların ölüm statistikasındakı qeyri-mütənasibliyə də müraciət edir. COVİD-19-a dair ölüm statistikasının qruplara görə fərqlənməsində irqə görə fərqlilik ən dəhşətlisidir. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin verdiyi statistikaya əsasən, yoluxma, qaradərili və latin insanlarda ağdərili insanlara görə 2.8 dəfə daha çox ölüm halı ilə nəticələnir. Yerli amerikalılar bir qədər daha aşağı nisbətə sahibdir – 2.6 dəfə.

Dərisinin rəngi fərqli olan insanların daha çox ölməsi ilə eyni səbəblərdən, onların ağdərililərə nisbətən daha erkən yaşlarda öldükləri müşahidə edilir. Koronaya yoluxaraq ölən ağdərililərin dörddə üçü 75 və ya yuxarı yaş qrupuna aiddirsə, bu nisbət qaradərililər üçün 45%-ə, yerli amerikanlar üçün 33%-ə bərabərdir. Əksinə, qaradərili və latin insanlar arasında ölənlərin 70%, yerli amerikalıların 60%-i 65 və ya yuxarı yaş qrupuna aiddir.

Ştatlar arasında 65 və yuxarı yaş qrupunun və azlıqların ölüm statistikasında ciddi fərqlər var. Amma hər ştatda yaşa və risk qrupuna görə nisbətin ölüm hallarına təsiri təxminən eynidir. Buna görə də, əhalinin vaksinasiyası zamanı 65 və daha yuxarı yaş qrupuna fokuslanaraq etnik və irqi demoqrafiyada daha böyük ölüm riskinə malik olan insanları daha effektiv şəkildə qoruyacayıq. Halbuki bunu zəruri işçilərə fokuslanaraq edə bilmərik.

Əhali üzrə 65 yaş aralığı bərabərliklə bağlı narahatlıqlar uzun müddət sonra sonlansa da, hələ kifayət deyil. Biz dəri rəngi fərqli olan yaşlıların da peyvənd edilməsindəki maneələri aşmaq üçün cəhdlər göstərməliyik. Bir neçə aydır ki, bir çox rəngli insanın dövlət proqramlarına və xalq sağlamlığına göstərdiyi haqsız inamsızlığı aradan qaldırmaqdan ötrü onların da qeydiyyata alınması və vaksinasiya administrasiyalarına girişləri üçün müraciətlər edilir. Zəruri işçilərin, yaxud yaşlıların önə çəkilməsindən asılı olmayaraq, bu problemləri həll etmədən bərabərlik təmin edilə bilməz. İndiyə qədər zəruri işçilərin peyvəndləri zamanı rəngi fərqli olan işçilərin vaksinasiyası sayındakı fərqlər bunu sübut edir.

Yaşlılar arasında bu fərqləri aradan qaldrımaq üçün çoxlu işlər görülməlidir. Milli Elmlər, Mühəndislik və Tibb Akademiyası virusa qarşı daha həssas olan yerlərdə də insanların vaksinasiyasını təmin etməyi məsləhət görüb. Bunun üçün ədaləti təmin etmək məqsədilə müxtəlif yurisdiksiyalardan istifadə edilir. Məsələn, yanvarın 11-dən 65 və yuxarı insanların vaksinasiyana başlayan D.C, şəhərin virusdan daha çox əziyyət çəkən hissəsindəki əhali üçün də peyvənd ehtiyatı saxlayır.

Hər gün minlərlə insanı COVİD-19-a qurban veririk. Buna görə də vaksinasiya strategiyasını düzgün seçmək olduqca vacibdir. 65 və yuxarı yaş strategiyası hələlik olduqca sadə görünsə də, bərabərlik və ayrı-seçkiliyə mane olmaq məqsədilə atılan addımlarla yanaşı, biz ciddi təhlükədə olan həyatları da xilas edə bilməliyik.

Ruth R. Faden, Matthew A. Crane, Saad B. Omer

The Washington Post

“The best vaccination strategy is simple: Focus on Americans 65 and older” (8 Fevral 2021)

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör