Əslində, bu məruzə “inqilabın niyə ümumiyyətlə heç nə bildirən olmadığı sualına həsr oluna bilərdi – məsələ ondadır ki, psixoanalizdə bildirənin varlığını təyin etmək meyarı, məsələn, linqvistikada olduğu kimi deyil, ona görə bu kateqoriya altına ən gözlənilməz şeylər düşə bilər, orada olması tamhüquqlu görünən nəsnələr isə kənarda qala bilər. Ancaq belə kobud tapşırıq materiala çox dərin nüfuzetmə tələb edərdi ki, bu da açıq şəkildə bu cür canlı hadisə üçün yaxşı seçim deyil. Buna görə də, mən yalnız inqilabın və bununla bağlı göstərişin – məsələn, bir bəyannamədə, nəzəri işdə və ya manifestdə – istək perspektivi ilə birbaşa əlaqəli bir şey olmadığını göstərməklə məhdudlaşacağam.
Bu, qəribə görünə bilər, çünki bir tərəfdən inqilab perspektivinə bu gün olduğu kimi yönəldilən intellektual cəmiyyətin vəziyyətini təsəvvür etmək çətindir. Eyni zamanda, həyəcanverici olan məhz budur, xüsusilə əgər biz hər şeyə psixoanalitik perspektiv nöqteyi-nəzərindən baxsaq, burada daim ön plana çəkilənlər bir çox hallarda ümumiyyətlə arzu əsasında müəyyən olunanlar deyil.
Cəmiyyətdə baş verən əsas dəyişiklik ondan ibarətdir ki, marksist layihənin aktuallaşdırılması üçün daimi səylərə baxmayaraq, artıq inqilaba ondan göründüyü kimi baxmırıq – məhz bir növ vasitəçi akt kimi, öz-özlüyündə heç nə izləməyən akt kimi yanaşırıq. Bu aktdan sonra baş verən bütün dəyişikliklər inqilaba görə deyil, ondan sonra baş verir – başqa sözlə, əvvəlcə burada yalnız özündə heç bir səbəb ehtiva etməyən zəif əlaqə nəzərdə tutulurdu. Əksinə, bu gün inqilabın aralıq mərhələsindən sosial ümidlərin təmin olunmasına aparan (hansı ki, heç gəlməyə də bilər) belə ümidlərin obyektinə çevrildiyi unikal bir vəziyyətdəyik.
Bu, inqilabı yalnız təsəvvürlərimizdə canlandıran deyil, həm də onun perspektivni psixi olaraq necə qəbul etməyimizin üsulu barədə əhəmiyyətli nəticələrə malikdir. Düşünürəm ki, inqilabın obyektə çevrildiyini desəm, baş verənin amlamını elə də dəyişdirmiş olmayacağam.

Obyekt nədir? Məlum olduğu kimi, psixonalizdə obyekt hər hansı predmet, əşya deyil- ümumiyyətlə, maddi və ya başqa bir dünyəvi hadisə deyil. Obyekt — meylin qısa qapanması funksiyasını yerinə yetirir və əgər onun yeri uğurlu olarsa, çıxarılması ilə boşalma funksiyası yaranır ki, bunu psixoanaliz əlavə həzz adlandırır.
Buradan hansı nəticə çıxır? Birincisi, həzzin reallaşması üçün bu obyektə birbaşa çatmaq tam olaraq vacib deyil – belə bir müşahidəni Freyd hələ özünün psixoanalitik nəzəriyyəsinin tam formada inkişafından əvvəl, erkən vaxtlarda edib. Bir qayda olaraq, meyl harada olduğu yerə müraciət etməklə təmin edilə bilər. Maraqlıdır ki, hazırkı intellektual, psixoanalizə əsaslanmadan belə, bu hesabda nələrdənsə şübhələnir, çünki əksər təsəvvürlərdə, hətta kortəbii fikirlərdə belə, inqilabın həyata keçirildiyi bir şey əlavə həzzlə deyil, qeyri-mümkün həzzlə əlaqələndirilir. Bu başqa həzz haqqında nəsə söyləmək yetərincə çətindir, bunun nəticəsində onun perspektivi gələcəkdə dəfn olunmuş olur, nəinki təxirə salınmış. Əksinə, əlavə həzz həmişə əlçatan olaraq qalır, amma nəticədə obyektə doğru irəliləmir- üstəlik, onun süründürülməsinə, ehtiraslı görüşün təxirə salınmasına səbəb olan məhz budur.
Elə buna görə də arzunun reallaşmasının ən yüksək nöqtəsinin adı çəkilən obyektə ən yaxın yanaşma ilə – məsələn, dil oyununun gerçəkliyinə inanma qabiliyyəti ilə baş verdiyini irəli sürən “şirin” varlıqla, gerçək bir desertlə qarşılıqlı əlaqə təcrübəsini nəzərdə tutan və “şirin arqument” deyilən Frits Mautnerin fəlsəfi dil sahəsi üçün uyğun sayılmır. Əksinə psixoanaliz, psixi sahədə hər şeyin bərabər hesabda tam əks olduğunu göstərir – obyektə yaxınlaşma güclənən tormozlamanı təhrik edir və nəticədə təmas qaçılmaz olduğunda, arzu ssenarisinin qarışıqlığına və məhvinə səbəb olur – sadəcə əvvəllər eşitdiyiniz və təsəvvürünüzdə ecazkar bir şeylə əlaqələndirilən coğrafi məkanı ziyarət edərkən olduğu kimi, fantaziya çökür və həmin yerin adı ilə ilkin əlaqə itir. İnqilaba çağıranlar, bu gözləntilərin çöküşü ilə bağlı təcrübənin yaşanmasının qaçılmaz olduğunu və inqilab hadisəsi ilə ortaya çıxan yeni imkanlara alışmaq üçün aradan qaldırılması gərəkdiyini nəzərdə tuturlar, amma təcrübə göstərir ki, bu, heç vaxt təmiz şəkildə olmur.
İnqilabın obyekt xarakterini əldə etməsindən əldə edilə bilən ikinci əhəmiyyətli müşahidə, obyektlərlə bağlı psixi- ruhi məkanda olduğu kimi, inqilab da obyekt olaraq parçalanır. Obyekt heç vaxt neytral olmur – və o, sadəcə bizə sarı bu və ya digər, az-çox əlverişli tərəfi ilə çevrilmir – üstəlik, ilk əvvəl eyni vaxtda həm ehtiyacımıza doğru addım ata bilən əlverişli obyekt kimi və əksinə, zərərli, ölümcül təhlükə daşıyan obyekt olaraq verilir. Bu parçalanma heç bir yerdə inqilabın tam olaraq nəyə qapı açacağının soruşulmadığı, ancaq bunun öz-özlüyündə yaxşı və ya pis fenomen olduğuna görə mühakimə etdikləri indiki ictimai ayrılma dövründə olduğu kimi heç bir yerdə açıq şəkildə özünü göstərmir. Bu gün inqilabla bağlı müzakirələr heç vaxt bundan irəli getmir və bunu diskussiya iştirakçılarının məhdudluğu kimi xarakterizə etməzdən əvvəl, bu məsələdə çarəsizliyin nə iləsə əsaslandığını düşünmək lazımdır.
Və inqilabın bu yeni mövqeyindən irəli gələn üçüncü, bəlkə də ən mürəkkəb müşahidə odur ki, inqilab obyektin xüsusiyyətlərini əldə edərək, struktur psixoanalizdə tələblər reyestri adını daşıyan reyestrə girir. Buradakı tələb – əsla sizin etdiyiniz tələb deyil. Əksinə, sizdən tələb edirlər – və bu, subyekt ilk dəfə tələblə rastlaşdığı zaman inkişaf mərhələsində özünü açıq şəkildə elan edir – subyektin bir şey verməsi – sözün birbaşa mənasında hətta bədəninizdən nəyisə çıxarmalı olmaq hesabına belə – ehtimal olunan şeyi təmin etməyin lazım olduğu durumun tamamilə gerçəkləşdirildiyi anal reyestri nəzərdə tuturam. Nə qədər qəribə səslənsə də, son zamanlar inqilabı – onu arzulamağınıza qədər inadlı gözləntilər ölçüsündə yerləşdirildiyi, bu və ya digər şəkildə inqilabi proses başladıqda onun hansının hazır olub- olmadığının dəqiqləşdirmək lazım olmayan subyektə yönələn aşkar perspektiv nəzərdə tutulur.
Bu, klassik marksist korpusun inqilabı bu və ya digər şəkildə düşünməyimizi təklif etdiyi tarixi qaçınılmazlıqla deyil, sözün əsl mənasında hər hansı subyektin hökmən iştirak edəcəyini gözləyən ekstrapsixik instansiyanın varlığı ilə əlaqədardır ki, bundan təsirlənəcək. Bu gözləmə instansiyasının heç bir şəkildə başqa bir xüsusi mövzu və ya hətta inqilabi düşüncəli bir qrup olmaması vacibdir və bu baxımdan, hökumət orada hər hansı bir etiraz aktivləşdirmə mənbəyi axtardığı zaman inqilabın tam olaraq nə qədər başa düşülmədiyini nümayiş etdirir və bu, günümüzdə prinsipcə tələb olunur. Əslində, tələb nümunəsi müxalifət narazılığının ayrı-ayrı mənşəli nöqtələrindən daha tutqun və daha geniş üfüqə malikdir.

Qeyd etmək lazımdır ki, inqilabı tələblər reyestrinə salmaq, sürətləndirmək və ya ona doğru getmək üçün daha əlverişli şərait yaratmaq demək deyil. Əksinə, bu, tələbə cavab olaraq yeni inkar və imtina formalarının meydana çıxması deməkdir və bu təkzibi yalnız hakimiyyətin davranışlarında fikirləşmədən görmək olardı – əslində hətta inqilab məsələsində ən maraqlı olan hansısa aktivist belə az müqavimət göstərməli olmur, hərçənd bir qədər fərqli, çox vaxt sırf daxili formada olsa da.
Başqa sözlə, paradoksal olaraq, inqilabın göstəricisi üzərində – obyektdə fiksasiya ilə bir növ çökməyə məruz qalan, onun mənasını ifadə edən xüsusi konsentrasiya inqilabın istək perspektivində olacağı vəziyyətlə üst-üstə düşmür – ilkin olaraq Marks tərəfindən qoyulduğu və bu məsələdə heç vaxt birmənalılıq yaratmayan, inqilabı tam ölçüdə bildirən – yəni Lakanın inqilabın olduğu “bildirənlər batareyası” adlandırdığı yerə qurmuş olardı. Bu isə başqaları arasındakı elementlərdən yalnız biridir (çünki bildirən yalnız belə mövcud ola bilər) və transendantial perspektivə çıxarılmır, burada hökmranlıq edən dominant kimi hökm etmək məcburiyyətində qalır – yəni prinsipcə bildirənin potensialından məhrum bir şey.
Aleksandr Smulyanskiy
Сигма







