bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Biz Kimik: Türk, yoxsa azərbaycanlı?

Orxan Vəli Orxan Vəli
Mövqe
10 Fevral 2021
Oxuma vaxtı:10 dəqiqəyə oxunur
Islamiyet oncesi turk tarihi 1024x597
Paylaş

Biz Kimik: Türk, yoxsa azərbaycanlı?[1]

Aristotel “Metafizika” əsərini hər insanın bilmə potensialı daşıdığı[2] cümləsiylə başlayır. Buradan hər insanın dəqiq/fəlsəfi/epistemoloji biliyə (knowledge) yetişməyəcəyini ifadə etmək mümkündür. İnsan “Biz kimik?” sualı ilə bağlı bilikdən daha çox əsaslandırılmış doğru inanca[3] (Justified True Knowledge) sahib olur. Bilik, əksinin düşünülməyi mümkün olmayan bir hadisədir. Buna müqabil ƏDİ isə yalnışlana (falsification) biləndir.[4]

Müqayisə üçün “biz kimik?” sualı eyni cəmiyyətdə müxtəlif cavablar doğura bilər. Belə olduğu halda insanlar arasında yalnız filosofların dəqiq, yanılmaz və ya əksinin düşünülməsi mümkün olmayan biliyə sahib olduğunu əsaslandırmaq mümkündür. Xülasə “mən kiməm?”, “biz kimik?” sualına verilən cavab bilikdən daha çox ƏDİ olacaqdır. Bu inancın əsasını isə fəlsəfədən daha çox tarix formalaşdırmaqdadır. Yəni “biz kimik?” sualını əsaslandırmaq üçün tarixə müraciət etmək lazım olacaq. Misal üçün millətçiliklə bağlı əksər tədqiqatlar niyə insanların ölkələri üçün ölməyi qəbul etdikləri? sualı ilə başlayır. Cavabı insanın inanmağında, qane olmağında axtarmaq mümkündür. Pre-modern dövrdə – xüsusən Orta əsrlərdə – insan “mən kiməm?” sualının subyekti ola bilməmişdir. O səbəblə insan “mən kiməm?”, “biz kimik?” sualıyla modern dövrdə qarşılaşmışdır.

Modern dövrün əsas xüsusiyyəti insanın ön plana çıxmağındadır. Məsələnin mahiyyətini aydınlaşdırmaq üçün modern fəlsəfənin qurucusu olaraq qəbul edilən Dekartla başlamaq olar. Dekart təsirləndiyi Avqustindən fərqli olaraq həqiqət axtarışında olan insanın həyatında bir dəfə hər şeydən şübhə etməli olduğunu mərkəzə qoyan insan mərkəzli bir fəlsəfə yaratdı.[5] Dekartdan sonra modern Avropa/Qərb düşüncəsi Con Lokk, David Yum, İmmanuel Kant kimi filosoflar tərəfindən insanı mərkəzə qoyan bilgi fəlsəfəsi ilə davam edib. Modern “siyasi gövdə”nin formalaşmağında müstəsna izləri olan aydınlanma və fransız inqilabı bu prinsipdən hərəkət edərək insan mərkəzli bir anlayışı/siyasəti ortaya çıxardı. Nəticədə suverenliyini hüquqi olaraq insana/millətə əsaslandıran modern milli-dövlətlər (nation-states) formalaşdı. Modern bir sual olan “biz kimik?” sualını modern insanın əsas xüsusiyyəti olan bilmək/inanmaq xüsusiyyətindən ayrı düşünməmək lazımdır.

Modern “siyasi gövdə”ni formalaşdıran və bu gün də təsirini mühafizə edən əsas ideologiya millətçilikdir. “Biz kimik?” eyni zamanda millətçi bir sualdır. Yəni veriləcək cavab ölkənizin, millətinizin millətçiliyinin əsasını müəyyən etmiş olacaq. Azərbaycan konteksində isə məsələ mübahisəli olaraq qalmağa davam etməkdədir. “Biz kimik?” sualına cavablar adətən tarixçilər tərəfindən verilib və verilməyə də davam edir. Çünki millətçiliyə və ya “biz kimik?” sualına tarixin dəstəyi olmadan cavab vermək müşkül məsələdir. Tarix mühakiməsi isə ƏDİ olaraq nəticələnir.[6] Bununla bərabər “biz kimik?” sualını mərkəzə alan bir yazı fəlsəfi sorğulamaya əsaslanmalıdır.

Əvvəla, modern insanın nə üçün kim olduğunu müəyyən etmək ehtiyacı hiss etdiyini, yuxarıda başladığımız hissəni davam etdirirək ələ almaq mümkündür. Modern insan Orta əsrin idərəçilik anlayışına qarşı əldə etdiyi azadlıq nəticəsində özünü tanımaq, kimliyini formalaşdırmaq ehtiyacı hiss edib.[7] Xülasə modern milli kimlik anlayışı pre-modern dövrün kimlik anlayışının rəddi sonrası yaranan boşluğu doldurub. Şübhəsiz burada modern iqtisadi münasibətlərin (kapitalizm) rolunu da inkar etməmək lazımdır. Beləliklə, modern dövlətlər milli-dövlətlər olaraq formalaşıb.

Azərbaycanın modern hekayəsi/təcrübəsi Peterburq (Çar Rusiya) və İstanbul (Osmanlı) şəhərlərinin dolaylı və birbaşa təsirləri nəticəsində formalaşıb (Ətraflı bax. Şəkil 1). Azərbaycan orta əsrlərdə Səfəvi dövlətinin bir parçası olub. Səfəvi dövləti İran və Azərbaycan platosunda/coğrafiyasında Türk soylu qrupların/tayfaların qurduğu bir dövlət olmağına baxmayaraq fars mədəniyyətinin, dilinin təsirində qalmaqdan xilas ola bilmədi. Daha doğrusu, dövlətin institusionallaşması təmin edilə bilmədiyindən əvvəl dövlətin farslaşmağı baş verdi, ardınca Çar/Rus işğalına qədər davam edən bir proses/dağılma ortaya çıxdı.

Tarixçilər, adətən, Azərbaycanın modern hekayəsini Səfəvini də ehtiva edərək yazmağa üstünlük verirlər. Ancaq institusional olaraq Səfəvi dövlətinin XIX əsr Çar Rusiya tabeçiliyində formalaşan Azərbaycan milli hərəkatına təsiri mübahisəlidir. Çünki Səfəvi dövləti türk/türkmən qruplardan farsların nəzarətinə keçmişdi. Nəticədə Səfəvi dövləti institusional olaraq İran modernləşməsinə daha çox təsir edib. Misal üçün Səfəvinin dövlət mərkəzləri olmuş şəhərlər hazırda İranın sərhədləri daxilindədir. Belə olduğu halda Azərbaycan konteksində “biz kimik?” sualı başlanğıcından etibarən dövləti nəzərdə tutmadan -çünki dövlət olmayıb[8]– cavablandırılıb.

Azərbaycanlılar arasında “biz kimik?” sualı ilə bağlı ilkin/modern yazılı qaynaq “Kəşkül” qəzetinin səhifələrində Sokratik dialoq formatında nəşr edilən mətndən başlayır. Mətnə diqqət yetirək:

– Millətin nədir?

– Müsəlmanam, həm də türkəm.

– Osmanlımısın?

– Xeyr, bicanlıyam (Azərbaycan).

– Azərbaycanlıların ölkəsi haradır?

– Bildiyim qədərilə Arazın o tayında azərilər yaşar, bu tərəfdə bicanlılar, ikisi birdən Azərbaycan olur. Biz ayrı ayrı bicanlıyıq.[9]

Bununla bərabər, aydınlar arasında bicanlı/Azərbaycanlı olmaq başlanğıcdan etibarən vurğulanıb. Azərbaycanlıların və ya Azərbaycanda yaşayan xalqın “biz kimik?” sualına veriləcək cavabının gecikməyini birinci cümhuriyyətin (1918-1920) “tamamlanmamış bir milli-dövlət”[10] (Baxın Şəkil 2) olmağında, 70 illik Sovet əsarətində, ikinci cümhuriyyətin başlarındakı ideoloji qarışıqlıqda və s. axtarmaq olar. Beləliklə, Azərbaycanda “biz kimik” sualı ikibaşlı olaraq qalıb: türklük və azərbaycanlılıq. Şübhəsiz, Azərbaycan siyasi tarixinin ilk müstəqil konstitusiyası (1995) ilə bu qarışıqlıq hüquqi/siyasi olaraq aradan qaldırılıb. Lakin intellektual, ideoloji mübahisələr davam edib və edir.

İlk öncə türkün kim olduğuna nəzər salaq. Misal üçün əksər tarixçilərin iddia etdiyi kimi Göytürk dövrü türk anlayışı ilə XIX əsrin sonlarından etibarən formalaşan, 1923-də isə siyasi və hüquqi olaraq bir dövlətdə cisimləşən türklük anlayışı arasında fərq yoxdurmu? Əlbəttə var.[11] “Doğruluq” və “gerçəklik” bilgi fəlsəfəsinin anlayışları arasında qəbul edilir. Belə ki, qızıl bir gerçəklik olduğu halda, sarı qızıl isə doğruluqdur.[12] Türklük tarixi etibarilə Göytürk və ya daha qədimə gedib çıxmaqla bərabər bir gerçəklikdir. Ancaq türklərin millət olaraq ortaya çıxmağı isə modern bir hadisə olaraq doğruluqdur.

Modern türklük anlayışı romantik konteksdə Çar Rusiyanın türk/müsəlman aydınlarının şeirlərində, yazılarında cücərib. Ancaq institusional olaraq Osmanlı dövlətində (İstanbulda) nəşət edib. Yusif Axçuranın dəlalətiylə türkçülük Osmanlı dövlətini xilas etmək üçün müraciət edilən modern ideologiyalardan biri olaraq ortaya çıxıb.[13] Belə demək mümkündürsə, türklük Anadolu coğrafiyasında ortaya çıxıb və Osmanlıdan Türkiyə Cümhuriyyətinə keçidi və yeni yaradılmış dövlətin inşasını təmin və təsis edən bir ideologiya olub. Xülasə türklüyün institusional olaraq sahibi Türkiyə Respublikasıdır. Çünki ancaq Türkiyə dövlətinin Anayasasında millətin tərifi “türk” olaraq ifadə edilib. Yəni türklük ancaq Anadoluda yaşayan türklər üçün doğruluqdur. Son təhlildə türklük gerçəklik olaraq bütün türksoylu xalqları bağlamaqdadır. Ancaq doğruluq olaraq isə Türkiyə ilə əlaqəli bir fenomendir.

Sualın ikinci hissəsi isə sadəcə azərbaycanlılıqla bağlıdır. Mən deyərdim ki, azərbaycanlılıq anlayışı həm siyasi olaraq cümhuriyyətlə ortaya çıxıb, hüquqi nöqtəsi isə ilk konstitusiya (1995) ilə qoyulub. Belə demək mümkündürsə, “Əsrimizin Siyavuşu” “Azərbaycanlı” olub.

Belə olduğu halda sual ortaya çıxır: nə üçün türklük müzakirəsi bitmir? Çünki türklük və azərbaycanlılığın nə ifadə etdiyi doğru müəyyən edilməyib. Yuxarıdakı epistemoloji xətti davam etdirsək, belə demək mümkündür ki, türklük azərbaycanlılar üçün gerçəklikdir. O səbəblə Azərbaycan xalqı və dövləti özünü türksoylu olaraq ifadə edir. Ancaq azərbaycanlılıq isə doğruluqdur. Gerçəklik dəyişkən olmadığı halda doğruluq qızılın rəngində olduğu kimi dəyişə biləndir.

Xülasə “Əsrimizin Siyavuşu” üçün türklük bir gerçəklikdir və milli kimliyin əsas elementi olaraq qəbul edilməkdədir (bayraqda olduğu kimi). Siyavuşun ictimai/siyasi/milli kimliyi isə azərbaycanlılıq (doğruluq) əsasında formalaşdırılıb. Son təhlildə İkinci Qarabağ müharibəsində (2020) əldə edilən zəfər Siyavuşun siyasi (1918), hüquqi (1995) olaraq formalaşmış azərbaycanlılığı üçün milli bir hekayə – Türkiyənin İstiqlal hərbində olduğu kimi – də yaradaraq tamamlamış oldu.

Orxan Vəli

Siyasi Elmlər Fakültəsi, Siyasi Elm və Dövlət İdarəçiliyi Kafedrası,
Sakarya Universiteti, Türkiyə

 

Şəkil 1
Çevrənin Periferiyası

Bildschirmfoto 2021-02-07 um 22.56.05

Mənbə: Orkhan Valiyev, (2020). Azerbaycan’da Milliyetçilik. Ankara: Türkiye Notları Yayınevi. s. 218.

Şəkil 2

Bildschirmfoto 2021-02-07 um 22.56.01
Mənbə: Orkhan Valiyev, (2020). Azerbaycan’da Milliyetçilik. Ankara: Türkiye Notları Yayınevi. s. 221.

 

Qaynaqlar:

Akçura, Y. (1976). Üç Tarz-ı Siyaset. Ankara: Türk Tarih Kurumu Basımevi.

Aristotel. (2018). Metafizik. (Y. G. Sev, Tərc.) İstanbul: Pinhan Yayıncılık.

Çüçen, A. K. (2019). Bilgi Felsefesi. Bursa: Sentez Yayıncılık.

Köktürk, M. (2016). Millet ve Milliyetçilik. İstanbul: Ötüken Neşriyat.

Mehdiyev, N. (2019). Bir Bilme Teorisi. İstanbul: Dergah Yayınları.

Taylor, C. (2014). Tanınma Politikası. (A. Gutmann, Red., & Y. Salman, Tərc.) İstanbul: Yapı Kredi Yayınları.

Valiyev, O. (2020). Azerbaycan’da Milliyetçilik. Ankara: Türkiye Notları Yayınevi.

Valiyev, O. (2020). Milletini ve Devletini Arayan Bir Etnik Grup: Azerbaycan Örneği (1850-1920). Uluslararası Politik Araştırmalar Dergisi, 6(1), 1-15.

 

Qeydlər:

[1] Yazı Elmir Mirzəyevin “Əsrimizin Siyavuşu Azərbaycanlıdırmı?” başlıqlı yazısından sonra yazılıb.

[2] Aristoteles. (2018). Metafizik. (Y. G. Sev, Çev.) İstanbul: Pinhan Yayıncılık. s. 13.

[3] Bundan sonra ƏDİ.

[4] Nebi Mehdiyev, (2019). Bir Bilme Teorisi. İstanbul: Dergah Yayınları. s.

[5] A. K. Çüçen, (2019). Bilgi Felsefesi. Bursa: Sentez Yayıncılık. s. 192.

[6] Nebi Mehdiyev, 2019, s.

[7] Taylor, C. (2014a). Çokkültürcülük. (A. Gutmann, Ed., ve Y. Salman, Çev.) İstanbul: Yapı Kredi Yayınları. s. 46-91.

[8] Orkhan Valiyev, “Milletini ve Devletini Arayan Bir Etnik Grup: Azerbaycan Örneği (1850-1920”. Uluslararası Politik Araştırmalar Dergisi. Sayı 6, No 1. 2020. s. 1-15.

[9] Kəşkül, No 22, 1891.

[10] Orkhan Valiyev, (2020). Azerbaycan’da Milliyetçilik. Ankara: Türkiye Notları Yayınevi. s. 200-214.

[11] Milay Köktürk, (2016). Millet ve Milliyetçilik. İstanbul: Ötüken Neşriyat. s. 239-240.

[12] A. K. Çüçen, 2019, s. 36-37.

[13] Akçura, Y. (1976). Üç Tarz-ı Siyaset. Ankara: Türk Tarih Kurumu Basımevi. 19.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Seymur
Mövqe

Azərbaycan yazıçılarının nankorluğu haqqında

Seymur Baycan
13 Avqust 2024
1200px Corvus frugilegus Dartmoor, Devon, England
.

Azərbaycan təhsilinin “zağca” problematikasına dair

Sevda Sultanova
24 May 2024
Seymur baycan
Mövqe

Vəziyyətə uyğunlaşmaq haqqında

Seymur Baycan
07 Mart 2024
MyCollages (1)
Mövqe

Ölüvay gənclik haqqında

Seymur Baycan
13 Avqust 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör