bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

“Əsrimizin Siyavuşu” azərbaycanlıdırmı?

Elmir Mirzəyev Elmir Mirzəyev
., Mövqe
05 Fevral 2021
Oxuma vaxtı:8 dəqiqəyə oxunur
408671079
Paylaş

Bu günlərdə, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri, milli quruculuğumuzda vacib rol oynamış “Müsavat” partiyasının lideri, eyni zamanda, Azərbaycan tarixində müstəsna iz qoymuş görkəmli siyasi və ictimai xadim, mütəfəkkir və publisist Məhəmməd Əmin Rəsulzadənin 137-illiyi münasibəti ilə sosial şəbəkələrdə #Rəsulzadə137 hashtagı yaradıldı.

Rəsulzadə irsi, həqiqətən, araşdırmaqla bitməyəcək qədər dərindir. Elə həmin gün, mən də #Rəsulzadə137 hashtag-ına qoşularaq “Bircə “Əsrimizin Siyavuşu” nəyə desən dəyər” qeydini yazmışdım. XX əsrin əvvəlində Azərbaycanda milli hərəkatın tarixinə alleqoriyavari baxışı əks etdirən bu esse məni doğrudan da, daim həyəcanlandırıb.

Əsərin yaranma tarixi – Rəsulzadənin Lahıcda gizlənərkən qaldığı evin kiçik kitabxanasında məhz Firdovsinin “Şahnaməsi”nin diqqətini çəkməsi, öz essesini min illik tarixi-mifik poemadan və gerçəklikdə Azərbaycanda baş verən tarixi hadisələrdən ilhamlanıb yazması, öncədən tədbirli davranıb essenin bir nüsxəsini gizlətməsi, daha sonra müəllifin xəyanət səbəbindən həbsi, NKVD cəngindən tam bir təsadüf nəticəsində möcüzəvari azad olması, sonda sovetləri tərk edib artıq İstanbulda olduğu zaman bu əsərin yeganə nüsxəsinin onun əlinə necə gəlib çatması (!) və nəhayət dərci – həqiqətən əsatiri, mifi xatırladır.

Müəllif özü essenin girişində bu hadisələr barədə qısaca bunları yazır: “Bir çox qəza və qədər keçirdikdən sonra Moskvaya aparıldım. İki il mənfi bir həyat keçirdim. Bu iki il müddətində “Siyavuş”un ikinci nüsxəsinin əmanət verdiyim kəndlidə sağ-salamat qaldığına aid açıqca bir məlumat ala bilmədim. Nüsxə, arkadaşların da əlinə keçməmişdi. Kəndli, xəbərdarlıq etdiyimə görə kağızımı almadan kitabı kimsəyə verməyəcəyini anlatmışdı.”

Bu əsərdə Azərbaycan mədəniyyəti Rəsulzadə tərəfindən qaynağını iki sivilizasiyanın qovşağında almış və onların sintezindən yaranmış bir fenomen, mif kimi nəzərdən keçirilir ki, XIX əsrdə rus işğalı nəticəsində baş verən proseslər azərbaycanlıları tədricən Siyasi Millət kimi formalaşdırır.

“Qəzavü-qədər tarixi türklərdən də, farslardan da üz çevirdi. Türk hilalının parladığı üfüqlərə şimal buludları gəldi: İran aslanı gəzən dağlara Moskva qartalı qondu.

Şimali Azərbaycan rus idarəsinə keçdi. Rusların çox məşhur bir ata sözü var: “Evsiz pis ölməz”. Rus istilasının xeyri bu oldu ki, azərbaycanlılar özlərini ictimai bir vücud, xüsusi mədəniyyət toxumlarını daşıyan bir cəmiyyət, yəni ruslardan ayrı bir millət olduqlarını hiss etməyə başladılar.

Rus süzgəcindən keçsə də, özlərinə keçən Avropa elm və texnikasının təsiriylə Azərbaycan Şərqin qorxu və dedi-qodularından silkinərək yaxşı bir həyat əsəri göstərir, doğru yolu tapır, böyüyüb inkişaf edirdi.”

Esse 100 illik tarixi boyunca dəfələrlə dərc edilib və indi də aktuallığını qoruyur. Bu əsəri ilk dəfə 1989-cu ilin hərəkatı zamanı tanıyıb heyran olan həmin dövr gəncliyinin nümayəndələrində, essedə yer alan bir çox məsələlər sual doğurmurdu.

Hazırda isə mənim qarşımda dayanan çox vacib sual budur – həmin əsərdə Rəsulzadə konkret azərbaycanlı ifadəsini işlədibmi? Çox təəssüf ki, bu gün əski əlifbanı oxuya bilən mütəxəssilərin azlığı ucbatından, bu suala indiyədək dəqiq cavab ala bilməmişəm, bütün başqa nəşrlərdə isə məhz azərbaycanlı ifadəsi işlədilir. Bu ifadənin orijinalda yer alıb-almadığını, yoxsa sonradan latın-kirill əlifbasındakı versiyaların çağdaş zamana adaptasiyası sırasında əlavə edilib-edilmədiyini gərək mütəxəssislərimiz açıqlasın.

Nədən bu məsələ bu qədər vacibdir?

Bir çoxları, yəqin ki, Heydər Əliyevin dilimizin adı mövzusunda 1995-də başlatdığı müzakirəni xatırlayar. O zaman, ora yığışmış yazıçılar, alimlər, etnoqraflar, siyasətçilər və dövlət adamlarının yarısı dilin türk dili, qalan yarısı da Azərbaycan dili adlandırılmasının tərəfdarı idi, elə ölkə ictimaiyyəti də bu mübahisədə yarı-yarıya bölünmüşdü. Türk dili lehinə bir çox arqumentə baxmayaraq, Azərbaycan dili üzərində qərar qılındı.

Şübhəsiz ki, bu qərar elmi olmaqdan ziyadə, siyasi idi. Çünki, əgər dilin adı 1938-ci ilə qədər adlandığı kimi “türk dili” olsaydı (o dövrün latın qrafikasında “tyrk dili”), şübhəsiz ki, məsələ etnonimə qədər uzanmalı idi. Bunun yolverilməz olduğunu isə, Heydər Əliyev də gözəl anlayırdı.

19148925_10211816010889470_6679401290835747798_n

Məsələ burasındadır ki, erkən sovet dövründə dillə yanaşı Azərbaycan əhalisinin etnonimi də pasportda “tyrk” kimi qeyd olunurdu və bu, sovetə yad, düşmən bir anlayış kimi qəbul olunmurdu, “pantürkizm” dalğası isə məhz 30-cu illərin ortasında peyda olmuşdu. Həmin dövrün musiqişünaslıq kitablarında belə, Üzeyir bəy haqqında “türk bəstəkarı” yazılırdı.

Türkiyə sovet Rusiyası ilə 1920-ci ildən, hələ İstiqlal savaşı illərindən (situativ) müttəfiq idi, onlara Antanta (türklərin milli qürurunu aşağılayacaq Sevr müqaviləsinin şərtlərinin dəyişilməsi uğrunda) və yunan işğalçıları ilə mübarizədə Rusiyadan böyük miqdarda kömək gəlmişdi. Qarşılığında Türkiyə Qafqazda ruslara bir çox bölgəni güzəştə getmiş, hətta Atatürkün qatı antikommunist mövqeyinə rəğmən, bu müttəfiqlik kifayət qədər dayanıqlı olmuşdu. Lakin 30-cu illərin ortasında bu müttəfiqlik tədricən pozuldu, çünki qarşılıqlı maraqlar təmin edilmirdi və edilə də bilməzdi. Məhz həmin dövrdə sovet-türk, eyni zamanda Stalin-Atatürk arasında münasibətlər tamamilə pozulur.

Azərbaycanlılar və Azərbaycan dili ifadələri də məhz bu dövrdə rəsmiləşərək, 1938-ci ildən sonra latın əlifbası (yanəlif) da ləğv edilir və kirillik əlifbaya keçilir. Beləcə, biz də sovetlərdə yaradılan “vahid əlifba məkanı”nın (erməni, gürcü, alman, yaxud idiş kimi kiçik qruplar üçün edilmiş istisnalarla) bir üzvünə çevrilirik. Cəmiyyət və mədəniyyətimiz üçün təsirsiz ötüşməyən bu hadisələrin müxtəlif səbəbləri var, onlardan biri əlbəttə ki, kapitalist dünyasının xalqları ilə bizim sovet xalqının eyni ola bilməməsi fikri, daha doğrusu, üstünlüyün (qaynağı Leninin 1915-ci ildə qələmə aldığı məqaləsindən gələn və əslində marksizmin ehkamlarına zidd olan) “Ayrıca götürülmüş ölkədə sosializm qurulması” modelinə verilməsi, nəticədə isə sovetlərin öz sərhədləri çərçivəsində tamamilə qapalı rejimə keçməsi idi.

1988-də başlamış Azərbaycan-Ermənistan qarşıdurmasını diqqətlə izləyənlər bilir ki, siyasi kimliyimiz olan azərbaycanlı etnoniminin bizə Stalin tərəfindən verilməsi mülahizələri, bu konflikt kontekstində qonşularımız tərəfindən tez-tez vurğulanırdı.  

Lakin bu fikir kökündən yanlışdır, çünki bu etnonim 1938-ci ilə qədər də işlədilirdi, yəni əvvəllər də azərbaycanlılar, məhz bu coğrafiyada yaşayan insanlar anlamına gəlirdi. Belə ki, ADR yaranmazdan hələ bir il öncə, 1917-ci ildə görkəmli ədib Cəlil Məmmədquluzadə “Azərbaycan” məqaləsində yazırdı:

“Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram, özümdən soruşuram ki: – Mənim anam kimdir? Öz-özümə də cavab verirəm ki: – Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi. – Dilim nə dildi? – Azərbaycan dili! – Yəni Vətənim haradır? – Azərbaycan vilayətidir. Demək, çünki dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki, Vətənim də Azərbaycan vilayətidir.”

Demək ki, həm dil haqda, həm də bu etnonim barədə Azərbaycan kəlməsi işlədilib. Dil barədə hələ 1890-cı ilin rus (sərhədçiləri üçün) sözlüyündə “Azərbaycan dili” («Азербейджанскiй язык») ifadəsinə rastlayırıq – yəni, ən azından, 1938-ci il reformundan demək olar ki, yarım əsr əvvəl bu ifadə mövcud olub.

Bildschirmfoto 2021-02-04 um 14.21.21

3

Bu anlamda azərbaycanlı ifadəsinin konkret kökünü tapmalıyıq. Ən azı Rəsulzadə bu əsərdə istifadə edibmi, etməyibmi – bu çox vacibdir və dəqiqləşdirilməsi gərəkdir, çünki əgər bu etnonim orada, “Əsrimizin Siyavuşu”nda məhz ADR yaradılandan sonra işlədilibsə, onda konkret olaraq Siyasi Milləti ehtiva edir ki, bu da olduqca vacib məsələdir. O zaman, “azərbaycanlı” ifadəsini Stalinin 1938-də “ixtira etməsi” iddiası, tamamilə əsassız kimi ortadan qalxır.

Yeri gəlmiş, Cəfər Cabbarlının 1922-ci ildə qələmə aldığı “Oqtay Eloğlu” pyesində də “azərbaycanlı” ifadəsi var. Maraqlıdır, görəsən bu, orijinal ifadədir, yoxsa oradakı “türk” deyimi sonrakı nəşrlərdə “azərbaycanlı” ilə əvəz edilib?

İnsanları böyük qruplarda birləşdirən istənilən quruluşun və ya icmanın yaranma mifi olur, istənilən dövlət (ölkə), yaxud xalq (millət) mifologiya üzərində qurulur – Harari “Sapiens” əsərində bunu qeyd edir. Bizi də bir toplum kimi, hər birimizin Azərbaycan ölkəsinin vətəndaşları olaraq azərbaycanlı olmağımıza inamımız, bu kültürə bağlılıq hissimiz birləşdirir – yenicə sona yetmiş müharibə, bunun bariz sübutudur.

Rəsulzadənin essesini isə bu bağları özündə birləşdirən cilalanmış brilliantlardan biri hesab etmək olar və bu əsərin hər cümləsi tədqiq edilməlidir. Ümid edirəm ki, yuxarıda qoyulmuş suallar mütəxəssislərimiz tərəfindən yaxın zamanda cavablandırılar.

P.S. Bir daha xatırladaq ki, “Əsrimizin Siyavuşu” essesi Rəsulzadənin Azərbaycan gənclərinə xitabəti ilə sona çatır: “Evet, ey vətəndaşlar! Və dolayısıyla sizlər, ey gələcək nəsil, ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: – Bir kərə yüksələn bayraq bir daha enməz!”

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör