bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Avropalıların “sülhməramlılığı” – Niderland

Sevda Sultanova Sevda Sultanova
., Kültür
13 Fevral 2021
Oxuma vaxtı:7 dəqiqəyə oxunur
TELEMMGLPICT000000069739 1 trans NvBQzQNjv4BqXfJMPfENEq5oPh9E8lUElXepr6FvjMRprqxb3P43gA8
Paylaş

Ötənlərdə AzLogos-da yayımlanan “İsrailin kino tövbəsi” adlı məqaləm İsrail ordusunun vasitəçiliyi ilə Livanın Kataip partiyasının Sabra və Şatillada fələstinliləri qətlə yetirməsini danışan filmlər haqda idi. Bu etiraf filmlərini eyni zamanda yəhudi xalqının qətliama görə məsuliyyəti bölüşməsi və onun ruhən güclü olması kimi qəbul eləmək də olar…

Yazını təsadüfən xatırlamadım. Bu yaxınlarda müasir müharibə filmlərini araşdıranda diqqətimi bir məqam xüsusi çəkdi. Srebrenitsa qətliamında qismən günahkar bilinən BMT tərkibindəki Niderland silahlı sülhməramlılarının fəaliyyəti nə keçmiş Yuqoslaviya ölkələrinin, nə də Niderland bədii kinematoqrafiyasında əksini tapmayıb. Bu məsələdə Niderland amili mənim üçün xüsusi maraqlıdır. Çünki Niderland sülhməramlıları müəyyən mənada İsrail ordusu kimi eyni vəziyyəti yaradıb. Və onların bosniyalıların qətlində rolunu araşdıranda, aydın oldu ki, faciə nəticəsində dərin travmalar almış, soyqırım fonunda öz iştiraksızlığını qınayan, hətta intihar etmiş niderlandlı hərbçilərin taleyi əslində yerli kino üçün zəngin materialdır. Bəzən Niderland tarixində qara ləkə adlandırılan, 25 illik tarixə malik Srebrenitsa soyqırımının yalnız bir neçə film istisna olmaqla kinoda geniş təsvirini tapmaması səbəblərinə irəlidə aydınlıq gətirməyə çalışacam.

41CA8F03-B4B5-4F2E-BBAA-9C050800B011
Srebrenitsa qətliamı qurbanlarının kütləvi məzarı.

Srebrenitsa faciəsi İkinci Dünya Müharibəsindən sonra Avropada ən irimiqyaslı qətliam saylır. Qətliam zamanı kişi və oğlan uşaqlarından ibarət 8 mindən çox bosniyalı öldürülüb.

Yuqoslaviya müharibəsi zamanı bosniyalıların yerləşdiyi Srebrenitsa 1993-cü ildən 1995-ci ilin iyulunadək serblərin mühasirəsində qalır. Serblərin nəzarətindəki torpaqların əhatəsində yerləşən Srebrenitsa anklav (bir dövlətin ərazisinin başqa bir və ya bir neçə dövlətin quru ərazisi ilə əhatə olunması) ərazi idi. Serblər bu müddətdə şəhəri susuz qoyur, əhalı aclıqdan və xəstəlikdən əziyyət çəkirdi. Etnik təmizləmənin qarşısını almaq məqsədilə BMT Təhlüksəzilik Şurası şəhəri hərbi fəaliyyətədən və mübarizədən kənar “təhükəsiz zona” elan edir və ətrafa 600 nəfərlik niderland hərbçilərdən ibarət sülhmərmalı yerləşdirir. Bununla belə 1995-ci il iyulun 11-də general Ratko Mladiçin rəhbərlik etdiyi serb ordusu burda minlərlərlə insanı öldürür.

Qətliamda Niderlandın payının olub-olmaması hələ də müzakirə edilir. Məsələ ondadır ki, Niderland ordusu ittihamlara cavab olaraq zəif silahlandığını və kömək məqsədilə BMT-yə müraciət etsələr də hərbi dəstəyin gəlmədiyini deyirlər. Hadisə baş verənədək isə bosniyalıların silahları sülhməramlılar tərəfindən alınmışdı. Serblərin hücumları intensivləşəndə bosniyalılar sülhməramlılara silahlarının geri qaytarılması üçün müraciət edirlər. Lakin onların müraciəti rədd olunur.

2002-ci ildə Niderland Hərbi Sənədlər İnstitutu Srebrenitsa hadisəsinin baş vermə şəraiti və səbəbləri haqda məruzə yayımlayır. Məruzə müəlliflərinə görə, niderlandlıların Bosniyaya göndərilməsi səhv qərar idi. Məruzə ilə bağlı kəskin diskussiyaların fonunda 2002-ci ilin aprelində Niderland hökuməti istefaya gedir.

Məhkəmələrin (2000-ləri əhatə edən ayrı-ayrı illərdə hadisəylə bağlı həm Haaqa, həm Niderlandın müxtəlif məhkəmə instansiyalarında proseslər keçirilib) qərarına əsasən sülhməramlılar onlara sığınmış 350 bosniyalının ölümündə qismən məsluiyyət daşıyır. Çünki onların insanları qurtarmaq şansı yalnız 30 faiz olub. Qərarda deyilir ki, müsəlmanları hansı təhlükəni gözlədiyini bilən sülhmərmalılar 350 adamı qoruya bilməmiş və onları bosniya serblərinə vermişlər. Məhkəmə eyni zamanda 350 qurbanın ailəsinə təzminat ödənməsi haqda qərar çıxarıb. Qurbanların qohumlarının yaratdığı “Srebrenitsa anaları” təşkilatı isə Niderlandın qismən yox, bütünlüklə günahkar olması haqda qərarın verilməsini tələb etmişdi.

Yeri gəlmişkən, sülhməramlı batalyonun komandanı, polkovnik Tomas Karremants məhkəmədə serblərin müsəlmanlara divan tutacağını ehtimal etmədiyi haqda yalan ifadə vermişdi. Şahidlərin sözlərinə görə isə polkovnik divanın olacağını öncədən bilsə də, qarşısını almaq üçün nəsə etməyib. Nəticədə sülhməramlılar qadınların zorlanmasını, insanların qətlini və intiharını sadəcə seyr edib.

Deutsche Welle-nin saytında faciənin şahidləri olmuş, xatirələrini bölüşən iki niderlandlı hərbçi haqda maraqlı bir reportaj var. Onlardan biri Derk Zvanın gözlərindəki bitməyəcək ağrı və vicdan əzabı adamın ruhuna toxunur.

“Bizim ərazidə insanlar intihar edirdilər. Əvvəl öz uşaqlarını, sonra özlərini pəncərədən atırdılar. Onlar nə olursa-olsun serblərin əlinə düşmək istəmirdilər. Sənin əlinə yaralanmış uşağı verəndə və sən pəncərələrdən atılan adamları görəndə bunu hec vaxt unuda bilməzsən. Sən heç nə edə bilmirsən, əllərin bağlıdır və ancaq baş verənləri müşahidə edirsən… Bir psixoloq tapılmadı ki, halımızı soruşsun, nə yaşadığımızla maraqlansın. Yuxularımızı qarışdırırıqmı, unutmaq üçün bəlkə içkiyə, narkotikə qurşanmışıq?”

O vaxt 18 yaşı olan Zvan Srebrenitsada yaşadıqlarına görə hökuməti məhkəməyə verib (ümumən 200-dən çox veteran Niderland hökumətini, hazırlıq olmadan onları çətin missisya ilə yükləyərək Bosniyaya göndərdikləri üçün məhkəməyə vermiş və təzminat tələb etmişdi) və siyasətçilərin üzrxahlığını gözləyir. Hadisədən sonra o, özündə təpər taparaq Srebrenitsaya gedir: “Ora gedəndə düşündüm ki, holland nömrəli maşını görüb daşa tutacaqlar. Amma ratlaşdığım ilk müsəlman məni mehriban qarşıladı və “dostum” dedi. Hollandiyadan sonra Bosniyanı ikinci vətənim hesab edirəm”. Hər il Srebrenitasını ziyarət edən Zvan uzun müddət psxoterapevtə getsə də, bu, ona kömək etməyib. O, tək yaşayır və insanlardan qaçır.

1396041710295395811342954
Srebrenitsa qətliamı qurbanlarının məzarları.

Paul Bumsma isə xoşbəxt ailəsinin fonunda təsvir olunur, o, özünü qətliamda günahkar bilmir və nə vaxtsa Srebrenitsaya getməyi düşünmür: “Elə gün yoxdur ki, bu hadisələri xatırlamayım. Amma problemim yoxdur. Xoşbəxtlikdən öhdəsindən gələ bilirəm”.

Çox güman ki, Niderland kinosu, elə cəmiyyəti də Srebrenitsa hadisəsinə Paul Bumsma kimi xudbin mövqedən yanaşır. Yeri gəlmişkən, Niderland hökuməti əvvəlcə Srebrenitsa hadisəsinə görə məsuliyyəti boynundan atsa da, sonradan məhkəmənin qərarı ilə razılaşmalı olub. Bura Niderlanddakı islamofobiya əhvalını da əlavə etsək, mənzərə daha da aydınlaşar.

Keçmiş Yuqoslaviya ölkələrinin kinematoqrafının qətliama toxunmaması məsələsinə gəlincə. Birinci onu deyim ki, bosniya hərbçiləri də dinc serbləri öldürmüş, qadınları zorlamışlar. Amma Srebrenitsa faciəsinin miqyası böyükdür, həm də məqsədli şəkildə məhz kişi cinsini öldürmək amili digər hərbi cinayətlərdə olmayıb. Bosniyalı hərbçilərin cinayətinə işarə bosniyalı rejissor Ayda Begiçin “Snow” (2008) filmində də var. Müharibədən sonrakı Bosniyanın ucqar kəndlərindən birinin həyatını təsvir edən kinoəsərdə oğlunu və ərini itirən qadınla serb kişi arasında çətin dialoq keçir:

– Müharibə vaxtı neyləmisiz?

– Vuruşmuşam.

– Uşaqlarımı öldürmüsüz.

– Hamı öldürüb.

Ən çox qadın personajların süjetdə yer alması, doğmalarının tapılmaması Srebrenitsa hadisəsini də eyhamlaşdırır. Ümumiyyətlə, keçmiş Yuqoslaviya ölkələrinin müharibə filmlərində də bir qayda olaraq milli kimlik, corğafi amil, hansısa milləti ittiham önə çəkilmir. Hətta keçmiş respublikalar müştərək müharibə filmləri çəkirlər. Srebrenitsa qətliamına isə toxunulmaması ola bilsin məsələnin son dərəcə həssaslığından qaynaqlanır. Digər tərəfdən, bosniyalı rejissorlar belə bir ağır mövzunun altına girməkdə mənəvi çətinlik çəkirlər. Bunu ötən il faciəni ekrana köçürən (“Quo Vadis, Aida? ” filminin istehsalına Niderland da qatılıb), bosniyalı rejissor, Berlin Festivalının əsas mükafatçısı Yasmila Jbaniç də açıqlamasına deyir: “Nəhayət ki, biz illər sonra bu haqda hamının baxa biləcəyi və bütün emosiyaları yaşaya biləcəyi filmi çəkdik”.

Premyerası 77- ci Venesiya festivalında baş tutan filmin qəhrəmanı Aida Srebrenitsada yerləşən niderlandlı sülhmərmalıların tərcüməçisi işləyir.  Serblərin hücumu zamanı məlum olanda ki, sülhməramlılar bosniyalıları qoruya bilmir, onda qadın öz ailəsinin xilası üçün mümkün olan hər şeyə əl atır.

İtalyan rejissoru Cakomo Battiatonun Roma festivalında mükafat almış Resolution 819 (2008) filmi isə Srebrenitsa hadisələrinin təhqiqatı üzərində qurulub. Filmin adı BMT-nin Srebrenitsaya hücumların dayandırılmasını tələb edən qətnaməyə istinaddır.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör